Ermənistan Su-30 qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır.
Modern.az xəbər verir ki, bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb.
Bildirilir ki, Ermənistan hökuməti Hindistan istehsalı olan raketlərin, o cümlədən uzaqmənzilli “Astra” raketlərinin alınması, eləcə də “Su-30” qırıcılarının təkmilləşdirilməsi ilə bağlı Yeni Dehliyə müraciət edib.
Məlumatı Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan da təsdiqləyib.
O bildirib ki, Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə danışıqlar aparır.
Vardanyanın sözlərinə görə, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.
ABŞ və Böyük Britaniya Ukraynanın Rusiyaya raket zərbəsi endirməsi barədə qərarı təxirə salıblar Cümə günü prezident Co Bayden və Britaniyanın baş naziri Keyr Starmer Ukraynanın Qərb raketləri ilə Rusiyanın dərinliklərinə cavab zərbəsi endirməsinə icazə vermək barədə qərarı təxirə salıblar, Turan-ın Vaşinqton müxbiri bildirib.
Britaniya lideri Baydeni Ukraynaya Storm Shadow raketləri göndərmək planını dəstəkləməyə razı salmaq üçün Vaşinqtona gedib.
İki lider Ukraynaya sarsılmaz dəstəyi təsdiqləyib. Starmer və Bayden Putinin “Ukraynaya Rusiyanın dərinliklərinə Qərb silahı ilə atəş açmağa icazə verilməsi Qərbin Rusiya ilə "müharibə vəziyyətində" olması demək olacaq” bəyanatına məhəl qoymayıblar.
"Vladimir Putin haqqında çox düşünmürəm", - Bayden Putinin sözlərini şərh edərkən jurnalistlərə deyib.
Öz növbəsində Starmer qeyd edib ki,"Ukraynanın özünümüdafiə hüququ var".
Xəbər verdiyimiz kimi, əsgər Bağırov Nurbala Asif oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub. TEREF “Unikal”a istinadən məlumatına görə, 2005-ci il təvəllüdlü hərbçimiz Xızı rayonunun Sitalçay kəndindəndir.
O, cari ilin iyul axında hərbi xidmətə yollanıb, Kəlbəcər rayonunda hərbi xidmət keçib.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin HIMARS artilleriya raket sistemləri üçün sursat tədarükünü üç dəfə azaltdığını bildirib. Bu barədə Ukrayna liderinin mətbuat xidmətinin teleqram kanalına məlumat yerləşdirilib.
Zelenski vurğulayıb ki, HIMARS sistemləri Kiyevə çox kömək edib. O qeyd edib ki, raketlərin tədarükünün başlanğıcında hər ay üç dəfə bundan çox raket göndərilib.
"Ukrayna digər döyüş sursatlarının növlərində də çatışmazlıq yaşayır. Kiyevə yeni zərbə pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə sistemləri (HHM) və onlar üçün sursatlar lazımdır",-deyə Zelenski əlavə edib.
Rusiyanı sülhə məcbur etmək üçün Ukraynanın müharibədə qələbəsi ilə bağlı plan II Sülh Sammitində mütləq təqdim olunmalıdır. APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib: “Mən bu məsələni əvvəlcə ABŞ prezidenti Co Baydenlə müzaakirə edəcəyəm. Çünki bu planın böyük hissəsi ABŞ və digər tərəfdaşlarımızdan asılıdır. Düşünürəm ki, hər kəs təzyiqin və yardımın miqyasını dərk edir. Ona görə də burada əlavə fikir söyləməyə ehtiyac yoxdur. Rusiyanı diplomatik yolla sülhə məcbur etmək məqsədilə bu plan mütləq təqdim edilməlidir. Tərəfdaşlarımız onu dəstəkləməsi çox vacibdir”.
Rusiya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrini Qordeevka kəndindən çıxarıb. Ümumilikdə 24 saat ərzində 10 km-dən çox ərazinin azad edildiyi qeyd olunub.
"Əməliyyatı 155-ci dəniz piyadalarının əsgərləri həyata keçirib. Qordeyevkaya dörd tərəfdən daxil olublar: Korenevo, Kulbaki, Martınovka kəndləri, həmçinin Neçayev kəndindən Ukrayna qoşunları sıxışdırılıb. Nəticədə Ukrayna Silahlı Qüvvələri ağır itkilərlə geri çəkilib.
Bu dəqiqələrdə Rusiya Silahlı Qüvvələri Apanasovka və Martınovka ərazilərində irəliləyir. Sudjanski rayonu ərazisinin azad edilməsi əməliyyatı davam edir", - deyə məlumatda bildirilib.
Bazar ertəsi ABŞ bildirib ki, ballistik raketlərin İrandan Rusiyaya verilməsinin mükünlüyü barədə xəbərlərdən "inanılmaz dərəcədə narahatdır" və əgər bu, doğrudursa, "dramatik eskalasiya" olacaq, çünki Qərb müttəfiqləri tədbirlər görməyə "hazırdır".
"İran ballistik raketlərinin Rusiyaya verilməsi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə İranın dəstəyinin kəskin artması deməkdir. Biz və G7 tərəfdaşlarımız mühüm nəticələrə hazır olduğumuzu açıq şəkildə bildirdik", - Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanıTuran-ın suallarını cavablandırarkən bildirib.
Bu addım bazar ertəsi səhər Avropa İttifaqı Tehranın Rusiyaya qısa mənzilli raketlər verməsilə bağlı "səhih" kəşfiyyat məlumatlarına malik olduğunu bildirdikdən sonra atılıb. Bir neçə KİV Fath-360 raketlərinin tədarükünü təsdiqləyən iranlı rəsmi şəxslərə istinad edib.
"İran prezidenti Pezeşkian açıq şəkildə bəyan edir ki, öx ölkəsinin iqtisadiyyatının yaxşılaşması onun xarici münasibətlərinin və İranın dünyadakı vəziyyətinin yaxşılaşmasından asılıdır. Ancaq raketlərin verilməsi beynəlxalq təhlükəsizliyi və beynəlxalq düzəni təhdid edir", - Patel deyib.
Bazar ertəsi Kiyev İran raketlərinin Moskvaya tədarükü ilə bağlı xəbərdarlıq edib və Qərbi Rusiya ərazisindəki raket anbarlarını bombalamağa icazə verməyə çağırıb.
“ABŞ Ukraynanın Rusiya ərazisində Amerika silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazırdırmı?” sualının cavabında Patel deyib ki, siyasətdə heç bir dəyişiklik baş verməyib. pressklub