Pskovda 6 yaşlı qızın gözünə borrelioz daşıyan gənə yapışdı
Pskov vilayətində ailənin təbiət qoynunda istirahəti azyaşlı qızın infeksion xəstəxanaya aparılması ilə nəticələnib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Puşkinogorsk mahalında baş verən hadisə zamanı 6 yaşlı uşağın gözünə borrelioz daşıyan gənə yapışıb.
Vilayətin Səhiyyə Komitəsindən verilən xəbərə görə, ailə istirahətdən evə dönərkən avtomobildə yuxuya gedən qıza gənə həmin vaxt hücum edib. Valideynlər dərhal Pskov vilayətinin yoluxucu xəstəliklər klinikasına müraciət ediblər.
Həkimlər gənəni çıxararaq laboratoriyaya göndəriblər. Analiz nəticəsində məlum olub ki, parazit borrelioz infeksiyasının daşıyıcısıdır.
Qıza profilaktik müalicə təyin olunub və müalicədən sonra onun qanında gənə xəstəliklərinə qarşı anticisimlərin olub-olmadığı yoxlanacaq.