Ardını oxu...
Fransa Ukraynaya Rusiya aktivlərinin dondurulmasından əldə olunan faizlərlə 195 milyon avroluq hərbi yardım tədarük edəcək.

Bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu “La Tribune Dimanche” qəzetinə verdiyi müsahibədə bildirib.

Nazir deyib ki, yeni tranşa 155 mm-lik artilleriya mərmiləri və AASM tipli idarə olunan aviabombalarla yüklənmiş Mirage-2000 təyyarələri daxildir.

Lekornu hərbi texnikaların istehsal sürətini artırmağı planlaşdırdıqlarını da açıqlayıb. Belə ki, gələn ildən etibarən “Dassault Aviation” ayda 4-5 “Rafale” təyyarəsi təhvil verəcək, bu da ötənilki ilə müqayisədə iki dəfə çoxdur. AASM aviabombalarının istehsal həcmi iki dəfə artacaq.
 
Ardını oxu...
Çin hakimiyyəti bu il müdafiə büdcəsini 7,2% artıraraq 1,78 trilyon yuana (təxminən 245 milyard dollar) çatdıracağını bəyan edib. Bu barədə Reuters xəbər verir. Si Cinpin Çin Xalq Respublikasının sədri seçildiyi 2013-cü ildə ölkənin müdafiə xərcləri cəmi 720 milyard yuan təşkil edirdi.

Yeni hərbi büdcə haqqında məlumat Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü çağırışının 3-cü sessiyasında elan edilib. Çinin ali qanunverici orqanının illik iclası martın 5-də Pekində başlayıb.

2025-ci ildə Çinin müdafiə xərclərinin artımı ölkənin cari il üçün müəyyən etdiyi təxminən 5%-lik iqtisadi artım hədəfini üstələyir. Analitiklərin fikrincə, bu, Pekinin geosiyasi gərginlik fonunda hərbi modernləşməni davam etdirmək niyyətini əks etdirir.

“Si Cinpin 2035-ci ilə qədər ordunun tam modernləşdirilməsini başa çatdırmaq niyyətindədir. Bu proses çərçivəsində Çin hərbçiləri yeni raketlər, gəmilər, sualtı qayıqlar və müşahidə texnologiyaları hazırlayacaqlar”, – agentlik bildirir.

Associated Press əlavə edir ki, Çin artıq dünyanın ən böyük donanmasına sahibdir. AP Pentaqondakı mənbələrə istinadən yazır ki, əgər digər büdcələrə daxil edilən xərclər də əlavə edilsə, Çinin ümumi müdafiə xərcləri təxminən 40% daha çox ola bilər.

Çin Dövlət Şurasının Baş naziri Li Syan Pekində keçirilən qurultayda bildirib ki, Çin Tayvan məsələsinin sülh yolu ilə həllini dəstəkləməyə davam edir. Buna baxmayaraq, “Tayvanın formal müstəqilliyi” ilə bağlı təki edənlərə qarşı sərt mövqe sərgiləyəcək.

“Biz Çinin birləşməsi siyasətini qətiyyətlə davam etdirəcəyik və Çin xalqının yenidən dirçəlişi naminə Tayvandakı soydaşlarımızla birlikdə çalışacağıq”, – deyə Li Syan vurğulayıb.

Öz növbəsində, Tayvanın müdafiə naziri Vellinqton Ku “beynəlxalq vəziyyətin sürətlə dəyişdiyini və rəqiblərdən gələn təhdidlərin artdığını” əsas gətirərək, hərbi xərclərin artırılması planlarını açıqlayıb.

Bəs Çinin hərbi xərclərinin belə sürətli artımı bugünkü dəyişkən dünyada nə deməkdir? Bu, təhlükəyə cavab reaksiyası, yoxsa əksinə, aqressiv niyyətlərin nümayişidir?

Siyasi şərhçi Murad Sədəddinov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

“Bəli, bir çox media orqanları Çinin bu il müdafiə xərclərini 7,2% artırdığını yazır. Kənardan baxanda bu rəqəm bir qədər qorxulu görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Çinin hərbi büdcəsinin ÜDM-dəki payı cəmi 1,7%-dir. Müqayisə üçün, ABŞ-da bu rəqəm 3,4%, Rusiyada 6%, Hindistanda 2,4%, Böyük Britaniyada isə 2,3%-dir.

Yəni ümumi büdcənin miqyasına baxsaq, bu artım Çinin dövlət xərcləri arasında o qədər də böyük yer tutmur. Amma qlobal miqyasda götürsək, Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə sahibdir. Bununla belə, Çinin hərbi xərcləri ABŞ-ın hərbi büdcəsindən üç dəfə azdır. Bu da vacib amildir.

Bəs bu iri miqyaslı dəyişikliklər nədən qaynaqlanır? Şübhəsiz ki, Pekin dünyada baş verən hadisələri izləyir, beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulduğunu, o cümlədən Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasında yer alan və bu prinsiplərin təminatçısı olan ölkələr tərəfindən pozulduğunu görür. Yəni, güc amili siyasətdə getdikcə daha çox ön plana çıxır, diplomatiya, siyasət və beynəlxalq hüququn digər, daha sivil üsullarını üstələyir”, - ekspert bəyan edib.

O, deyir ki, buna görə də təkcə Çin deyil, bir çox digər ölkələr də hərbi ehtiyaclar üçün xərclərini artırırlar.

“Təbii ki, bu, çox pis haldır, lakin bir çox ölkələr məcburən belə addımlar atır. Onları buna dünyada mövcud vəziyyət vadar edir.

Çin üçün təhlükə kimdir? Burada birmənalı olaraq ABŞ-ı qeyd etmək olar. Və Vaşinqton bunu gizlətmir. ABŞ bütün səviyyələrdə yeni bir ifadə işlətməyə başlayıb – Çin onların “əsas düşmənidir”. Halbuki əvvəllər Çini heç olmasa “əsas rəqib” adlandırırdılar. Aydındır ki, belə bəyanatlar Çin hökumətini öz müdafiə doktrinasına yenidən baxmağa və onu gücləndirməyə məcbur edir. Məncə, əsas faktor da məhz budur.

Bundan başqa, Çin özü də xarici siyasətdə heç də həmişə yalnız dinc yanaşma nümayiş etdirmir. Biz tez-tez Çin Xalq Respublikasının Tayvanla bağlı iddialarını eşidirik və s. Yəni Çin də öz xarici siyasət ambisiyalarını həyata keçirmək üçün addımlar atır. Bu isə o deməkdir ki, Çinin hərbi qüdrətini artırmaq istəyi Tayvan məsələsini həll etmək, materik və ada daxil olmaqla Çini tam şəkildə birləşdirmək istəyindən qaynaqlanır. Eyni zamanda, ABŞ-ın genişlənmə siyasətinə qarşı dayanmaq məqsədini daşıyır.

Ümid edək ki, bütün bunlar sonda müharibəyə gətirib çıxarmayacaq. Amma şübhəsiz ki, bu proseslər bir-biri ilə sıx bağlıdır”, – deyə Sədəddinov fikirlərini tamamlayıb.
 

Ardını oxu...
  

Musavat.com xəbər verir ki, HƏMAS hərəkatı Qəzzə zolağında atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlara başlamaq üçün üç əsas şərt irəli sürdüyünü açıqlayıb.

Hərəkatın sözçüsü Hazım Qasım, “Al Jazeera” telekanalına verdiyi müsahibədə İsrail ordusunun tamamilə geri çəkilməsi, məhbus mübadiləsi və İsrailin hücumları yenidən başlatmayacağına dair rəsmi təminat verməsi kimi tələblərin irəli sürüldüyünü bildirib.

“Biz bu üç şərt əsasında danışıqlara başlamağa hazırıq. Bu tələblər yerinə yetirilmədən, atəşkəsin davamlı olması mümkün deyil”, – deyə Qasım vurğulayıb.

HƏMAS daha əvvəl atəşkəsin ikinci mərhələsi ilə bağlı müzakirələrin başlamasına dair müsbət siqnallar olduğunu bildirmişdi.

Musavat.com

Ardını oxu...
ABŞ Avropada gələcək hərbi təlimlərin planlaşdırılmasında iştirakını dayandırmaq niyyəti barədə NATO müttəfiqlərini məlumatlandırıb.

Bu barədə “Expressen” məlumat yayıb.

Bildirilib ki, bu 2025-ci il üçün nəzərdə tutulmuş NATO təlimlərinə aid deyil:

“Söhbət reallaşdırılması daha gec müddətə nəzərdə tutulmuş NATO təlimlərindən gedir”.
 

    
Ardını oxu...
Martın 7-də rus qoşunları Kursk şəhəri Sudja yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini yarıb və bu səbəbdən Ukraynanın Kursk vilayətinə yeddi aylıq yürüşü dağılmaq ərəfəsindədir.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə “New York Post” (NYP) çıxış edib.
Nəşr qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri iki həftə ərzində Rusiya regionunu tərk edə bilər. NYP bu barədə Ukrayna rəsmilərinə istinadən edir.
Onların fikrincə, hərbçilərin Kursk vilayətindən çıxarılması bölgəyə giriş və çıxışın məhdudlaşdırılması ilə əsaslandırıla bilər. Kurskda yerləşdirilən bəzi ukraynalı əsgərlər Rusiya ərazisi üzərində nəzarəti saxlamaq uğrunda mübarizəni siyasi hesab edir və əməliyyatın dəyərindən çox itkiyə səbəb olduğunu qeyd edir.
Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlər 6 avqust 2024-cü ildən davam edir. 2025-ci ilin yanvarında Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu əvvəlcə Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal edilmiş təxminən 801 kvadrat kilometr əraziyə və ya regionun 63%-nə nəzarəti bərpa edib. Fevral ayında Vladimir Putin Rusiya hərbçilərinin Kursk vilayətində dövlət sərhədini keçərək Ukrayna ərazisinə daxil olduğunu açıqlamışdı.
Ardını oxu...
Fransa paytaxt Dakarın Mareşal və Sen Ekzüperi bölgələrindəki iki hərbi bazasını Seneqalın nəzarətinə verib.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Seneqaldakı səfirliyi məlumat yayıb.

Bu, Fransa qoşunlarının Seneqaldan tamamilə çıxarılmasının ilk mərhələsi olub.

Məlumatda qeyd olunur ki, digər obyektlər razılaşdırılmış qrafikə uyğun olaraq Seneqala qaytarılacaq, amma dəqiq tarixlər göstərilməyib.

Fransa qoşunların çıxarılması və hərbi obyektlərin təhvil verilməsini koordinasiya etmək üçün Seneqalla birgə komissiya yaratdığını elan edib. Komissiyanın ilk iclası fevralın 28-də baş tutub.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərini Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq üçün təzyiq göstərməyə çağırıb. Moskva Ukraynanın bir çox bölgəsindəki enerji və təbii qaz infrastrukturunu havadan və dənizdən kütləvi raket və pilotsuz təyyarələrlə hədəfə alıb.

Zelenski martın 7-də sosial şəbəkələrdəki paylaşımında bildirib ki, Rusiya Ukraynanın müxtəlif enerji obyektlərinə 70-ə yaxın qanadlı və ballistik raket, eləcə də 200-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum edib. Hücum zamanı yaşayış binaları da vurulub.

Prezident sülh danışıqları üçün atılan diplomatik addımlar fonunda baş verən hücumlar nəticəsində ölənlərin olub-olmadığını açıqlamayıb. Sülh danışıqları üçün Ukraynadan olan nümayəndə heyəti sülh sazişi üçün çərçivə hazırlamaq məqsədi ilə ABŞ rəsmiləri ilə görüşmək üçün gələn həftə Səudiyyə Ərəbistanına yola düşəcək.

"Əsl sülhün bərqərar olması üçün atılcaq ilk addımlar bu müharibənin yeganə mənbəyini, yəni Rusiyanın bu cür hücumları dayandırmağa məcbur etmək olmalıdır" deyə Zelenski yazıb.

O həmçinin əlavə edib ki, "Bunu real şəkildə idarə etmək olar. Səmada səssizlik - raketlərin, uzaqmənzilli dronların və hava bombalarının istifadəsinə qadağa. Həmçinin dənizdə səssizlik - normal gəmiçiliyin real təminatı".

Həyata keçirilən bu kütləvi hücum Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynanın enerji infrastrukturuna 30-cu belə zərbədir. Hücumlar Ukraynanın kritik enerji infrastrukturunu hədəf alan daha genişmiqyaslı Rusiya strategiyasının bir hissəsidir. Son iki həftə ərzində Rusiya zərbələri Odesa vilayətindəki enerji obyektlərinə dəfələrlə zərbələr endirib.

Ukrayna Hərbi Hava Qüvvələri hücumun səhər 3:03 radələrində Rusiyanın Qara dənizdən "Kalibr" qanadlı raketləri atması ilə başladığını bildirib. Bunun ardınca isə "Kinjal" hipersəs raketlərini daşıyan MiQ-31K qırıcı təyyarəsinin havaya qalmaxı barədə xəbərdarlıq edib.

Zelenski bildirib ki, hücumu dəf etmək üçün Fransa tərəfindən verilən F-16 və Mirage-2000 təyyarələrindən istifadə olunub. Təyyarələr Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2024-cü ilin iyununda elan edilən yardım paketinin bir hissəsidir.

Martın 7-də baş verən hücum nəticəsində Polşanın hava hücumundan müdafiə sistemlərini aktiv hala gətirib və təyyarələr havaya qalxıb. Polşa Silahlı Qüvvələrinin bəyanatında deyilir ki, Rusiyanın uzaqmənzilli aviasiya hücum ilə əlaqədar Polşa və onun müttəfiqləri istənilən təhlükəni izləmək və onlara cavab vermək üçün hava əməliyyatına başlayıblar.

Ukraynanın dövlət qaz şirkəti olan Naftohaz infrastrukturlara 17 hücumun həyata keçirildiyini təsdiqləyib. Şirkətin baş direktoru Roman Çumak bildirib ki, qaz hasilatı üçün vacib olan istehsalat obyektlərinə ciddi ziyan dəyib, lakin artıq bərpa işlərinə başlanılıb.

Moskvanın mülki infrastrukturu hədəfə aldığını dəfələrlə təkzib etməsinə baxmayaraq, Ukrayna və beynəlxalq təşkilatlar hücumları hərbi cinayətlər adlandırır. Hücumlarda xəstəxanalar, məktəblər, enerji obyektləri və ölkə daxilindəki su təchizatı sistemlərinin qəsdən hədəfə aldığını bildirilir.
Ardını oxu...
Rusiya Silahlı Qüvvələrinin "Cənub" qruplaşmasının kəşfiyyat batalyonu PUA-lardan istifadə edərək Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus anbarları və maskalanmış texnikanı aşkar edərək zərbə endirib.
Müvafiq kadrlar Rusiya Müdafiə Nazirliyinin rəsmi teleqram kanalında yayımlanıb.

Videogörüntülərdə pilotsuz uçuş aparatlarının (PUA) maskalanmış texnika və anbarlara yaxınlaşaraq döyüş sursatı buraxdığı görünür.
Ardını oxu...
Rusiya Silahlı Qüvvələri Ukrayna hərbçiləri ilə qarşıdurmalarda ciddi itlkilər verməyə davam edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Məlumata görə, rus ordusu Çasov Yar bölgəsində genişmiqyaslı uğrsuz hücum zamanı azı 33 hərbçisini itirib.Bundan əlavə, hücumda rus ordusunun 11 zirehli texnikası da məhv edilib.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
   

Polşa hələlik MiQ-29 eskadrilyasını Ukraynaya təhvil verməyə hazır deyil, Varşava NATO müttəfiqlərindən qırıcıların dəyişdirilməsini gözləyir.

APA xəbər verir ki, bunu ölkə rəhbəri Anjey Duda Şimali Atlantika Alyansının baş katibi Mark Rutte ilə danışıqlardan sonra deyib.

“Biz həmişə yalnız bir şərt qoymuşuq, onun yerinə yetirilməsi qalan təyyarələrin göndərilməsinə imkan verəcək. Biz tarazlığı saxlamalı və Polşa səmasını qorumaq məsələsini həll etməliyik”, - Duda vurğulayıb.

Dünyapress TV

Xəbər lenti