Ardını oxu...
  

Müğənni Xatirə İslam paylaşımı ilə diqqət çəkib.

Məclislərdən birinə qatılan sənətçi sinə dekolteli libas geyinib.

Xatirə video çəkərkən sinəsini mikrofonla bağlamağa çalışıb. /Axşam.az

 
 
 
Ardını oxu...
  

Türkiyənin məşhur sosial şəbəkə fenomeni Mika Can Raun dünyaca məşhur stilist Anar Ağakişiyevlə bir araya gəlib.

Bununla bağlı Mika instaqram səhifəsində paylaşım edib.

Sosial şəbəkə fenomeni reklam çəkilişi üçün Ağakişiyevə müraciət edib. 

Anarın etdiyi makiyajını bəyənən Mika stilistlə eyni gündə və saatda dünyaya gəldiyini vurğulayıb. 

Qeyd edək ki, Mika Can Raun xarici ölkədə cinsiyyət əməliyyatı keçirərək qadın olub.  (olay)

 Ardını oxu...

 
 
 
Ardını oxu...
Məşhur rusiyalı stilist Vlad Lisovetsdə xərçəngin ağır forması aşkarlanıb.

TEREF xəbər verir ki, 52 yaşlı stilist xərçəng xəstəliyi barədə 2024-cü ilin payızında xəbər tutub və şiş əleyhinə kimyaterapiya kursuna başlayıb, lakin müalicə nəticə verməyib.

İndi həkimlər terapiyanın necə davam etdirilməsini təyin etmək üçün konsilium çağırmağa hazırlaşırlar. Lakin jurnalistlərin bildirdiklərinə görə, məşhur stilistin xəstəliyi ölümcül kimi qəbul edilə bilər.

Qeyd edək ki, Vlad Lisovets 1972-ci ildə Bakıda anadan olub və Bakıda böyüyüb, 1994-cü ildə Moskvaya köçüb. "Ostankino" televiziya mərkəzində işləyib, "Aqata Kristi", "Blestyaşşiye" kimi tanınmış qruplarda stilist kimi fəaliyyət göstərib, həmçinin Anita Tsoy, Janna Friske, Valeri Leontyev, İrina Ponarovskaya, Avraam Russo və bir çox sənətçilərlə işləyib, dəfələrlə dəb nümayişlərində çalışıb.

(Oxu.az)
 
Ardını oxu...
“Aygün Kazımova evsiz qalar, amma səhnəsiz qalmaz. Evini satar şousun düzəldər, klipini çəkər. Yaradıcılıqla məşğul olan, qurbanlar verən insandır”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Həmin Zaur” verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovadan danışıb:

“Mən elə deyiləm. Evimi satıb klip çəkmərəm. Bunu Aygün Kazımova edib. Dünyada bəlkə yeganə insandır ki, bircə evi var. Hansıki bu gün onun yüz evi ola bilərdi. Hər şeyini sənətə qurban verib”.
 
Ardını oxu...
 

"Mən əgər pul verib mahnını almışamsa, kiminsə adını niyə çəkməliyəm?".

Bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" verilişində deyib. O, bunun pulsuz reklam olduğunu bildirib:

"Paltar, kostyum alanda bəyəm hansı marka olduğunu həmişə deməliyəm? Mən bunu almışamsa, özəlimdir. Hörmət əlaməti olaraq deyərəm, amma adını çəkməyə də bilərəm. Çünki pulla almışam, bitdi. Pulsuz ver, adını çəkim və səni reklam edim". (Axşam.az)

Ardını oxu...
“Həyat yoldaşın sənə diqqət etmir və sevgi bəsləmirsə, orada heç bir ailədən söhbət gedə bilməz”.

Bu sözləri müğənni Aysun İsmayılova ARB TV-nin efirində səsləndirib:

“Kinli insan deyiləm, nə yaşayıramsa, onu unutmağa çalışıram. Dünənimlə yaşamıram, hər zaman gələcəyə baxıram. Nə yaşamışamsa, demək ki, bu olmalı idi. Sadəcə bundan dərs çıxarmağa çalışıram. Dostluq və sevgidə əsla xəyanəti bağışlamaram. Yalan danışılsa, mənim o şəxsə qarşı inamsızlığım yaranır”.

Qeyd edək ki, bir müddət öncə Aysun İsmayılova vəkil Ramil Vəliyevdən boşanıb.

Daha ətraflı videomaterialda:

 
 
 
Ardını oxu...
“Son zamanlar bizi kədərləndirən məqam var. Məşhurlardan kimsə vəfat edəndə bizə yazırlar ki, kaş, sən ölərdin. Azər Baxşəliyev rəhmətə gedəndən sonra da eyni hal yaşandı”.

Bu sözləri ARB-nin efirində qonaq olan aktyorlar Elvin-Elvina cütlüyü deyib.

Aktrisa bildirib ki, şərhləri oxuduqca kədərlənir:

“Elvini Allah saxladı. Demək ki, yaşaması lazım imiş. Həmkarlarımızın vəfatı bizi üzür. Amma kiminsə gəlib mənfi rəylər yazmasını anlaya bilmirik. Elvin yaşadı deyə günahkarmı oldu?”

Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər serrozundan əziyyət çəkirdi.

 
Ardını oxu...
Mərhum aktyor Azər Baxşəliyevin 2 yaşlı qızı Züleyxaya maşın hədiyyə olunub.

OLAY yazır ki, ARB-də yayımlanan “5 üz” verilişinin finalı Azərə həsr olunub.

Aparıcı Elşən Orucov finalın qalibinin də Züleyxa olduğunu və avtomobilin ona əmilərinin - E. Orucov, İlkin Həsəni, Nicat Rəhimov, Elçin Cəfərov və Azərin digər dostlarının adından təqdim olunacağını deyib.

Elşən həmçinin ARB-nin rəhbərliyinə də təşəkkür edib.

Verilişdən sonra onlar maşını Züleyxaya aparıb.

 
 
 
Ardını oxu...
  

"Ağlım olsaydı qətiyyən müğənni olmazdım. Yaxşı bacı, ana, bağça müəlliməsi, həkim olardım".

Bu sözləri 71 yaşına qədəm qoyan Xalq artisti Nisə Qasımova "Qonaqcanlı" verilişində deyib.

Xalq artisti sənət yolunda keçdiyi çətin və keşməkeşli günlərdən danışıb:

"Mən oxumağa məcbur oldum. Çünki mən o illərdə nə yolun yarısında nə də ki, ortasında deyildim... Geri çəkilməkdə... O dövrdə mənə olan psixoloji təxribatlar və daha nələr və nələr... Onlar məni geri çəkilməyə vadar etmək istəyirdilər. Sadəcə mən fiziki və psixoloji gücümə güvənib dedim ki, davam etmək lazımdır. Mən heç zaman "birinci", "məndən yoxdur", "mən və mən" iddialarında olmamışam. Çünki mən daxili dünyamda "mən" eqosu ilə yaşamamışam. Qabağıma çəkilən o çəpərləri keçmək asan deyil idi".

 
 
 
Ardını oxu...
  

Türkiyənin pop ulduzu Demet Akalın stilist Anar Ağakişiyevlə bağlı paylaşım edib.

O, “story” bölməsində Anarı işarələyərək bunları yazıb:

“Quzumu da götürdüm, Antalyaya gedirəm”.   (olay)

Ardını oxu...

 
 
 

Dünyapress TV

Xəbər lenti