![]() |
![]() ![]() ![]() |
|
Sonuncu dəfə "Holding" serialı ilə ekranlara çıxan məşhur aktrisa Melisa Döngel indi də özəl həyatı ilə gündəmdədir.
Musavat.com xəbər verir ki, Melisa Döngelin məşhur iş adamı Öncü Sönməz ilə yeni eşq yaşadığı iddia edilib.
Melisa Döngel ilə Öncü Sönməzin iki həftə əvvəl münasibət qurduğu bildirilir.
Münasibətlərini diqqət mərkəzindən uzaq yaşamağa üstünlük verən Döngel və Sönmezin ortaq dostları tərəfindən tanış edildiyi də bildirilir. Cütlüyün bir neçə həftə sonra xaricə birlikdə tətilə gedəcəyi də açıqlanıb.
Qeyd edək ki, aktrisa Melisa Döngelin də rol adlığı "Holding" serialı bir neçə ay öncə erkən final qərarı almışdı. Ekran işi 4-cü bölümdə yayımdan qaldırılmışdı.Buna səbəb isə, reytinqlərdə istənilən nəticəni verməməsi olub. Serialın baş rollarını Erdal Özyağcılar, Tuğba Sunguroğlu, Caner Topçu və Mustafa Üstündağ kimi aktyorlar paylaşır.
Türkiyənin məşhur sənətçisi Ajda Pekkanın dəbdəbəli villası ilk dəfə ətraflı şəkildə görüntülənib.
Musavat.com xəbər verir ki, 1,5 hektar ərazidə yerləşən nəhəng malikanə göz qamaşdıran bəzəyi və möhtəşəm detalları ilə görənləri heyrətə gəitib.
Böyüklüyü ilə diqqət çəkən villa qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.
Müasir və zərif dekorasiyası ilə sənət əsəri kimi görünən villada 6 yataq otağı, 2 qonaq otağı, idman zalı, iş otağı, hovuz, yay bağçası, lift və xidmətçilər üçün yaşayış sahəsi var.
Ümumi istifadə sahəsi 960 kvadratmetr olan villanın böyük bağçası və nəhəng hovuzu tamaşaçıların böyük rəğbətini qazanıb.
Müğənninin sözügedən lüks villasından görüntüləri təqdim edirik.
Musavat.com