Ardını oxu...
UMQ-nin 13-cü əməliyyat briqadası “Xartiya”nın əsgərləri Xarkov vilayətində düşmən mövqelərinə uğurlu hücumun görüntülərini paylaşıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə “Xartiya” sosial şəbəkələrdə məlumat verib.
Bildirilir ki, hücum əməliyyatları nəticəsində (əməliyyatın vaxtı açıqlanmır – red.) əsgərlər 34 düşməni məhv edib, 23 düşməni yaralayıb, 7 piyada və bir tank əleyhinə raket atəşi mövqeyini, haubitsasını məhv edib və düşməni növbəti müdafiə xəttinə geri atıb.
Deyilir ki, müfəssəl planlaşdırma, maketlərdə və yerdə məşq prosesində hücum hərəkəti planı cilalanıb.
“Döyüşdə uğur bəxtdən və hazırlıqdan asılıdır, biz bəxtimizə təsir edə bilmərik, amma əsgərlərimizin və komandirlərimizin hazırlığına və ahəngdarlığına, çatışmazlıq şəraitində qərar qəbul etmək, vaxt, məlumat və resurslar və döyüş meydanında dəyişən vəziyyətlərə reaksiya vermək bacarığı qabiliyyətinə təsir edə bilərik”, – briqada komandiri polkovnik İqor Obolenski deyir.

 
Ardını oxu...
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
 
 
 

Ardını oxu...
  

Qəzza zolağında müharibənin 333-cü günüdür. 

Musavat.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağına hücumlarının 333-cü günündə ölənlərin sayı 40 819 nəfərə çatıb, 94 291 nəfər yaralanıb.

Nazirlik əlavə edib ki, son 24 saat ərzində 33 nəfər ölüb, 64 nəfər yaralanıb. 

 

Musavat.com

Ardını oxu...
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi hissələrindən birində güllə yarası alan erməni hərbçinin meyiti aşkarlanıb.

Edqar Aleksanyanın ölümünün səbəblərini öyrənmək üçün istintaq aparılır.
Ardını oxu...
Ukraynada Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin aviasiya briqadasına məxsus Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb, nəticədə iki nəfər həlak olub.

"RBC Ukrayna" xəbər verir ki, bu barədə İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.

"Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb. İki nəfərdən ibarət hava gəmisinin ekipajı həlak olub.

Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir" , - məlumatda qeyd olunub.
 
Ardını oxu...
Rusiya Xarkova ballistik raketlə zərbələr endirib.

UNİAN-ın məlumatına götə, 44 nəfər yaralanıb. Bu barədə şəhər meriyası xəbər verib.

Yaralananlardan 7-nin uşaq olduğu bildirilib.

Zərbələr nəticəsində bir neçə mağaza, ticarət mərkəzi, həyət evləri və avtomobillər yanaraq yararsız hala düşüb, şəhərin infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib.
 
 
 
Ardını oxu...
"Finlandiya NATO-nun yeni üzvü olsa da, çəkindirici qüvvələri, o cümlədən nüvə silahlarını öz ərazisində yerləşdirməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Suomi radiosunda "Prezidentlə bir saat" proqramında dinləyicilərlə danışan ölkə Prezidenti Aleksandr Stubb bildirib.

Qeyd edək ki, Finlandiya 4 aprel 2023-cü ildə NATO-nun 31-ci üzvü olub.
 

       

Ardını oxu...
Cümə günü Brüsseldə görüşən Avropa İttifaqının müdafiə nazirləri Ukraynanın müttəfiqlərini ölkənin Rusiyaya qarşı müharibəsini dəstəkləmək üçün vəd edilmiş silah sistemlərini çatdırmağa çağırıb. Ukraynanın baş diplomatı isə Britaniya və ABŞ-ı silahlarından Rusiya daxilindəki hədəflərə istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Müdafiə nazirləri yay tətilindən sonra ilk dəfə qeyri-rəsmi görüş keçirib və görüşdən əvvəl jurnalistlərə açıqlama verərək, Ukraynaya hərbi yardımın gündəmdə birinci yerdə olduğunu bildirib.

Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukraynanın Rusiyanın Kursk bölgəsinə son hücumunun düzgün istiqamətdə getdiyini deyib. Lakin o, əlavə edib ki, Ukrayna bunu "bir əli arxada" edir, çünki onun daha çox silah sisteminə ehtiyacı var. O, həmkarlarını vəd edilmiş silah sistemlərini çatdırmağa çağırıb.

Niderlandın müdafiə naziri Ruben Brekelmans ölkəsinin Ukraynaya vəd etdiyi "Patriot" raketdən müdafiə sistemlərini yaxın zamanda çatdıracağını bildirib. O, Rusiyanın bundan xəbərdar olmasını istəmədiyi üçün dəqiq tarix bildirmək istəmədiyini, lakin bunun tezliklə baş verəcəyini deyib.

Müdafiə nazirləri ABŞ istehsalı olan "F-16" doyüş təyyarəsinin qəzaya uğramasını da xatırladıb. Ukrayna Hərbi Hava Qüvvələri cümə axşamı bildirib ki, Ukraynanın Qərb tərəfdaşlarından aldığı "F-16" döyüş təyyarələrindən biri qəzaya uğrayıb.

İsveçin müdafiə naziri Pal Conson deyib ki, bunlar müharibə zamanı baş verən hadisələrdir və "burada dramatik bir şey görmür".

Ukrayna ordusu ABŞ istehsalı qırıcı təyyarənin bazar ertəsi Rusiyanın Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə hücumu zamanı qəzaya uğradığını bildirib. Təyyarə Rusiyanın hava hücumunu dəf edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində pilot ölüb. Bu, iyulun sonunda ölkəyə gəlişindən sonra "F-16"-nın Ukraynada ilk qəzası idi.

Ukrayna Hərbi Hava Qüvvələrinin rəisi Nikolay Oleşuk Telegram sosial media hesabında qəza ilə bağlı ilkin hesabatın ABŞ-la paylaşıldığını və ABŞ tərəfdaşlarının təhqiqata yardım etdiyini bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Avropa İttifaqı müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında iştirak edir. O, Avropa İttifaqına üzv dövlətləri hədiyyə edilmiş uzaqmənzilli silahlardan Rusiya daxilindəki "legitim" hədəflərə qarşı istifadəsinə qoyulan məhdudiyyətləri ləğv etmələri üçün Britaniya və ABŞ-a təzyiq göstərməyə çağırdığını bildirib.

Britaniya və ABŞ Rusiya ilə münaqişənin eskalasiyasından ehtiyat edərək, Kyivə hədiyyə etdikləri uzaqmənzilli raketlərdən istifadəyə məhdudiyyətlər qoyub. Bu ilin əvvəlində ABŞ rəsmiləri Moskvanın Xarkiv şəhərinə qarşı hücumuna bilavasitə cavab olaraq, Ukraynanın Rusiya daxilindəki hədəfləri atəşə tutmasına razılıq versələr də, digər məhdudiyyətləri qüvvədə saxlayıb.
 
Ardını oxu...
İsrailin işğal altındakı İordan çayının qərb sahilinə genişmiqyaslı hərbi əməliyyatı üçüncü gündür davam edir. Hər iki tərəf cümə günü hava hücumu zamanı azı 16 fələstinlinin öldüyünü bildirib.

Bu arada BMT-nin yüksək səviyyəli yardım rəsmisi Qəzzada müharibənin davam etdiyi və humanitar əməliyyatların çatdırılmasının çətin olduğu bir vaxt "bizim insanlığımıza nə oldu" sualını verib.

Birləşmiş Millətlər Təşkilatı İsrailin çərşənbə günü səhər saatlarında İordan çayının qərb sahilində başlatdığı hərbi əməliyyatın ərazidə "onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirdiyi" barədə xəbərdarlıq edib və İsraildən hücumları dayandırmağa çağırıb.

ABŞ-da vitse-prezident Kamala Harris noyabr ayında prezident seçiləcəyi təqdirdə Vaşinqtonun İsrailə silah tədarük etmək siyasətini dəyişməyəcəyinə söz verib. Lakin o, "bu müharibəyə son qoymağın" vaxtının çatdığını vurğulayıb.

İsrail İordan çayının qərb sahilinin şimalındakı qəsəbələrə və qaçqın düşərgələrinə reydlərini "terrorla mübarizə" əməliyyatları kimi xarakterizə edib.

İsrail qüvvələri çərşənbə günündən bəri həyata keçirdiyi reydlər zamanı azı 16 fələstinlini öldürüb. Fələstinlilərin Səhiyyə Nazirliyi bu rəqəmi təsdiqləyib.

Ordunun bildirdiyinə görə, onlara məxsus təyyarələrdən biri cümə günü səhər tezdən Cenin şəhəri yaxınlığında "terror hücrəsini vurub". Əlavə təfərrüatlar açıqlanmayıb.

İsrail əsgərləri cümə axşamı gecə saatlarında İordan çayının qərb sahilinin digər şəhərlərindən geri çəkilsələr də, döyüşlər uzun müddətdir ki, militantların fəaliyyətinin mərkəzi olan Cenin şəhəri ətrafında davam edir.

Qəzzada isə İsrail ordusu cümə axşamı bildirib ki, qurudan və havadan zərbələr zamanı onlarla militantı məhv edib.

HƏMAS-ın idarə etdiyi ərazidəki mülki müdafiə agentliyi cümə günü İsrailin Cəbəliyyə qaçqın düşərgəsini atəşə tutması nəticəsində iki nəfərin öldüyünü bildirib.

France Press xəbər agentliyinin İsrailin rəsmi rəqəmlərinə əsaslanaraq verdiyi məlumata görə, HƏMAS-ın oktyabrın 7-də etdiyi hücum zamanı əksəriyyəti mülki şəxslər olmaqla, 1199 nəfər ölüb.

Fələstinli militantlar həmçinin 251 nəfəri girov götürüb, onlardan 103-ü Qəzzada hələ də əsirdir. İsrail hərbçilərinin verdiyi məlumata görə, onlardan 33-ü ölüdür.

Bölgənin səhiyyə nazirliyi İsrailin cavab olaraq başlatdığı hərbi kampaniyasının Qəzzada azı 40,602 nəfərin ölümünə səbəb olduğunu, BMT-nin insan haqları ofisi isə ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirib.
 
Ardını oxu...
Yəmən husiləri cümə axşamı Qırmızı dənizdə Yunanıstan bayrağı altında üzən tankerə minərək, partlayışlar törətdiyini göstərən video yayımlayıb. Bu dənizə böyük neft sızması təhlükəsı yaradıb. Ekipaj tankeri bir neçə saat öncə tərk edib. Belə ki, dəmi, husilərin bir neçə dəfə hücumuna məruz qalıb.

Videoda "Sounion" neft tankerinin göyərtəsində bombalar partladığı zaman İranın dəstəklədiyi husilərin "Allahu Əkbər”, "Amerikaya ölüm", "İsrailə ölüm", "Yəhudilərə lənət", "İslama qələbə" şüarları səsləndirdiklərini görmək olub.

Bu, husilərin Qəzza zolağında davam edən İsrail-HƏMAS müharibəsi səbəbilə apardıqları kampaniya çərçivəsində son həftələrdə həyata keçirdikləri ən ciddi hücumdur. Bu hücum kampaniyası nəticəsində Qırmızı dənizdən hər il keçən 1 trilyon dollarlıq mal tranziti pozulub, münaqişənin hökm sürdüyü Sudan və Yəmənə bəzi humanitar yardımların çatdırılması dayandırılıb.

"Sounion" tankeri təxminən 1 milyon barel neft daşıyırdı. Husilər ilk dəfə tankerə avqustun 21-də odlu silahlar, mərmilər və pilotsuz qayıqdan istifadə edərək, hücum edib. Avropa Birliyinin Qırmızı dəniz əməliyyatı çərçivəsində fəaliyyət göstərən Fransız esminesi "Sounion" tankerini tərk edən 25 filippinli və rusiyalı ekipajını, 4 şəxsi mühafizəçini xilas edərək, qonşu Cibutiyə aparıb.

Cümə axşamı yayımlanan görüntülərdə "Kalaşnikov" tipli avtomatlarla silahlanmış maskalı şəxslərin ekipajın gəmini tərk etməsindən sonra "Sounion" gəmisinə mindikləri, partlayıcı qurğuları neft çənlərinə aparan göyərtə lyuklarına yerləşdirdikləri əks olunub. Videoda eyni vaxtda ən azı altı partlayışı görmək olar.

Görüntülər husilərin müəmmalı lideri Əbdül-Malik Əl-Hutinin şərhləri ilə yanaşı, Associated Press agentliyinin husilərin tankerə minərək, partlayıcı qurğular yerləşdirdiyi barədə daha əvvəl verdiyi xəbəri təsdiqləyib.

Husilərin nəzarətində olan SABA xəbər agentliyi Əl-Hutinin "Sounion"a hücumun "Amerikanın Fələstini dəstəkləyən yəmənlilərin əməliyyatlarının qarşısını aldığı ilə bağlı iddiasının yalan olduğunu göstərir" dediyi bəyanatını yayıb.

Qərb ölkələri və BMT "Sounion"dakı neftin sızmasının Qırmızı dənizdəki mərcan riflərinə və canlı təbiətə düzəlməz ziyan vura biləcəyi barədə xəbərdarlıq edib. ABŞ Dövlət Departamenti Husilərin yeni videosu ilə bağlı şərh istəyinə dərhal cavab verməyib. Bununla belə, Avropa İttifaqının bölgədəki dəniz qüvvələri "Sounion"dan neft sızmasının hələ müşahidə edilmədiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti