London əsir düşən Böyük Britaniya vətəndaşını xilas etmək üçün addımlar atacaq. Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən britaniyalı kəşfiyyatçı Ceyms Skott Ris Anderson əsir düşüb.
TASS xəbər verir ki, Ukrayana ordusunda müqavilə əsasında döyüşən Böyük Britaniya vətəndaşı Kursk vilayətində ələ keçib.
Əsir düşmüş britaniyalı muzdlu öz iradəsi olmadan Kursk vilayətinə göndərildiyini bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı britaniyalının sənədlərini və telefonunu əlindən alıb.
London Kursk vilayətində əsir düşən Ceyms Skott Ris Andersona dəstək göstərməyə hazır olduğunu bəyan edib. Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lemmi bu barədə "Sky News" telekanalına açıqlama verib: "Biz Britaniya vətəndaşına mümkün olan bütün dəstəyi göstərmək üçün əlimizdən gələni edəcəyik".