FOTO

Ardını oxu...
 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.

Musavat.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

"Bu gün, 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunur.

Azərbaycan Ermənistanın 30 ilə yaxın hərbi təcavüz və işğalının ağır iqtisadi, sosial və humanitar nəticələrinə, ərazi bütövlüyü və suverenliyimizin kobud şəkildə pozulmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində davamlı səy göstərən tərəf olub.

Lakin, Ermənistanın qanunsuz hərbi işğalı davam etdirməsi və onun nəticələrinin saxlanılmasına istiqamətlənən addımlar atması, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərini davam etdirməsi, danışıqlar prosesini pozaraq “yeni ərazilər uğrunda yeni müharibələr”, “Qarabağ Ermənistandır” kimi qəbulolunmaz ritorikaya əl atması münaqişənin sülh yolu ilə həlli prosesini iflasa uğratdı.

Ermənistanın siyasi təxribatlarının davamı olaraq, 27 sentyabr 2020-ci il tarixində növbəti genişmiqyaslı hücumu Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun olaraq tədbirlər görməsini şərtləndirdi. Həmin tarixdə başlayan əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi - zəfərə aparan yolun başlanğıcı oldu.

Qanunsuz hərbi işğalı davam etdirməyə çalışan Ermənistan xalqımızın mübarizə əzmini sarsıtmaq məqsədilə mülki əhalini hədəfə almaq təcrübəsini davam etdirərək, əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən, əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törətdi.

Bununla belə, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun mətinliyi və şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycan xalqı üçün xüsusi simvolik dəyəri, əhəmiyyəti olan Şuşa şəhərləri, o cümlədən 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. 8 noyabr tarixində əldə olunan Şuşa zəfəri işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə ölkəmizə qaytarılmasını təmin etdi.

Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış edərək, regional baxışı və yanaşmasının dayanıqlı sülh quruculuğuna əsaslandığını bəyan etdi.

Lakin, Ermənistan tərəfinin üçtərəfli bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdən işğalçı qüvvələri çıxarmaması, davam edən hərbi-siyasi təxribatları, təbii ehtiyatlarımızın qanunsuz istismarı, vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidini davam etdirməsi işğal dövrünün qalıqları olan erməni silahlı birləşmələri və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimə qarşı antiterror tədbirlərinin həyata keçirilməsini labüd etdi.

Beləliklə, ərazi bütövlüyümüz və suverenliyimizin təmini ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi.

Hazırda ölkəmizin təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.

Eyni zamanda, danışıqların irəliləməsinə baxmayaraq, sülh prosesinin uğurla yekunlaşmasının qarşısında duran çağırış və təhdidlər hələ də qalmaqdadır. Xüsusilə, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir.

Ermənistan tarixdən dərs çıxararaq, qonşularına qarşı ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır.

8 Noyabr – Zəfər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anır, müharibə qəhrəmanlarımıza möhkəm cansağlığı, ölkəmizə, xalqımıza inkişaf və firavanlıq, bölgəmizə, dünyamıza sülh və əmin-amanlıq arzu edirik.

Zəfər Günümüz mübarək!"

Ardını oxu...
 
 
Ardını oxu...
Gürcüstanda parlament, Moldovada prezident seçkiləri keçirildi. Gürcüstanda da, Moldovada da həm hakimiyyət, həm müxalifət Avropa İttifaqına inteqrasiya tərəfdarı kimi çıxış edir. Sadəcə, Gürcüstanda hakimiyyət, Moldovada müxalifət tərəf Rusiya ilə də münasibətləri normallaşdırmaq tərəfdarıdır. Amma ümumi bir cəhət sanki var: Gürcüstanda da, Moldovada da müxalifət seçkilərin saxtalaşdırıldığını deyir və nəticələri tanımır. Gürcüstanda da, Moldovada da müxalifət seçkilərin nəticələrini mübahisələndirib. Maraqlı cəhət budur ki, Gürcüstandakı Qərbpərəst və Moldovada Rusiyapərəst müxalifət var. Belə bir tablo alınır: Gürcüstanda Rusiyapərəstlər, Moldovada Qərbpərəstlər qalib gəlib. Ancaq nə Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası öz qələbəsinə ürəkdən sevinə bilib, nə Moldovada Mayya Sandu prezident seçilməsinə görə şadyanalıq edə bilir. Gürcüstan parlament, Moldova prezident respublikalarıdır. Ancaq hökumətlərin yönəldiyi geopolitik vektorlar tam fərqli olsa da, hər ikisində seçkidən sonra siyasi böhran yaranıb. Gürcüstanda müxalifət mandatlarından imtina etdiyinə və parlamenti boykot qərarı verdiklərinə görə, qanunverici orqan toplaşa bilmir, yeni baş nazir təqdim olunmur və hökumətin formalaşdırılması ləngiyir. Moldovada vəziyyət bir qədər fərqlidir; Mayya Sandu prezident kimi səlahiyyətlərinə başlaya bilər. Amma müxalifət iddia edir ki, seçkinin və ölkənin taleyini Qərb ölkələrində məskunlaşmış moldovanlar - diaspor həll edir. Müxalifət məhkəməyə belə bir dəlil təqdim edir: Avropada, Rusiyada da moldovan diasporaları sayca, demək olar, eynidir: təxminən 500 min nəfər. Ancaq Moldova Mərkəzi Seçki Komissiyası (ölkənin Milli Təhlükəsizlik Xidmətinin və Xarici İşlər Nazirliyinin fəal müdaxiləsi ilə) Avropada Moldova seçkiləri üçün 200 məntəqə yaradıldığı halda, Rusiyada 2 məntəqə yaradılıb. Yəni fərq 100 dəfədir. Bu, Sandunun qələbəsini şübhə altına alır. Hətta artıq ona "Avropadakı moldovan diasporunun prezidenti" də deməyə başlayıblar. Çünki ölkə içərisindəki səslərin çoxunu müxalifətin namizədi Aleksandr Stoyonoqlo toplayıb. Sandu yalnız Avropadakı moldovanlar daha çox ona səs verəcək deyə, o ölkələrdə Rusiyadakına nisbətdə 100 dəfə çox məntəqə açmışdı. Rusiyadakı moldovanlar isə əksərən Stoynoqloya səs verəcəkdilər, o zaman Sandu deyil, rəqibi prezident olacaqdı.

Bunu niyə belə müqayisəli və həm də detallı yazırıq? Çünki hər bir ölkənin daxili siyasi təhlükəsizliyi artıq ön plana keçir. Bu, əvvəllər də olub; böyük ölkələr bir-birinin və kiçik ölkələrin seçkilərinə həmişə öz maraqlarına uyğun yön verməyə çalışıb. Bu, yeni bir şey deyil. Ancaq indiki beynəlxalq münasibətlərə baxsaq, seçkilər artıq hibrid müharibə alətinə çevrilib. Rəqib ölkələr bir-birinin seçkisini idarə etməyə cəhd edir. Bu, mümkün olmadıqda onu pozmağa çalışırlar. Rusiyanın 2020-ci ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqda indi yalnız tənbəl ekspertlər danışmır. Hətta indiki seçkilərlə də bağlı oxşar səslər eşidilir. Rusiyanın Fransa seçkilərinə, ABŞ-ın Çin Kommunist Partiyasının qurultayına və sair müdaxiləsi haqda da fikirlər söylənilir. Hazırda dünyanın 60-dan çox ölkəsində seçki var. Bunların da başında, təbii ki, ABŞ prezidentinin seçilməsi gəlir. Əgər əvvəllər gücü çatan dövlət başqa ölkələrin seçkilərinə qarışıb, öz adamlarını yerləşdirməyə çalışırdısa, indi isə vəziyyət çox dəyişib: dünyanın güclü dövlətləri bir-bir ilə mübahisələri müharibəyə çevirirlər. Bir-birinin sabitliyinə, siyasi təhlükəsizliyinə təhdid yaradırlar. Seçkilər artıq gah bu, gah o tərəfdən (hər tərəfdən) işğal alətinə çevrilir. Ən qorxulu tendensiyalardan biri budur: ölkələrin hökumətlərini, parlamentlərini hərəsini öz xalqları deyil, başqa ölkələrin hökumətləri seçməyə başlayıb. Əslində bu, elə çoxdan beləymiş, sadəcə, indi daha açıq-aydın görünür, demək...

Bahəddin Həzi, Bizimyol.info
 
Ardını oxu...
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
TEREF APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlov tərəfindən sual-cavab edilib.

Vəkil ondan “ATABank”dan götürdüyü iddia olunan 24 milyon manat kredit barəsində soruşub.

Zahid Niftəliyev adına götürülən heç bir kredit haqda məlumatı olmadığını bildirib:
"Həmin pul mənim adıma götürülüb. Müdafiə Nazirliyi üçün müəyyən işlərin görə şirkət açmaq məqsədimiz var idi. Nəcməddin Sadıkov kimilər tərəfindən üstümə şər atılıb".

O, əlavə edib ki, kreditlə bağlı məlumatı bank müdirinin zəngi əsasında öyrənib: "Mənim kreditin təyinatından mərhum vergilər naziri Fazil Məmmədov işdən çıxandan sonra xəbərim olub. Fazil Məmmədov bizə dedi ki, kömək etmək istəyir. Mənim açdığım şirkət vasitəsilə həmin təyyarələr alınmalı idi. Lakin, heç bir kredit söhbəti olmamışdı. Fazil öləndən sonra bank müdiri məni çağırıb dedi ki, adınızda kredit var".

Vəkil ona adına imzalanmış 7 müqavilə ilə bağlı da sual ünvanlayıb. Z.Niftəliyev sadəcə, bir dəfə müqavilə imzaladığını bildirib.

Daha sonra ona "SVİFT KONSALTİNQ LİMİTED" adlı şirkətə köçürmələrlə bağlı sual verilib.
Təqsirləndirilən şəxs adı çəkilən şirkətə köçürüldüyü iddia olunan 16 milyon 847 min 800 manat puldan xəbəri olmadığını bildirib: "Mən bircə onu bilmişəm ki, avadanlıqlar bu şirkətin vasitəsilə gətiriləcək".

Ə.Adıgözəlov ona 62 min manatlıq mənimsəmə ittihamı ilə bağlı da sual ünvanlayıb. Lakin, məhkəmə heyəti bunun keçmiş məhkəmə prosesinin mövzusu olduğunu və artıq o barədə hökm oxunduğunu bildirərək suala etiraz edib.

Məhkəmə noyabrın 27-dək təxirə salınıb.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
 
Ardını oxu...
Rusiya Federasiyasının Kursk vilayətində cəbhəyə göndərilən Şimali Koreya qoşunları Ukrayna Müdafiə Qüvvələri ilə döyüşdə ilk itkilərini verib.

Bu barədə "The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ukraynalı rəsmi bildirib ki, qızğın döyüşlər olmayıb və ehtimala görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində zəif cəhətləri aşkar etmək məqsədi daşıyıb. O qeyd edib ki, KXDR əsgərləri Rusiyanın 810-cu əlahiddə dəniz piyada briqadası ilə birgə döyüşüb.

NYT yazır ki, hərbi toqquşmanın nə vaxt baş verdiyi hələ məlum deyil. Ukrayna rəsmisi itkilər barədə heç bir məlumat verməyib. Eyni zamanda, anonim bir amerikalı rəsmi qeyd edib ki, xeyli sayda Şimali Koreya hərbçisi öldürülüb.

Nəşrin yazdığına görə, Rusiya Federasiyasına göndərilən KXDR ordusunun əsas hissəsi hələ döyüş əməliyyatlarında iştirak etməsə də, Qərb və Ukrayna rəsmiləri onların döyüş meydanında görünməsini "əhəmiyyətli eskalasiya” adlandırıblar.

Ukrayna rəsmisi bildirib ki, qüvvələrin əhəmiyyətli bir hissəsi yaxın günlərdə döyüşə girə bilər. O əlavə edib ki, KXDR qoşunları iki hissəyə bölünüb - biri desantçılardan, digəri isə geri alınan ərazilərin müdafiəsini təşkil edəcək dəstək qoşunlarından ibarətdir.

Noyabrın 5-də Ukraynanın müdafiə naziri Rustem Umerov Rusiya tərəfində vuruşan KXDR əsgərləri ilə ilk hərbi toqquşma barədə məlumatı təsdiqləyib.
 

Ardını oxu...
 

Musavat.com-un məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con Koreya yarımadasında müharibə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, regionda qüvvələr arasında güc paritetinin pozulması dərhal müharibə deməkdir.

Kim Yo Con bildirib: “Bu gün Koreya yarımadasında və regionda düşmənlərimizlə aramızda qüvvələr paritetinin pozulması dərhal müharibə deməkdir. Bu, inkar edilə bilməyəcək obyektiv reallıqdır”.

O həmçinin vurğulayıb ki, Şimali Koreyanın özünümüdafiə məqsədli nüvə gücünü artırma siyasəti mövcud vəziyyətdə yeganə və ən doğru seçimdir və bu yoldan geri çəkilməyəcəklərini bəyan edib.

Bu açıqlama regionda onsuz da gərgin olan təhlükəsizlik mühitinə əlavə narahatlıq qataraq, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Ekspertlər bu bəyanatı Koreya yarımadasında və ətraf bölgələrdə sülh və sabitlik üçün ciddi xəbərdarlıq kimi və müharibə ehtimalı olaraq qiymətləndirirlər.

Musavat.com

Ardını oxu...
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər.
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçiriləcək “Dənizdə axtarış-xilasetmə” təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.
Ardını oxu...
 

 

Ardını oxu...
Məşhur "Google" axtarış sisteminin yenilənmiş xəritələrində Ukrayna hərbi sistemlərinin yeri qeyd edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat yayıb.

“Vəziyyəti təsəvvür edin. “Google” yenilənmiş xəritələrdə hərbi sistemlərimizin yerini göstərən fotolar yerləşdirib”.

Kovalenko qeyd edib ki, o, “Google” şirkəti ilə əlaqə saxlayıb, lakin cavab ala bilməyib. Lakin ictimai reaksiyadan sonra şikət nümayəndələri “vəziyyəti düzəltmək üçün artıq çalışdıqlarını” bildiriblər.

Qeyd edək ki, bu vaxta qədər fotolar Rusiyanın bir çox hərbi “Telegram” kanallarında yayımlanıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın 26-da ölkəyə qarşı olan hücuma görə İsrailə hərbi cavab vermək qərarına gəlib.

TEREF xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kosari bildirib.

“Bəzi dövlət rəsmiləri və digər şəxslər deyə bilər ki, biz İsrailə cavab verməyəcəyik, lakin hökumətin daxilində və xaricində olan bu insanlar qərar qəbul etmirlər. Sionist rejimə (İsrailə - red.) hərbi cavab qərarı artıq Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilib”, - o deyib.

O həmçinin qeyd edib ki, İranın İsrailin zərbəsinə hərbi cavabı bütün əvvəlkilərdən qat-qat güclü olacaq və “Müqavimət Oxu” qüvvələrinin iştirakı ilə həyata keçiriləcək.

Parlamentari qeyd edib ki, İslam Respublikasının yeni əməliyyatı qarşı tərəf üçün dərs olacaq və onlar bir daha İrana zərbə endirmək səhvinə yol verməyəcəklər. “Cavabın necə həyata keçiriləcəyi plandan asılıdır, vaxt və məqsədlər isə planlaşdırıcıların ixtiyarındadır”, - Kosari əlavə edib.

Qeyd edək ki, “Müqavimət Oxu”na Livanın “Hizbullah” hərəkatı, Fələstinin HƏMAS hərəkatı və onun Qəzza sektorundakı müttəfiqləri, “İraq İslami Müqavimət” hərəkatı və Yəmənin üsyançı husilərdən ibarət “Ənsar Allah” hərəkatı daxildir. (Report)
 
Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun cənubuna yenidən zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə LBCI telekanalı məlumat yayıb.

Zərbələr əsasən Dahiya bölgəsinə daxil olan Hadat bələdiyyəsinə endirilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bu zərbələr nəticəsində 11 nəfər yaralanıb.

Dahiya bölgəsi “Hizbullah”ın əsas istinadgahı hesab olunur.
 
Ardını oxu...
Çexiya Prezidenti Petr Pavel 60 Çexiya vətəndaşının Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Filip Platos Çex Radiosuna açıqlamasında deyib.

Bildirilib ki, ümumilikdə 180-dən çox çex Ukrayna ordusuna qoşulmaq üçün müraciət edib.

Qeyd edək ki, ölkə vətəndaşları Ukrayna Silahlı Qüvvələrinə icazə almadan qoşulduqda onları beş ilədək həbs cəzası gözləyirdi. Lakin 2022-ci ilin martında Baş nazir Petr Fiala və keçmiş Prezident Miloş Zeman Kiyev uğrunda döyüşə icazəsiz gedən vətəndaşları cəzalandırmamaq barədə razılığa gəliblər.
 

Dünyapress TV

Xəbər lenti