Ardını oxu...
"Bəzilərinin sözləri bitəndə, işləri olmayanda, boş-bekar qalanda müğənnilərin səhifəsinə "qaçıb" xoş olmayan şərhlər yazırlar. Şalvar geyinirsən "vay", "lasin" geyinirsən "vay"... Biz lüt gəzmirik ki... Əynimə şalvar geyinmişəm də..."

Bu sözləri müğənni Türkan Vəlizadə sosial şəbəkə hesabında çəkib paylaşdığı videoda deyib.

Sənətçi duet ortağı Pərviz Bülbülə ilə hava limanında çəkilən fotoda əyninə "lasin" geyindiyinə görə izləyicilər tərəfindən tənqid olunmasına sərt şəkildə reaksiya bildirib:

"Biz müğənniləri tənqid edənlərədir sözüm, bəyəm sizin evinizdə şalvar və "lasin" geyinən xanımlar yoxdur? Allah sizə göz verib, açın onları baxın da... Onların bəziləri də öz içimizdən (şou əhlini nəzərdə tutur - red.) olanlardı. Saxta profillərlə kimdən xoşları gəlmirsə, xoş olmayan şərhlər yazırlar. Onsuz da yazdığınız o pis şərhlər elə özünüzdə qalacaq. Ona görə də, gedin işinizlə məşğul olun. Bu şəkildə isə (duet ortağı meyxanaçı Pərviz Bülbülə ilə olan fotosunu ekranda nümayiş edir) mən "lasin" geyinmişəm. Gözünüzü yaxşı açın baxın!".

Ardını oxu...
 

Ardını oxu...
  

Bakıda toyda bədbəxt hadisə baş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqaslarının birinin geyimi yanıb.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.az

 
 
 
Ardını oxu...
Müğənni elit star Cəmilə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

TEREF shownews.az-a istinadən bildirir ki, "Xəbərin var?" verilişində qonaq olan sənətçi 50 ildir oxuyanlar var ki, 1 dənə də olsun hit mahnısı yoxdur. Cəmilə ad çəkməsə də, o verilişdə qonaq olan digər müğənni Vaqif Şıxəliyevin qulağına "Ruhəngiz Musəvi, Ruhəngiz Allahverdiyeva... nə mahnısı var ki?" sözlərini deyib.
Həmin sözlər müğənninin yaxasında olan mikrofondan aydın eşidilib.

 
Ardını oxu... -
Müğənni Castin Timberleyk çıxışı zamanı keçmiş sevgilisi dünya pop səhnəsinin ulduzu Britni Spirsin üzrxahlığına cavab verib.

Timberleyk Spirsin üzrxahlığını qəbul etməyib.

Castin son konserti zamanı bunları söyləyib:

“Mən fürsətdən istifadə edərək heç kəsdən üzr istəmirəm".

Bundan sonra o, Britnidən ayrıldıqdan sonra uzun müddətdir buraxdığı “Cry Me a River” adlı hitini ifa edib. Bir çoxları isə bu bəstənin Britniyə həsr olunduğuna inanır. Spirs bu ikibaşlı açıqlamaya səssiz qalmayıb.

Britni sosial şəbəkə hesabında qırmızı paltarda rəqs etdiyi yeni video yayımlayıb və keçmiş sevgilisini hüquqi addımlarla hədələyib və üzrxahlığını geri çevirib.
“Birinin haqqımda pis söz dediyini eşitdim. Məsələni məhkəmədə həll etmək, yoxsa evə gedib keçən dəfəki kimi ananın yanında ağlamaq istəyirsən? Peşman deyiləm!”, - deyə Britni yazıb.

Qeyd edək ki, Britni Spirs və Castin Timberleyk 1997-2002-ci illərdə tanış olublar. Onların münasibətlərinin pozulması səs küyə səbəb olmuşdu. Timberleyk müğənninin xəyanətinə işarə etmişdi. Britninin yazdığı xatirə kitabında xəyanət etmədiyini bildirsə də, Castin özü ona mesaj yazaraq ondan ayrılıb. Britni Spirsin qarşı tərəf haqda səsləndirdiyi açıqlamalarından sonra müğənni pərəstişkarları tərəfindən təqib edilib.


Mənbə: bizim.media
 
Ardını oxu...
Natalya Korotkina peşəkar rəqqasdır. Ən nüfuzlu beynəlxalq yarışların qalibi. "Ukrayna's Got Talent" ilə yanaşı, Natalya Almaniya, İtaliya və Rumıniyada analoji şoularda iştirak edib. Xaricdə onun istedadı layiqincə qiymətləndirildi. Axı o, od və sudur. O qədər parlaq və bənzərsiz ki, öz rəqsi ilə sizi gözəl dünyalara aparır.

O, Ukraynada və bütün dünyada ən görkəmli rəqqaslardan biridir. Həm də onun unikal üslubu, texnikası və səhnədəki ifadəli xarakteri sayəsində.

Onun dəqiq fiquru və hərəkətləri əladır. Natalya öz bədəninə ustalıqla nəzarət edir. Rəqs zamanı bu qədər əzələlərdən istifadə olunsa da, özünü asan kimi göstərsə də, təbii ki, bu, rəssamın yorucu məşqinin nəticəsidir.
zestradar.com

 
Ardını oxu...
Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə gündəmə gəlib.

Sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində bildirib ki, həmcinsinə əl qaldıraraq, onu döyüb.

Şəbnəm bu hərəkətini həmkarı Türkan Vəlizadəyə görə atdığını söyləyib:

“Əvvəllər mən çox dava edirdim. Amma indi dalaşqan deyiləm. Çünki axırı yaxşı olmur. Söhbət qalmaqaldan yox, bildiyiniz əlbəyaxa dalaşmaqdan gedir. Özümə qadağa qoydum ki, heç kimlə dalaşmayacağam. Mənim üçün çox pis bitir. Ağlayırdım ki, mən niyə ona əl qaldırıb, döydüm. Gücüm yaxşıdır. Zamanında olub ki, bir insanı döymüşəm. Bir xanım Türkan Vəlizadənin xətrinə dəymişdi. Onu çox pis döymüşəm. Ondan sonra çox pis olmuşdum. Bir xanımı elə döyməməli idim. Amma o da yerini bilməmişdi və Türkanın çox pis xətrinə dəymişdi. Türkan hamıya sataşırdı və rahat idi ki, mən yanındayam. O döyülmək hadisəsi isə avtomobildə baş verib. O xanımı maşının içində döymüşdüm. Türkan isə məni qoyub qaçmışdı. Çox sevdiyim insanlara qarşı çox həssas oluram. Onları incidən insan zərrə qədər gözümdə olmur”.

 
Ardını oxu...
Hacı Şahin Həsənli ilə bağlı etirafını çoxunuz ilk dəfə eşidəcəksiniz.

Rəqqasə atası ilə bağlı yaşadığı peşmançılıqdan heç cürə xilas ola bilmədiyini görüncə sağlığında mərhum ilahiyyatçıya bütün yaşananları mesaj şəklində yazdığını bildirib.

Renka Hacı Şahinin ona yazdığı cavab mesajları barədə fikirlərini "Evdəkilərə salam" verilişində səsləndirib. Rəqqasə bildirib ki, Hacı Şahin ona elə bir dəstək sözləri yazıb ki, hələ bu vaxta kimi heç bir adam ona belə təsəlliverəcək sözləri deməmişdi və onu yaşadığı bu əzabdan xilas edib./ Titul.az
 
Ardını oxu...
Cennifer Lopez bazar ertəsi premyerası keçiriləcək "Can't Get Enough" adlı mahnısının remiksi olan yeni klipinin tizerini paylaşıb.
TEREF-ın lent.az-a istinadən xəbərinə görə, səkkiz saniyəlik tizerdə 54 yaşlı pop ulduzun açıq duşun altında dayanaraq qırmızı bikinili bədənini nümayiş etdirməsi göstərilir.
Rəqsi ifa edərkən onu bir neçə kişi rəqqas qucaqlayır.

Tizer indidən milyonlarla baxış toplayıb. Müğənninin yeni klipinin musiqi dünyasına bomba kimi düşəcəyi gözlənilir.
 
Ardını oxu...
Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda həyat yoldaşına xəyanət edən şəxslərdən söhbət açıb.
7Times.az xəbər verir ki, aparıcı canlı yayımda etdiyi açıqlama ilə dəhşətə gətirib.
Tolik bəzi qadınların ərlərinə xəyanətini efirdən bildirib:
“Mən xanımlar tanıyıram ki, əri normal yerdə işləyir, normal kişidir. Amma, o, ərinin adını batırır. Əri evdən çıxan kimi ərindən 15 yaş kiçik cavan oğlanı gətirir salır evinə”.
 

Dünyapress TV

Xəbər lenti