Ardını oxu...
"Keçmişdə bir xanım nikahdankənar münasibətini gizlədərdi. Kimsə desəydi ki, beləsən, daş atıb başını tutar, inkar edərdi".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, tanınmışların efirdə evli kişilərlə münasibətdə olmasını açıq danışmasını tənqid edib:

"Bir xanım var idi. Efirə gələndə sual verdim ki, həyatında kimsə var? Dedi, var, 2 ay bir yerdə olduq, sonra yola saldım. Ona ad dedilər ki, İlyas. Cavab verdi, onu yola salmışam. İndi həyatımda başqasıdır. Elə bildim zarafat edir, sonra gördüm düz danışırmış.

Bir bəy evlidirsə, balaları varsa, onu çəkib gətirmək, özünə yar etmək, pulundan istifadə etmək... Həmin bəylər başa düşsün ki, qara qaşına, gözünə aşiq olmayıblar".
 
Ardını oxu...
75 yaşlı məşhur türkiyəli müğənni Edip Akbayram vəfat edib.

Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, müğənni 2 aydır müalicə aldığı Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında həyatını itirib.

 
 
 
Ardını oxu...
“Hacı Vəliyev adlı şəxs 44 günlük müharibə iştirakçısıdır, lakin mənim valideynlərimi tanımır və deyir ki, Xanlar Səttarov və Firəngiz Səttarova kimdir? Onları heç kəs tanımır. Ananız əlil deyil, saxta əlillik alıb. Mən deyəcək söz tapmıram”.

Demokrat.az xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri yazıb.

Nura Hacı Vəliyev adlı qazinin valideynləri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Heyifsilənə də bilmirəm, çünki valideyinlərim fəxr olunası insanlardır. Deyir ki, soruşaq görək, sizin valideynlərinizi kim tanıyır. Haqqımda istədiyinizi yazırsınız, mən susuram, amma valideynlərim haqqında artıq-əskik danışmağa heç birinizin haqqı yoxdur! Öz qəhrəmanlarını tanımayan və onlara hörmət etməyən insanların nə insaniyyəti, nə də vətənpərvərliyi ola bilər”.
S.S. N. Surinin hər iki valideyni Azərbaycanın Milli Qəhrəmanıdır. Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir.

Müğənnin atası Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.
TEREF

Ardını oxu...
  

Bir müddət öncə ayrılıq və boşanma xəbərləri ilə gündəmi zəbt edən müğənni Aysun İsmayılova növbəti paylaşımıyla diqqət çəkib. 

O, sosial şəbəkə hesabında yayımladığı video ilə sətiraltı mesaj ötürüb.

Sözügedən görüntüdə "Səndən ötrü darıxmışam, çox istəyirəm səni, sevirəm səni" sözlərinin istifadə olunduğu fon səsini izləyiciləri sənətçinin ayrıldığı həyat yoldaşına həsr etdiyinə vurğu vurublar.

Marağa səbəb olan həmin paylaşımı təqdim edirik:

Milli.az

Ardını oxu...
Müğənni Cavid Məmmədov Ukraynada səs yarışmasında iştirak etdiyi dövrdə yaşadığı çətinliklərdən danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə o, "Efirdən kənar" verilişində açıqlama verib.

Cavid deyib ki, o, Ukraynada olduğu müddətdə ona Azərbaycanəsilli iş adamı Qod Nisanov köməklik göstərib:

"Mənim işlədiyim restorana Qod Nisanov qonaq gəlmişdi. Həmin vaxt büdcə problemim var idi.

Onda sadəcə bir mahnı oxuya bildim. İfama reaksiya verdi, çox xoşuna gəldi, köməkçiləri mənə bir konvert gətirdi, verdi. Açanda gördüm ki, Ukraynada ev tutmağımdan, bilet almağıma, hətta Gəncədəki problemləri həll etməyimə bəs edəcək qədər məbləğ var". (Bizim.Media)
Ardını oxu...
 
 
 
Ardını oxu...
 

Musiqi sənayesi təkcə sənət yox, həm də böyük gəlirlərin dövr etdiyi nəhəng bir biznes sahəsidir.

Dünyaca məşhur müğənnilər və musiqi qrupları təkcə albom satışlarından deyil, həm də konsert turları, sponsorluq müqavilələri və müxtəlif kommersiya layihələrindən milyonlarla dollar gəlir əldə edirlər.

2024-cü il etibarilə musiqidən ən çox qazanan ifaçılar arasında kimlər var? Onların gəlirləri necə formalaşır?

Aşağıda dünyanın ən çox gəlir əldə edən beş müğənnisi və onların musiqi karyerasında qazandıqları maliyyə uğurlarını təqdim edirik:

Taylor Swift: 2024-cü ildə "Eras Tour" adlı konsert turu ilə 3 milyard dollar gəlir əldə edərək, bütün zamanların ən çox gəlir gətirən

The Rolling Stones: 2024-cü ilə qədər ümumilikdə 2,9 milyard dollar gəlir əldə edərək, ən çox gəlir gətirən musiqi qruplarından biri olub.

U2 rok qrupu: 2024-cü ilə qədər ümumilikdə 2,46 milyard dollar gəlir əldə edərək, ən çox gəlir gətirən musiqi qrupları arasında yer alıb.

Coldplay: 2025-ci ilə qədər ümumilikdə 2,16 milyard dollar gəlir əldə edərək, ən çox gəlir gətirən musiqi qruplarından biri olub.

Bruce Springsteen & The E Street Band: 2024-cü ilə qədər ümumilikdə 2,15 milyard dollar gəlir əldə edərək, ən çox gəlir gətirən musiqiçilər arasında yer alıb. /baku.ws

Ardını oxu...
Müğənni Manaf Ağayev həmkarı Kəmalə Günəşlini aylıq qazancını, toy sayını, maddi imkanını açıqladığı üçün “xam” adlandırıb.

Pravda.az xəbər verir ki, Manaf Ağayev “ATV”də yayımlanan “Rəngarəng” verilişində bu barədə danışıb.

“Dünən qarşıma xəbər çıxdı. Zaur Nəbioğlunun verilişində Kəmalə Günəşli nə qədər qazanır, hamısını dedi. Harada ev alıb, neçəyə alıb, neçə toya gedir, onu da dedi. Bütün tərcümeyi-halını... Yazıq nə etsin, aparıcı soruşur, o da deyir. O dəqiqə göründü ki, hələ təzədir, xamdır. Təzə səhnəyə gələndə biz də elə olmuşuq, qanmadan hamısını demişik. Burda ayıb bir şey yoxdur, özü üçün deyirəm. Özü özünü bəxtəvərçiliyə, gözə gətirir. Nəyə lazımdır? Desin ki, şükür Allaha, normaldır...”, - o bildirib.
Ardını oxu...
Milyonluq izləyicisi olan azərbaycan əsilli məşhur bloger SUBO Rusiya vətəndaşlığından məhrum edilib.
Ajans.az xəbər verir ki, Sübxan Məmmədovun Rusiya vətəndaşlığını qəbul edərkən özü haqqında yalan məlumat verdiyinə RF vətəndaşlığından məhrum edildiyi bildirilib.

Rusiya mətbuatı S. Məmmədovun polis əməkdaşlarını ələ salan videolar yaydığına görə vətəndaşlıqdan məhrum edildiyini yazıb.

Blogerin vərəndaşlığı ləğv olunmaqla yanaşı ona Rusiya Federaasiyası ərazisinə 70 il qadağa qoyulub.
Onun hazırda Birləşmiş Ərəb Əmirləriklərində olduğu bildirilib.

Qeyd edək ki, SUBO ləqəbli blogerin İnstagram sosial şəbəkəsində 13 milyon izləyicisi var.
 
Ardını oxu...
 

Sosial media fenomeni Danla Bilicin repçi sevgilisi Emirhan Çakal addımı ilə hamını təəccübləndirib.

O, Kadıköy adlı ərazidə sakinlərə "lokma" (mayalı xəmirdən hazırlanan və üzərinə şərbət tökülən şirniyyat) paylatdırıb.

Emirhan bunu sevgilisi Danla Bilicdən ayrıldığına sevindiyi üçün bu addımı atıb.

"Danla Bilicdən ayrılması şərəfinə "lokma" paylanılır. Nuş olsun".

Xatırladaq ki, cütlük bir-birini xoşbəxt edə bilmədiyi üçün ayrılıb. Bu barədə Danla bildirib. (baku.ws)

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
  

Xalq artisti Röya Ayxan paylaşımı ilə diqqət çəkib.

Sənətçi idman zalında peşəkar fitnes treyner Mansur Şərifovun nəzarəti altında məşq edib. 

Röya həm kürək, həm də ayaq hərəkətləri edib. Məşq zamanı estrada ulduzu məşqçi ilə zarafatından da qalmayıb.

Röya həmin anları instaqramda “Üzümdəki ifadəyə baxmayaraq, mən 15 ildir sevərək idmanla məşğul oluram” şərhi ilə bölüşüb.   (olay)

 
 
 

Dünyapress TV

Xəbər lenti