Ardını oxu...
“Kiyevin 2025-ci ildən gec olmayaraq münaqişəyə son qoymaq şansı var”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

O bildirib ki, yaxın iki ayda vəziyyəti sülhə doğru aparmaq üçün real şans yaranacaq.

“Ukrayna Rusiya ilə münaqişənin 2025-ci ildən gec olmayaraq bitəcəyini gözləyir. Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır. 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək üçün qətiyyətli addımların atılması mümkündür”, – deyə Zelenski vurğulayıb.
 
Ardını oxu...
Ermənistan ordusunun hərbi qulluqçusu bir neçə gün əvvəl əsgər yoldaşı Vaqe Arutyunyanı intihara sürükləməkdə şübhəli bilinərək həbs edilib.

“Report” xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

İstintaq cinayətdə iddia edilən hərbi qulluqçunun Arutyunyana qarşı qəddar davrandığını, şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini və onu döydüyünü müəyyənləşdirib. Vaqe Arutyunyan tabeliyindəki avtomat silahdan başına atəş açıb.

İlkin istintaq davam edir.

Qeyd edək ki, hadisə oktyabrın 6-da, yerli vaxtla saat 10 radələrində baş verib. Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu hərbi polis bölməsini yaydığı məlumata görə, artilleriya divizionunda xidmət edən Arutyunyanın meyiti atəş mövqeyindən təxminən 30 metr aralıda tapılıb. Onun başında güllə yarası aşkarlanıb.
 
Ardını oxu...
Fransa 2025-ci ildə Ukraynaya “Mirage” qırıcılarını tədarük edəcək.

Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.

“Biz 2025-ci ilin yanvar-mart aylarında Kiyevə “hava-yer” tipli yeni silahlarla təchiz edilmiş “Mirage 2000” qırıcıları tədarük edəcəyik”, - o qeyd edib.
 
Ardını oxu...
“İsrailin atdığı addımların qarşısını almaq üçün Yaxın Şərqə sülhməramlı kontingentin göndərilməsinə ehtiyac var”.

Bunu Türkiyənin Diyanət İşləri İdarəsinin (Dİİ) rəhbəri Əli Ərbaş deyib.

“Günahsız insanları qorumaq üçün bölgəyə sülhməramlı qüvvələr ən qısa zamanda göndərilməlidir. Rəfah sərhəd keçid məntəqəsi və Fələstinə humanitar dəhliz qış mövsümü nəzərə alınaraq dərhal açılmalıdır. Qəzzaya əsas malların və yardımın, xüsusilə elektrik və suyun çatdırılmasını təmin etmək üçün tədbirlər görülməlidir. Bəşəriyyətin daha böyük fəlakətə sürüklənməsinin qarşısını almaq üçün BMT hərəkətə keçməli və hüquqi prosedurlara başlamalıdır. İndi bütün bəşəriyyət ciddi təhlükə ilə üz-üzədir. Bu gün İsrail qlobal sülh və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib və bəşəriyyətin gələcəyini təhlükə altına qoyub”, – deyə Əli Ərbaş vurğulayıb.
 
Ardını oxu...
İsrailin Beyruta endirdiyi zərbələrdən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general-mayor İsmayıl Kaani ilə əlaqə saxlamaq mümkün olmayıb.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İranın iki yüksəkrütbəli təhlükəsizlik məmuru məlumat yayıb.

Qeyd olunur ki, Kaani sentyabrın 27-də "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra Livana gedib. Mənbələrdən biri bildirib ki, general Nəsrullahın varisi Haşim Səfiəddini hədəf alan zərbə zamanı Beyrutun cənub ətrafı Dahiyədə olub. İkinci mənbə bu məlumatı təsdiqləyib.

İsrail ordusu hələ də zərbələrin nəticələrini qiymətləndirdiyi üçün Kaaninin taleyi ilə bağlı məlumat verə bilməyib.
 
Ardını oxu...
İran komandanlığı İranın İsraillə birbaşa qarşıdurmaya girməsi halında bir neçə fəaliyyət planı hazırlayıb.
TEREF “Tasnim”ə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı kontradmiral Əlirza Tanqsirib bildirib.

O bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu “odla oynayır” və bununla əlaqədar İran hərbçiləri bir sıra təlimlər keçiriblər. Tanqsirib qeyd edib ki, hərbçilər İsrailin mümkün hərəkətlərinə tam hazırdırlar, bununla belə İranın cavab formaları və əks-zərbələri İsrail tərəfinin nə edəcəyindən asılı olacaq.

“İranın İsraildəki hədəflər siyahısı var və “Həqiqi vəd 2” əməliyyatı sübut edib ki, biz istədiyimiz hər yeri əsasından dağıda bilərik”, – mənbə vurğulayıb.
/modern.az
 
Ardını oxu...
Almaniya Türkiyəyə bir neçə yüz milyon avro dəyərində silah tədarükünü təsdiqlədyib.

Bu barədə “Spigel” nəşri məlumat yayıb.

“Federal Təhlükəsizlik Şurası bu yaxınlarda keçirilən gizli iclas zamanı NATO tərəfdaşı Türkiyəyə bir neçə yüz milyon avro dəyərində alman silahının tədarükünə yaşıl işıq yandırıb”, – məlumatda qeyd olunub.

Məlumata görə, Almaniya Türkiyəyə gəmilərin hava hücumundan müdafiə sistemləri üçün idarə olunan raketlər, 28 ədəd “SeaHake” torpedaları, eləcə də U209 tipli türk
sualtı qayıqlarının modernləşdirilməsi üçün komponentlər, türk korvetləri və freqatları üçün mühərrik hissələri göndərib.

Hərbi paketin ümumi dəyəri 336 milyon avrodur./Viral.az
 
Ardını oxu...
Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın seriyalı istehsalına başlanılıb.

"AzPolitika" xəbər verir ki, Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar "Kızılelma"nın serial istehsal xəttindən çıxan ilk görüntüsünü sosial mediada paylaşıb.

Bayraktarın paylaşımında bildirilib: “Kızılelma Allahın izni ilə seriyalı istehsala başlayıb”.

"Kızılelma" Türkiyənin ilk reaktiv pilotsuz döyüş təyyarəsi olaraq milli və orijinal olaraq hazırlanıb. Baykar tərəfindən istehsal edilən pilotsuz təyyarə ilk uçuşunu 2022-ci ilin dekabrında uğurla həyata keçirib. Türkiyənin müdafiə sənayesində mühüm addım olan "Kızılelma" döyüş meydanlarında insanlı qırıcı təyyarələrini əvəz edə biləcək şəkildə dizayn edilib. Bu təyyarə hava-hava döyüşlərini yerinə yetirə bilir və yüksək sürətli manevr qabiliyyətinə malikdir. Kızılelma həmçinin, radar sistemi ilə müəyyən edilə bilməyən bir texnologiya ilə təchiz edilib.

Türkiyə bu layihə ilə müdafiə sənayesində yeni bir dövr açaraq, müasir texnologiyalarla təchiz olunmuş döyüş təyyarələri sahəsində əhəmiyyətli irəliləyiş əldə edir.

 
 
 
Ardını oxu...
İsrailin Beyrutun cənubuna zərbələri davam etdirməsi xilasedicilərin oktyabrın 4-də “Hizbullah”ın yeni baş katibi Haşim Səfi əd-Dinin də içərisində olduğu bunkerə hücum yerində axtarış işləri aparmasına mane olub.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail oktyabrın 4-də Beyrutun cənubuna hücum zamanı “Hizbullah”ın yeni liderinin də olduğu bunkeri hədəf alıb.

“Al-Arabiya” da bir neçə mənbəyə istinadən təşkilatın yeni lideri Haşim Səfi əd-Dinin İsrail ordusunun aviazərbələri nəticəsində öldürüldüyü barədə xəbər yayıb.

İsrail rəsmiləri hücum zamanı “Hizbullah”ın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə toplantı keçirdiklərini güman etdiklərini bildirmişdilər.

O da bildirilir ki, oktyabrın 4-dəki hücumlardan sonra “Hizbullah”ın yeni lideri ilə əlaqə kəsilib.

Dünyapress TV

Xəbər lenti