Ardını oxu...
NATO alyansda istehsal edilən silahların sayına dair hədəfləri yeniləməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Açıqlamaya görə, plan ölkələri daha yüksək səviyyəli döyüş sursatları ilə təmin etməyə köklənib.

Agentlik iddia edir ki, NATO ölkələri Vladimir Putinin güman edilən təhdidinə qarşı çıxmaq üçün xərcləri artırmağı öhdəsinə götürüb.

Qərarda ABŞ-ın yeni prezidenti Donald Trampın tələbləri də rol oynayıb.
 
Ardını oxu...
Tarix boyu milyonlarla insanın həyatını itirməsinə səbəb olan qanlı müharibələr müasir silah texnologiyalarının və nüvə amilinin ortaya çıxması ilə birlikdə daha da dəhşətli bir hal alıb.

Süni intellect – ChatGPT mümkün 3-cü Dünya Müharibəsində ən çox ziyan görən ölkələrin siyahısını tərtib edib.

Süni intellektə görə, Dünya Müharibəsində ən çox zərər görəcək ölkələr bunlardır:

1.Ukrayna

Hazırda regional müharibə məhz bu bölgədə gedir. NATO-Rusiya gərginliyinin qaynar xəttində olmaq böyük nüvə münaqişəsinin mərkəzində olma ehtimalını artırır. Bu müharibə Ukrayna şəhərlərinin güclü şəkildə bombalanmasına, infrastrukturun dağılmasına və böyük itkilərə səbəb ola bilər.

2. Cənubi Koreya

Şimali Koreya təhlükəsi Asiyada ABŞ-Çin qarşıdurmasının mərkəzində dayanır. Əhali sıxlığının yüksək olduğu böyük şəhərlər artilleriya və raket hücumlarına qarşı həssas ola bilər. Əgər bu savaş qızğın qarşıdurmaya çevrilərsə, qısa zamanda ağır mülki və hərbi itkilər yaşana bilər.

3. İsrail

İsrailin ətrafındakı qeyri-sabitlik bölgəni təhlükəli edən əsas amildir. İsrailin sıx məskunlaşılan şəhərləri hədəf alına bilər. Yaxın Şərqdəki gərginlik qlobal müharibəyə çevrilərsə, bölgə daha təhlükəli yerə çevrilə bilər. İsrailin logistika, infrastruktur və mülki müdafiə sistemləri güclü olsa da, hərtərəfli qarşıdurma zamanı böyük zərər görə bilər.

4. İran

İran Yaxın Şərqin əsas enerji dəhlizlərinə yaxın olan regional güc balansında mühüm aktordur. Böyük güc rəqabətində hədəfə çevrilmək hava hücumları, raket təhdidləri və infrastrukturun məhv edilməsi anlamına gələ bilər. Uzunmüddətli münaqişədə mülki əhali arasında itkilər ciddi həddə çata bilər.

5. Türkiyə

Boğazlara və strateji kəsişmə nöqtələrinə görə coğrafi baxımdan kritik bir yerdədir. Türkiyə həm NATO üzvüdür, həm də Yaxın Şərq, Qara dəniz və Şərqi Aralıq dənizindəki gərginliyin yaxınlığındadır. Regional münaqişələr qlobal müharibəyə çevrilərsə, burada da qeyri-sabit mühit yarana bilər.

6. Almaniya

Avropanın mərkəzində, NATO üzvü və əsas iqtisadi güc hesab olunur. Birbaşa cəbhə xətti olmasa da, hərbi infrastruktur, bazalar və logistika mərkəzləri hücum hədəfi ola bilər.

7. Hindistan

Nüvə gücünə malik olan və sərhəd mübahisələri olan Hindistan Çin və ya Pakistanla gərginlik yaşaya bilər. Asiyada böyük güc rəqabəti Hindistanı münaqişəyə cəlb edə bilər. Əhalinin sıxlığı və strateji yerləşməsi səbəbindən yerli münaqişələr böyük itkilərə səbab ola bilər.

8. Cənubi Afrika

Afrikanın cənub ucunda yerləşməsi onu qlobal güclər arasında birbaşa münaqişə zonasından uzaqlaşdırır. Buranın strateji boğazları və ya kritik enerji kəməri yoxdur. İqtisadi çətinliklər və qlobal ticarətin dayanması bu ölkə üçün daha ciddi problemlər yarada bilər.

9. Avstraliya

ABŞ-nin müttəfiqi və Hind-Sakit Okean regionunda önəmli yerdə olmasına baxmayaraq, əsas cəbhə xəttindən uzaqda yerləşir. Mümkün zərər əsasən dəniz və hava təhdidləri və ya kiberhücumlardan gələ bilər.

10. Braziliya

Cənubi Amerikada yerləşən böyük ölkə olsa da, əsas münaqişə zonalarından uzaqdadır. Dəniz yolları və enerji dəhlizləri qlobal mübahisələrin mərkəzində deyil. Mümkün bir müharibənin daha çox tədarük zəncirinə və iqtisadiyyata birbaşa təsir etmək imkanı daha yüksəkdir. /azpolitika.info
 
 
 
Ardını oxu...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada PKK/YPG terrorçularına qarşı xüsusi əməliyyat həyata keçirib.
MİT Kamışlı bölgəsində PKK/YPG terrorçularının Suriya ordusundan qalan raket və ağır silah-sursatları ərazidən çıxarmağa çalışdığını müəyyən edib. Bunun ardından dərhal əməliyyat başladılıb.

Əməliyyat zamanı terrorçuların istifadəsində olan raket və ağır silahlarla dolu 12 yük maşını, iki tank və iki sursat anbarı məhv edilib.

Məlumata əsasən, terrorçular həmin silahları Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etməyi planlaşdırırmış.
Ardını oxu...
"Rusiya nüvə doktrinasını sərtləşdirmir, onu təkmilləşdirir".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı bildirib.

"Ümumilikdə, biz indi nüvə doktrinasını deyil, "Oreşnik"i təkmilləşdirməliyik. Bu müasir silah sistemlərinin kifayət qədər sayı faktiki olaraq nüvə silahından istifadə ehtiyacını aradan qaldırır",-deyə Putin qeyd edib.

Vladimir Putin həmçinin bildirib ki, Moskva özünü bütün sahələrdə kifayət qədər diqqətli aparır.
 
 
 
Ardını oxu...
Belarusda Rusiyanın "Oreşnik" kompleksinin yerləşdirilməsi Qərb siyasətçilərinin addımlarına cavabdır.

“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk vilayətinə səfəri zamanı bildirib.

"Amerikalılar sabah almanlarla birlikdə ola, Avropada orta mənzilli silahları yerləşdirə bilərlər. Lakin onlar "Oreşnik" deyil, orta mənzillidir. Biz də onlara cavab olaraq bu addımı atırıq", - o bildirib.

Onun sözlərinə görə, hazırda Belarusda "Oreşnik" komplekslərinin yerləşdirilməsi üçün yerlər seçilir.
 
Ardını oxu...
Ukrayna münaqişəsi çərçivəsində atəşkəs razılaşması artıq 25 yanvarda əldə edilə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç "Politika Stranı" Telegram-kanalına açıqlama verib.

Onun sözlərinə görə, atəşkəs ya 25 yanvarda, ya da həmin tarix ətrafında olacaq, çünki Donald Trampın komandası həm Rusiya, həm də Ukraynaya müvafiq ultimatum irəli sürüb.

"Məncə, söhbət belədir: Putinə "nə qədər [ərazi] istəyirsinizsə alın, amma 20 yanvara qədər" deyilib. Tramp bildirib ki, 20 yanvarda vəzifəyə başlama mərasimində və ya dərhal sonra bu məsələ həll olunmalıdır",-deyə Arestoviç ehtimal verib.

O, həmçinin tammiqyaslı sülhün yaz aylarına qədər əldə edilə biləcəyini istisna etməyib, çünki ABŞ döyüşlərin dayandırılması üçün çox sərt təzyiq göstərəcək. Arestoviç Moskva ilə Kiyev arasında razılaşma əldə olunma ehtimalını çox yüksək qiymətləndirib.
Ardını oxu...
Türkiyənin Isparta ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, briqada generalı İsa Baydilli də daxil olmaqla 5 əsgər həlak olub.

“TRT Haber”in məlumatına görə, hadisə iki hərbi helikopterin toqquşması səbəbindən baş verib. Nəticədə bir helikopter yerə düşüb.

Helikopterdə olan 5 hərbçi həlak olub, 1 nəfər isə yaralanıb. Digər helikopter isə heç bir tələfat olmadan yerə endirilib.

Helikopterlərin təlim uçuşu üçün havaya qalxdıqları bildirilir.

Qəza ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ispartada təlim uçuşu həyata keçirən UH-1 tipli helikopter qəzaya uğrayıb və 5 hərbçimiz şəhid olub.Qəzada ağır yaralanaraq xəstəxanaya yerləşdirilən hərbçimizi isə xilas etmək mümkün olmayıb və şəhid olub.Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türkiyə Silahlı Qüvvələrimizə isə başsağlığı veririk”, - açıqlamada qeyd olunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İsrail Suriya ordusunun Aralıq dənizi sahilindəki Latakiya şəhərindəki mövqelərini bombalayıb.

“Report” xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hücumlar Suriya ordusunun Saqubein, Əl-Müşairifə ərazilərindəki obyektlərinə və Latakiya limanına yönəlib.

Qeyd edək ki, Qətərin “Əl-cəzirə” telekanalı daha əvvəl İsrail hərbi təyyarələrinin Suriyanın cənubundakı silah anbarına hücum etdiyini bildirib.

Məlumata görə, Dəməşqdən 70 km cənubda, Dəraa vilayətində yerləşən İzra şəhəri yaxınlığında Suriya ordusuna məxsus silah anbarı bombalanıb. Hava hücumu bir sıra partlayışlarla müşayiət olunub.
Ardını oxu...
Əl-Cəlali: Suriyalı əsgərlərdə üsyançılara qarşı döyüşmək üçün motivasiya yox idi.
İqtisadiyyat.az xəbər verir ki, Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali "RIA Novosti"yə bildirib ki, hökumət qoşunları müxaliflərlə döyüşməyib, çünki mənəvi çöküş halında olublar.

"Suriyanın hərbi qulluqçularının mənəviyyatı çökmüşdü və öz qardaşlarına qarşı döyüşmək üçün motivasiyaları yox idi",- deyə əl-Cəlali əlavə edib.

Baş nazirin sözlərinə görə, buna iqtisadi, sosial və psixoloji amillər səbəb olub: "Çətin həyat şəraiti və döyüşməyin zəruriliyinə inamın olmaması nəticəsində əsgərlər döyüşə girmədən geri çəkilməyi üstün tuturdular".
 
Ardını oxu...
Türkiyə və Suriya Milli Ordusunun (Azad Suriya Ordusu/ASO) birgə hücum hazırlığında olduğu xəbəri yayılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Təhlükəsizlik mənbələri Türkiyə və Suriya Milli Ordusunun Suriyada YPG/PKK-ya qarşı böyük hücuma hazırlaşdığını bəyan edib.

 

Dünyapress TV

Xəbər lenti