Ardını oxu...
 

Müğənni Mənzurə Musayeva aylar əvvəl keçirtdiyi plastik əməliyyatından narazı qaldığını açıqlayıb.

Musavat.com olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "İncə səhər" verilişində danışıb.

Musayeva bildirib ki, üzgərmə əməliyyatından sonra üzünün sağ və sol hissəsi bir-birindən fərqlənir:

"Bəli, üzgərmə əməliyyatından sonra narazı qalmışam. Bununla bağlı hələki məhkəməyə müraciət etməmişəm. Məni əməliyyat edən həkim-cərrahın söylədiyi kimi, müəyyən zamanı gözləyirəm. Üzümün sağ və sol tərəfi bir-birindən fərqlənir. Sanki bir tərəf dartılıb, digər tərəf isə eyni şəkildə qalıb. Əməliyyatdan sonra sanki üzüm gərilməyib (gülür). Həkimlə ortaq məxrəcə gəlməsək nələrsə olacaq. Sadəcə indi mən insanlıq edirəm, gözləyirəm".

Ardını oxu...
  

Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur əməliyyatdan sonrakı görüntüsünü paylaşıb.

Milli.Az xəbər verir ki, bu barədə o, instaqramda paylaşımlar edib.

Burnunun yeni görüntüsünü izləyiciləri ilə bölüşən Yağmur "Artıq kompleksim yoxdur", - deyə, bildirib.

 
Ardını oxu...
Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb.

Demokrat.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.

O, səhhətindəki problemin səbəbini açıqlamasa da, sağlamlığı ilə əlaqədar əməliyyat olunduğunu bildirib.
 
Ardını oxu...
“Yarım saatlığa ən çox toya gedən müğənni Aygün Kazımovadır”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Həmin Zaur” verilişində şoumen, aktyor və müğənni Sərxan Kərəmoğlu deyib.

O, Zaurun “bu gün yarım saatlıq və bütöv toylara ən çox hansı müğənnilər gedir” sualını cavablandırıb:

“Yarım saatlığa ən çox toya gedən müğənni Aygün Kazımovadır. Röya da gedir. Amma indi Aygün Röyadan daha çox gedir. Bütöv toylara isə deyə bilmirəm, ən çox kim gedir”.

S. Kərəmoğlu toylardan ən çox pul götürən müğənnilərin də adlarını açıqlayıb:

“Ən çox toylarda pul qazanan Nazənin, Könül Kərimova, Manaf Ağayevdir. Zamanında ən çox pul qazanıb xərcləyənlər isə İzzət Bağırov, Elçin Hüseynov, Yusif Mustafayev olub”.
 
Ardını oxu...
  

Gülben Ergen qurucusu olduğu "Çocuklar Gülsün Diye" dərnəyi ilə Diyarbəkirdə faciəvi şəkildə həyatdan ayrılan Narin Güranın adını daşıyan 56-cı bağça açıb. Onun bu addımı böyük rəğbət qazanıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Ergen açılışla bağlı paylaşım edərək dəstək verənlərə təşəkkür etsə də, məktəbin parkını bağışlayan Ceylan ailəsini qeyd etməməsi Demet Akalının narazılığına səbəb olub. Akalın bu məqamı sosial şəbəkədə vurğulayaraq Ergeni tənqid edib.

Sosial mövzularda daim fəal olan Gülben Ergen bu irada gecikmədən cavab verib. O, heç kimi qəsdən unutmadığını və layihənin əsas məqsədinin uşaqlara sevinc bəxş etmək olduğunu bildirib.

Bu hadisədən sonra Akalın sosial media hesablarında Ergeni izləməyi dayandırıb. Lakin G. Ergen həmkarını izləməyə davam edir.

Xatırladaq ki, ötən il avqustun 21-də Diyarbəkirdə itkin düşən 8 yaşlı Narin Güranın cansız cəsədi 19 gün sonra çayda tapılıb. Bu məsələ uzun müddətdir Türkiyə mediasının gündəmindədir.

Ardını oxu...
  

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı qəbul edilib.

Bildirilir ki, haqqında 5 il 3 aya qədər həbs istənilən Acun Ilıcalı iyul ayında məhkəməyə çıxacaq.

Qeyd edək ki, ittiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İşlə əlaqədar ümumilikdə səkkiz nəfər təqsirləndirilir.(oxu.az)


Ardını oxu...
  

Aparıcı Xoşqədəm Hidayətqızının video çəkməsinə müğənni həyat yoldaşı Doğuş əsəbiləşib.

Milli.Az xəbər verir ki, aparıcı video çəkərkən effektdən istifadə edib. Bu zaman isə Doğuşun üzü makiyajlı görünüb.

"Bu nədir, həyatım? Belə olar? Makiyajdan çıx. Olmaz bu, dəyişdir" deyə, Doğuş irad bildirib və üzünü tutub.

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün əkiz oğulları var.

 
 
 
Ardını oxu...
  

Aparıcı Nigar Fərhad yeni görüntüsü ilə diqqət çəkib.

Onun makiyajsız videosu izləyicilərin marağına səbəb olub.

Müzakirələrə səbəb olan həmin paylaşımı təqdim edirik:

Milli.Az

      
Ardını oxu...
Bakı Biznes Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən tədbirin görüntüləri sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb.

Pravda.az xəbər verir ki, tədbir çərçivəsində oğlan tələbələr müğənni Kəmalə Günəşli və "Niqulya" kimi tanınan köməkçisi Nigarın sosial şəbəkələrdə viral olan dialoqlarından ibarət səhnə hazırlayıblar.

Ali təhsil müəssisəsi tələbələrinin belə bir addım atmasına icazə verdiyi üçün universitet rəhbərliyi linç edilib.

Həmin videonu təqdim edirik:

 
 
 

Ardını oxu...
 

Müğənni Mina Hüseyn yeni fotoları ilə diqqət çəkib.

Sənətçi güpür işləməli qara libasda obyektiv qarşısına keçib.

Mina sadə obrazını mirvari boyunmağı ilə tamamlayıb.

İfaçı paylaşımına “Sevginiz daim qəlbinizi isitsin, ruhunuza rahatlıq versin və həyatınızı gözəlləşdirsin” şərhini yazıb.   (olay)

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

 
 
 

Dünyapress TV

Xəbər lenti