Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) rəhbəri Con Hili Londonun Kiyevə hərbi yardımı azaltmaq niyyətində olması ilə bağlı məlumatları təkzib edib. Bu barədə "Politico" məlumat yayıb.
"Biz indi Ukraynaya hərbi yardıma əvvəlkindən daha çox pul xərcləyirik", - deyə britaniyalı nazir bildirib.
Hili vurğulayıb ki, "Downing Street" Ukraynaya dəstəyini və təslimatı sürətləndirib.