Ardını oxu...
Suriyada müxalifət "Heyyət Tahrir əş Şam" və xaricdən dəstəklənən silahlı qruplaşmalar Xan əl-Asəli qəsəbəsini ələ keçirərək Hələb şəhərinə daxil olublar.

Musavat.com xəbər verir ki, müxalif qüvvələr Hələb-Dəməşq M5 yolunu da kəsərək, Əz-Zərbah rayonunu ələ keçiriblər.

Bu magistral Dəməşq, Homs, Həma və Hələb də daxil olmaqla böyük şəhərləri birləşdirir.

Silahlı qruplaşmalar 32-dən çox kənd və məntəqəni ələ keçirib. Nəticədə 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınıb.

Hələbin mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir.
 

Ardını oxu...
ABŞ Ukraynaya 725 milyon dollar məbləğində növbəti hərbi yardım paketi təqdim etməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ rəsmi şəxslərindən olan mənbənin sözlərinə görə, paketə tankəleyhinə silahlar, pilotsuz uçuş aparatları, minalar, “Stinger” daşınan zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları daxil olacaq.

Silahlar ABŞ anbarlarından Kiyevə təhvil veriləcək.

Daha əvvəl “Politico” nəşri məlumat vermişdi ki, ABŞ Prezidenti Cozef Bayden Kiyevə hərbi yardım və əvvəllər Ukrayna Silahlı Qüvvələrinə verilmiş silahların əvəzinə Amerika silah ehtiyatlarının bərpası üçün konqresdən gizli şəkildə əlavə 24 milyard dollar tələb edib.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:28


 
 
Ardını oxu... Ardını oxu... Myspace Stumbleupon Technorati blogger google
 
 
22 dəfə oxundu
 
 



 
 
XƏBƏR LENTİ
 
 
 
Loading...
 
 
     
     
     
Ardını oxu...
G7 ölkələri 2024-cü ilin sonuna kimi Ukraynaya 50 milyard dollar kredit köçürməyə başlayacaq.

Məlumata görə, bu barədə G7 ölkələri nazirlərinin İtaliyada keçirilən görüşündən sonra yayımlanan bəyanat layihəsində deyilir.

"Məqsədimiz ilin sonuna qədər vəsaitin ayrılmasına başlamaqdır", - sənəddə bildirilir.
 
Ardını oxu...
London əsir düşən Böyük Britaniya vətəndaşını xilas etmək üçün addımlar atacaq.
Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən britaniyalı kəşfiyyatçı Ceyms Skott Ris Anderson əsir düşüb.

TASS xəbər verir ki, Ukrayana ordusunda müqavilə əsasında döyüşən Böyük Britaniya vətəndaşı Kursk vilayətində ələ keçib.

Əsir düşmüş britaniyalı muzdlu öz iradəsi olmadan Kursk vilayətinə göndərildiyini bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı britaniyalının sənədlərini və telefonunu əlindən alıb.

London Kursk vilayətində əsir düşən Ceyms Skott Ris Andersona dəstək göstərməyə hazır olduğunu bəyan edib. Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lemmi bu barədə "Sky News" telekanalına açıqlama verib: "Biz Britaniya vətəndaşına mümkün olan bütün dəstəyi göstərmək üçün əlimizdən gələni edəcəyik".
 
Ardını oxu...
Hazırda Rusiyanın quru qoşunları 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başladığı dövrlə müqayisədə daha çoxdur, lakin o vaxtdan onların keyfiyyəti aşağı düşüb.
Reuters xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
"Bu qüvvələrin keyfiyyəti aşağı düşüb" deyən Bauer onların təchizatının vəziyyəti və əsgərlərin hazırlıq səviyyəsinə işarə edib.
Onun sözlərinə görə, indi ruslar 2022-ci ilin fevralında olduğu kimi təhdid yaratmırlar yaratmır, ona görə də “hazırlanmağa bir az vaxtımız var”.
O əlavə edib ki, bu, müdafiə sənayesinə investisiyaların artırılması deməkdir.
 
Ardını oxu...
Bu həftə Litva Ukrayna Silahlı Qüvvələrinə elektrik generatorları, M113 zirehli maşınları üçün ehtiyat hissələri, müxtəlif növ silahlar və onların hissələri təhvil verib.
Bu barədə noyabrın 24-də Litva Respublikasının Sahil Mühafizəsi Nazirliyi öz saytında məlumat yayıb.

“Ukraynadan gələn müraciətlərə cavab olaraq, bu il Litva artıq 155 mm-lik döyüş sursatı, M113 zirehli maşınları, pilotsuz uçuş aparat sistemləri, qış mövsümü üçün lazım olan avadanlıq və isti geyim dəstləri, “Karl Qustav” tank əleyhinə qumbaraatan üçün sursat, uzaqdan partlatma avadanlığı, RISE-1 sistemləri, generatorlar, yükləyicilər, qoşqular, çarpayılar və digər əlaqəli avadanlıqlar tədarük edib”, - açıqlamada deyilir.

Departamentin məlumatına görə Litva Ukraynaya 705 milyon avrodan çox hərbi dəstək verib.
 
 
 
Ardını oxu...
Şimali Koreya ordusunun texniki məsləhətçiləri Ukraynanın işğal olunmuş Mariupol şəhərinə yerləşiblər. Şimali Koreyadan olan digər hərbçi dəstəsi isə isə Xarkov vilayətinin şərqində görünüb. Bu barədə Ukrayna təhlükəsizlik güclərindəki mənbə CNN-ə bildirib.

Kanalın həmsöhbətinin sözlərinə görə, Şimali Koreya hərbçilərinin Mariupola gəlişinin məqsədi müəmmalıdır. Onu da qeyd edib ki, hərbçilər Rusiyaya aid hərbi geyimdə olublar. Mənbə bildirib ki, Şimali Koreyadan olan hərbçilər Mariupolda dəstək verdikləri Rusiya hərbi bölmələrindən ayrı yerləşirlər.

Rusiya ordusundakı digər əcnəbi döyüşçülər adətən yerli bölmələrdə yerləşdirilsə də, Şimali Koreya hərbçiləri ayrı mənzillərdə yerləşdirilib, yeməkləri ayrıdır.

Ukraynanın bölgədəki hərbi komandanlığının sözçüsü bildirib ki, Şimali Koreya qoşunları Ukraynanın şərqində də müşahidə edilib.

Ukraynanın Xarkovdakı Hərbi Birləşmələr Assosiasiyasının mətbuat katibi Yevgeni Romanov səhih məlumata malik olduqlarını deyib: “Radio dinləmələrə əsasən, təsdiq edə bilərəm ki, Şimali Koreya hərbi bölmələri Xarkov vilayətindədirlər”. Digər Ukrayna hərbi mənbəsi də bu məlumatı təsdiqləyib.

“Müşahidələrimizə əsasən, onlar bölmələr şəklində ayrılırlar, döyüş hissələrini gücləndirirlər və cəbhə xəttində kiçik qüvvələr toplayırlar. Onlar havanın pisləşməsini gözləyirlər. Çünki düşmənin hücum əməliyyatlarına başlaması üçün havanın pisləşməsi uyğun vaxtdır”, -Ukrayna 153-cü əlahiddə mexanikləşdirilmiş briqadanın birləşmə komandiri Nazariy Kişak bildirib.

Oktyabr ayında Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya kömək üçün öz əsgərlərini göndərdiyini bildirib. Daha sonra bu məlumatı Cənubi Koreya kəşfiyyatı və Pentaqon da təsdiqləyib. Kiyevin məlumatına görə, Şimali Koreyadan Rusiyaya kömək üçün göndərilən əsgərlərin sayı 12 min nəfərə yaxındır. Cənubi Koreya kəşfiyyatı həmçinin bildirib ki, Moskva Pxenyana hər bir hərbi qulluqçuya görə 2000 dollar ödəyir ki, bu da adi Şimali Koreya vətəndaşının 83 illik maaşına bərabərdir.

Rəsmi Seul həmin vaxt onu da məlumat vermişdi ki, Şimali Koreya əsgərləri artıq Uzaq Şərqdə təlim keçir və oradan Ukraynanın cəbhə xəttinə göndəriləcək. Kəşfiyyat məlumatlarına görə, onlara rus geyimləri və silahları verilib və raket zabitləri döyüş bölgəsinə gəliblər. Onlar ruslara Şimali Koreya raketlərindən istifadə etməyə kömək edirlər. Sübut kimi Cənubi Koreya kəşfiyyatı Şimali Koreya xüsusi təyinatlılarının Rusiyaya köçürülməsini təsdiqləyən peyk görüntülərini də dərc etmişdi. Bu xəbərlərdən sonra Cənubi Koreya Prezidenti Yoon Seok-yeol kəşfiyyat və hərbi rəsmilərlə planlaşdırılmamış təhlükəsizlik görüşü keçirdi və bundan sonra Cənubi Koreya Prezidentinin Ofisi aşağıdakı bəyanatı verdi: “Rusiya ilə Şimali Koreya arasında yaxınlaşmanın hərbi yüklərin tədarükündən faktiki qoşunların göndərilməsinə keçməsi vəziyyəti təkcə ölkəmiz üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təhlükəsizlik təhdididir”.

Noyabrda ABŞ Dövlət Departamenti Rusiyaya kömək üçün göndərilən Şimali Koreya əsgərlərinin əksəriyyətinin artıq Kursk vilayətində döyüş əməliyyatlarında iştirak etdiyini bildirib. “The New York Times” bundan əvvəl xəbər vermişdi ki, Rusiya avqust ayından Ukrayna qüvvələrinin nəzarətində olan Kursk bölgəsində əks-hücum üçün Şimali Koreya qoşunları da daxil olmaqla 50 minlik qüvvə toplayıb.

Bu ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin Pxenyana səfər edib və Şimali Koreya lideri Kim Çen In ilə “Hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalayıb. Bu sənəd faktiki olaraq ölkələr arasında hərbi ittifaqı möhkəmləndirir. Müqavilənin 4-cü maddəsinə əsasən, tərəflərdən birinə hücum olarsa, digəri bütün mümkün vasitələrlə hərbi yardım göstərməyi öhdəsinə götürür.

Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin eksperti Pavel Luzin isə deyib ki, Ukrayna ilə müharibədə Rusiyaya kömək etmək üçün Şimali Koreya ordusunun göndərilməsinə artıq heç bir şübhə yoxdur. Pxenyanın belə bir addım atmasının səbəbləri, onun fikrincə, həm də Rusiyada canlı qüvvə çatışmazlığı ilə bağlıdır: “Rusiya xüsusən də bu ilin yayından bəri açıq-aşkar canlı qüvvə çatışmazlığı ilə üzləşib. Rusiya mümkün olan bütün vasitələrdən istifadə edərək boşluqları doldurmağa çalışır. Ən yaxşı variantlardan biri də Şimali Koreyadan hərbçiləri gətirib Ukraynaya qarşı döyüşə buraxmaqdır. Çünki Moskva və Pxenyan arasında yayda imzalanan sənəd var. Bu sənədin işlək olduğunun şahidiyik”.

Ayna.az
 

Ardını oxu...
 

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutda “Hizbullah”ın yerləşdiyi güman edilən cənub bölgələrə hücumları bərpa edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə mülki müdafiə xidmətindəki mənbə bildirib.

“Hərbi əməliyyatlar bombardmandan sonra bir sıra yerlərdə yanğınların baş verdiyi Haret-Horeik məhəlləsinə ardıcıl yeddi hava hücumu ilə başladı. Hazırda Leylaki və Kəfaat məhəllələrinə də ən azı üç zərbə endirilib. Şueifat ətrafına hücumlar davam edir, güclü partlayışlar eşidilir”, - deyə mənbə bildirib.

Hava hücumunun başlamasına təxminən yarım saat qalmış İsrail ordusunun sözçüsü sosial mediada ərəb dilində qarşıdan gələn hücumlarla bağlı xəbərdarlıq yerləşdirərək sakinlərə evlərini tərk etməyi və Beyrutun təhlükəsiz bölgələrinə getməyi tövsiyə edib.

Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin “Oreşnik” raket sisteminin seriyalı istehsalını elan edib.

“Report” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya lideri müvafiq bəyanatı Müdafiə Nazirliyi rəhbərliyi və Rusiyanın müdafiə sənaye kompleksi nümayəndələri ilə müşavirədə səsləndirib.

“Hesab edəcəyik ki, bu sistemin seriyalı istehsalı ilə bağlı qərar qəbul edilib. Bəli, əslində, o, praktiki olaraq təşkil edilib”, – Putin əlavə edib.

O vurğulayıb ki, bu silahın xüsusi gücünü və qüdrətini nəzərə alaraq, sistem “məhz Strateji Təyinatlı Raket Qoşunlarının silahlanmasına veriləcək”.

Qeyd edək ki, noyabrın 21-də Rusiya qoşunları Ukraynanın şərqində Dneprdəki “Yujmaş” hərbi zavoduna kütləvi zərbə endirib. Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.

Rusiya Prezidenti öz vətəndaşlarına müraciətində Rusiyanın nüvəsiz hipersəs təchizatlı ballistik raketlə zərbə endirdiyini bildirib.
 
 
 
Ardını oxu...
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov Rusiyanın Dnepr şəhərinə məhdud sayda eksperimental raketlərdən birini atdığını bildirib.

“Raketin elmi adı “Oreşnik”dir, lakin əslində, bu sistem “Kedr” adlanır və nüvə silahı daşımaq üçün nəzərdə tutulub. Onların bu raketi qeyri-nüvə variantında istifadə etməsi, demək olar ki, ağıllarını tam itirdiklərinə bir xəbərdarlıqdır”, – deyə Budanov qeyd edib.

Musavat.com-un məlumatına görə o əlavə edib ki, Rusiyada bu raketlərdən yalnız iki təcrübə nümunəsi mövcuddur və bu addım Moskvanın müharibədəki gərginliyi yeni səviyyəyə çıxarmaq niyyətində olduğunu göstərir.
 

Dünyapress TV

Xəbər lenti