Ardını oxu...
  

Aktrisa Pərvin Abıyeva villasını nümayiş etdirib.

Milli.Az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb.

O, villasının həyətindən çəkdiyi videoya "Bayramınız mübarək" şərhini yazıb.

 
 
 
Ardını oxu...
Türkiyənin reytinqli “Yalı Çapkın” serialının aktrisası Beril Pozam da İstanbuı bələdiyyə başqanı Əkrəm İmamoğluna dəstək verib. Tribunainfo.az yazır ki, bu haqda sosial mediada paylaşım edən aktrisa ədalətin bir gün zəfər çalacağını bildirib. Onun İnstaqram səhifəsində 3 milyon izləyicisi var.
 
Ardını oxu...
Məşhur aktyor və rejissor Ben Afflek Cennifer Lopezdən boşanması ilə bağlı ilk dəfə açıqlama verib.

Tribunainfo.az “Posta”ya istinadən xəbər verir ki, aktyor GQ jurnalına müsahibəsində Lopezlə fərqli temperamentləri olduğunu və bunun onların ayrılıqlarına səbəb olduğunu bildirib.

Afflek şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamaq istəyinin bəzən Lopezin daha açıq və paylaşmağa meyilli yanaşması ilə ziddiyyət təşkil etdiyini, bunun isə əlaqələrin dinamikasında mühüm rol oynadığını bildirib. Bununla belə, o, ayrılığın heç bir mübahisə və ya sensasiyalı hadisə ilə bağlı olmadığını xüsusi vurğulayıb.

Xatırladaq ki, cütlük 2022-ci ildə evlənib, boşanmaları isə rəsmi olaraq ötən ay yekunlaşıb.

Onlar nikah zamanı əldə etdikləri ortaq əmlak və gəlirlə bağlı beşaylıq danışıqlardan sonra razılığa gəliblər. Cütlük birlikdə aldıqları 60 milyon dollarlıq Beverli Hills malikanəsində də razılığa gəliblər.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib.

“Rəngarəng” verilişində qonaq olan sənətçi özünü hansı yaşda hiss etdiyini açıqlayıb.

“İstənilən xanım özünü təravətli saxlaya bilər. İstəsəm, özümə baxmayıb, 70 yaş kimi görünə bilərəm. Bəzən yaşıdlarımı görürəm ki, baxımsızdırlar, deyirəm özünüzü niyə bu günə qoymusunuz?

Efir adamı xüsusi ilə bu məsələdə diqqətli olmalıdır. Özümü daxilən 30 yaşlarda hiss edirəm”.

 
Ardını oxu...
Bir müddət öncə vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılan müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.

O, “7 tamam” verilişində qonaq olan ifaçı keçirdiyi əməliyyatı barədə məlumat verib. 4 saat cərrahi bıçağı altına yatığını deyən Aysun plastik müdaxilələrini bir-bir sadalayıb.

O, 4 qabırğasını qırdığını, incəldiyini və öz ixtiyarında olsa, “Bütün hamısını qırardım”, etirafı diqqət çəkib.

İsmayılova bununla da 67 kq-dan 58-ə enməsini sevincini yaşadığını bildirib.

 
 


 
Ardını oxu...
  

Aparıcı Vüsalə Əlizadə anası Lütviyyə Əlizadə ilə bağlı paylaşım edib.

Musavat.com axşam.az-a istinadla xəbər verir ki, o, anası ilə fotolarını yayımlayaraq bunları yazıb:

"Allah bəndələrini yaradanda hərəyə bir bəxt, qismət, vəzifə verir. Kim bu dünyaya niyə gəlir, kim olmağa gəlir. İnsanlar var ki, illər keçər, yaşa dolar hələ də bu həyatda kim olduğunun fərqinə varmaz...

Sənin bu dünyadakı statusun, vəzifən, Allah qatındakı yerin - nurlu üzündən, dağ kimi dərdinə sinə gərən gücündən, bəzən sevgi saçan, bəzən gülərək parlayan, bəzən zəhmli baxan nigaran gözlərindən, şəfalı toxunuşundan, oduna-ocağına etdiyin şükürlərdən, böyüyünə-uşağına göstərdiyin mərhəmətdən o qədər bəllidir ki, mənim baharım. Sənin bu dünyadakı adındır ana.

Sən bu dünyaya ana olmağa ,onun kimi örnək olmağa gəlmisən. Allahın ən böyük bəxşişi, ən ali statusunu, ən mükəmməl şəkildə daşıyırsan ana. Bir qadına ancaq bu qədər yaraşar ana olmaq. Sevgi saçan, ətri bahar anam. Dünyaya yenidən gəlmə şansım olsa, yenə mənim payıma düş, yenə mənim ol, yenə məni övlad kimi xoşbəxt et. Səni sonsuz sevirəm, ana".


Ardını oxu...
 

"Vacib deyil ki, o, sənət adamıdır. İnanmazdım ki, övladım sənətdə olan adamla ailə qurar".

Bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Geriyə baxanda" verilişində deyib.

Xanəndə qızı Nəzrinin müğənni Mərdan Kazımovla ailə qurmasından danışıb:

"Mən də sənətə gələndə deyirdilər burada olan insana oxşamırsan: xasiyyətin, müəyyən xüsusiyyətlərinlə. Vacib deyil ki, bu adam bu sənətdədir. Sənətdədir deyə, onunla ailə qurmaq olmaz? Və ya, görəsən xasiyyəti necədir? Hansı peşənin sahibi olursan ol, insanın özünə layiq xüsusiyyətləri olmalıdır. Kişidə isə ailəcanlılıq olmalıdır. Bəzi nüanslar var ki, olmalıdır. Sənət aləmində və ya başqa peşədə olmağı önəmli deyil. Ona görə də Nəzrin Mərdanla ailə quranda tərəddüt etmirdim. Deyirdim, Nəzrinin seçimi düzgündür. Mərdanı da tanıyırdıq. Bütün ailə quranlara sevgi, inam, etibar arzulayıram.

İnsan bir-birini anlayanda rahat olur. Bilirsən ki, bu adam sənətdədir. Mən də ailə quranda xanımları səhnəyə gəlməyə qoymurdular. Çox toya getmirdim. Kişi toylarına icazə vermirdi. Sonra yavaş-yavaş toya qoymağa başladı". (Axşam.az)

 
 

VİDEO

Ardını oxu...
  

Əməkdar artisti Elnarə Abdullayeva ötən il ailə quran qızı Xədicədən söz açıb.

Bu haqda sənətçi qonaq olduğu “Evdəkilərə salam” verilişində danışıb.

Proqramın aparıcısının “Bu gün Xədicə evdə yoxdur? Deyəsən az-az gəlir bura…” sözlərinə Elnarə belə münasibət bildirib:

“Xeyr, Xədicə evdə yoxdur. Onun burada nə işi var? Gedib otursun evində. Gəlib burada əl-ayağa dolaşmaqdansa, evində otursun, işlərini görsün. Mənə ev işlərində kömək lazım olanda bacılarım edir. Biz ailədə doqquz uşağıq. Altı bacı, üç qardaş. Bütün işlərimin sahibi bacılarım və qardaşlarımdır. Hər şeyi onlar edir. Amma mənim də əlimdən gəlir ev işlərini etmək”.

Xatırladaq ki, bir müddət əvvəl Elnarə Abdullayevanın qızı virusa yoluxduğu üçün reanimasiyaya yerləşdirilmişdi. 

Qeyd edək ki, Xədicə ötən ilin iyunun 17-də Cavad adlı bəylə ailə qurub.  (olay)

 
 
 
Ardını oxu...
  

Tamada-şairə Nazilə Səfərli şok açıqlaması ilə gündəmə gəlib.

Musavat.com bildirir ki, sənətçi sosial media hesabında qeyd edib:

"Bu yaxınlarda bir azərbaycanlı müğənni 1500 dollara Gürcüstan toyuna gedib. Müğənni toy sahibinə deyib ki, verəcəyin pulu mən oxuyanda bir-bir say, əlimə ver, qoy hamı görsün.

Toy sahibi də inanıb, onun dediyi kimi edib. Toy başa çatan kimi quldurlar toy sahibini çağırıb, 10 min dollarını alıblar ki, "belə pulun çoxdur, bizə də xərclə".

Beləliklə, bilin ki, Gürcüstan toylarına gedib, əlində pullar paylayan müğənnilər əslində quldurlara nişan verir. Toy sahibləri də müğənniyə görə tələyə düşürlər. Artıq 3 ildir vəziyyət belədir".

 

 
 
 
 
 

 

Xalidə Gəray
Musavat.com

 
 
 
Ardını oxu...
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan müğənni Ercan Saatçi azadlığa buraxılıb.

Demokrat.az xəbər verir ki, sənətçi azadlığa çıxdıqdan sonra ilk dəfə saxlanılması ilə bağlı danışıb. "İndi nəyisə şərh etməyim, ən azından azadlıqda nəfəs alıram. Günahsız olduğumun ortaya çıxması mənə gözəl əhval-ruhiyyə bəxş etdi" - deyə Ercan Saatçi bildirib.

Xatırladaq ki, 4 gün əvvəl Ercan Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı saxlanılmışdı.

O müxtəlif musiqi müsabiqələrində münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.

 
 
 

Dünyapress TV

Xəbər lenti