Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın 180-ə yaxın hədəfinə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı atış qurğuları üçün minlərlə konteyner məhv edilib.

Qeyd olunur ki, hücuma məruz qalan raket buraxılış qurğuları doldurularaq İsrail ərazisini atəşə tutmağa hazırlanıb.

Bununla yanaşı, İsrail artilleriyası Livanın cənubunda bir sıra əraziləri atəşə tutub.
 
Ardını oxu...
İsrailin şimalı Livandan kütləvi artilleriya zərbəsinə məruz qalıb.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edib ki, Livandan Yuxarı Qaliley yaşayış məntəqəsi, Safed şəhəri və Colan təpələrinə 90 mərmi atılıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.
 
 
 
Ardını oxu...
Ukraynanın müdafiə naziri Rustem Umerov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov tutduqları vəzifələrdən azad oluna bilərlər.

Bu barədə ctrana.news məlumat yayıb.

Qeyd olunur ki, Baş Kəşfiyyat İdarəsinin rəis müavinləri Viktor Zaytsev və İqor Ostapenkonun işdən çıxarılması barədə qərar Budanovun özünün razılığı olmadan qəbul edilib.

"Qərar ötən hələ həftə qəbul edilib. Məsələ orasındadır ki, Budanov və Prezident Aparatının rəhbəri Andrey Yermak arasında ciddi gərginlik var. Budanov Zelenskinin yaxın çevrəsində Yermaka alternativ qalan azsaylı nüfuzlu şəxslərdən biridir", - məlumatda bildirilir.

Budanovun yerinə mümkün namizədlər də kənarda müzakirə olunur.

"Belə bir sayiələr yayılıb ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, Budanovun keçmiş müavini Oleq İvaşenko "adaya" Baş Kəşfiyyat İdarəsinin rəisi kimi qayıda bilər, hazırkı müdafiə naziri Rustem Umerov isə Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin oluna bilər. Umerovun yerini kimin tutacağı ilə bağlı məsələ hələlik açıq qalır", - nəşrin mənbəsi bildirib.

Bildirilir ki, fəallar və Qərb strukturlarına yaxın media son zamanlar Umerovu kəskin tənqid etməyə başlayıblar.
 
 

 



Ardını oxu...
Dia-az.İnfo Müdafiə nazirinin 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikini təqdim edir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi müstəqil dövlətçilik tariximizin ən əlamətdar bayramlarından biri olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni təsis edilmiş 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.
Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunmuş, müdafiə qüdrətimizin artırılması istiqamətində böyük uğurlar əldə edilmişdir. Azərbaycan Ordusunda həyata keçirilən geniş islahatların müsbət nəticələri tarixi qələbələrimizi təmin etmişdir.
2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi və torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpası ilə başa çatmışdır. Lakin şanlı Zəfərimizdən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları ölkəmizin ərazisindən çıxarılmamış, təxribatlar yenə də davam etdirilmişdir. Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslərin və Böyük Qayıdışa dair Dövlət Proqramına müvafiq olaraq, öz doğma yurd yerlərinə qayıdan dinc sakinlərin təhlükəsizliyinin təmin olunması və ölkəmizin bütün suveren ərazilərində Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı həyata keçirilmişdir.
Cəmi 23 saat davam etmiş unikal antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən rəşadətli Ordumuzun qazandığı növbəti tarixi Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.
Müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Bu möhtəşəm tarixi hadisəni böyük təntənə ilə qeyd edərkən qürur hissi ilə bildirməliyəm ki, tarixi qələbələrimizin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qətiyyətlə davam etdirilərək şanlı Zəfərə nail olunmuşdur.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi bu tarixi gündə də dərin hörmət və ehtiramla anırıq. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhidlərimizin ailə üzvləri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində bütün zəruri tədbirlər həyat keçirilir.
Azərbaycanın suverenliyi uğrunda şəhid olan hərbi qulluqçularımızın ailə üzvlərini, sağlamlığını itirən silahdaşlarımızı və əziz veteranlarımızı bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha Sizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, şərəfli xidmətinizdə daha böyük uğurlar arzulayıram".
 
Ardını oxu...
Çərşənbə günü Ukraynanın dron hücumu Rusiyanın Tver bölgəsində böyük yanğına, bir ərazinin qismən təxliyyəsinə səbəb olub.

Hücum Toropets qəsəbəsində baş verib. Ukrayna təhlükəsizlik qüvvələri bildirir ki, dronlar Rusiyanın raket və artilleriyanın saxlanıldığı silah anbarını dağıdıb.

Tverin qubernatoru İqor Rudenya yanğının dəqiq yerini bildirməsə də, Telegramda vəziyyətin “nəzarət altında” olduğunu yazıb.

Rusiyanın Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, gecə 27-si Kursk bölgəsi, 16-sı Bryansk, yeddisi Smolensk, üçü Belqorod və biri Oryol üzərində olmaqla, ümumilikdə 54 Ukrayna dronunu məhv edib. Həmin bölgələrdəki rəsmilər ciddi ziyanın dəymədiyini, tələfatın olmadığını bildirib.

Ukrayna dəfələrlə Bryansk, Kursk və Belqorod kimi sərhəd bölgələri hədəf alıb. Sərhəddən 500 kilometr uzaqda yerləşən Tverə hücum adi hal olmasa da, Ukrayna rəsmiləri Ukraynaya hücumda istifadə oluna bilən Rusiya hərbi infrastrukturunu vurmaq üçün dəfələrlə bunu istədiklərini bildiriblər.

Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiyanın ən son gecə hücumlarında üç idarə olunan raket və 52 hava dronundan istifadə olunub.

Ukraynanın hava hücumundan müdafiə sistemləri 52 drondan 46-nı vurub. Onlar Çerkası, Xerson və Kirovo bölgələri üzərində vurulub.
 
Ardını oxu...
"Qətər Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir və ölkənin hərbiləşdirilməsində iştirak etmir".

Bunu mətbuat konfransında əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

O, əmirliyin Ukraynaya özüyeriyən artilleriya qurğuları verməsi ilə bağlı məlumatlara belə reaksiya verib.

"Biz ilk gündən bu münaqişənin sülh yolu ilə həllində maraqlı olduğumuzu bildirdik. Hazırda biz hər iki tərəf arasında vasitəçilik səylərində iştirak edirik və açıq-aydın belə bir münaqişənin hərbiləşdirilməsində iştirak etmirik", deyə əl-Ənsari Dohanın Berlinlə silah müqaviləsində iştirakı ilə bağlı iddiaları şərh edərkən bildirib.

Xatırladaq ki, bir gün əvvəl, sentyabrın 16-da "Bild” qəzeti yazıb ki, Almaniya hökuməti Qətərə 100 milyon avrodan bir qədər artıq məbləğdə silah satışına icazə verib. Nəşrin məlumatına görə, bu vəsaitin böyük hissəsi RCH 155 təkərli qaubitsaların alınmasına sərf olunacaq.

Qəzet mənbələrinin iddiasına görə, Qətər bunun müqabilində Almaniyada təmirə ehtiyacı olan mövcud 24 Panzerhaubitze (PzH) 2000 özüyeriyən silahların yarısını Ukraynaya təhvil verəcək.

Öz növbəsində, dünən, sentyabrın 16-da Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın yaxın iki ay ərzində Almaniyadan altı PzH 2000 alacağını təsdiqləyib. Nazir qeyd edib ki, ümumilikdə Berlin Ukrayna Silahlı Qüvvələrinə 12 belə qurğu ötürmək niyyətindədir.
TASS
TEREF
 
Ardını oxu...
“Biz ukraynalıların hücumu zamanı təslim olmuş çeçenləri əsirlikdən xilas etmək fikrində deyilik”.

“AzPolitika” xəbər verir ki, bunu “Axmat” çeçen xüsusi təyinatlılarının komandiri və Rusiya Ordusunun Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinov bəyan edib. O, Kurskdakı Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərini və onları (əsirləri- red) öldürmək üçün hər şeyi etməyə çağırıb.

Alaudinov “Telegram” kanalında verdiyi açıqlamada yalnız ağır yaralar səbəbindən əsir düşənlərə kömək etdiyini bildirib. “Axmat” komandirinə görə, müqavimətsiz təslim olanlar yaşamağa layiq deyillər.

"Ukraynalılar, onları özünüz üçün saxlayın, onlara ehtiyacımız yoxdur", - Alaudinov bildirib.

Bundan əvvəl ukraynalı fotojurnalist Yan Dobronosov Kursk vilayətində əsir götürülən Çeçenistanın Valerik kəndinin keçmiş rəhbəri Maqomed Zaraxmatovun videosunu dərc edib. Kadrlarda o, sıravi əsgər olduğunu, avqustun 14-də Kursk vilayətinin Sudjanski rayonunda əsir düşdüyünü, müqavimət göstərmədiyini və döyüşmək məcburiyyətində qaldığını bildirir.

Ukrayna ordusu avqustun 6-da Kursk vilayətində hücuma keçib. Ukrayna Silahlı Qüvvələri onlarla yaşayış məntəqəsinə, o cümlədən rayon mərkəzi Sudjaya, min kvadrat kilometrdən çox əraziyə və əsir götürülmüş yüzlərlə rus ordusu əsgərinə nəzarət etdiyini iddia edir. Kursk vilayətində federal fövqəladə vəziyyət qüvvədədir. Rəsmi məlumatlara görə, sərhədyanı ərazilərdən 130 mindən çox insan təxliyə edilib. Ukrayna qoşunlarının işğal etdiyi ərazilərdə neçə nəfərin qaldığı məlum deyil, lakin mövcud məlumatlara görə, onların sayı azı yüzlərlədir.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə keçməsi başlayandan bəri Apti Alaudinov Kursk vilayətindəki bölməsinin hərbi uğurları ilə bağlı onlarla video çəkib və sosial şəbəkələrdə yerləşdirib. O, dəfələrlə "yaxın bir neçə gün ərzində" bölgədəki vəziyyəti nəzarət altına alacağına söz verib.

Ardını oxu...
Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrailin bazar ertəsi səhər saatlarında Qəzza zolağında həyata keçirdiyi hava hücumları zamanı 16 nəfər ölüb. İsrail Müdafiə Qüvvələri isə Livanın cənubunda Hizbullahın 20 ədəd raket qurğusunu və hərbi infrastruktur obyektlərini məhv etdiyini bildirib.

Qəzzanın mərkəzindəki Nuseyrət qaçqın düşərgəsindəki bir evə endirilən hava zərbələri nəticəsində azı 10 nəfər ölüb, 13 nəfər yaralanıb. HƏMAS-ın idarə etdiyi hökumətin nəzdində fəaliyyət göstərən xilasedicilərin Associated Press xəbər agentliyinə verdiyi məlumata görə, Qəzza şəhərindəki evə havadan hücum zamanı 6 nəfər ölüb.

Ölənlər arasında dörd qadın və iki uşaq var.

Bu arada, İsrail hərbçiləri bildiriblər ki, Yuxarı Qaliley bölgəsində sirenlər səsləndikdən sonra Livandan İsrail ərazisinə keçən və Qolan təpələrinin şimalındakı əraziyə düşən iki şübhəli hava hədəfi müəyyən edilib.

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Carmaq bölgəsində Hizbullahın 20-yə yaxın raket qurğusuna və İsrailin mülki əhalisinə təhlükə yaradan hərbi infrastruktur obyektlərinə zərbələr endirib.

Bazar günü səhər saatlarında İsrail ordusu Livandan İsrailin Yuxarı Qaliley bölgəsi və ilhaq edilmiş Qolan Təpələri istiqamətində 40-a yaxın mərmi atıldığını bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü deyib ki, on minlərlə insanın didərgin düşdüyü İsrail-Livan sərhədində mövcud vəziyyət sabit deyil.

Netanyahu "Mövcud vəziyyət belə davam etməyəcək. Sakinlərimizin sağ-salamat evlərinə qayıtması üçün lazım olan hər şeyi edəcəyik" - o bildirib.

Həmçinin bazar günü İsrail polisi "terror hücumu" adlandırdığı hücum zamanı Qüdsün Köhnə Şəhərinə girişində sərhədçini bıçaqlayan şəxsi güllələyərək, öldürüb.

"Sərhədçilər terrorçunu ələ keçirib, onu zərərsizləşdirib, hücumu tez və peşəkar şəkildə başa çatdırıb" - deyə, polis bildirib.

Polis zabitin təxliyə edildiyini və aldığı xəsarətlərdən müalicə olunduğunu bildirib.
 
 
 
Ardını oxu...
Yevgeni Diki: “Təəssüf ki, Qərb hələ də başa düşmür ki, Rusiya nüvə müharibəsinə başlamayacaq, çünki bunda heç bir uğur şansı yoxdur”

“Qərb mətbuatında Rusiyanın Qərb silahları ilə vurulmasına qoyulan qadağanın götürülməsi ilə bağlı məlumatlar hələ də çox ziddiyyətlidir. Bəzi mənbələr qərarın əslində artıq verildiyini və hələlik açıqlanmadığını iddia edir. Digərləri deyirlər ki, əslində hər şey əksinədir - hələlik qərar yoxdur və növbəti müzakirələr yalnız yaxın gələcəkdə başlayacaq. Yəni ki, Kiyev Rusiya ərazisində potensial hədəflərin siyahısını təqdim etdikdən sonra. Digərləri isə icazənin olacağını deyirlər, ancaq qismən. Onlar bildirirlər ki, Birləşmiş Ştatlar öz silahları ilə hücumlara icazə verməyəcək, lakin Böyük Britaniyanın zərbə endirmək qadağasını ləğv edəcək. Böyük Britaniyanın özünün buna qarşı olmadığını, lakin ABŞ-ın razılığı olmadan bu icazəni verə bilməyəcəyini nəzərə alsaq, bu məntiqlidir”.

Bu fikirləri Ukraynaləı hərbi analitik Yevgeni Diki öz analitik məqaləsində qeyd edib. Onun sözlərinə görə, Rusiya ərazisinə zərbə endirmək icazəsinin verilməsi məsələsinə baxılmasının hazırda hansı mərhələdə olması ilə bağlı ən azı üç versiya var: “Hələ də bu icazənin bizə veriləcəyinə əmin deyiləm. Əksinə, məndə ciddi əsaslı şübhələr var. Ancaq optimist olsaq və bu icazənin verildiyini təsəvvür etsək, o zaman Rusiya Federasiyasının ərazisində vura biləcəyimiz hədəflər kifayət qədər çoxdur. Hər şey bizim hər hansı məhdudiyyətimiz olub-olmayacağından asılıdır: bunlar yalnız hərbi hədəflərə zərbələr endirməlidir, yoxsa toxunan hədəflərə də zərbə endirilə bilər. Axı düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək üçün ən qabaqcıl Qərb texnologiyasından istifadə etmək məntiqli olardı. Və sonra hava hücumundan müdafiə sistemi məhv edilərsə, sadə dronlarımız çox iş görə bilər”.

“İkinci hədəf təyyarələri olan aerodromlar olmalıdır. Burada anlamaq lazımdır ki, biz Qərbə təzyiq edərək icazə istəyərkən ATACAMS-ın uçuş məsafəsində demək olar ki, heç bir düşmən təyyarəsi qalmamışdı. Aerodromlarda “Fırtına kölgəsi”ni vurmaq belə bir məsələdir. Hər “Fırtına kölgəsi” təyyarəsi üçün kifayət qədər ATACAMS-ın daha böyük bir sahəyə toxunan kaset versiyasını əldə edə bilməzsiniz. Eyni zamanda, aerodromlar hələ də “Fırtına kölgəsi” üçün hədəf ola bilər, çünki söhbət təkcə təyyarələrdən deyil, həm də komanda postlarından, yanacaqdoldurma məntəqələrindən və sursat anbarlarından gedir”, - hərbi ekspert vurğulayıb.

Diki qeyd edib ki, daha iki obyekt kateqoriyası çox maraqlı olaraq qalır: “Xüsusilə, Rusiya hərbi zavodlarının vurulmasına həqiqətən ehtiyacımız var. Axı Rusiya Federasiyasının bir özəlliyi var - onun müdafiə sənayesi demək olar ki, təkrarlanmır. Bir qayda olaraq, bir növ məhsul bir, maksimum, iki zavod tərəfindən istehsal olunur. Müvafiq olaraq, belə bir zavodun dağılması müəyyən müddətə silah istehsalını dayandırır. Bu fabriklərdən bəziləri Qərb raketlərinin, xüsusən də 560 kilometrə qədər məsafəni vura bilən “Storm Shadow” raketlərinin əhatə dairəsində ola bilər. Bu, Rusiya iqtisadiyyatına çox təsir edir. Amma bunun Rusiya ordusunun yanacaqla təminatına daha çox təsiri var”.

“Bununla belə, Qərbin bizə bu silahları verəcəyi təqdirdə müsbət ssenarini nəzərdən keçirdik. Lakin Putinin Rusiyanın zərbələrə belə icazəni “NATO-nun münaqişədə birbaşa iştirakı” kimi qəbul edəcəyi ilə bağlı açıqlamalarını artıq görmüşük”, - deyə ekspert əlavə edib.

Hərbi analitikin qənaətincə, bu, Putinin Qərblə uzun illərdir həyata keçirdiyi cəsarətli manipulyasiyalarının yenisi deyil: “Başa düşmək lazımdır ki, Putin həyatında ən çox NATO ilə birbaşa toqquşmadan qorxur. NATO dedikdə biz Amerikanın nizami ordusunu nəzərdə tuturuq, avropalıların bu baxımdan imkanları daha azdır. Ruslar belə bir ssenarinin reallaşacağı təqdirdə şanslarının necə olacağını çox yaxşı bilirlər. 2020-ci ildə Suriyada "Vaqner"lə döyüş oldu. 21-ci əsrdə amerikalılarla ruslar arasında yeganə birbaşa döyüş təxminən bir saat davam etdi. Nəticədə 200-ə yaxın “Vaqner” muzdlusu öldürüldü, amma bir nəfər də olsun Amerika hərbçisi ölmədi. Ruslar bundan dərs aldılar. Ona görə də onlar doğrudan da ABŞ-la birbaşa münaqişə istəmirlər. Yeri gəlmişkən, bizim nüvə təhlükəsizliyimiz də buna əsaslanır. Bu, tam miqyaslı müharibənin əvvəlində Baydenin təyin etdiyi "qırmızı xətt"dir. Əgər Rusiya nüvə hücumu etsə və ya atom elektrik stansiyasına zərbə vursa, Qərb birbaşa müharibəyə müdaxilə edəcək. Ona görə də bir dənə də olsun rus raketi AES-in yaxınlığından uçmadı”.

“Təəssüf ki, Qərb hələ də başa düşmür ki, Rusiya nüvə müharibəsinə başlamayacaq, çünki bunda heç bir uğur şansı yoxdur. Qərb qorxusu irrasional qorxudur. Qərblə real müharibəyə hazır olmayan Putin isə onilliklərdir ki, bu irrasional qorxu üzərində oynayır. O daima blef edir, müharibə ilə təhdid edir, Qərb isə həmişə buna ciddi yanaşır. Ona görə də, indi Putin növbəti dəfə öz blefini səsləndirir. Hesab edirəm ki, Qərb artıq irrasional qorxusundan qurtulmalıdır”, - deyə Y.Diki məqaləsini tamamlayıb.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
"Kiyev hələ də Vaşinqtondan ABŞ silahları ilə Rusiyanın dərininə zərbələr endirmək üçün icazə almayıb".

Oxu.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "CNN" telekanalına müsahibəsində deyib.

Bu həftə "ABC" telekanalı Ukrayna liderinin adı açıqlanmayan məsləhətçisinə istinadən yazıb ki, Zelenski ABŞ-nin dövlət katibi Antoni Blinkenə Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı mümkün hədəflərinin siyahısını verib.

Bununla əlaqədar Almaniyanın tabloid qəzeti yazıb ki, Ukrayna lideri uzaq məsafəli hücumlar həyata keçirmək üçün icazə almaq məqsədi ilə ABŞ-yə gedəcək və orada Co Baydenə Kiyevin cəbhənin müəyyən hissələrində yerli atəşkəslə razılaşmasını nəzərdə tutan plan təqdim edəcək.

Ukrayna prezidenti həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətində keçirdiyi əməliyyatın məqsədi Rusiyanı Donbassdan sərhəd bölgəsinə qoşun yeritməyə məcbur etməkdir.

"Məqsəd bəzi rus qüvvələrini oraya (Kursk vilayətinə - red.) köçürmək idi. Mən hesab edirəm ki, bu, düzgün fikirdir", - Zelenski bildirib.

Onun sözlərinə görə, Qərbin silah tədarükünün ləngiməsi ona gətirib çıxarıb ki, Ukrayna 14 briqadadan hətta dördünü belə təchiz edə bilməyib.

Ukrayna lideri vurğulayıb ki, mərmilərdə Rusiyanın üstünlüyü hazırda Ukrayna üzərində 12-ə 1-dir.

Xatırladaq ki, sentyabrın 13-də Bayden Vaşinqtonda Böyük Britaniyanın baş naziri Kir Starmeri qəbul edib. Məlumata görə, o, Ukraynaya Britaniyanın uzaqmənzilli "Storm Shadow" raketlərindən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyə icazə vermək üçün ABŞ prezidentindən razılıq istəyib (bu, onların komponentlərinin ABŞ-də istehsal olunduğu üçün zəruridir). Görüşdən sonra liderlər belə bir qərara gəldiklərini elan etməyiblər, lakin bu, ayın sonunda, sentyabrın 24-dən 30-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında baş verə bilər.

Rusiya-Ukrayna müharibəsi
 

Dünyapress TV

Xəbər lenti