Bu universitet tələbələri gəlir mənbəyi  kimi istifadə edir !
"Memarlıq və İnşaat Universiteti məsul işçilərinin məsuliyyətsizliyini tələbələrin cibindən ödətdirir."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri "DogruXeber.az" informasiya agentliyinin direktoru Kamal Əsgərov deyib.

O, bildirir ki, "Oğlum Əsgərov Məhəmməd Kamal oğlu Memarlıq və İnşaat Universitetinin " Tikinti İqtisad fakultəsi"ndə birinci kursda oxuyur. Ötən gün (06.01.2025) onların imtahanı idi. İmtahandan bir gün əvvəl universitet tərəfindən telefonlarına bildiriş mesajı göndərilib. Mesajda tələbələrə özləri ilə sadə göy qələm və karandaş gətirmələri tapşırılıb və qeyd edilib ki, qaydalar təlimçi tərəfindən izah ediləcək. Lakin, oğlumun və digər tələblərin sözlərinə görə imtahan heç də qaydalara uyğun şəkildə keçirilmiyib. Qaydalara ilk başda riayət etməyən elə nəzarətçinin özü olub. O, tələbələri təlimatlandırmayıb, qaydaları izah etməyib.

Belə olan halda birinci kurs tələbələrinin yanlışlıqlara yol vermələri artıq təbiidir ki, bunun da məsuliyyəti birbaşa Universitetin üzərinədir.

Qeyd edim ki, nəzarətçinin nəzarətinin olmadığı səbəbilə səs-küylü keçən imtahan zalında Məhəmməd imtahan suallarını cavablandırıb, hamı kimi təhvil verib. Ondan cavabları təhvil götürəndə də heç nə deyilməyib.

Təhvil aldıqdan 15-20 dəqiqə sonra ona bildiriblər ki, "Sən cavabları karandaş ilə yazdığın üçün nəticələrin ləğv edilir. Yenidən imtahana girmək üçün isə filan qədər kredit ödəməlisən."

Oğlum bunu mənə deyən kimi dərhal tyutor Nərgiz Həsənova ilə telefon əlaqəsi saxladım. Özümü təqdim edən kimi Nərgiz xanım dəstəyi Ayyət adlı şəxsə uzatdı. Bu şəxs isə özünün də əvvəllər qonşu redaksiyalardan birində çalışdığını deyib, ardından məni dinləmək yerinə, yersiz suallar verməyə başladı.

Qeyd edim ki, tyutorun - yəni Nərgiz Həsənovanın vəzifəsi şagird və tələbə üçün fərdi təhsil proqramının təşkilinə və aparılmasına rəhbərlik etmək, məktəb, ali məktəb, əlavə təhsil və davamlı təhsildə təhsil alanı müşayiət etməkdir.
Tyutor tələbələrin akademik maraqlarını qoruyur. Yəni, bu rəsmiyyətdə belədir. Amma, görünür Azərbaycan təhsilinin dəyişməz adətidir işini bilməyən işçilərlə çalışmaq. Xanım mətbuat adı eşidən kimi dəstəyi nə vaxtsa mediada sıradan bir müxbir olan dekan müavini Ayyət Abdullayevə ötürür. Dekan müavini də özlərinin səhlənkarlığını ört-basdır etmək üçün araya söz qatıb, yersiz söhbətlər edir. Özünü güya media sahəsində təcrübəli kimi göstərməyə çalışan Ayyət bəyin gərəksiz suallarından belə başa düşdüm ki, o, mediada çalışdığı müddətdə belə işinin nədən ibarət olduğundan xəbərsiz olub.

Bəli, çalışdığın sahə barəsində müvafiq qanunları bilməmək, ümumiyyətlə işini bilməməkdir.

Uzun sözün qısası, mən belə təcrübəsiz gənclərlə danışmağın sadəcə vaxt itkisi olduğunu anladığım üçün oğlumla birlikdə Universitetə getdim. Dekan Turan xanım Aslanova ilə görüşüb, vəziyyəti onun özünə izah etdim, öz işçilərinin məsuliyyətsizliyini - yəni əvvəlcədən tələbələri təlimatlandırmadığını, həmçinin məsələdən çox keçmədən, cəmi bir neçə dəqiqə ərzində müdaxilə etdiyimizi nəzərə alıb, anlaşılmazlığı aradan qaldırmasını bildirdim.

Amma, Turan Aslanova ilə görüşümüz də faydasız oldu.

Universitet birinci kurs tələbəsini imtahanda əvvəlcədən təlimatlandırmır bu bir qüsur, cavabı təhvil alanda heçolmasa, "bunu karandaşla yazmaq düzgün deyil" deyib, dərhal - imtahan vaxtı bitmədən dəyişdirmək şansı vermir iki qüsur.

Görünür, bu tələbələrin cibinə girmək, özünü "büdcəyə xeyir verən" müəssisə kimi göstərmək üçün universitetin yürütdüyü "siyasət", daha doğrusu qurduğu tələdir.

Qeyd edim ki, Memarlıq və İnşaat Universitetinin rektoru 15 illik deputat təcrübəsi olan Gülçöhrə xanım Məmmədovadır. O, 2000-ci ildən bəri - artıq 25-ci ildir ki, bu vəzifədə çalışır.

Hörmətli Gülçöhrə xanım, mənim maddi imkanım sizinki kimi əla deyil. Aylıq maaşım yetmir ki, mən də övladımı təhsil alması üçün Almaniyaya göndərim. Xarici ölkədə təhsil almağın nə qədər çox xərc tələb etdiyini bu barədə təcrübəli valideyin olaraq siz məndən daha yaxşı bilirsiniz. Ona görə də ölkənin sizlərin əlində çökən təhsilindən nəsibimizi almaq məcburiyyətindəyik. Amma, illər əvvəl universitetdə aparılan audit yoxlamasının aşkar etdiyi o, yeyintini ödəmək məcburiyyətində deyilik.

Nə mənim, nə də övladı sizin rəhbərlik etdiyiniz, bütün maddi imkanlarından gen-bol yararlandığınız, hesabına bütün dostlarınızı, yaxınlarınızı şad etdiyiniz universitetdə min bir zəhmətilə təhsil alan digər tələblərin valideynlərinin belə bir öhtəliyi yoxdur.

Zəhmət olmasa işinizə və işçilərinizə diqqət ayırıb, məsuliyyətsizliklərinin üzrü olaraq, Məhəmməd Əsgərova yaradılmış problemi aradan qaldırmaları üçün göstəriş verin.

Mən bir hüquqşünas, eyni zamanda, hər zaman doğruları çılpaqlığı ilə cəmiyyətə təqdim edən bir jurnalist olaraq, oğlumun timsalında bütün tələblərinizin haqqları uğrunda mübarizə aparmağı dünəndən etibarən qarşıma məqsəd qoydum.

Mənim övladıma qəsdən yaradılan bu problem, bəlkə də rəhbərlik etdiyiniz müəssisədə təhsil alan minlərlə tələbələrin buvaxta qədər və bu gün də tez-tez haqsızlığa məruz qaldıqlarını aşkara çıxarmış oldu.

Mən bunu bir işarə olaraq qəbul etdim və universitetin, eləcə də universitetdə rəhbər vəzifələrdə çalışan səlahiyyətli şəxslərin barəsində jurnalist araşdırmasına başlamağı özümə borc bildim.

Odur ki, davamlı araşdırmalarımın nəticələri barəsində, davamlı məlumatlarımız olacaq."

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Dünyapress TV

Xəbər lenti