Ardını oxu...
“İranın Rusiyanın S-400 zenit-raket sistemlərinə ehtiyacı yoxdur”.
Tribunainfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli rəsmisi deyib.
Bir aydan az əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemləri İsrailin raket hücumunu dəf edə bilməyib və ABŞ və İsrail kəşfiyyatının məlumatlarına görə, onların özləri məhv edilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin əməliyyatlar üzrə müavini Davud Şeyxian bildirib ki, İran Rusiyadan S-400 sistemi istəməyib. “Bizim hazırkı sistemlərimiz S-400-dən qat-qat böyük imkanlara malikdir”, deyə o əlavə edib.
Onun sözlərinə görə, İran Rusiya istehsalı olan S-300 sistemlərindən fəal şəkildə istifadə edir və S-400-ə ehtiyac görmür.
Avqustun əvvəlində “The New York Times” yazıb ki, İran rəhbərliyi İsraillə müharibədən ehtiyat edərək Moskvadan qabaqcıl hava hücumundan müdafiə sistemləri (Rusiya tərəfindən istehsal edilən ən qabaqcıl hava hücumundan müdafiə sistemi olan S-400 Triumf kompleksləri ola bilər) istəyib. Qəzetə birinin SEPAH üzvü olan hərbi planlaşdırma ilə tanış olan iki iranlı rəsmi bildirib ki, bu tələb Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu tərəfindən Tehrana səfəri zamanı edilib.
İsrail oktyabrın 1-də İranın raket hücumuna cavab verəcəyini vəd edəndə İran mediası Rusiyanın Tehrana ən azı bir eskadrilya Su-35 qırıcı təyyarəsi və qeyri-müəyyən sayda S-400 sistemləri verdiyi barədə təsdiqlənməmiş məlumatları dərc etməyə başlayıb.
Nəticədə, İranın hava hücumundan müdafiəsi İsrailin oktyabrın 26-na keçən gecə F-35 qırıcıları da daxil olmaqla 100-ə yaxın təyyarənin həyata keçirdiyi hücuma qarşı duruş gətirə bilməyib. İsrail bu il Rusiya ordusuna verilməyə başlayan İran ballistik raketləri üçün yanacaq istehsal edən 12 obyekti sıradan çıxarıb, həmçinin ilin əvvəlindən nüvə silahı araşdırmaları aparan gizli mərkəzi məhv edib.
Üstəlik, xidmətdə olan üç S-300 sistemi nəinki İran obyektlərini qoruya bilməyib, həm də onlar özləri də məhv edilib. Amerika və İsrail rəsmiləri bu barədə “The Wall Street Journal”a bildiriblər və qeyd ediblər ki, əgər Rusiya sistemləri bəzi raketləri vura bilsə də, onların sayı bir neçə ədəd ola bilər.
İranın ümumilikdə dörd S-300 sistemi olub, onlardan biri bu ilin əvvəlində İsrailin hücumu zamanı zədələnib.
 
 
 
Ardını oxu...
ABŞ istehsalı "HIMARS" yaylım atəşli reaktiv sisteminin daha bir buraxılış qurğusu Rusiya Silahlı Qüvvələri tərəfindən sıradan çıxarılıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, bu qurğu uzaq mənzilli "ATACMS" raketlərini daşımaq potensialına malik idi və Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə verilmişdi.

Qeyd edək ki, Rusiya ərazisini vurmaq üçün nəzərdə tutulan "HIMARS" yaylım atəşli reaktiv sistemi "Lancet" kamikadze dronu ilə vurulub.

"HIMARS" və "ATACMS"-ın əhəmiyyəti

HIMARS yaylım atəşli reaktiv sistemləri ABŞ tərəfindən Ukraynaya tədarük edilən ən güclü artilleriya vasitələrindən biridir. Bu sistemlər dəqiqliyi və uzun mənzilli zərbələr endirmək qabiliyyəti ilə döyüş meydanında əhəmiyyətli rol oynayır. "ATACMS" raketləri isə "HIMARS" üçün xüsusi olaraq nəzərdə tutulmuş uzaq mənzilli raketlərdir və 300 km-ə qədər məsafədəki hədəfləri vurmaq imkanına malikdir. Bu səbəbdən "HIMARS" qurğusunun məhv edilməsi Ukrayna ordusunun uzaq mənzilli hücum imkanlarını zəiflətmək məqsədi daşıyır.

"The New York Times" qəzeti yazıb ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib. Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub.
 

 

Bu gün, 08:28  Ardını oxu...         
Fransa və Böyük Britaniya da Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Le Figaro” qəzeti çıxış edib.

Bildirilib ki, Ukrayna bundan sonra Rusiya ərazisini SCALP/Storm Shadow raketləri ilə vura bilər.

Qeyd edək ki, məlumat hələ ki Fransa və Böyük Britaniya rəsmiləri tərəfindən təsdiq olunmayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden də Ukraynanın Rusiya ərazisinə ATACMS tipli raketlərdən istifadə etməklə zərbə endirməsinə razılıq verib.

Ekspertlər bildirirlər ki, bu, Ukrayna müharibəsinin miqyasının genişlənəcəyinin anonsu hesab edilə bilər. Belə ki, rəsmi Moskva daha əvvəl Rusiya ərazisinin sözügedən silahlarla vurulmasının ağır nəticələri olacağını bəyan etmişdi.
 
Ardını oxu...
Hizbullah şiə təşkilatının informasiya xidmətinin rəhbəri Məhəmməd Afif Beyrutun mərkəzindəki Ras-ən-Nəba bölgəsinə İsrail hava hücumu nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu barədə Livanın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, Afif Suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub və o, ən azı iki raket zərbəsinə məruz qalıb.

Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, üç mülki şəxs də yaralanıb.
 
Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın Beyrut şəhərinin cənub ətrafına zərbələr endirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, İsrail təyyarələri Haret Hreik bölgəsində çoxmərtəbəli yaşayış binalarına zərbələr endirib.

Məlumata görə, bu, şənbə günü səhərdən bəri İsrailin Livan paytaxtının cənub ətrafına endirdiyi üçüncü zərbədir.
 
Ardını oxu...
2022-ci ildə başlayan münaqişədən bəri Ukraynada 10 Almaniya vətəndaşı həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu "Sara Vagenknecht İttifaqı — Ağıl və Ədalət" (BSW) partiyasından Bundestaq üzvü Andrej Hunko bildirib.

“2022-ci ildən etibarən Ukraynada 10 Almaniya vətəndaşı həlak olub. Lakin onların hərbi əməliyyatlarda iştirakına dair məlumat yoxdur. Almaniya hökuməti öz vətəndaşlarının Ukrayna münaqişəsində iştirak etməməsi üçün tədbirlər görməlidir”, – deyə Hunko vurğulayıb.

Hunko həmçinin deyib ki, Berlin atəşkəs danışıqlarının başlanması üçün daha fəal şəkildə təşəbbüs göstərməlidir ki, döyüş meydanında insanlar həyatlarını itirməsin.

Noyabrın 3-də Bundestaq üzvləri Almaniya əsgərlərinin Ukraynada olduğu barədə mediada yayılan xəbərlərdən sonra federal hökumətdən izahat tələb ediblər.
 
Ardını oxu...
“İran nüvə proqramının dinc xarakter daşıması ilə bağlı bütün şübhələri aradan qaldırmağa hazırdır”

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq çərçivəsində nüvə proqramının dinc xarakter daşıması ilə bağlı bütün şübhələri aradan qaldırmağa hazırdır.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdə deyib.

“Biz iddia olunan problemlərin həlli və ölkəmizin sülhməramlı nüvə fəaliyyəti ilə bağlı şübhələri aradan qaldırmaq üçün əməkdaşlığa və bu beynəlxalq qurumla yaxınlaşmağa hazır olduğumuzu bəyan edirik. Tehran heç vaxt nüvə silahı yaratmağa cəhd etməyib”, - dövlət başçısı bildirib.
 
Ardını oxu...
İranın ali lideri Əli Xameneinin müşaviri Əli Laricaninin Dəməşqdə Suriya rəsmiləri ilə görüş keçirdiyi məkana raket düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bu hadisə İsrailin son həftələrdə Suriyanın müxtəlif bölgələrinə, o cümlədən İranın və onun müttəfiqlərinə məxsus hədəflərə hava hücumları fonunda baş verib.
     
Ardını oxu...
Ermənistan parlamentində müxalif “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan Hindistan mediasını ittiham edib. Səbəbi budur ki, Hindistan mediası Ermənistana hər hansı hərbi texnika satılan kimi dərhal bu haqda xəbər yayır.
Söhbət Hindistanın “Akaş” raket komplekslərinin Ermənistana satılmasından gedir. Manukyanın fikrincə, Hindistan bu yolla Ermənistan üzərindən hərbi texnikasını reaklam edir. Bunda həqiqər var.
Ermənistan qədər Hindistandan hərbi texnika alan ikinci dövlət yoxdur. Hindistan bu yolla hərbi-sənaye kompleksinin məhsullarını reklam etmiş olur. Manukyanın narahatlığı həm də onunla əlaqəlidir ki, xəbərlər yayıldıqdan sonra Hindistanın hərbi texnikasının Ermənistana çatdırılmasında lojistik əngəllər yarana bilər.
Hindistanın hərbi texnikası İranın dəniz limanına, oradan da quru yolla Ermənistana çatdırılır. Manukyanın nəzərdə tutduğu “lojistik əngəl” yalnız İran ərazisində yarana bilər.
SEPAH isə əlindən gələni edir ki, Hindistan, Rusiya və Fransa hərbi texnikası quru yolda çətinliklə üzləşmədən Ermənistana çatdırılsın. Hər halda həmin hərbi texnikalar Güney Azərbaycan ərazisindən daşındığından güneyli fəalların çəkdikləri şəkillər Azərbaycan mediasında da yayımlanır.
Yəqin Manukyan kimilərin qorxusu odur ki, bir gün İranda yaşayan azərbaycanlılar yollarda hərbi texnikanın çatdırılmasına əngəllər yarada bilərlər…
Elxan Şahinoğlu
TEREF
 
 
 
Ardını oxu...
"Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər. Təbii ki, müharibənin başlamasını istəmirik, amma hər zaman hazır olmalıyıq. Çünki Türkiyə Cümhuriyyətinin və Türk xalqının təhlükəsizliyinə cavabdehik".

"AzPolitika" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər qatıldığı televiziyia proqramında gündəmə dair sualları cavablandırarkən deyib.

Y. Gülər indiyədək iki dünya müharibəsi olduğuna və onların kiçik səbəblərdən çıxdığına diqqət çəkib: "Biz iki dünya müharibəsi olduğunu bilirik. Bu müharibələrin necə başladığını xatırlayırsınızmı? Çox kiçik səbəblərdən. Deməli, bu, böyük bir hadisə tələb etmir. Hər an ola bilər. Təbii ki, müharibə istəmirik. Biz hər şeyi qiymətləndiririk. Ən kiçik təfərrüata qədər planlarımızı qururuq. Təbii ki, yenə deyirəm biz öz ölkəmizdə sülh içində yaşamaq istəyirik”.

Nazir prezident Rəcəb Tayyib Ərdoğanın "İsrailin növbəti hədəfi Türkiyə olacaq", “arxa cəbhə” xəbərdarlıqları ilə bağlı da açıqlamalar verib.

"Mən cənab prezidentimizin çox haqlı olduğunu düşünürəm. Çünki arxa cəbhə hər zaman vacibdir. Sülh mühitində olsaq da, arxa cəbhənin gücü o ölkənin xeyrinədir. Ona görə də Prezidentimiz cəmiyyəti xəbərdar edir. Çünki o bunu görür. İsrail Türkiyəyə hücum edə bilərmi? Hər halda cənab prezident belə bir təhlükə görməsə idi bunu deməzdi. Hücum edə bilər", -deyə Yaşar Gülər qeyd edib.

 

Dünyapress TV

Xəbər lenti