Ardını oxu...
Rauf Mirzəyev işdən çıxarılmasının səbəblərini izah edir

Ağcəbədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini Rauf Mirzəyev 11 il minaaxtaran kimi fəaliyyət göstərib. 2013-cü ildən 2024-cü il mayın 16-dək Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində (ANAMA) minaaxtaran və bölmə, eləcə də qrup rəhbərinin müavini vəzifələrində işləyib.

44 günlük müharibədə 17 gün iştirak edib.

Ombudsman onu işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edib.

İki il əvvəlsə Şahbulaqda əməliyyat apararkən yıxılması səbəbindən dizindən zədə alıb və dizi qismən funksiyasını itirib.

Bəs Rauf Mirzəyevin işdən çıxarılmasına səbəb nə olub?

O, Meydan TV-yə bu səbəblərdən danışıb: "Mənim qrupumun əməliyyat apardığı sahənin qonşuluğundakı minalı sahədə mina partlamışdı. Həmin sahə tikinti şirkətlərinin iritonnajlı avtomobillərinin istifadə etdiyi yolun kənarındaydı, sürücülərin sahəyə keçid etməsinin qarşısını almaq üçün özümü oraya çatdırdım. Mənim o əraziyə keçməyim normativlərə zidd idi, ancaq məqsəd insan həyatını xilas etmək olunca, məcbur qaldım. Buna görə məni işdən çıxarmamalı idilər, əksinə, mükafatlandırmalıydlar”.

Rauf Mirzəyevin sözlərinə görə, işdən çıxarılmamışdan bir az əvvəl ona şiddətli töhmət də verilib: "Standarta görə, bir qrupda altı işçi olmalıdır, ancaq mənim qrupumda səkkiz işçi vardı. Belə olan halda istər-istəməz nəzarəti itirirdim. Nəticədə normativlərdən kənara çıxırdıq, tapşırıqlar keyfiyyətsiz yerinə yetirilirdi. Dəfələrlə müraciət etmişdim ki, tabeliyimdəki işçilərin sayını normativə uyğunlaşdırsınlar, ancaq qulaqardına vururdular”.

Keçmiş minaaxtaranın sözlərinə görə, ərazilərin minalardan təmizləmə işlərində keyfiyyəti aşağı salan səbəblərdən biri də minaaxtaranları normativlərdən artıq yükləməkdir: "Rəhbərliyin hazırlayıb təsdiqlədiyi icra planları normativlərə ziddir. Tutaq ki, bir minaaxtaran gün ərzində maksimum 200 kvadratmetrlik sahədə təmizlik işi apara bilər, ancaq ona on dəfə böyük ərazini təmizləmək tapşırığı verilir. Gün ərzində 2000-2500 kvadratmetrlik sahədə bir minaaxtaranın keyfiyyətli işləməsi isə mümkün deyil. Məsələn, sərt sahələr hesab olunan dağıntı, sərt kolluq, sıx ağaclıq ərazilərdə işçiləri tələsdirirlər. Minaaxtaran tələsir ki, gün ərzində ona qoyulmuş normanı başa çatdırsın, bu zaman istər-istəməz keyfiyyət arxa plana, kəmiyyət önə keçir. Nəticədə sahələrdə aşkar olunmamış sursatlar qalır. Sonra da buna görə minaaxtaranlara töhmət verirlər. Ya da işini tələsik görüb başa çatdırmağa çalışan minaaxtaran minaya düşür, faciə baş verir”.

Keçmiş minaaxtaranın deməsinə görə, işlərin keyfiyyətsiz görülməsinin başqa səbəbləri də var. Məsələn, onlara verilən bəzi avadanlıqlar köhnə və istifadəyə yararsızdır: "Vazerlər (üzü örtmək üçün kaskanın önündəki şüşə) yararsız vəziyyətdədir, heç nə görmək olmur. Deyəndə ki, normal kaskalar verin, deyirlər, vazerləri üzünüzdən qaldırın, işləyin. Minaaxtaranları dumanlı, əlverişsiz hava şəraitində də sahələrə çıxarırlar. Məsələn, Ohanyan xətti ən sıx mina xətti hesab olunur, dumanlı havada ora işləməyə çıxarırlar. Hansını deyəsən, botinka verilmir, fəsilə uyğun geyim verilmir”.

Rauf Mirzəyev iddia edir ki, ANAMA-da özbaşınalıq hökm sürür. Güc strukturlarından (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları) müxtəlif əməllərə görə qovulmuş vəzifəli şəxslər gəlib ANAMA-da vəzifələrə təyin olunur. Düzgün idarəçəliyin olmaması səbəbindən təkcə bu ilin may ayında iki qrup rəhbəri minaya düşüb.

Rauf Mirzəyev təəssüflə qeyd edir ki, dünyada minaaxtaranlar imtiyazlı təbəqə hesab olunsa da, Azərbaycanda bu təhlükəli, hər anı ölüm saçan fəaliyyətə dəyər verilmir: "ANAMA-nın 44 günlük müharibə dövründə fədakarlıqla işləmiş, sursatların məhv olmasında iştirak etmiş əməkdaşlarına hələ də veteran statusu verilməyib”.

Meydan TV keçmiş minaaxtaranın iddialarına münasibət öyrənmək üçün ANAMA-nın mətbuat xidmətiylə əlaqə yaratmağa cəhd etsə də, mətbuat katibi Səbinə Sərkərova nə zəngləri, nə də "Whatsapp” üzərindən sualları cavablandırıb.
 
Ardını oxu...
Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək.

"Report" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı iyunun 13-də NATO-nun müdafiə nazirləri təminat planını təsdiq edəcəklər.

Stoltenberq bildirib ki, alyans təchizatı koordinasiya edəcək.

"Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləyəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir", - alyans rəsmisi qeyd edib.
Ardını oxu...
Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

"Report"un əldə etdiyi görüntülərə əsasən, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.

Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb.

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
 Qarabağdan çıxan Rusiya sülhməramlıların texnikası Sitalçay dəmiryol stansiyasından yola salınıb. "AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd edək ki, bir müddətdir ki, qarşılıqlı razılaşma əsasında Rusiya sülhməramlıları Qarabağda müvəqqəti yerləşdiyi dislokasiya mərkəzlərini tərk etməyə başlayıblar. Kremlin açıqladığı məlumata görə, proses sentyabr ayının sonuna qədər tam başa çatacaq. 
 
 
Ardını oxu...
"Partnyorlarımızın bizə bütün bu silahları vermə anı yetişdimi? Yetişdi".

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Bu müharibə ancaq ona görə davam edir ki, Putin bizə qarşı terror və hücumları davam etdirmək imkanına malikdir, biz real sülhün mümkünlüyünü ortaya çıxarmaq üçün terrorun söndürülməsini təmin etməliyik”, - Zelenski bəyan edib.

O, səfərbərlikdən danışaraq qeyd edib ki, müharibə birinci gün davam etmir, ancaq müharibənin ilk günündən səfərbərlik davam edir.
 
Ardını oxu...
Rusiyanın Xarkov istiqamətində hücumu uğursuzluğa düçar oldu. Bunu hətta bir çox Z-bloggerlər də dolayısı ilə etiraf edirlər. Belə nəticə gözlənilən idi və o, heç də təkcə Ukrayna ordusuna yeni silahların verilməsi ilə bağlı deyil.
Rusiya ordusunun uğursuzluğunun arxasında korrupsiya, ordu sıralarındakı başıpozuqluq, təhcizatın acınacaqlı durumu, ordudakı ifrat kriminallaşma tendensiyaları və digər daxili səbəblər dayanır.
Başqa bir ciddi səbəb isə siyasi hakimiyyətin ordunu və onun rəhbərliyini özünə potensial rəqib kimi görməsidir. Rusiya ordusu bu gün müharibə aparan ölkənin silahlı qüvvələrindən daha çox siyasi alət rolunda görünür.
Bunun tipik nümunəsi ordu rəhbərliyinə 20 ildən artıqdır ki, silahlı qüvvələrə heç bir aidiyyatı olmayan şəxslərin təyin edilməsidir. Bu da o deməkdir ki, Kreml ordunun döyüş qabiliyyətinə yox, onun siyasi loyallığına üstünlük verir.
Şübhəsiz ki, belə kriteriyalar üzrə dəyərləndirmə ordunun döyüş qabiliyyətinə təsirsiz ötüşmür. Bu gün havada üstünlük əsasən Rusiyanın tərəfində olsa da bu, özünü müharibənin ümumi nəticələrində göstərə bilmir.
Halbuki Rusiya ordusu həmin üstünlüyü də yaxın aylarda itirə bilər. Təbii ki, Ukraynaya veriləcək hərbi təyyarələr hər bir halda Rusiyanın aviaparkından geriliyi aradan qaldırmaq gücündə olmayacaq.
Amma burada bir tək kəmiyyət həlledici rol oynamır. Əsas amillər ordunun mənəvi-psixoloji durumu, silah və sursatdan səmərəli istifadə, hərbi əməliyyatların idarə edilməsi və logistikanın lazımi səviyyədə təşkil olunmasıdır.
Sadalanan bütün bu amillər üzrə isə Rusiya ordusu heç də Ukrayna silahlı qüvvələrindən üstün vəziyyətdə deyil. Əksinə, onların bir çoxu üzrə Ukrayna ordusunun vəziyyəti daha ümidvericidir. Amma güclər hər bir halda bərabər deyil.
Bütün bunlar göstərir ki, Rusiya-Ukrayna müharibəsi hələ xeyli davam edəcək və yüksək ehtimalla hansısa məqamda atəşkəs rejiminə keçəcək. Atəşkəs isə müharibənin sonu yox, onun davamına hazırlıq deməkdir.
Ərəstun Oruclu
TEREF
 
 

 


Ardını oxu...
Bizdə Azərbaycan Ordusunun hərbi qulluqçusunun Azərbaycan-Ermənistan sərhədini keçməsi barədə hər hansı məlumat yoxdur.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, sözügedən faktı təsdiqləyəcək hər hansı informasiya olarsa, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Ardını oxu...
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Bu barədə Dia-az.İnfo-ya Müdafiə Nazirliyindən xəbər verilib.
Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
 
Ardını oxu...
HAMAS İsrail Ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində 4 israilli girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı 3 israilli girovun öldüyünü iddia edib.
Bakupost.az -ın xəbərinə görə, bu barədə HAMAS-ın “Telegram” kanalında məlumat yerləşdirilib.
Qeyd edilib ki, İsrail Ordusu girovlardan bir neçəsini azad edib, lakin həmin düşərgədə biri ABŞ vətəndaşı olmaqla, 3 girovu öldürüb.
HAMAS-ın yaydığı videoda öldürüldüyü iddia edilən girovların üzləri örtülmüş şəkildə meyitləri göstərilir.
Qeyd edək ki, iyunun 8-də İsrail Ordusu Nuseyrat bölgəsində xüsusi əməliyyatın keçirildiyini, nəticədə 2023-cü il oktyabrın 7-də girov götürülmüş 4 israillinin azad edildiyini açıqlayıb.
Qəzzadakı səhiyyə qurumu isə İsrail Ordusunun Nuseyrat qaçqın düşərgəsində 4 girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı ən azı 274 fələstinlinin öldüyünü, 698 nəfərin yaralandığını açıqlayıb.
 
Ardını oxu...
Pakistanın təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

Bu barədə təhlükəsizlik qüvvələrinin mətbuat xidməti “X”də məlumat yayıb.

Məlumata görə, partlayış Xayber-Paxtunxva əyalətində baş verib. Hərbi qulluqçular nəqliyyat vasitəsində olublar.

Hazırda bu ərazidə yaraqlılar zərərsiləşdirilir.
 

İsrail ordusunun bir qrup girovu azad etmək üçün keçirdiyi əməliyyat zamanı Qəzza zolağında azı 210 mülki şəxs həlak olub.

"Report" bu barədə EFE agentliyinə istinadən xəbər verir.

Fələstin tərəfinin məlumatına görə, daha 400 qəzzalı yaralanıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Nuseyrat düşərgəsində dörd girovu azad etdiklərini bəyan edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti