Ardını oxu...
Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimal-qərbində yerləşən Bannu rayonunda hərbi qarnizona terror hücumu nəticəsində Pakistan ordusunun səkkiz hərbi qulluqçu həlak olub.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bomba yerləşdirilmiş avtomobildə kamikadze və bir qrup silahlı ekstremist, o cümlədən kamikadze hərbçilərin qaldığı əraziyə daxil olub. Partlayıcı maddə olan avtomobilin güclü partlaması kazarmaları və mülki vətəndaşların evlərini dağıdıb. Terrorçularla döyüşdə azı səkkiz hərbçi həlak olub, 12-si yaralanıb. Hadisə yerində antiterror əməliyyatı davam edir./oxu.az
Ardını oxu...
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.
Müdafiə Nazirliyi hərbi qulluqçunun həlak olması ilə bağlı faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
 
Ardını oxu...
İsrail bildirib ki, şənbə günü insanların sıx olduğu cənubi Qəzza ərazisində HƏMAS-ın hərbi komandirini hədəfə alıb. Qəzza səhiyyə rəsmilərinin bildirdiyinə görə, bu hücum nəticəsində azı 71 nəfər həlak olub. HƏMAS Məhəmməd Deifin hədəfə alınması iddialarını dərhal rədd edib.

Ölənlər arasında Deifin olub-olmadığı hələlik məlum deyil. İsrail rəsmiləri Deifin və ikinci HƏMAS komandiri Rafa Salamanın hədəf olduğunu təsdiq ediblər. Hərbi rəsmi daha sonra onların “hazırda zərbənin nəticəsinin qiymətləndirilməsini” etdiklərini bildirdi və hücumun İsrail tərəfindən müəyyən edilmiş təhlükəsiz ərazidə keçirildiyini inkar etmədi.

Deifin bir çoxları tərəfindən 7 oktyabr hücumunun əsas müəllifi olduğu inanılır. İsrailin cənubunda 1200 nəfərin öldürülməsi ilə nəticələnən həmin hücum daha sonra İsrail-HƏMAS müharibəsinə səbəb olub. HƏMAS-ın əsas hərbi komandiri Yəhya Sinvardan sonra rəhbərlikdə ikinci olan Deif illər ərzində İsrailin axtarılanlar siyahısında olub və daha öncə bir neçə dəfə sui-qəsd cəhlərindən yayınmağa müvəffəq olub.

Deif öldürülmüş olsa, bu, İsrailin 9 aylıq müharibədə əsas qələbəsi kimi qəbul ediləcək və atəşkəs danışıqlarına mane ola biləcək.

"İsrailin iddiaları cəfəngiyyatdır və bu, dəhşətli qırğına haqq qazandırmaq məqsədi daşıyır. Şəhidlərin hamısı mülki şəxslərdir və baş verənlər Amerikanın dəstəyi və dünyanın sükutu ilə dəstəklənən soyqırım müharibəsinin daha da artması idi", - Əbu Zuhri Reuters agentliyinə bildirib.

Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, hücum zamanı azı 289 nəfər yaralanıb.

İsrailin məlumatlarına görə, HƏMAS-ın rəhbərlik etdiyi silahlılar oktyabrın 7-də İsrailin cənubuna sərhəd yaxınlığında hücum zamanı 1200 nəfəri öldürüb, 250-dən çox insanı girov götürüb.

Qəzzadakı səhiyyə rəsmilərinin verdiyi məlumata görə, İsrail cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlar 38 mindən çox fələstinlinin ölümünə səbəb olub.
 
Ardını oxu...
Türkiyə ordusu İraqın şimalında 11 PKK terrorçusunu zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Məlumatda Türkiyə silahlı qüvvələrinin İraqın şimalında Hakurk və Qara bölgələrində aşkarladığı 11 PKK terrorçusunu zərərsizləşdirdiyi bildirilir.
Ardını oxu...
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinə zərbələr endirib.

Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleh Sinehubov sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, zərbə nəticəsində iki nəfər ölüb, 22 nəfər yaralanıb.

Vilayətin yarım saat ərzində iki dəfə atəşə tutulduğu qeyd edilir.
 
Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatının bir neçə hədəfinə zərbələr endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Departamentin bildirdiyinə görə, zərbələr xüsusilə Livanın cənubundakı Ramya, Cibbeyn, Tayr Harfa və Kfarqela bölgələrində "Hizbullah terror strukturu", həmçinin hərbi obyektlər və müşahidə məntəqələrinə endirilib.

"Bundan əlavə, hərbçilər Livanın cənubundakı Raçaya əl-Fuxar bölgəsində fəaliyyət göstərən, son bir həftə ərzində oradan Qolan təpələrinə doğru çoxsaylı mərmi və raketlərin atıldığı bir Hizbullah terror obyektini müəyyən ediblər və həmin hədəf də məhv edilib", - mətbuat xidməti əlavə edib.
 
Ardını oxu...
2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar.

Ermənilər mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstəriblər. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərini - atəşə tutub.

Düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verilib.

Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və yüzədək canlı qüvvəsi məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlədib.

Əldə olunan məlumata görə, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən erməni əsilli döyüşçülər də olub. Bu kateqoriyadan olan şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadıqları üçün erməni hərbi rəhbərliyinə bu itkiləri gizlətmək daha asan olur.

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam edib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

Bu əməliyyat istiqaməti eyni zamanda həm də iki ölkə arasında dövlət sərhədi olduğundan Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri sadəcə düşmənin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və onun irəliləməsinin qarşısının alınmasına yönəlib.

Təbii ki, döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd yox idi.

Döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov - şəhid olub. Döyüşlər zamanı yaralananlar da olub.

Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq qürurverici haldır ki, şəhid olan general və zabitlərimiz tabeliklərində olan əsgərlərlə bir sırada, ön xətdə düşmənlə döyüş zamanı həlak olublar.

Qeyd edək ki, döyüşlər zamanı yaşayış məntəqələri, qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib.

Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub.

Tovuz döyüşləri Azərbaycanda Ermənistanın işğalına qarşı dövlətin strateji qətiyyətini və xalqın müqavimət ruhunu gücləndirdi.

Tovuzdakı şiddətli döyüşlər zamanı Azərbaycanda könüllü şəkildə orduya yazılmaq prosesi başladı. Bu döyüşlərdə məğlub olan Ermənistan Azərbaycana qarşı təxribatlarını genişləndirdi. Azərbaycan isə bu təxribatlara cavab olaraq sentyabrın 27-də güclü əks-hücum əməliyyatlarına başladı və 44 gün ərzində işğalda olan ərazilərini azad etdi.
 
Ardını oxu...
Bu gün Rusiyanın Ukraynaya kütləvi raket hücumları nəticəsində 22 nəfər həlak olub. Daha 72 nəfər yaralanıb.
Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Eyni zamanda, Kiyev meri Vitali Kliçko Telegram-da bildirib ki, Rusiyanın şəhərdəki mülki obyektlərə hücumu ilə əlaqədar iyulun 9-nu paytaxtda matəm günü elan edib.
Onun sözlərinə görə, sabah şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunub.
Bundan əlavə, Kliçko deyib ki, iyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır:
“Biz telekanallara və radiostansiyalara müraciət edərək, yayım proqramında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik. Paytaxtda dağıntılar olan ərazidə işlər davam edir. Kiyevdə 20 nəfər ölüb. 100-ə yaxın yaralı var”, - deyə mer qeyd edib.
 

Ardını oxu...
Ukraynaya qarşı müharibənin davam etdirilməsi Rusiyanı gücləndirir.

Axar.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının keçmiş komandanı general Tomaş Piotrovski deyib.

Onun sözlərinə görə, indi təşəbbüs Rusiyadadır, qüvvələrinin harada yerləşdiyinə və hara zərbə endirəcəyinə o qərar verir:

"Eyni zamanda, Ukrayna keçənilki yay hücumundan sonra müdafiəyə keçib. Deməli, təşəbbü hücum edən tərəfdə olanda, tempi o diktə edəndə, güclənir. Hansı istiqamətə nə qədər döyüş sursatı göndəriləcəyinə, kiminlə danışacağına, kiminlə masa arxasında oturub-durmayacağına qərar verən Rusiyadır.

Beləliklə, hər keçən gün Rusiyanı ciddi şəkildə gücləndirir, eyni zamanda Ukraynanı zəiflədir. Ən pisi isə odur ki, bunu hamı başa düşmür. Bu, təkcə Avropanın deyil, digər ölkələrin də təhlükəsizliyinə mənfi təsir göstərir".

Dünyapress TV

Xəbər lenti