Ardını oxu...
   

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadənin ona ad günündə etdiyi hədiyyədən danışıb.

Sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib.

O bildirib ki, ad günündə süfrəyə düzdüyü bütün içkiləri həyat yoldaşı ona xaricdən gətizdirib:

"Dedim ki, ad günümü qeyd edəcəyəm. Ondan əvvəl Avropada idik. Ad günümdə olan bütün içkiləri həyat yoldaşım xaricdən almışdı. Orada olanların heç birindən Azərbaycanda yox idi. Hamı soruşurdu ki, bunlar haradandır".

Qeyd edək ki, Xatirə və Fəxrəddin cütlüyünün bir övladı var.  (Axşam.az)


Ardını oxu...
  

Müğənni Emil Bədəlov açıqlaması ilə diqqət çəkib.

"İncə səhər" verilişində qonaq olan ifaçı "Səs Azərbaycan" müsabiqəsindəki iştirakçıların yarışmadakı münsiflərdən yaxşı oxuduqlarını deyib:

"Səs Azərbaycan" yarışması çox xoşuma gəlir. Sonuncu müsabiqədə istedadlı uşaqlar çoxdur. Maşallah, iştirakçılar münsiflər heyətindən yaxşı oxuyurlar. Uşaqlar biri-birindən yaxşı ifa edirlər. Mənə elə gəlir ki, onlar münsiflər heyətinin yerinə keçsinlər".

Qeyd edək ki, müsabiqənin münsifləri Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, bəstəkar-müğənni Murad Arif və "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovdur. (Axşam.az)

Ardını oxu...
  

Türkiyəli məşhur müğənni Hadisə Bakıya gələcək.

Milli.Az xəbər verir ki, bu barədə "İticket.az" saytında məlumat yerləşdirilib.

Hadisə konserti 9 may 2025-ci ildə Bakı Konqres mərkəzində keçiriləcək.

Konsert üçün biletin qiyməti minimum 40, maksimum 360 manatdır.


Ardını oxu...
  

Xalq artisti İlqar Muradov efirdə kövrəlib.

Sənətçi "Gün ortası" verilişində nəvələrindən danışarkən göz yaşlarına hakim ola bilməyib:

"Vaxt nə qədər amansızdır. Mənim 68 yaşım olacaq. Sanki o 60 il bir anda, göz qırpımında keçib gedib. Bir şairin gözəl sözü var, mənim mahnımda da keçir: "Mənim illərim...". İnsan yaşa dolduqca ucalır. Hər yaş dövrünün öz gözəlliyi var. Təki insanlar sağlam olsun. Nə yaxşı ki, musiqi ilə məşğul olmuşam. Musiqi mənə böyük bir var-dövlət gətirib. Elə bir var-dövlət ki, onu heç kim əvəz edə bilməz. O var-dövlət insanların sevgisidir. Özümü ən xoşbəxt insanlardan sayıram. Əgər ikinci dəfə həyata gəlsəydim, yenə musiqiçi olardım. Bu yaşda nəvələrimdən böyük sevgi gəlir. Onlardan yaşamağa istək, məhəbbət yaranır. Onların xoşbəxt həyatlarını görmək istəyirsən. Kövrəlmək sevgidən irəli gəlir". (olay)

Ardını oxu...
Erməni makiyaj ustası Diana Mkrtçyanın Türkiyənin məşhur aktyoru Burak Özçivitlə yeni şəkili sosial şəbəkələrdə sensassiya ilə qarşılanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Diana Mkrtçyan fotonu “Bir skandal foto daha paylaşacağam” başlığı ilə paylaşıb.

Görünür, o, əvvəldən nə qədər böyük reaksiya veriləcəyini bilib, çünki bundan bir neçə gün əvvəl o, Özçivitlə çəkilən bulanıq bir foto paylaşıb və minlərlə şərh alıb - heyranlıqdan tutmuş açıq-aşkar aqressiv şərhlərə qədər.

“Utanmırsınız?!, “Yanında kim olduğunu unutma!”, “Bir erməni ilə türk nə iş görür?!” - bu kimi ittihamlar qıza ilk fotodan sonra ünvanlanıb. Lakin Diana görünür, bunlara əhəmiyyət verməyib – bir neçə gün sonra daha aydın bir şəkil paylaşıb.

Cavab olaraq isə yeni hisslər təlatümü başlayıb. Tənqidçilər yenə də qızın milliyyətinə işarə edərək, onu “xəyanət”də suçlayıblar. Ancaq Diana açıq-aydın bu hücumlara hazır olub.

Həm də bütün insanlar qəzəblənməyi dəstəkləməyiblər. Bir çox izləyicisi qızı müdafiə edərək, “İncəsənətdə millət yoxdur”, - yazıb və aktyorla olan şəkilin sadəcə bir xatirə anı olduğunu, nifrət üçün bir səbəb olmadığını bildiriblər.
 
Ardını oxu...
  

Sabah, martın 6-da Binəqədi Rayon Məhkəməsində xalq artisti Ağadadaş Ağayevə və onun balta atdığı mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub.

İşlərdən biri üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.

Fevralın 27-də keçirilən məhkəmə prosesində hər iki şəxsin işi üzrə prokurorlar çıxış edib.

Prokuror Ağadadaş Ağayevə verilmiş ittihamın məhkəmə araşdırmaları zamanı təsdiqini tapdığını bildirib. Məhkəmədən xahiş edib ki, Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221-ci - xuliqanlıq maddəsi ilə təqsirli bilinsin və barəsində 2 il azadlıqdan məhrumetmə cəzası çıxarılsın.

Prokuror ittiham nitqinin davamında bildirmişdi ki, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunsun. 

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıq sazişi imzaladığı nəzərə alınıb.

Hakim müğənninin vəkili Asim Abbasova müdafiə çıxışına hazırlanması üçün vaxt verib. Bu iş üzrə Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva zərərçəkən qismində tanınıblar.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunurdu.

Elə həmin gün, prokurorun Ağadadaş Ağayevə cəza tələbdən sonra hakim Elçin Ağayevin sədrliyi ilə mühafizəçi Nurəddin Cəlilovun cinayət işi üzrə proses davam etdirilib.

Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Prosesdə prokuror çıxış edib. Bildirib ki, Nurəddin Cəlilova verilmiş ittiham məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb. Prokuror Nurəddin Cəlilovun təqsirli bilinməsini və barəsində 2 il 6 ay şərti məhkum etmə cəzası təyin olunmasını istəyib.

Beləliklə, Ağadadaş Ağayevə tələb olunan cəza, onun balta atdığı Nurəddin Cəlilova tələb olunan cəzadan daha yüngül olub. Məhkəmələrin hər iki iş üzrə çıxaracaqları hökmlər sabah məlum olacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com


Ardını oxu...
 

"Bir gün bezdim və efirdə dedim ki, artıq toya getmirəm. Böyük rütbəli insanlar məni görəndə deyirdi ki, ailəmdə şad gün olarsa, gələrsən? Soruşdum ki, toya getmədyimi eşitmisiniz? Dedim ki, gedirəm. Bunu ona görə demişdim ki, kim mənə salam verirdisə, bacımın, qardaşımın toyudur deyib, dəvət edirdi".

Bu sözləri müğənni Elnur Məmmədov "Afaqla 10lar" verilişinə deyib.

Sənətçi onu təmənnasız toy və tədbirlərə dəvət edənlərdən şikayətlənib:

"Onlara başa sala bilmirdim ki, evimə apardığım çörək oxumağımdan gəlir. Biznesmen, dövlət işçisi, vəkil deyiləm ki, maaşım olsun. Gəlirim toydandır. Elə tanıdıqlarım var idi ki, məni ildə 5 dəfə uşaqlarının ad gününə çağırmaqdan utanmadılar. Amma mən ildə 5 dəfə onların məclisində oxumaqdan utanırdım. Onlara başa sala bilmədim ki, ailəmi bununla saxlayıram. Bir-iki nəfər də bu videonu insanlara göstərib deyirdi ki, Elnur toya getmir".  (Axşam.az)

Ardını oxu...
Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı hazırlanıb.

Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, ittiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur.

İstanbul Baş Prokurorluğu bu iddia əsasında A.Ilıcalı da daxil olmaqla, şübhəlilərin bir ildən üç ilə qədər həbs edilməsini tələb edib.

İttiham aktı məhkəməyə təqdim edilib. Məhkəmə aktı qəbul edərsə, Acun Ilıcalı və digər şübhəlilər mühakimə olunacaqlar.
 
Ardını oxu...
"Ağır xəstəlik idi, bilirdik ki, anamı itirəcəyik. Anamın ilk əməliyyatında həkim dedi ki, 2 il ömrü var. Ancaq həkim nə qədər verdi, verdi. Ondan sonra 3 il 3 ay yaşadı. O ərəfədə sürünürdüm, amma bilirdim işləməliyəm, yük çiynimdədir".

TEREF axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu ""İncə səhər" verilişində deyib. Sənətçi xərçəng xəstəliyindən əziyyət çəkən anasının vəfatından danışıb:

"Əhvalım pis olanda kiməsə göstərməmişəm. Anam dünyasını dəyişəndə də danışmadım. İçimdə çəkdim, qapalı adamam. İstədim gedim xaricə istirahət edim, beynim açılsın. Gələn kimi dostum Xəyyam (meyxanaçı Xəyyam Əhmədli - red.) vəfat etdi. Bu da bir zərbə oldu.

Toparlana bilmirdim, səhhətimdə pis şeylər oldu. Başqa müğənnilərin heç nə vecinə deyil. Amma mənim imicim elədir ki, cəmiyyətin ismarışını eşidənəm. Deyirlər, bunu etmə, olmaz. Gördüm qalxa bilmirəm. El şənliklərinə getmirdim, beh verilirdi, qaytarırdım. Sonra gördüm alınmır, qalxdım, indi yaxşıyam".

N.Qaraçuxurlu səhhətindəki problemdən danışıb:

"Başımda problem yarandı, Ağrılar olurdu, başım fırlanırdı. Bir də ürəyimdə ağrılar yarandı. Psixologiyam və iradəm güclüdür, qarşısını aldım".

Ardını oxu...
   

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə "7 Tamam" verilişində qonaq olub.

Proqramda Aysel aparıcının "Hüseynin ilk etirafı nə zaman oldu və necə inandınız" sualına "Əslində Hüseyn çox əziyyət çəkdi. Uzun bir yol qət etdi" cavabını verib.

Hüseyn isə "Əslində hələ də inanmır. Hər şey birdən oldu. Bilirsiniz nə qədər nömrə almışdım? Bir nömrəmi C"bloklayırdı", digərini taxırdım. Bir ovuc nömrəm var idi. Qərar isə birdən oldu. Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi. Bəzən insan çox düşünür, vaxt gedir və bir də görürsən ki, heç nə alınmadı. Bizdə demək olar ki, vaxt da getmədi. Birdən qərar verdim, mart ayında etiraf etdim və sentyabrda ailə qurduq".

Qeyd edək ki, Aysel və Hüseyn cütlüyünün bu nikahdan bir oğul övladı var. (Axşam.az)

 
 
 

Dünyapress TV

Xəbər lenti