![]() |
![]() ![]() ![]() |
|
“O gün “Instagram”da bir video çıxdı qarşıma. Aparıcı müğənnidən “Bu mahnını kim yazıb?” soruşur. Müğənni isə “Bu mahnının sözlərini sevgilim yazıb” cavabını verir".
Bunu Əməkdar artist Lalə Məmmədova deib.
O əlavə edib: "Elə də sakitcə dedi ki... Camaat televiziyada ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir. Doğrudur, mən heç üzr istəməyin də tərəfdarı deyiləm, çünki buna ehtiyac yoxdur. Amma yenə də bu mədəniyyədir. Amma bu adam kompleksiz, böyük fəxrlə deyir ki, sevgilim yazıb mahnını”./Yenisabah.az
Müğənni Roza Zərgərli “İstədim” mahnısını oğurlayaraq oxuyan erməni müğənninin klipini yutubdan sildirib.
Musavat.com xəbər verir ki, sözləri və musiqisi Rəssama (Elvin Həsənov) aid mahnını ermənilər öz musiqiləri kimi təqdim edib.
Zoya Baraghamyan adlı müğənni mahnını “Meke ka” adı ilə ifa edib.
Mahnının musiqi müəllifi kimi də erməni musiqiçini qeyd ediblər.
Bu hadisədən sonra R. Zərgərli rəsmi şəkildə yutuba müraciət edib və erməni ifaçının mahnısı yutubdan silinib.
Könül,
Musavat.com
Aparıcı Kamilə Babayeva toyundan və toyunda Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxanın mübahisə etməsindən danışıb.
Milli.Az xəbər verir ki, bu barədə o "Pərvizə görə"də açıqlama verib. Kamilə deyib ki, məsələ ilə bağlı yazılanlar təhrif olunub və həyat yoldaşı ona şou-biznes nümayəndələrini məclisə dəvət etməsi ilə bağlı qadağa qoymayıb:
"Burda məsələ təhrif olunub. Həyat yoldaşım istəyirdi ki, hər iki tərəfdən qonaq sayı az olsun. Mən də dedim ki, nə danışırsan, dostum, tanışım, ətrafım çox böyükdür. Sizdə də həmçinin. İstəyirdi ki, bunu balaca, səmimi məclisdə qeyd edək. Onun şou-bizneslə problemi olsaydı, deməli, özünü tanıyan insan deyil. Onda niyə bu qızı sevirsən, bu qızla ailə qurursan?! Sözügedən məsələyə nə sevindi, nə kədərləndi. Başqa münasibət gözləyə bilərdim. Heç bir emosiya vermədi. Bu illər ərzində məsələ daha çox kənarda müzakirə olundu. Daxildə isə heç müzakirə mövzusuna çevrilmədi. Ən kritik anlar olur, sözün çəp gəlir, istəyərsən ən acı məqamından toxunasan. Bir dəfə də bu mövzunun yanından, ətrafından bir söz deyilmədi".
"Balaşdan sonra yalnız qaldım. Ən yaxın adamlar belə üzlərini məndən çevirdilər. Mənə dözə bilmədilər".
Bu sözləri müğənni Xatun Əliyeva "Qonaqcanlı" verilişində deyib. O, hayatında sevdiyi şəxsin olduğunu etraf edib:
"Bu 4 ildə həyatımda məni başa düşəcək insanlar olmadı. Hazırda həyatımda sevdiyim biri var. O da çox acılar yaşayıb. Onun da böyük itkisi var. Həmin gün onunla danışıb birgə ağladıq. Sevdiyim insandır. Bizi birləşdirən dərdlərimiz var. Dünyəvi problemləri həll etmək olar. Amma gənc yaşdakı itkilərlə barışmaq olmur".
Xatun son vaxtlar görünüşündə etdiyi dəyişikliklərdən də danışıb:
"Oğlum icazə verib ki, açıq-saçıq geyinə bilərəm. Neçə vaxtdır, görünüşümdə dəyişiklik edirəm. Məni Beyonsa, Cennifer Lopezə oxşadırlar".
Qeyd edək ki, Xatunun qardaşı Balaş 2021-ci ildə xərçəngdən vəfat edib. /Axşam.az
Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovdan gileylənib.
Bu barədə ifaçı sosial media hesabında paylaşım edib. Xuraman gecə saat 3-də sevgilisi üçün yolda qarın üstünə "səni sevirəm" sözlərinin yazan şəxsin görüntülərini yayımlayıb. Müğənni bu hərəkəti həyat yoldaşında gözləsə də onun bunu etməyəcəyini bildirib:
"Elçin həyətə düşüb. Deyirəm, bəlkə gedib orada yazar ki, səni sevirəm. Gözləməyin, bizdə yazmağa yer yoxdur, yoxsa yazardı, "inanıram". Bu adamda bir qram romantika yoxdur. Nə deyək, daha gecdir. Bu qədər romantika onda çətin olsun. Damın başında əslində yaza bilərdi, orada qar var. Amma ora kimdir çıxan. Yenə subay vaxtları olsaydı, dirəşib yazdırardım ona".
Qeyd edək ki, cütlüyün 4 övladı var. (Axşam.az)
Rəqqasə Rəna Ağamuradovanın (Renka) ötən gün illər əvvəl qarlı havada lentə alınan görüntülərinə görə tənqid edilməsinə reaksiya bildirib.
Axşam.az xəbər verir ki, o, çimərlik geyimində qarda çəkdirdiyi videonun 4 il əvvələ aid olduğunu vurğulayıb:
"Ay millət, bu videonu mən 2021-ci ildə çəkdirmişəm. O vaxt çəkib paylaşanda hamı bunu çox da yaxşı qəbul etmişdi. İndi camaat niyə belə vəhşiləşib, bilmirəm... Bunu sağlamlıq üçün etmişəm. Şahdağda qaynar hovuzdan çıxıb soyuq qara girmişəm. Nə var burada? Bu videoya görə dəyib bir-birinə".
Müğənni Sevda Yahyayeva 15 ildir avtomobil idarə etmir.
Bu haqda sənətçi "Afaqla onlar" verilişində deyib. Sevda bildirib ki, buna səbəb onun əsəbi olmasıdır:
"Özündən tez çıxan, əsəbiləşən biriyəm. 15 ildir maşın sürmürəm. Əvvəl maşın sürəndə stressdə olanda sağımı, solumu itirirdim. Ona görə də yaxşı ki, maşın sürmürəm".
Sevda 15 ildir sürücü ilə hər yerə getdiyini deyib./Axşam.az
"Həyəcandan yemək yemək yadıma düşmür. Səhərlər tezdən saat 07:00-da yuxudan oyanıram. Bir saat gəzirəm. Özü də ki, sürətlə yeyirəm. Arada görürəm ki, təngənəfəs oluram, sürətimi azaldıram".
Bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu "Qonaqcanlı" verilişində deyib.
Son zamanlar arıqlayaraq, "iynənin ucuna sap" olan sənətçi bildirib ki, bəzi həmkarları onun yenidən kökəlməsini istəyir:
"Mədəkiçiltmə əməliyyatı etdirməmişəm. Etdirmişəmsə əcəb eləmişəm. Əslində mən mədəkiçiltmə əməliyyatı etdirməyi istəyirdim. Bu əməliyyatı isə müəyyən çəkilin insanlara edirlər. Mən axı 100 kiloqram çəkidə olmamışam. Mən başqa bir əməliyyat etdirdim. Ondan sonra başqa çarəm yox idi, arıqlamalı idim. İstəyirsən mədəni kiçilt və ya mədənə balon qoy arıqlamaq üçün 21 gün ac qalmalısan. Mədəkiçiltmə də etsən, mədənə balon da qoysan da mütləq şəkildə dietoloqun məsləhətlərinə qulaq asmalısan. Bilmək olmaz birdə gördünüz ki, kökəldim. Amma bəzi insanlar mənim kökəlməyimi istəyirlər". (olay)
Xalq artisti Röya Ayxan Xalq artisti Flora Kərimovanın "Tapar məni" mahnısı ilə bağlı etiraf edib.
Sənətçi bu barədə "Səs Azərbaycan"da danışıb.
"Bu mahnını dəhşətli dərəcədə çox sevirəm. Əlbəttə Flora xanımın üstünə bir üst yoxdur. Amma həmişə içimdə bir paxıllıq hissi var idi ki, bu mahnı mənim olmalı idi. Ordakı sözlər, çıxışlar, enişlər... Flora xanım bunu aktrisa kimi danışdığı hekayəni yaşadı", - deyə, Xalq artisti bildirib. (olay)
Bakıda keçirilən “Bu Şəhərdə” konsertində baş verən davanın əslində bir tamaşa olduğu bildirilib.
Musavat.com xəbər verir ki, bu barədə “Bu Şəhərdə”nin facebook səhifəsində məlumat verilib.
"Bu, bizim "Plastik Əməliyyat" konsertimizdə bir zarafat idi. Allah bizim tamaşaçıları qorusun!"- açıqlamada qeyd olunub.
Qeyd edək ki, “Bu Şəhərdə” konsertində səhnə şousundan əvvəl gözlənilməz bir səhnə yer alıb.
Konsert başlamamışdan əvvəl zal dolu olduğu bir anda bir qadın güya ərini başqa bir qadınla tamaşaya gəlmiş halda görüb. Və "qəzəblənmiş" qadın ərinə yaxınlaşaraq qışqıra -qışqıra sorğu-suala çəkib, daha sonra isə qadina hücum edib.
Musavat.com