Ardını oxu...
Naxçıvanda 5 il əvvəl mülkiyyət hüququ ilə bağlı çıxarılan məhkəmə qərarının hələ də icra edilməməsi iddiaçı tərəfi çıxılmaz vəziyyətdə qoyub. Şikayətçi Sahilə Məmmədovanın səlahiyyətli nümayəndəsi Əliağa Xələfli iddia edir ki, Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsi qərarın icrasını müxtəlif bəhanələrlə gecikdirir.
O bildirir ki, Sahilə Məmmədovanın Naxçıvan şəhəri, Bəhruz Kəngərli küçəsində yerləşən mənzilindəki şəxsi əşyalarına 2019-cu ildə yaxınları tərəfindən əl qoyulub. Bununla bağlı Məmmədova Naxçıvan şəhər Məhkəməsinə müraciət edib və məhkəmə həmin əşyaların ona geri qaytarılması haqda qərar çıxarıb. Lakin Əliağa Xələflinin sözlərinə görə, bu qərar indiyədək icra olunmayıb:
"Cavabdehlər məhkəmədə əşyaların yerində olduğunu təsdiqləsələr də, Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinin rəisi İntiqam Əliyev əşyaların ünvanda olmadığını bəhanə gətirir. Əvvəl dedilər ki, guya Sahilə Məmmədova ərizə yazaraq əşyalardan imtina edib. Belə bir ərizə tələb etdik, amma təqdim edə bilmədilər. Sonra əşyaların yerində olmadığını iddia etdilər. Polisə müraciət edərək əşyaların yerini araşdırmalarını təklif etdik, amma bu da edilmədi. Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin nəticə yoxdur."
Xələfli əlavə edir ki, məsələ ilə bağlı ekspertiza keçirilib, lakin ekspertlər əşyaları görmədən onların dəyərini 1 300 manat olaraq qiymətləndirib:
"Halbuki iddiaçı tərəf əşyaların yeni və istifadəsiz olduğunu, dəyərinin isə 3 800 manat olduğunu bildirir. Ekspertiza işlənməmiş əşyaların istismar müddətini necə nəzərə alıb, anlamırıq. Vəsatət qaldırmışıq ki, ekspert məhkəməyə gəlib bunu izah etsin."
Əliağa Xələfli hüquq-mühafizə orqanlarından və Ədliyyə Nazirliyindən məhkəmə qərarının dərhal icrasını tələb edir. O vurğulayır ki, hüquq sisteminin belə işləməsi vətəndaşların haqlarını pozur və haqsızlığa səbəb olur.
TEREF
Ardını oxu...
Elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə "Azercell" daha da irəli gedərək 1 fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə, 2 AZN xidmət haqqı tətbiq ediləcək və "Azercell2 abunəçinin balansından 2 AZN siləcək.

Bu barədə AFN.az-a ünvanladığı müraciətdə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov bildirib. Oxucumuz hesab edir ki, "Azercell"in bu qərarı oğurluqdur: "Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı var balansından vəsait silsin? Yaxud abunəçiyə zorla hər hansısa paket versin? Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin fevral və may ayından var, amma onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili dəqiqələr və internet paketi verilir. "Azercell"də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir".
Şikayətçi bildirir ki, abunəçi balansını kredit vasitəsi ilə və ya "Paycell" vasitəsi ilə artırsa belə, bu, aylıq sərfiyyat limiti kimi hesablanmır: "Yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa, əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi, indi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək. Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur, bu, yalnız Azərbaycanda var. Xatırladım ki, "Azercell" bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış bu ay (müraciət redaksiyamıza dekabr ayında daxil olub-red.) isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi, elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. "Azercell" isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desə də, xidmət səviyyəsi əksinə daha da aşağı düşüb. Belə ki, əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə, indi sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə, indi bu da ləğv edilib, abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz".
Oxucumuzun toxunduğu başqa bir məqam isə "Azercell" şirkətinin maliyyə hesabatı ilə bağlıdır. İ.Məmmədkərimov bildirir ki, şirkət 2023-cü ilin maliyyə hesabatını hələ də açıqlamayıb: "Artıq 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır, amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəm də, həmin vaxt təklifiniz bizim üçün çox önəmlidir, istəyinizin tətbiqi imkanları araşdırılacaq şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Daha bir neçə ay gözləyib noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 noyabr tarixində baş ofislə əlaqə saxladım müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən il də eyni hal baş vermişdi yəni maliyyə hesabatı may ayında açıqlanmışdı.
Maliyyə hesabatını gizlətməyin bir səbəbi var: Bildiyiniz kimi 2018-ci ildən "Azercell" dövlət şirkətidir və "TeliaSonera" 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra "Azercell" 2018-ci ilədək 3 il zərərlə çalışıb. Rabitə Nazirliyi məcbur olub "Azercell"in 51%-lik payını "TeliaSonera"dan 222,5 milyon dollara aldı. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, "Azercell" gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər "Azercell"in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür şirkətdə narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər".

Bütün qeyd edilənlərlə bağlı "Azercell" şirkətindən açıqlanan mövqedə bildirilir ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq "Azercell" mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir: "Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər. Telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması və şəbəkənin daha da genişləndirilməsi üzrə işlərimiz planlı şəkildə davam etdirilir. "Azercell" olaraq hədəfimiz abunəçilərimizə ən yüksək xidmət və ən son texnologiyaları təqdim etməkdir. Abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər "Azercell" tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu müqavilədə müəyyən edilmiş qaydada abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər. Bildiririk ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilib. Dəyişikliyə dair elan 21.12.2024-cü il tarixində "Azərbaycan" qəzetində dərc edilməklə abunəçilər məlumatlandırlmışdır: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1734726491/347969.
Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər".

Şirkətdən 2023-cü ilin maliyyə hesabatı ilə bağlı oxucunu narahat edən suallara cavab verilməyib.

AFN.az
 

 

Ardını oxu...
  

Tətildən qayıdan məktəblilər soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar. Belə vəziyyət uşaqların xəstələnməsinə, təhsildən yayınmasına səbəb olub.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, Mingəçevir Energetiklər yaşayış massivində yerləşən 19 nömrəli məktəbdə istilik sistemi olmadığından sinif otaqlarında elektrikli qızıdırcılardan istifadə olunur.

Son günlər həmin qızdırıcılardan da istifadə edə bilməyiblər.

Valideynlər soyuq şəraitdə dərs keçən uşaqlarının xəstələnərək dərsdən qalmaq məcburiyyətində olduqlarını deyiblər.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin istiliklə təminatı elektrik qızdırıcıları vasitəsilə həyata keçirilir.

Elektrik sistemində qısa qapanmalar səbəbindən məktəbin istiliklə təchizatında fasilə yaranıb. İstilik təchizatının bərpa edilməsi üçün təxirəsalınmaz işlər aparılıb və problem aradan qaldırılıb. Təhsil müəssisəsinin istilik təminatı normal qaydada davam etdirilir.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Hörmətli professorun dedikləri tarixi reallıqdır. Tarixi təcrübədə bu cür enmə-qalxma çox olub. Hətta 70-ci illərdə oğru Aqanbekyanin başçılığı ilə Şimal dənizlərinin Xəzərə axıdılması üzrə 143 milyard dollarlıq layihə də yerinə yetirmişlər. Amma sonralar layihə başa çatmamış Xəzərin səviyyəsi öz-özünə sürətlə qalxmış və 90-ci illərin ortalarından etibarən yenidən çəkilməyə başlamışdı. Amma təbiətin dəyişikliklərinə ümid etmək olmaz. Xüsusi elmi tədqiqat qrupu yaradıb geniş tədqiqat işinə başlamaq lazımdır.
https://www.britannica.com/list/7-lakes-that-are-drying-up
Məsələ burasındadır ki, dünyada təbii və insan təsirlərindən dolayı öz-özünə quruyan göllər və dənizlər mövcuddur. Bir nümunə olaraq Boliviyada yerləşən "Poopo Gölü" göstərilə bilər ki, bu göl 2015-ci ilin dekabrına qədər quraqlıq, iqlim dəyişiklikləri və suyun suvarma və mədənçilik üçün yönləndirilməsi nəticəsində tamamilə qurumuşdu.
"Xəzər Dənizi" barədə isə, bu dünyanın ən böyük daxili su hövzəsidir və su səviyyəsində əhəmiyyətli azalma müşahidə edilir. 1990-cı illərin ortalarından bəri Xəzər Dənizinin su səviyyəsi təxminən iki metr azalmışdır və əsrin sonuna qədər əlavə olaraq 9-18 metr azalacağı proqnozlaşdırılır. Bu azalma əsasən iqlim dəyişiklikləri, Volqa kimi çaylardan gələn suyun azalması və kənd təsərrüfatı və sənaye üçün suyun artan istifadəsi ilə əlaqədardır.
https://geographical.co.uk/.../the-caspian-sea-is...
Xəzər Dənizinin tamamilə quruması ehtimalı az olsa da, davam edən azalma ekosistemlərə, iqtisadiyyata və regional sabitliyə ciddi təhlükələr yaradır. Bu problemlərin həlli üçün səylər göstərilsə də, beynəlxalq əməkdaşlıq və davamlı su idarəetmə praktikalarına ehtiyac var.
Saleh Məmmədov.professor
TEREF
 
Ardını oxu...
Azərbaycanın məşhur şirkətlərindən olan “Elmanado” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Elmanado” MMC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Elmanado” ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 17 yanvar tarixində hakim Abusət Qasıçovun sədrliyi ilə işə baxılacaq.

Xatırladq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. Mal gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir. Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.

Qeyd edək ki, “Elmanado” MMC şirkəti ayaqqabı istehsalı ilə məşğul olur. Şirkətin təsisçisi Kərim Kərimovdur.
 
Ardını oxu...
Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də, həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İstintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
 
Ardını oxu...
Suraxanı rayonunda ağacların kəsilərək yerində obyekt tikilməsinə dair məlumatlar yayılıb.

Məsələni araşdıran zaman məlum olub ki, həqiqətən də Yeni Günəşli qəsəbəsində bir neçə ağac kəsilərək yerində obyektlər tikilir.

COP29 kimi dünya miqyasında mötəbər iqlim tədbirlərinə ev sahibliyi edən Azərbaycanda kiminsə biznes maraqlarına görə ağacların kəsilməsi təəssüf doğurur. Bu illərdir ölkəmizdə aparılan yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və ekoloji təmiz şəhər siyasətinə zidd addımlardır.

Bu hadisə Bakıətrafı hansısa yeni tikilən məhəllədə baş versəydi, düşünmək olardı ki, gözdən yayınıb, amma ağacların kəsilərək yerində obyekt tikilməsi Ramiz Cəfərov küçəsində, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yaxınlığında, yerli icra strukturlarının gözü önündə baş verib. Belə ki, ikinci Qarabağ müharibəsi qazisi olduğunu deyən Elvin Zeynalov ərazidəki ağacları kəsdirərək yerinə dəmir konstruksiyalar ilə quraşdırılmış kiosk yerləşdirib.

Həmin ərazi SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olduğundan neft sənayesi obyektlərinin təhlükəsizliyini təmin edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları torpaq sahəsinin özbaşına zəbt edilərək üzərində qanunsuz obyekt tikilməsinə icazə verməyib.

Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o ətrafına topladığı bir neçə müharibə veteranı ilə birlikdə tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

Torpaq zəbti barədə Daxili İşlər Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lakin əraziyə gələn icra hakimiyyətinin əməkdaşları nədənsə qanunsuz torpaq zəbtinə laqeyd münasibət sərgiləyib, hətta obyekt tikintisinə göz yummadıqları üçün mühafizəçilərlə münaqişəyə belə giriblər.
Ardını oxu...
İcazəsiz daşı daş üstünə qoymağın mümkün olmadığını bildiyimiz üçün icra hakimiyyətinin işçilərinin qanunsuz tikintiyə olan “isti” münasibəti bizdə bu özbaşına tikilinin hansı dairələrdə “bişməsinə” dair müəyyən təsəvvürlər yaradır.

İnternetdə kiçik araşdırma etməklə Elvin Zeynalovun bundan öncə də bir neçə dəfə qanunsuz torpaq zəbti həyata keçirdiyini öyrəndik. (https://report.az/hadise/qazi-adindan-istifade-ede…)

Belə ki, o 2021-ci ildə Sabunçu rayonu ərazisində neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək üzərində qanunsuz tikinti işləri həyata keçirib. “Evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin Zeynalovun inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Bir neçə müddət sonra isə Elvinin həmin obyekti məşhur mağazalar şəbəkəsinə icarəyə verdiyinə dair videolar paylaşılıb:



Elvin Zeynalov bütün müharibə əlilləri kimi dövlətin tam sosial qayğısı ilə əhatə olunub, hətta əldə etdiyimiz məlumata görə, ona mənzil də verilib. Bununla belə “Qarabağ qazisi” adından istifadə edib qanunsuz işlərinə göz yumulmasını tələb edən Elvinin əməlləri təəssüf doğurur. Və bütün bunlardan sonra insanda sual yaranır, Elvin Zeynalov neçə obyekt sahibi olmalıdır ki, neft sənayesinə aid torpaqları zəbt etməkdən gözü doysun, qanunsuz əməllərindən əl çəksin?

Gununsesi.info
 
Ardını oxu...
" "Azercell"dən yeni nömrə aldım, amma GetContact-da başqasının adına etikətlər çıxır". "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Məlum olur ki, nömrə əvvəllər başqa birinə məxsus olub.

Problemi bildirdikdə isə ‘bizlik deyil’ cavabı aldım.

Bu, Azercell-in məsuliyyətsizliyidir. Müştərilərinə belə bir problemi necə təqdim edə bilərlər?"
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Memarlıq və İnşaat Universiteti məsul işçilərinin məsuliyyətsizliyini tələbələrin cibindən ödətdirir."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri "DogruXeber.az" informasiya agentliyinin direktoru Kamal Əsgərov deyib.

O, bildirir ki, "Oğlum Əsgərov Məhəmməd Kamal oğlu Memarlıq və İnşaat Universitetinin " Tikinti İqtisad fakultəsi"ndə birinci kursda oxuyur. Ötən gün (06.01.2025) onların imtahanı idi. İmtahandan bir gün əvvəl universitet tərəfindən telefonlarına bildiriş mesajı göndərilib. Mesajda tələbələrə özləri ilə sadə göy qələm və karandaş gətirmələri tapşırılıb və qeyd edilib ki, qaydalar təlimçi tərəfindən izah ediləcək. Lakin, oğlumun və digər tələblərin sözlərinə görə imtahan heç də qaydalara uyğun şəkildə keçirilmiyib. Qaydalara ilk başda riayət etməyən elə nəzarətçinin özü olub. O, tələbələri təlimatlandırmayıb, qaydaları izah etməyib.

Belə olan halda birinci kurs tələbələrinin yanlışlıqlara yol vermələri artıq təbiidir ki, bunun da məsuliyyəti birbaşa Universitetin üzərinədir.

Qeyd edim ki, nəzarətçinin nəzarətinin olmadığı səbəbilə səs-küylü keçən imtahan zalında Məhəmməd imtahan suallarını cavablandırıb, hamı kimi təhvil verib. Ondan cavabları təhvil götürəndə də heç nə deyilməyib.

Təhvil aldıqdan 15-20 dəqiqə sonra ona bildiriblər ki, "Sən cavabları karandaş ilə yazdığın üçün nəticələrin ləğv edilir. Yenidən imtahana girmək üçün isə filan qədər kredit ödəməlisən."

Oğlum bunu mənə deyən kimi dərhal tyutor Nərgiz Həsənova ilə telefon əlaqəsi saxladım. Özümü təqdim edən kimi Nərgiz xanım dəstəyi Ayyət adlı şəxsə uzatdı. Bu şəxs isə özünün də əvvəllər qonşu redaksiyalardan birində çalışdığını deyib, ardından məni dinləmək yerinə, yersiz suallar verməyə başladı.

Qeyd edim ki, tyutorun - yəni Nərgiz Həsənovanın vəzifəsi şagird və tələbə üçün fərdi təhsil proqramının təşkilinə və aparılmasına rəhbərlik etmək, məktəb, ali məktəb, əlavə təhsil və davamlı təhsildə təhsil alanı müşayiət etməkdir.
Tyutor tələbələrin akademik maraqlarını qoruyur. Yəni, bu rəsmiyyətdə belədir. Amma, görünür Azərbaycan təhsilinin dəyişməz adətidir işini bilməyən işçilərlə çalışmaq. Xanım mətbuat adı eşidən kimi dəstəyi nə vaxtsa mediada sıradan bir müxbir olan dekan müavini Ayyət Abdullayevə ötürür. Dekan müavini də özlərinin səhlənkarlığını ört-basdır etmək üçün araya söz qatıb, yersiz söhbətlər edir. Özünü güya media sahəsində təcrübəli kimi göstərməyə çalışan Ayyət bəyin gərəksiz suallarından belə başa düşdüm ki, o, mediada çalışdığı müddətdə belə işinin nədən ibarət olduğundan xəbərsiz olub.

Bəli, çalışdığın sahə barəsində müvafiq qanunları bilməmək, ümumiyyətlə işini bilməməkdir.

Uzun sözün qısası, mən belə təcrübəsiz gənclərlə danışmağın sadəcə vaxt itkisi olduğunu anladığım üçün oğlumla birlikdə Universitetə getdim. Dekan Turan xanım Aslanova ilə görüşüb, vəziyyəti onun özünə izah etdim, öz işçilərinin məsuliyyətsizliyini - yəni əvvəlcədən tələbələri təlimatlandırmadığını, həmçinin məsələdən çox keçmədən, cəmi bir neçə dəqiqə ərzində müdaxilə etdiyimizi nəzərə alıb, anlaşılmazlığı aradan qaldırmasını bildirdim.

Amma, Turan Aslanova ilə görüşümüz də faydasız oldu.

Universitet birinci kurs tələbəsini imtahanda əvvəlcədən təlimatlandırmır bu bir qüsur, cavabı təhvil alanda heçolmasa, "bunu karandaşla yazmaq düzgün deyil" deyib, dərhal - imtahan vaxtı bitmədən dəyişdirmək şansı vermir iki qüsur.

Görünür, bu tələbələrin cibinə girmək, özünü "büdcəyə xeyir verən" müəssisə kimi göstərmək üçün universitetin yürütdüyü "siyasət", daha doğrusu qurduğu tələdir.

Qeyd edim ki, Memarlıq və İnşaat Universitetinin rektoru 15 illik deputat təcrübəsi olan Gülçöhrə xanım Məmmədovadır. O, 2000-ci ildən bəri - artıq 25-ci ildir ki, bu vəzifədə çalışır.

Hörmətli Gülçöhrə xanım, mənim maddi imkanım sizinki kimi əla deyil. Aylıq maaşım yetmir ki, mən də övladımı təhsil alması üçün Almaniyaya göndərim. Xarici ölkədə təhsil almağın nə qədər çox xərc tələb etdiyini bu barədə təcrübəli valideyin olaraq siz məndən daha yaxşı bilirsiniz. Ona görə də ölkənin sizlərin əlində çökən təhsilindən nəsibimizi almaq məcburiyyətindəyik. Amma, illər əvvəl universitetdə aparılan audit yoxlamasının aşkar etdiyi o, yeyintini ödəmək məcburiyyətində deyilik.

Nə mənim, nə də övladı sizin rəhbərlik etdiyiniz, bütün maddi imkanlarından gen-bol yararlandığınız, hesabına bütün dostlarınızı, yaxınlarınızı şad etdiyiniz universitetdə min bir zəhmətilə təhsil alan digər tələblərin valideynlərinin belə bir öhtəliyi yoxdur.

Zəhmət olmasa işinizə və işçilərinizə diqqət ayırıb, məsuliyyətsizliklərinin üzrü olaraq, Məhəmməd Əsgərova yaradılmış problemi aradan qaldırmaları üçün göstəriş verin.

Mən bir hüquqşünas, eyni zamanda, hər zaman doğruları çılpaqlığı ilə cəmiyyətə təqdim edən bir jurnalist olaraq, oğlumun timsalında bütün tələblərinizin haqqları uğrunda mübarizə aparmağı dünəndən etibarən qarşıma məqsəd qoydum.

Mənim övladıma qəsdən yaradılan bu problem, bəlkə də rəhbərlik etdiyiniz müəssisədə təhsil alan minlərlə tələbələrin buvaxta qədər və bu gün də tez-tez haqsızlığa məruz qaldıqlarını aşkara çıxarmış oldu.

Mən bunu bir işarə olaraq qəbul etdim və universitetin, eləcə də universitetdə rəhbər vəzifələrdə çalışan səlahiyyətli şəxslərin barəsində jurnalist araşdırmasına başlamağı özümə borc bildim.

Odur ki, davamlı araşdırmalarımın nəticələri barəsində, davamlı məlumatlarımız olacaq."

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Dünyapress TV

Xəbər lenti