Bu il ərzində azı 68 jurnalist müxtəlif səbəblərlə dünyasını dəyişib. Ölüm hadisələrinin 60%-dən çoxu münaqişə zonalarında qeydə alınıb. İqtisadiyyat.az xəbər verir ki, bu barədə UNESCO tərəfindən yayımlanan məlumatda bildirilir.
Statistikaya əsasən, 68 jurnalist ölümlərindən 42-si müharibə gedən ərazilərdə baş verib.
Ən çox ölüm hadisəsi Fələstində qeydə alınıb – burada 18 jurnalist həyatını itirib. Ukraynadakı müharibə nəticəsində isə dörd jurnalistin ölümü təsdiqlənib.
Hesabatda həlak olan jurnalistlərin adları, onların mənsub olduqları ölkələr və çalışdıqları media qurumları barədə ətraflı məlumat verilmir.