Ardını oxu...
“ABŞ Konqresi 2024-cü ilin aprelində Ukrayna üçün əlavə maliyyələşdirməni təsdiqlədikdən sonra Birləşmiş Ştatlar Ukraynaya vəd etdiyi sursatın 83%-nin, hava hücumundan müdafiə vasitələrinin 67%-nin verilməsini təmin edib”.

Bu barədə Pentaqonun sözçüsü Pat Rayder brifinqdə bildirib.

“Əlavə maliyyənin qəbulundan oktyabrın ortalarına qədər anbarlarımızdan vəd etdiyimiz əsas sursatın 83%-ni Ukraynaya çatdırdıq”, – deyə o qeyd edib.

Söhbət 155 mm çaplı artilleriya mərmilərindən, HIMARS GMLRS sistemləri üçün raketlərdən, “Patriot” və NASAMS sistemləri üçün döyüş sursatlarından gedir.

Pat Rayder ABŞ-ın “Stinger” və HAWK üçün raketlər də daxil olmaqla, vəd etdiyi digər hava hücumundan müdafiə imkanlarının 67%-ni təmin etdiyini bildirib.

“Kiçik bombalar və 105 mm-lik sursat da daxil olmaqla, yanğınla bağlı öhdəliklərimizin 60%-ni yerinə yetirdik”, – deyə Pentaqon rəsmisi qeyd edib.

Pentaqonun sözçüsünə görə, ABŞ anbarlarından silahların çatdırılması bir neçə gün və ya həftələr davam edir. Avadanlıqlardan hər hansı birinin təmirə ehtiyacı varsa, tez bir zamanda bərpa olunur və Ukraynaya göndərilir.
 
Ardını oxu...
Niderland təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq müdafiəyə əlavə 716 milyon avro ayıracaq.

Bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans deyib.

O qeyd edib ki, krallıq müdafiə xərclərini NATO standartlarına uyğunlaşdırır.

Qeyd olunur ki, ölkə 105 milyon avroya əlavə "Patriot" və "NASAMS" qurğuları, raket və elektron döyüş avadanlıqları almağı planlaşdırır. Daha 117 milyon avro süni intellekt texnologiyalarının Niderland silahlı qüvvələrinə inteqrasiyasına, o cümlədən elektron müharibə və rabitə sistemləri sahəsinə xərclənəcək.
 
Ardını oxu...
Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) rəhbəri Con Hili Londonun Kiyevə hərbi yardımı azaltmaq niyyətində olması ilə bağlı məlumatları təkzib edib.
Bu barədə "Politico" məlumat yayıb.

"Biz indi Ukraynaya hərbi yardıma əvvəlkindən daha çox pul xərcləyirik", - deyə britaniyalı nazir bildirib.

Hili vurğulayıb ki, "Downing Street" Ukraynaya dəstəyini və təslimatı sürətləndirib.
 
 
 
Ardını oxu...
"ABŞ bununla Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və danışıqlarda onun mövqeyinin gücləndirilməsinə ümid edir..."

ABŞ administrasiyası hakimiyyəti təhvil verməzdən öncə Kiyevə hərbi yardımı sürətləndirib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın işgüzar "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, hal-hazırda ABŞ Ukraynaya 7 milyard dollar məbləğində silah və döyüş sursatları göndərməyə cəhd edir. İlkin planlara görə, bu hərbi yardımın aprelədək uzadılması nəzərdə tutulub.

Lakin Donald Trampın seçkilərdə qələbəsindən sonra Vaşinqton əvvəllər razılaşdırılan yardımın yanvaradək göndərilməsinə qərar verib.

Ağ Ev bununla Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və danışıqlarda onun mövqelərinin gücləndirilməsinə ümid edir.

Administrasiyanın yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, Rusiyanın raket hücumlarının fəallaşdırılmasına cavab olaraq Pentaqon Ukraynaya 500-dən artıq "Patriot" və NASAMS HHM sistemləri üçün raketlər göndərir.

Gözlənilir ki, bu silahlar yaxın həftələrdə Ukraynada olacaq. Amerikalı məmurların fikrincə, bu sayda raketlər ən azı bu ilin sonunadək kifayət edəcək.

Nəşrin həmsöhbətlərindən biri silah tədarükünün sürətləndirilməsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu, ABŞ-ın öz silah anbarının ehtiyatlarını tükəndirə bilər. Bu səbəbdən də Vaşinqton Ukraynaya veriləcək silahın başqa ölkələrdən satın alınması variantını nəzərdən keçirir.

Dünən bəlli olub ki, Bayden administrasiyası müharibə başlanandan ilk dəfə olaraq Ukrayna ərazisinə amerikalı hərbi mütəxəssislər göndərəcək.

Bu tələsik addımlar yeni prezident Vladimir Zelenskini mövqeyinin yumşaldılmasına və Vladimir Putinlə danışıqlara sövq etmək üçün Ukraynaya silah tədarükünü azaldacağı təhdidləri ilə əlaqədar narahatlıqlarla bağlıdır. Bundan öncə Ukrayna prezidenti dəfələrlə rusiyalı həmkarı ilə təmaslardan imtina edib.

Bununla birlikdə Kiyev təkcə HHM sistemləri üçün raketlər deyil, həm də hücum silahını-
300 km-dək təsir radiusu olan ATACMS raketlərini əldə etmək istəyir. Ukrayna hakimiyyətinin bəyanatlarına görə, bu silah USQ-yə Rusiyanın dərinliklərinə zərbələr endirməyə imkan verəcək.

Lakin Pentaqon bu sorğunu təmin etməyə tələsmir, iddia edir ki, Rusiya istənilən halda öz təyyarələrini və digər vacib hərbi obyektlərini bu raketlərin təsir zonasından çıxarıb.
 
Ardını oxu...
Ukraynanın bazar günü 2022-ci ildə müharibə başlayandan bəri Rusiya paytaxtına ən böyük dron hücumu həyata keçirərək, azı 34 dronla Moskvaya hücum etməsi şəhərin üç böyük hava limanından uçuşların yönləndirilməsinə və azı bir nəfərin yaralanmasına səbəb olub.

Rusiya Müdafiə Nazirliyi bazar günü hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın qərbində digər bölgələr üzərində üç saat ərzində daha 36 dronun məhv edildiyini bildirib.

“Kyiv rejiminin Rusiya Federasiyası ərazisində təyyarə tipli dronlardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, nazirlik bildirib.

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarının azı 36 reysi yönləndirdiyini, lakin sonradan fəaliyyəti bərpa etdiyini bildirib. Moskva vilayətində bir nəfərin yaralandığı bildirilir.

Azı 21 milyon əhalisi olan Moskva şəhəri və ətrafı İstanbulla yanaşı Avropanın ən böyük meqapolislərindən biridir.

Ukrayna Rusiyanın gecə ərzində rekord sayda 145 dron buraxdığını bildirib. Kyivin bildirdiyinə görə, hava hücumundan müdafiə qüvvələri onlardan 62-ni vurub.

Ukrayna həmçinin Rusiyanın Bryansk vilayətində arsenala hücum etdiyini, Rusiya isə bu bölgədə 14 dronun vurulduğunu bildirib.

Rusiyanın Telegram kanallarında yerləşdirilən müstəqil mənbələr tərəfindən təsdiqlənməmiş videoda dronların uçduğu göstərilir.

Ukraynada iki il yarım davam edən müharibə Moskva qüvvələrinin müharibənin ilk günlərindən bəri ən yüksək templə irəliləməsi və Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra bəzi rəsmilərin dediyi kimi son mərhələsi ola biləcək dövrə qədəm qoyur.

Yanvarda vəzifəsinin icrasına başlayacaq Tramp seçki kampaniyası zamanı 24 saat ərzində Ukraynaya sülh gətirə biləcəyini desə də bunu necə edəcəyi barədə çox az detallar açıqlayıb.

Medianın verdiyi məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski Trampa zəng edərək, onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdiyi zaman Tesla şirkətinin baş direktoru və Trampın tərəfdarı İlon Mask da telefon söhbətinə qatılıb.

Mask Ukraynanın müdafiə səyləri üçün həyati əhəmiyyət kəsb edən Starlink peyk rabitəsi xidmətləri göstərən SpaceX şirkətinin sahibidir.
 
Ardını oxu...
Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.
 
Ardını oxu...
  

Polşa Baş naziri Donald Tusk “Polşa Radiosu”na verdiyi müsahibədə Ukrayna müharibəsinin sona çatması ilə bağlı mühüm açıqlamalar edib.

O, yaxın zamanda atəşkəsin tarixi, onun hansı sərhədlərdə qüvvədə olacağı və Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə məlumatların açıqlanacağını bildirib. Tusk qeyd edib ki, bu plan hələ hazırlıq mərhələsindədir və ABŞ-ın Ukrayna işlərinə müdaxiləsinin azalmasını nəzərdə tutur.

Musavat.com bildirir ki, bu açıqlamalar, Ukrayna ətrafında davam edən münaqişənin həlli istiqamətində yeni diplomatik təşəbbüslərin olduğunu göstərir. Polşa, regionda sülhün bərqərar olması üçün fəal rol oynamağa davam edir.

Musavat.com

Ardını oxu...
  

Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə 44 Günlük Vətən müharibəsindən real döyüş kadrları yayımlayıb.

News24.az xəbər verir ki, kadrlar "8 noyabr 2020-ci il - Vətən müharibəsinin 43-cü günü..." sözləri ilə paylaşılıb.

Sözügedən kadrları təqdim edirik:

 
 
 
Ardını oxu...
"Nüvə silahı Ukraynada müharibəni dayandırmağa kömək etməyəcək. Ancaq belə silahlardan imtina etmək ölkə üçün böyük səhv idi".

Qayanrinfo xəbər verir ki, bu fikri "Kanal 24" telekanalına müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

O vurğulayıb ki, ölkə öz nüvə potensialını bərpa etmək fikrində deyil:

"Bəzi insanların sadəcə balıq kimi yaddaşı var. Tammiqyaslı işğalın başlamasına 5 gün qalmış, 2022-ci il fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı prezident Volodimir Zelenski xüsusilə demişdi ki, "Budapeşt Memorandumuna daxil olan ölkələr bizi tərk etdilər - təhlükəsizliyin təmin edilməsi vədinə cavab olaraq nüvə silahlarımızı götürdülər, indi bizim nə nüvə silahımız var, nə də təhlükəsizlik, biz müharibənin astanasındayıq".

Diplomat xatırladıb ki, Rusiya Ukrayna prezidentinin sözlərini dərhal qəbul edib və Zelenskinin guya nüvə bombası yaratmaqla hədələdiyini uydurmağa başlayıb. Onun sözlərinə görə, tərəfdaşlar bundan narahat olublar:

"Bizim üçün çox işlər görən tərəfdaşlarımız sadəcə olaraq Ukraynanın nə edə biləcəyi ilə bağlı daha az narahat olmalı və Ukraynanı və Avropanı Rusiyadan qorumaq üçün daha çox çalışmalıdırlar. Çünki kimsə hesab edirsə, Vladimir Putin Ukraynada qalib gələcək və dayanacaq, onu ümumiyyətlə tanımır".

Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri hesab edir ki, Ukraynanın nüvə silahından imtina etməsi böyük səhv idi:

"Bilirəm ki, bununla bağlı çoxlu tarixi mübahisələr var. Bəs Ukraynanın nüvə arsenalından imtina etməsi faciəvi səhv idimi? Bizi nüvə arsenalından kim məhrum etdi? Prezident Bill Klinton və prezident Boris Yeltsin. Onlar Ukraynaya qarşı sui-qəsd təşkil etdilər".

Bununla belə, Kuleba hesab edir ki, nüvə silahının bərpası Ukraynanın Rusiya Federasiyasına qarşı mübarizəsinə kömək etməyəcək: "Bu, həlldən daha çox problem yaradacaq".
 
Ardını oxu...
  

 

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.

Musavat.com xəbər verir ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

Yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək.

Xatlrladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olunur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb.

 

 
 
 
 
 

 

Şahanə Rəhimli
Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti