Bakıda BAŞIPOZUQLUQ: Arxitektura Komitəsi İŞ BAŞINDADIR... - Məsuliyyət isə onlarlıq deyil...
Bir zamanlar keçmiş Bakı meri Hacıbala Abutalıbovun "sevə-sevə tikdiyi" Azərbaycan paytaxtının qara günləri bitmək bilmir ki bilmir. Ayrı-ayrı inşaat şirkətləri Bakını eksperement zonasına çevirərərk istədiklərini edirlər ki, bu da zaman-zaman həmin qurumlarla vətəndaşların kəskin toqquşmaları ilə müşaiyət olunur. Elə keçən günlərdə baş verən olay - "Melissa Group" adlı MTK-nın özbaşınalığı və nəticədə bu şirkətin üzdə görünən isminin həbsə atılması dediklərimizin əyani sübutu kimi qəbul oluna bilər.

"DİA-AZ" vurğulayır ki, əslində burada əsas məsuliyyət, əsas cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olsa da, hər dəfə bu qurumun başında dayanan GERÇƏK DƏLLALAR məsuliyyətdən yayına bilirlər. Elə sonuncu dəfə də belə oldu. Amma realda hər kəs yaxşı bilir ki, Bakıda kimsə bu qurumun icazəsi olmadan nəinki kiminsə evini uçura bilməz, heç kiminsə evinə yaxın belə düşə bilməz...

Və faktdır ki, bu reallıq fonunda əsas günahkarlar - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi həbsdən qurtuldu. Bakı isə yenə də xaraba günə qoyulmaqdadır. Elə bayram günlərində də...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1743486429_1.jpg
"DİA-AZ" bildirir ki, uzun bayram günlərində dövlət orqanlarının tətilə çıxdığını fürsət bilən işbazların “gizli” tikinti və söküntü işləri apardıqlarını son illər çox müşahidə etmişik.

Yola saldığımız bayram tətilində də (20-31 mart) gözlənilən hadisələr baş verdi. Onları bir daha diqqətə çatdırırıq:

1. Qara Qarayev prospekti 82A - yaşayış binasının həyətində avtoyuma və bu tip obyektlərin quraşdırılmasına başlanıldı (Nizami rayonu);
2. Məhəmməd Hadi küçəsi, “Həzi Aslanov” m.st-nın çıxışı - ağacların arasında obyekt quraşdırıldı (Xətai rayonu);
3. Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi 118B - zorla köçürülməyə məruz qalan sakinlər evdə ola-ola söküntü işləri aparıldı (Yasamal rayonu);
4. Şərifzadə küçəsi - köhnə “Azon Zavod”un ərazisində ağaclar kəsildi (Yasamal rayonu).

Bir daha qeyd edirik ki, bütün bu tikinti xaosu birbaşa olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlanır. Bunu elə başda oturanlar da yaxşı bilir. Amma bu bilginin hansısa məsuliyyət paylaşımına təsiri olacaqmı? Bunu isə zamanla görəcəyik...

Məsələ diqqətimizdədir...
 

Bölmənin digər xəbərləri

02 Aprel 2025 Bakının bu qəsəbəsində kabus yaşanır: Rəsmi qurumların xəbəri var?
02 Aprel 2025 "Tez Lizinq" vətəndaşı təhdid etdi - "Dövləti dövlətə şikayət edəcəksən?"
02 Aprel 2025 Bakı Apellyasiya Məhkəməsindən qaziyə 400 manatlıq “Novruz cəriməsi “hədiyyəsi”
02 Aprel 2025 Sumqayıt Bələdiyyəsində özbaşınalıq davam edir: mülkiyyətində olmayan torpaqlar da qanunsuz yollarla satılır
02 Aprel 2025 Azərbaycan təhsilinin ÜZ QARALARI... - BU DA FAKT!
02 Aprel 2025 Abidin müəllim, Xırdalanda ÖZBAŞINALIQDIR... bəlkə müdaxilə edəsiniz... - NARAZILIQ VAR...VİDEO
01 Aprel 2025 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...
01 Aprel 2025 Fərzəliyev bütün tenderləri Mehbalıyevin kürəkəninə verib
01 Aprel 2025 Aristokrat klinikada diplomuz "stomatoloq"(?)-Bu, yalnız bir fırıldaqçılıq deyil...
01 Aprel 2025 Milyonçu "Tender kralı" Hacı Ramazan Mirzəyevlə bağlı məlumat yayıldı
01 Aprel 2025 Qəzənfər Ağayev “ELNUR-2″ni niyə “əzizləyir”? - HƏQİQƏTƏN DƏ...
01 Aprel 2025 `Anadolu` restoranı ilə Nəsimi RİH-in işbirliyi - BU NƏDİ BELƏ?..
31 Mart 2025 Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 Mart 2025 Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? - İLGİNC FAKT
31 Mart 2025  Binəqədidə başçının satmadığı YER QALMAYIB - NARAZILIQ VAR... FOTO
31 Mart 2025 Daha bir tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri sökür? (VİDEO)
31 Mart 2025 Sabirabad rayonunda direktor, Maarif müdiri və Regional Rəhbərinin birgə qanunsuzluğu!!!
31 Mart 2025 Masallı sakini Prezidentə müraciət etdi: "Oğlumun ölümündə olan günahkarlar cəzalandırılsın"
30 Mart 2025 "Tender kralı" Ramazan Mirzəyev kimdir? -Dövlətin milyonları necə talanır?
30 Mart 2025 ƏƏSMN üçün yardılmış “MAC CONSTRUCTİON”: Şirkət rəhbəri ilə Sahil Babayevi nə birləşdirir?

Dünyapress TV

Xəbər lenti