Ardını oxu...
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Andrey Belousovun müdafiə naziri təyin edilməsini təklif edib.

Andrey Belousov Rusiyanın müdafiə naziri təyin olunmazdan əvvəl Rusiya Federasiyası baş nazirinin birinci müavini vəzifəsində çalışıb. O, 2020-ci ildən hökumətdə işləyib və iqtisadi bloka nəzarət edib.

Yeni müdafiə naziri kimdir?

-Andrey Belousov Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib;

- 2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru vəzifəsində çalışıb;

- 2006-2008-ci illərdə iqtisadi inkişaf və ticarət nazirinin müavini, iqtisadi inkişaf nazirinin müavini, 2008-2012-ci illərdə hökumətdə İqtisadiyyat və maliyyə departamentinin direktoru;

- 2012-2013-cü illərdə Rusiya Federasiyasının İqtisadi İnkişaf Naziri vəzifəsində çalışıb;

- 2013-cü ildən 2020-ci ilə kimi yeddi il ərzində Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsində çalışıb.
 
Ardını oxu...
İsrail hərbçiləri Qəzza zolağı ilə sərhədə yaxın Kerem Şalom kəndi istiqamətində atışma qeydə alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, atəş anklavın cənubundakı Rəfah şəhərindən İsrailə doğru atılıb, hər iki mərmi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Ordunun verdiyi məlumatda tələfat və maddi ziyan barədə məlumat yoxdur.
 
Ardını oxu...
Rusiyanın Belqorod şəhəri güclü atəşə məruz qalıb. Ukrayna PUA-larla şəhərə zərbələr endirib.

Azpost.info bildirir ki, bu barədə rus teleqram kanalları məlumat yayıb.

Abunəçilərin SHOT-a verdiyi məlumata görə, onlar 10-a yaxın partlayış səsi eşidiblər. Şəhərin müxtəlif yerlərində tüstü qalxır, maşınlar yanır, bir neçə binaya ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, həyətlərdən birində düşmüş mərmi partlamağa davam edir.

Hucum nəticəsində ən azı bir nəfər həlak olub, 14 nəfər yaralanıb. Bir neçə avtomobil yanıb. Mərmilərdən biri binanın girişə dəyib.
Bundan əvvəl bölgədə raket təhlükəsi elan edilmişdi.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ağ Ev mayın 10-da Ukraynaya hərbi yardım üçün 400 milyon dollarlıq yeni paket ayırdığını bəyan edib. Bu paketə silah və sursatlar, habelə hərbi texnikaya xidmət və Ukrayna hərbçilərinin təlimləri daxildir.

Bu paket çərçivəsində Ukraynaya HIMARS artilleriya sistemləri, donlar, habelə Norveç istehsalı NASAMS sistemi üçün raketlər, hava hücumuna qarşı sursatlar və zirehli texnika veriləcək. Bunların birbaşa ABŞ anbarlarında olan ehtiyatlardan veriləcəyini bildirilir.

Bu da qeyd olunur ki, sözügedən silahlar PDA sistemi ilə göndərilir və deməli Prezidentin fərmanından sonra Konqresin razılığı tələb olunmur.

Bu, Prezident Co Bayden aprelin sonunda Ukraynaya 60 milyard dollarlıq yardım barədə qanunu imzalayandan sonra ABŞ-nin Ukraynaya hərbi yardımının üçüncü tranşıdır.

Mayın 10-da bu qərarın qəbul olunduğu vaxtda Ukrayna cəbhəsində vəziyyət ağır olaraq qalırdı. Rusiya ordusu Xarkov istiqamətində geniş hücuma keçməyə çalışır. Ukrayna tərəfi bildirir ki, cəbhə xəttinin yarılmasına dair xəbərlər həqiqətə uyğun deyil, amma son dərəcə mürəkkəb döyüşlər davam edir.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi mayın 10-da deyib: "Bu mümkündür ki, Rusiya qoşunları qarşıdan gələn həftələrdə bir qədər də irəliləsin, amma biz heç bir böyük yarılma gözləmirik. Bundan sonra, 2024-cü il ərzində ABŞ-dən gələn yardımların davam etməsi Ukraynanın bütün hücumları dəf etməsi ilə nəticələnəcək”.

Mayın 10-da Ukrayna Baş Qərargahı Rusiya ordusunun Çasov Yar istiqamətində hücumunun dəf edildiyini bildirib.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində neft anbarını vurub.

Luqanskın Rovenki şəhərindəki neft anbarına vurulan zərbədən sonra güclü yanğın başlayıb.

Luqansk “səhiyyə naziri” Natalya Paşenko bildirib ki, hadisə nəticəsində üç nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.

Məlumata görə, ətrafdakı evlərə də ziyan dəyib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Böyük Britaniya Rusiyanın hərbi attaşesinin ölkədən çıxarılacağını elan edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bundan başqa, Britaniya hakimiyyəti bəzi mülkləri diplomatik statusdan məhrum etmək qərarına gəlib.

Daxili işlər naziri Ceyms Kleverli bu addımı Rusiyanın krallıqdakı zərərli fəaliyyətinə cavab kimi izah edib.

Üstəlik, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi rusiyalıların diplomatik viza almasına yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova artıq Londona adekvat cavab veriləcəyini deyib.
 
Ardını oxu...
Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.

“Report”un məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar bitib:

“Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 20-də Ermənistan lideri Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini bildirmişdi. Eyni zamanda, bu bəyanatdan bir ay öncə hökumət başçısı Rusiya sərhədçilərinin bu ilin avqustunda sözügedən hava limanından çıxacaqlarını açıqlamışdı.

08.05.2024, 23:56

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutub.
Görüşdə ikitərəfli və regional münasibətlərin mühüm məsələləri müzakirə edilib.

Həmçinin, regionda təhlükəsizlik mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu, liderlərin cari ildəki ilk görüşü olub. Sonuncu dəfə Putin və Paşinyan 2023-cü ilin dekabrında görüşüblər.
 TASS
Ardını oxu...
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.

Oxu.Az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.

1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
 
Ardını oxu...
ABŞ, Macarıstan və İtaliyadan ümumilikdə 11 hərbçi yaralanıb.
İsveçdə təlimlər zamanı paraşütlə tullanmalar nəticəsində ondan çox NATO əsgəri yaralanıb.
Bu barədə "Aftonbladet" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ, Macarıstan və İtaliyadan ümumilikdə 11 hərbçi yaralanıb. Onlardan 9-u helikopterlə təxliyə edilib, daha ikisi isə xəstəxanaya aparılıb.
Zərərçəkənlərin sınıqları və xəsarətləri olsa da, həyatları üçün təhlükə olmadığı qeyd edilib.
Bundan əvvəl Buryatiyada yanğınsöndürən paraşütçünün məşq atlaması zamanı xəsarət aldığı bildirilirdi. Paraşütçü huşunu itirib, ona ilkin tibbi yardım göstərilib və gələn təcili tibbi yardım maşınına təhvil verilib.
Sputnik
 
Ardını oxu...
İlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub.

1980-ci ildə həmin şəhərdə orta məktəbə daxil olub, 1990-cı ildə bitirib. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 1995-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlayıb.

2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğura imza atıb. Komandir kimi diviziya birincisi olduqdan sonra ona vaxtından əvvəl mayor rütbəsi verilib. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirib. Müxtəlif illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkir şəhərlərində hərbi xidmətdə olub.

Xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi ilə təltif olunub.

2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordenləri ilə təltif olunub.

2019-cu il fevralın 23-də 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Onun cənazəsi Bakıda böyük izdihamla qarşılanıb. Şəhid polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

İlqar Mirzəyev ailəli olub. Bir oğul və bir qızı yadigar qalıb.
 

Dünyapress TV

Xəbər lenti