Ardını oxu...
Rusiyanın Şimali Koreya vətəndaşlarından ibarət yaratdığı “xüsusi Buryat batalyonu”ndan olan 18 hərbçi qaçıb.

Şimali Koreyadan olan 18 hərbçi Rusiya Federasiyasının Bryansk və Kursk vilayətlərinin sərhədindəki mövqelərində yerləşdirilibmiş.

Mənbələr bildiriblər ki, hadisə Ukrayna ilə dövlət sərhədindən 7 kilometr aralıda baş verib. Rusiya ordusu artıq fərariləri axtarmağa başlayıb, onların qaçmasının motivi məlum deyil.

Şimali Koreya vətəndaşlarından ibarət “xüsusi Buryat batalyonu”nun təxmini sayının 3000 nəfərə qədər olduğu vurğulanıb.
FAKTI
 
Ardını oxu...
Rusiya qoşunları beşinci gündür ki, Kursk vilayətinin Kiyevin nəzarətində olan ərazisində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaqda cəhdləri davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.

“Ruslar artıq beşinci gündür ki, Kursk bölgəsində müdafiəmizi yarmağa çalışır. Ordumuz dayanıb əks-hücuma da keçirlər”, - deyə Zelenski yazıb.

Zelenski əlavə edib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsini dinləyib. O, həmçinin Rusiyaya xüsusi əməliyyat zonasında döyüş əməliyyatlarının aparılmasına kimin kömək etməsi ilə bağlı hazırlanan təhlil də dinləyib.
 

Ardını oxu...
 

İlk yayın vaxtı 21:37

Bu ilin oktyabr ayınadək olan dövr ərzində hərbi xidmətdən yayınma halları ilə bağlı 56 cinayət işi başlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş İdarədə qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə SHXÇDX-dən daxil olmuş 29 material üzrə araşdırma aparılıb:

"Bundan başqa, Baş İdarənin “161 Qaynar xətt” əlaqə mərkəzindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsaasında 33 material üzrə araşdırma araşdırılıb Həmin materiallardan 8-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır, digər materiallar üzrə isə araşdırma davam etdirilir. Habelə, 2 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub. Qeyd olunan dövr ərzində aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib".

Məlumata görə, Baş İdarə tərəfindən qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 2 əməliyyat-axtarış tədbiri keçirilmiş və bunun nəticəsində 2 cinayət işi başlanaraq istintaqı tamamlanmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Qeyd olunub ki, sözügedən dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.

"Həmçinin, 2024-cü ilin oktyabr ayıdək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib", - məlumatda bildirilib.

Ardını oxu...
Rusiya Silahlı Qüvvələrinin hərbçiləri oktyabrın 10-da Kursk vilayətinin Suca rayonunun Zelyonı Şlyax xutoru ərazisində təslim olan doqquz ukraynalı əsgəri sıraya düzərək güllələyib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “DeepState” teleqram kanalı USQ-nin 1-ci ayrı tank briqadasındakı mənbəyə istinadən bildirib.

Analitiklərə görə, ukraynalı hərbçilər dron operatoru və başqa sahə üzrə mütəxəssis olublar.

“Məlumdur ki, oğlanlar nisbətən arxa cəbhədə olduqlarını düşünürdülər, lakin düşmənlə təmasa girmək və atəş açmaq məcburiyyətində qaldılar. Amma döyüş sursatının miqdarı məhdud idi və onlar təslim olmağa məcbur oldular”, – “DeepState” açıqlayıb.

Oktyabrın 10-da “DeepState” Suca rayonunun Novoivanovka kəndində topçular və dron operatorlarının döyüşə girməli olduğuna dair məlumat yaymışdı. Sözügedən olayın elə həmin gün baş verdiyi güman edilir.

Ukrayna ombudsmanı Dmitro Lubinets bildirib ki, Ukrayna əsgərlərinin ehtimal olunan güllələnməsi hərbi əsirlərə münasibətdə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. O, BMT-yə və Beynəlxalq Qırmızı Xaça müraciət edib.

Bu, ayın əvvəlindən Rusiya Silahlı Qüvvələri əsgərləri tərəfindən Ukrayna hərbi əsirlərinin ehtimal olunan güllələnməsinin üçüncü məlum halıdır. Oktyabrın 1-də yayılmış videoda Donetsk vilayətinin Pokrovsk rayonunda 16 ukraynalı əsgərin güllələndiyi göstərilir. Oktyabrın 6-da “Azov” hərbi qüvvələri Donetsk vilayətinin Nyu-York şəhərində Ukrayna Silahlı Qüvvələrinin üç əsgərinin güllələndiyini bildirmişdilər.
 
Ardını oxu...
Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbçisi Aqasi Serojeviç Dallakyanın güllə yarası olan meyiti aşkar edilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Baş vermiş hadisənin bütün təfərrüatlarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır", - nazirlikdən bildirilib.

Müdafiə Nazirliyi hərbçinin ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.
 
Ardını oxu...
Hizbullah döyüşçüləri Livan ərazisinə girməyə çalışan İsrail ordusu ilə döyüşlərə qatılıb.

Axar.az xəbər verir ki, bu barədə Hizbullahdan məlumat verilib.

“Oktyabrın 13-ü səhər saatlarında Hizbullah döyüşçüləri Ramiya şəhərinin Tel əl-Mudavar bölgəsinə girməyə cəhd edən İsrail əsgərləri ilə döyüşə başlayıblar. Toqquşmalar indi də davam edir”, - məlumatda qeyd olunub.
 
Ardını oxu...
BMT sülhməramlıları İsrailin tövsiyəsi ilə Livanın cənubundakı mövqelərini tərk etməyiblər.

Bunu sülhməramlı qüvvələrin nümayəndəsi Andrea Tenenti "Frans Press" agentliyinə müsahibəsində deyib.

“İsrail ordusu bizdən Mavi Xətt boyunca mövqelərimizi tərk etməyimizi istədi. Lakin biz yekdilliklə burada qalmağa qərar verdik, çünki bu zonada BMT bayrağı dalğalanmalıdır”, - nümayəndə bildirib.

Qeyd edək ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin Livan və İsrail arasındakı sərhəddə yerləşdiyi ərazi sülhməramlılarının formasının rənginə görə Mavi Xətt adlandırılıb.

Bundan əvvəl oktyabrın 10-da İsrail Müdafiə Ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına və digər obyektlərə zərbə endirərək iki sülhməramlının yaralanmasına səbəb olub.
 
Ardını oxu...
İsrail ordusu Livandan sonra Suriyada quru əməliyyatına başlayıb.
Dünya mediası sensasion xəbərlə çıxış ediblər, İsrail xüsusi təyinatlıları zirehli texnikadan istifadə edərək Qolan təpələrindən Kvadana kəndinə doğru Suriya sərhədini keçib.

İlkin hücum təxminən bir saat yarım əvvəl başlayıb və Suriya ərazisinə azı 500 metr irəlilədiyi bildirilir.
 
Ardını oxu...
Polşa Rusiya ilə münaqişə olacağı təqdirdə Sankt-Peterburqa hücumun mümkünlüyünü istisna etməyib.

Gununsesi.info xəbər verir ki, bu sözləri Polşa Baş Qərargahının rəisi Raymund Andjeyçak bildirib.

“300 kilometr radiusda bütün strateji hədəfləri vuracağıq. Biz birbaşa Sankt-Peterburqa hücum edəcəyik”, – Andjeyçak deyib.
 
Ardını oxu...
Rusiya sərhəd qoşunlarının Ermənistanın Türkiyə və İran sərhədlərindən geri çəkilməsi və onların yerini erməni sərhədçilərinin tutması İrəvanın daxili məsələsidir. Ermənistan müstəqil dövlət olsaydı, əlbəttə, biz onun bu hərəkətini müsbət dəyərləndirərdik.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, hər müstəqil dövlətin ərazilərini, sərhədlərini özünün qoruması müsbət bir haldır:

“Amma indiki halda bu, məhz o səbəbdən ciddi rezonans doğurur ki, Ermənistan müstəqil siyasət yeridə bilmir. Həmçinin Qərbin bölgədə yerləşməsinə çalışır. Məhz bu səbəbdən bölgədə əlavə gərginliklərə yol açılır. Bu da bütün bölgəyə, xüsusilə də Ermənistanın özünə zərər verir. Rus sərhədçiləri qeyd olunan istiqamətlərdən çəkiləndən sonra hesab edirəm ki, Ermənistan bir müddət özü o əraziləri qoruyacaq. Fransa və Amerikanın Ermənistanda hərbi qüvvələri artacaq. Amma bu, Ermənistana fayda verəcəkmi? Məncə, yox.

Çünki məhz Fransa və Amerikanın bölgəyə gəlməsi vəziyyəti dəyişəcək. Əgər onlar doğurdan da təhlükəsizliklə bağlı məsələlərdəki boşluğu doldurmaq üçün işlər görəcəklərsə, bu, kifayət qədər bölgədə ciddi problemlərə yol açacaq. Xüsusilə də İranda bunun hansı reaksiya ilə qarşılanacağı maraq doğurur. Belə ki, artıq İran tərəfindən ilkin olaraq bu məsələlərlə bağlı müəyyən xəbərdarlıqların edildiyi göz önündədir. Ən azı İran rəsmiləri bunu hansısa siyasi şərhçi və ekspertlərin dili ilə bir formada çatdırmağa çalışır.

Rusiya sərhədçilərinin yerini amerikalı və fransız hərbçilər tutacaqsa, bu, bölgədə ciddi gərginliyə səbəb olacaq. Əgər Ermənistan doğrudan da bu istiqamətlərdə öz əsgərləri ilə sərhədlərdə dayanacaqsa, təbii ki, bu, müsbət qarşılanacaq. Bütün hallarda bölgədə kifayət qədər ciddi proseslər gedir. Həmçinin Rusiya da hazırda sərhədçilərinin, hərbi hissələrinin bölgədə qalması üçün israr etmir. Məsələnin zamanla həllinə müsbət hal kimi yanaşır. Yəni Ermənistan doğrudan da müstəqil siyasət yeridə bilsəydi, Rusiya sərhədçilərinin bölgədən çıxmasına müsbət yanaşmaq olardı. Sadəcə olaraq hazırkı geopolitik şərtlərdə və rəqabətdə Rusiya müəyyən qədər mövqelərini zəiflədib. Yaranmış vəziyyətə görə hazırda Rusiya Ermənistandan çəkinmək məcburiyyətindədir”.
 

Dünyapress TV

Xəbər lenti