Ardını oxu...
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin tezliklə vəzifədən gedəcəyi ilə bağlı xəbər yayılıb. Onun Konstitusiya Məhkəməsinin hakimi təyin olunacağı gözlənilir. Bildirilir ki, Xanlar Vəliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Gəncə şəhər prokurorluğunda müstəntiq və prokuror köməkçisi, daha sonra Qazax və Şəmkir rayonlarında prokuror müavini kimi çalışıb. Uzun müddət – 1993-2000-ci illərdə baş prokurorun müavini vəzifəsini icra edib.

O, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə baş prokurorun müavini – hərbi prokuror təyin olunub və bu günədək həmin vəzifədə xidmət göstərib.

Xanlar Vəliyev necə hərbi prokuror olub? Onu kim əvəz edə bilər?

Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Xanlar Vəliyev yaşına görə çoxdan vəzifədən getməli idi:

“Amma xidmətdə qalmağın son yaşı ilə əlaqədar ona bir il əlavə vaxt verilmişdi. Bu səbəbdən vəzifəsini icra edirdi. Konstitusiya Məhkəməsinin hakimlərinin yaş həddinin 70-dən 75-ə qaldırılması məsələsi gündəmdədir. Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması mümkündür”.

Üzeyir Cəfərovun sözlərinə görə, Xanlar Vəliyevin hərbi prokuror kimi fəaliyyəti dövründə ciddi nöqsanlar olub:

“Təkcə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü xidməti rəisinin ağır maddələrlə ittiham olunması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktından sonra sərbəst buraxılması çox şeydən xəbər verir. Bildiyim bir neçə fakt var ki, bunlara görə Hərbi Prokurorluq birbaşa məsuliyyət daşıyır.

Onu kimin əvəz edəcəyini söyləmək çətindir. Bu seçim rəsmi şəxslər tərəfindən ediləcək. Hüquqşünaslar və hərbi sahəni bilən şəxslər bu vəzifəyə gətirilərsə, daha yaxşı olar. Kimin hansı vəzifəni tutmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və qanun qarşısında məsuliyyətini dərk etməlidir”.

Ekspert “Tərtər işi” məsələsini də xatırladıb:

“Tərtər işi” uzun illər müzakirə mövzusu olacaq. Son vaxtlar bu istiqamətdə əvvəllər buraxılmış səhvlərin düzəldilməsi prosesi həyata keçirilir. Üstündən onilliklər keçsə də, bu məsələ yenə gündəmə gələcək. Bu işin yaranma tarixi, aparılması, məhkəmələrdə əvvəlcə təsdiq edilməsi, bir neçə ildən sonra isə məhkum olunmuş şəxslərə bəraət verilməsi ilə bağlı çoxlu suallar ortaya çıxacaq. Bu sualların əksəriyyəti məhz Xanlar Vəliyevə ünvanlanacaq

Fikrimcə, Xanlar Vəliyev baş prokurorun müavini və hərbi prokuror olduğu müddətdə daha çox təbliğata işləyirdi. İllər keçdikcə onun necə bir hərbi prokuror olması haqqında yekun qənaət formalaşacaq”.
Ardını oxu...
Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə respublika Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

İddia olunur ki, Rusiya qoşunları Qərbi Ukraynadakı hədəflərə hücum edir. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Polşa Silahlı Qüvvələrinin komandanlığı qeyd edib ki, görülən tədbirlər ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.
 
Ardını oxu...
Rusiya qüvvələrinin Ukraynada irəliləməsi xeyli ləngiyib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci ilin birinci rübündə “ərazi qazancları” azalıb.

Kəşfiyyat məlumatlarına görə, 2025-ci ilin martında rus qoşunları Ukraynanın təxminən 143 kvadrat kilometr ərazisini ələ keçirib. 2024-cü ilin noyabr ayında isə Rusiya 700 kv.km-dən çox ərazini işğal etmişdi. O vaxtdan bəri Rusiyanın irəliləyiş tempi aydan-aya azalır. 2025-ci ilin martında rus qoşunlarının əsas irəliləyişi Donetsk bölgəsində olub.

"Rusiya əməliyyat mövqeyini yaxşılaşdıra bilmədi. Ukrayna qüvvələri də Pokrovsk ətrafındakı bəzi əraziləri geri alaraq taktiki əks-hücumlar həyata keçirib", - hesabatda qeyd edilib.
Ardını oxu...
 

2020-ci ildə 44 Günlük Müharibə zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsi ərazisindən müxtəlif ərazilərimizə edilən hücumların görüntüləri yayılıb.

Musavat.com "Bez Tormozov"a istinadən xəbər verir ki, 2020-ci ilə aid “Toçka-U” operativ-taktiki raket kompleksinin buraxılmasını əks etdirən arxiv video görüntüləri yayımlanıb. 

Qeyd edək ki, erməni terrorçuları tərəfindən dəfələrlə ölkəmizin müxtəlif əraziləri raketlərlə vurulub. Nəticədə çoxlu sayda mülki əhali şəhid olub, bir çoxu yaralanıb. 

Həmin görüntüləri təqdim edirik.

Musavat.сom

 

Ardını oxu...
Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Axar.az xəbər verir ki, bu barədə “Bez Tormozov” Teleqram kanalı erməni jurnalist Voskan Sərkisyana istinadən bildirib.

Erməni revanşistlər bildirirlər ki, şərti sərhəddə atəş səsləri eşidilir.

Ermənistanın iqtidaryönlü mediası isə şərti sərhəddə atəş açılması ilə bağlı məlumatı təkzib edib.
 
Ardını oxu...
Fələstinin HƏMAS hərəkatı hazırda müharibə zonası olan ərazilərdə israilli girovların yarısını sağ saxlayır.

"Report" xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeyd teleqram kanalında məlumat yayıb.

"Həyatda olan girovların yarısı İsrail hərbçilərinin bu yaxınlarda təxliyə edilməsini tələb etdiyi ərazilərdədir. Biz onları təhlükəsiz yerlərə köçürməmək qərarına gəldik, onları indi olduqları yerdə, güclü mühafizə altında saxlamağa qərar verdik. Lakin onların həyatları hələ də böyük təhlükə altındadır", - paylaşımda qeyd olunur.
 

Ardını oxu...
  176  04.04.2025 01:53  Dünya A  A 

Musavat.com xəbər verir ki, Rusiya paytaxtı Moskvanın əsas hava limanlarından olan Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rosaviatsiya yayıb.

Məlumata görə, hava limanları nə uçuş qəbul edir, nə də yeni reyslər göndərir. Bütün uçuşlar Şeremetyevo hava limanına yönləndirilib.

Xüsusilə Vnukovo hava limanı ilə bağlı bildirilib ki, burada “Kover” (Kilim) rejimi tətbiq edilib. Bu rejim Rusiya aviasiyasında fövqəladə və ya təhlükəsizlik səbəbiylə uçuşların və enişlərin məhdudlaşdırılması anlamına gəlir.

Rəsmi mənbələr məhdudiyyətlərin səbəbi ilə bağlı açıqlama verməyib, lakin bəzi yerli teleqram kanalları bölgədə təhlükəsizliklə bağlı ehtiyat tədbirləri görüldüyünü və hava məkanında müvəqqəti idarəetmə dəyişiklikləri tətbiq olunduğunu yazır.

Qeyd edək ki, Moskvanın bu üç əsas hava limanı – Vnukovo, Domodedovo və Jukovski – Rusiyanın daxili və beynəlxalq hava nəqliyyatında strateji rol oynayır. Məhdudiyyətlərin hansı müddətə qədər davam edəcəyi barədə məlumat yoxdur.

 

Musavat.com

Ardını oxu...

Ardını oxu...
“Rusiyada hazırlanmış lazer silahı Ukrayna münaqişəsinin gedişatını dəyişə bilər”.

Teleqraf xəbər verir ki, bu fikirləri “News.ru”ya müsahibəsində aviasiya general-mayoru Sergey Lipovoy deyib.

“Bu silahın uğurla sınaqdan keçirilməsi bir daha təsdiqləyir ki, bizim silah dizaynerlərimiz və silah-müdafiə kompleksimiz hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək uğura imza atıblar”, - deyə general vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibədə lazer silahından istifadə etdiyini açıqlamışdı.
 
Ardını oxu...
Goranboy rayonu, Kələk kənd sakini Süleymanova Tamilə Çingiz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciət edir:

"Hörmətli Prezident!

Hörmətli Zakir Həsənov!

Mən, Süleymanova Tamilə Çingiz qızı, yazaraq Sizdən xahiş edirəm ki, qətlə yetirilən oğlum Hüseynov Anar Yolçu oğlunun qanının batmasına imkan verməyəsiniz. Bunu Sizlərdən bir ana kim xahiş edirəm.

Bildirim ki, oğlumu 2024-cü il aprel ayının 1-də hərbi xidmətə yola saldıq. 3 ay Gəncə şəhərində xidmət etdi. 3 aydan sonra isə Şuşa şəhərindəki N saylı hərbi hissəyə göndərildi.

Şuşaya gedəndən sonra dəfələrlə zəng vurub, evdən pul istəyirdi. Bir-iki dəfə göndərdim, sonra gücüm çatmadı. Pul göndərə bilmədiyimə görə, oğlum dəfələrlə orada təhqir olunub, təzyiqlərə məruz qalıb.

Noyabr ayının 4-nə kimi oğlumu döyərək, ağır işgəncələr veriblər. Noyabr ayının 6-da səhər tezdən zəng vuraraq bildirdilər ki, oğlun özünü asıb. Dünyam başıma yıxıldı...

Cənab Prezident!

Cənab Zakir Həsənov!

Oğlum özünü asmayıb, onu işgəncə ilə öldürüblər. İndi isə heç bir qurum şikayətimə baxmır. Bu günə kimi oğlumun ölüm kağızını da ala bilməmişəm, vermirlər. Məhkəmə belə, olmayıb.

Mən Sizdən kömək istəyirəm, yalvarıram, oğlumu qətlə yetirənlər tapılıb cəzalandırılsın".

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti