Ardını oxu...
  

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Naxçıvan səfərindən paylaşım edib.

Musavat.com xəbər verir ki, A.Əliyeva sosial şəbəkə hesabında bu barədə video yerləşdirib.

Həmin paylaşımı təqdim edirik:

 

Ardını oxu...
Azərbaycan Dövlət Turizm Agentliyi daha bir tenderə yekun vuraraq, nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, qurum bu dəfə Rusiya və Belarusiyadan olan şəxsləri Bakıya gətirmək qərarı verib.

Rəsmi açılqlamada qeyd edilir ki, Rusiya və Belarusiyadan jurnalistlər, bloggerlər və turizm şirkətləri üçün tanışlıq səfərləri təşkil olunacaq. Bu məqsədlə “VEGA TRAVEL MANAGEMENT” MMC ilə müqavilə imzalanıb. Həmin müqavilənin dəyəri isə 294 min 639 manatdır.

Qeyd edək ki, Turizm Agentliyi indiyə qədər Azərbaycanın turizm potesialını xaricdə təqdim etmək üçün bu qəbildən olan çoxlu sayda tenderlər keçirib. Milyonlarla manat xərclənməsinə rəğmən, ölkəmizə turist axınında nəinki artım olub, əksinə son zamanlar azalmalar müşahidə edilir. Bəs, necə olur ki, bunca pul xərclənməsinə rəğmən, hər hansı ciddi artım qeydə alınmayıb?

Burada iki məqam diqqəti çəkə bilər. Birincisi, işlər düzgün təşkil edilmir. Xaricdəki ciddi şirkətlərin yerinə statistika üçün elə də ciddi təsir dairəsi olmayan şirkətlər, jurnalistlər və ya bloggerlər seçilir ki, bu da nəticə vermir.

Ikincisi isə ADTA-nı nəticə yox, tenderlər maraqlandırır. Yəni, il ərzində “biz də iş görürük” görüntüsü yaradırlar.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “VEGA TRAVEL MANAGEMENT” MMC son bir ildə 14 tenderin qalibi olub. Onlardan 4-ü Turizm Agentliyinin payına düşür. Belə ki, şirkət Agentlik üçün COP-29-da iki tədbir reallaşdırıb. Onlardan biri COP29-a qatılan qonaqlar üçün ölkədaxili tanıtım səfərlərinin təşkili olub ki, bunun üçün də 89 min 78 manat vəsait ayrılıb.

Agentliyin ikinci tenderi isə COP29 tədbiri zamanı Beynəlxalq ekspertlər tərəfindən zəncir hotel və restoranlarda mətbəx və xidmət sahəsində təlimlərin keçirilməsi xidmətlərinin satın alınmasından ibarət olub. “VEGA TRAVEL MANAGEMENT” MMC ilə bu məqsədlə 55 min 41 manatlıq müqavilə bağlanılıb.

Sözügedən şirkət həmçinin ADTA üçün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün destinasiya təqdimatı adlı tədbirin keçirilməsini də təşkil edib. Agentlik bu məqsədlə 15 min 481 manat vəsait xərclədiyini açıqlayıb.

Xatırladaq ki, Nizamnamə kapitalı 10 manat olan “Vega Travel Management” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla ev 19, mənzil 19-da yerləşir. Lakin şirkətin hazırdsa oturduğu ofis isə Mirvari Dilbazi küçəsi 5 ünvanındadır. 2019-cu ildə yaradılmış şirkətin qanuni təmsilçisi isə Rəhimli Əmrah Natiq oğludur.

Azərbaycan Dövlət Turizm Agentliyinə gəldikdə isə bu qurum son bir ildə 60 tender müsabiqəsi həyata keçirib. Ümumi dəyəri milyonlarla manatla ölçülən bu tenderlərlə bağlı yaxın günlərdə geniş araşdırmamızı təqdim edəcəyik.
Ardını oxu...
Bu gün Paytaxtın Nəsimi rayonunda yerləşən 46 saylı tam orta məktəbdə imtahan verən 4-cü sinif şagirdlərinin imtahandan gec buraxıldığı iddia edilir. Belə ki, imtahan vərəqələrinin şagirdlərə imtahan başlayandan 3-4 saat sonra paylanıldığı bildirilir.

Məsələ ilə bağlı həmin şagirdlərin valideynləri Baku TV-yə müraciət edib.

Onların iddialarına görə, imtahan başlayandan 150 dəqiqə sonra bitməli olsa da, şagirlər 4-5 saat məktəbdən buraxılmayıblar.

Məktəbin qarşısında gözləyən valideynlər bu haldan narahat olaraq uşaqlarının buraxılmasını tələb ediblər. Onların tələbindən sonra şagirdlər ağlayaraq məktəb binasından çıxıb.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb:

“Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub”.
P.S TEREF yazır ki, əgər Bakı Şəhər Təhsil İdarəsinin verdiyi açıqlamadan kimsə nəsə başa düşdüsə bizədə yazsın!!
Amma ajiotaj videoda göz qabağındadır! Yanii Bakı Şəhər Təhsil İdarəsinin yalanı burda üzə çıxır.

 
Ardını oxu...
Paytaxtan kənardada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır.

Yenixeber.org: İddialara görə Masazırda yaşıllıq məhv edilib, qanusuz tikinti aparılır.

Görüntülərdən məlum olur ki, belə qanunsuz tikintilərdən biri də Masazır qəsəbəsində aparılır.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında Masazır qəsəbəsində inşa edilən 2 mərtəbəli bina ilə bağlı hərhansı bir məlumata rast gəlmədik.

Məlumdur ki, icazəsiz obyektlərin tikintisi rayon icra hakimiyyəti ilə “razılaşma” əsasında aparılır.

Qeyd edək ki, son vaxtlar qanunsuz tikintilər aparılması, yaşıllğın məhv edilməsi, və piyada səkillərin zəbt olunması ilə bağlı sosial paltformalarda və mətbuatda mütamadi xəbərlər yayımlanır.(xalq.az)

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
İmişlidə baş verən məlum bayraq məsələsi çoxunun adını belə bilmədiyi Azərbaycan Ağsaqqallar Şurası adlı təşkilatı gündəmə gətirdi.

Maraqlıdır,ölkə başçısı İlham Əliyev cənablarının 9 may Qələbə Günü münasibəti ilə Rusiyaya getməkdən imtina etdiyi eyni gündə “Ağsaqqallarımız” İmişlidə rus bayrağı altında bayram edib,dövlət siyasətinə qarşı “demarş” nümayiş etdiriblər.

Qeyd edək ki,sözügedən təşkilatın başında 6 dəfə deputat seçilmiş, adı bir çox qalmaqallı hadisələrdə hallanan Kooperasiya Universitetinin rektoru, hələ SSRİ illərindən “Azərittifaq” adlı təşkilata başçılıq etmiş Eldar Quliyev durur.

Sosial şəbəkə üzərindən xırda bir axtarış apardıqda bir çox neqativ hallarda adı çəkilən təşkilatın İmişlidəki kimi rayon təşkilatı və Saleh Səmədov kimi də sədri olar.

Ardını oxu...

Yaxalarına “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da deyəsən “gedib”.Unudublar ki,bu lent II Yekaterina tərəfindən Rusiya-Türkiyə savaşında döyüşən rus əsgərlərinin yaxasına taxılıb. Səmədov isə çıxıb deyir ki, niyə Türkiyə bayrağına heç nə demirsiz, SSRİ bayrağına etiraz edirsiz?

"DogruXeber.az" 1xəbər.media-nın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə,Saleh Səmədovun tabe olduğu şəxs-Eldar Quliyevin rəhbərlik etdiyi təşkilat dövlətdən 300 min manata yaxın vəsait alır.Amma deyəsən bu azmış kimi cənab Quliyev özünə məxsus binanı sədri olduğu Azərbaycan Ağsaqqallar Şurasına icarəyə verib.Ayda isə dövlətdən daha 10 min manat alıb səfasını sürür.

Ağsaqqqallar hər zaman gənclərə örnək olmalı,nəsihət verməli olduğu halda İmişlidəki hadisə göstərdi ki, heç də hər zaman belə olmur.Çoxlarının ziyansız gördüyü belə təşkilatlar kimlərinsə əlində gözlənilmədən təhlükəli siyasi alətə çevrilə bilir….
Ardını oxu...
  

Milli Məclisin iclasında çıxış edən deputat Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən bəhs edərək iclasda iştirak edən səhiyyə naziri Teymur Musayevə xitab edib.

Musavat.com-un məlumatına görə, S.Aran belə deyib: “Dünən bir valideyn gəlmişdi və övladı plastik əməliyyat zamanı ölüb. Valideyn deyir ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir. Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır. Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər. Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın! Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinifi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?”
 
Səhiyyə nazir Teymur Musayev deputatın dediklərinə reaksiyasında bildirib ki, Sara Qəhrəmanovanın ölən qızı barədə araşdırma aparılıb: “Onun valideynləri mənim də qəbulumda olub. Özü də bütün qohumlar bilirdilər ki, o şəxs tibb ixtisasına malik deyil. Səhiyyə Nazirliyi ancaq tibb işçilərinə cavabdehdir. Bu faktla hüquq mühafizə orqanları məşğul olur”. Nazirin sözlərinə görə, əməliyyat tibb məntəqəsində həyata keçirilməyib. Belə ki, ölən qız mətbəxdə əməliyyat olunub.
 
E.Paşasoy,
Musavat.com 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ”Azkommunlayihə” Kommunal Layihələndirmə Institutunda direktoru Sahib Qarayev bundan sonra bahalı maşın sürəcək.
Ardını oxu...
xəbər verir ki, dünən bununla bağlı tender keçirilib və nəticəsi açıqlanıb.
Məlumatda deyilir ki, sözügedənn qurum “TOYOTA”-BAKI MƏRKƏZİ” MMC ilə 1 ədəd avtomobil alınması üçün 185 min 300 manat ödəyəcək.

Qeyd edək ki, Sahib Qarayevin bundan öncə də bahalı xidməti maşınla işə gedib, gəldiyi bildirilir.

İstifadəsində olan həmin xidməti maşının köhnə olmadığı, bir neçə il bundan əvvəl alındığı da verilən məlumatlar sırasında var. Maraqlıdır ki, sözügedən məmur hansı zərurətdən yeni və bahalı xidməti maşın sürmək qərarı verib?

Bu əsnada, FHN-nin daha bir tender keçirib. Nazirliyin Əsaslı Tikinti İdarəsi FHN-in Lənkəran şəhərində yerləşən Cənub Regional Mərkəzinin inzibati binasının qazanxanasında, nasosxana və isitmə sistemlərində cari təmir işlərini “ÜLVİ İNŞAAT” MNC-yə həvalə edib. Bu işlərin görülməsi üçün isə 102 min 235 manatlıq satınalma müqaviləsi imzalayıb.Tribunainfo.az
Ardını oxu...
Xaçmaz rayonunun Yeni Sudur kənd sakini Qüdrət Hidayətov bildirib ki, dəfələrlə ünvanlı sosial yardım almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, hər dəfə min bir bahanə ilə imtina cavabı verirlər.
"DİA-AZ" xəbər verir ki, vətəndaşın sözlərinə görə, 2023-cü ildən torpaq üzərindən vaxtında vergi ödəyib. Lakin 2024-cü ilin iyun-iyul aylarında səhhətində yaranmış ciddi problemə görə vergin ödəyə bilmıyib, gecikməsi olub. Vətəndaş bildirir ki, 2025-ci il gecikməsiz vetgidini ödəməyinə baxmayaraq ötən ilkin iki ayını bahanə edib ona imtina verirlər.
Şikayətçi deyir ki, bəzi qurumlar onun vergi ödəmədiyini, digərləri isə ailə gəlirlərinin düzgün qeyd olunmadığını əsas gətirir. Qüdrət Hidayətov iddia edir ki, bəzi ailələr 2-3 ay vergi ödəməsələr də, komissiya üzvlərinə rüşvət verərək ünvanlı sosial yardım ala bilirlər. O, aidiyyəti qurumlardan bu məsəlınin ciddi araşdırmasını və rüşvət qarşılığında saxta sənəd hazırlayan məmurlar barədə ölçü götürmələrini xahiş edir.
 
Ardını oxu...
“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

XALQ xəbər verir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin təlimçi-tibb bacısı işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə şəhər məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə sosial xidmət müəssisəsi 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda sosial xidmət müəssisəsinin direktoru Həsənov Əfqan Abbas oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.unikal
 
Ardını oxu...
"“Bahar Enerji” Əməliyyat Şirkəti uzun illərdir ki, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalıb". "DİA-AZ" xatırladır ki, bu barədə zamanında açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hələ bu ilin yanvar ayında işçilərin əməkhaqqılarının gecikdirildiyini də vurğulamışdı. Bu barədə NHMT-ə edilən müraciətdə də aydın şəkildə qeyd olunurdu ki, prezidenti Con Harkins, benefisiar sahibi "gizli" olan “Bahar Enerji” Əməliyyat Şirkətində dekabr ayından bəridir ki, əməkhaqqılar verilimir.

Bu gün isə NHMT sədri yenə də oxşar problemlə bağlı açıqlama ilə çıxış edib.

M.Qəhrəmanlı bildirir: "Bilirlər ki, xətirlərinə dəyən, irad tutan olmayacaq. İllərlədi ölkənin əmək qanunvericiliyini pozan bu şirkət rəhbərliyini heç bir qurum cəsarət edib cəzalandırmır. Görəsən niyə?..

"Bahar Enerji Limited" ƏŞ-nin işçiləri deyir ki, aprel ayinin maaşını hələ də almamışıq. Vəziyyət biabırçı haldadır. Nə qədər olacaq belə bilinmir.

Qeyd edək ki, “Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkins, benefisiar sahibi isə..."
 

Dünyapress TV

Xəbər lenti