Ardını oxu...
Azərbaycan parlamentinin adı Milli Məclisdir. Ancaq illərdir orada kreslosundan vaz keçməyən bəzi deputatlarla sıravi vətəndaşlar arasında çoxdan körpülər yandırılıb. Çünki orada barmaqla sayılacaq qədər millət vəkili var ki, seçildiyi dairənin dərdinə şərik olur, problemlərə canla-başla yanaşır. Lakin elələri də var ki, seçilməsindən aylar keçməsinə baxmayaraq, nə parlamentdə izləri var, nə də seçicilərlə birbaşa təmasda görünürlər. Var olan isə yalnız bahalı kostyumlar, qorxunc səssizlik və milyonlarla dəyərləndirilən biznes imperiyalarının kölgəsində gizlənmiş mandatlardır.

Parlament daxilində “köhnələr” və “yenilər” arasında sanki görünməyən bir qarşıdurma hökm sürür. Təəssüf ki, bir çox yeni deputatlar da sələfləri kimi susqunluğu “siyasi mədəniyyət” kimi təqdim etməyə çalışır. Bəziləri çıxış etməklə yox, sosial şəbəkələrdə selfilərlə, ya da tenderlərdə iştirak edən şirkətlərinin idarəetməsi ilə gündəmə gəlir. Toxunulmazlıq statusu bəziləri üçün artıq cəmiyyətə xidmət aləti yox, sərvət yığmaq vasitəsinə çevrilib.

İllərlə eyni dairədən seçilən, lakin parlament tribunasından bir dəfə də olsun danışmayan deputatlar var. Əvəzində onların biznesləri böyüyür: restoranlar, yanacaqdoldurma məntəqələri, tikinti şirkətləri, banklar və ticarət mərkəzləri… Yəni millət vəkili mandatı bəzi hallarda ictimai maraqları yox, şəxsi sərvətləri qorumaq üçün istifadə olunur.

Əslində səbəb aydındır: susmaq daha sərfəlidir. Seçildiyin dairənin problemlərini parlamentdə səsləndirmək artıq bir siyasi cəsarət tələb edir. Amma bəzi deputatlar üçün mandat cəsarət simvolu yox, konformizm qalxanıdır. Danışmaq yox, susmaqla irəli getmək istəyənlər üçün isə vətəndaşın problemi yox, şəxsi komfortu ön plandadır.

Parlament xalqın səsinin, dövlətin iradəsinin təmsil olunduğu mərkəzdir. Amma orada hazırda sadəcə toxunulmazlıqla silahlanmış, şəxsi maraqlarını qorumağa çalışan bir çevrə formalaşıb. Və bu çevrənin əksəriyyəti “millət vəkili” statusunun məsuliyyətini və ağırlığını unutmuş kimidir. Ən düşündürücü məqamlardan biri isə odur ki, yeni nəsildən olan bəzi gənc deputatlar da artıq bu çevrəyə tabe olublar. Onlar da anlayıblar ki, danışsan, diqqət çəkərsən, tənqid olarsan. Amma sussan, brend kostyum geyinsən, bahalı maşında poz versən, tədbirlərdə “ön sırada” dayansan, həm mandatın təhlükədə olmaz, həm də biznesin çiçəklənər.

Ən acınacaqlısı isə budur: cəmiyyət bu reallıqla barışmaq üzrədir. İctimai gözlənti azalır və artıq parlamentdəki bu deputatlardan qanun təşəbbüsü, prinsipial mövqe, ya da seçicinin dərdinə şəriklik gözlənilmir. Əksində, sadəcə kimin daha bahalı saat taxacağı, kimin daha böyük villa inşa edəcəyi, kimin biznesinin daha geniş olacağı maraq doğurur…

Yenicağ.az
 
Ardını oxu...
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının məzunları 2 ildir ki, diplomlarını ala bilmirlər.

Bu barədə Oxu24.com saytı yaxın vaxtlarda daha bir informasiya yayımlamışdı.Məsələnin kütləvi hal aldığını nəzərə alaraq yenidən bu mövzuya qayıtmalı olduq.

Universitetin 2023/2024-cü il məzunları diplom ala bilmədiklərinə görə, heç yerdə iş tapa bilmədiklərini bildirirlər. Üstəlik də həmin şəxslərə diplom verilmədiyi üçün onlar hərbi xidməti 1 il yox,1 il 6 ay müddətinə keçməli olurlar.Bu isə onların hüquqlarının kobud şəkildə pozulmasıdır.

Yaranan problemlə ilə bağlı Oxu24.com saytına müraciət edən Elnur Babayev bildirir ki, özü ilə birlikdə 70-ə yaxın tələbə bu problemlə üzləşib.

“Yaxınlarda Rusiya vətəndaşları olan tələbələrin diplomları verilib.Amma bizim diplomu vermirlər.Bizə deyirlər ki,Siz DİM vasitəsi ilə qəbul olmamısınız. Oranın daxili qaydaları ilə qəbul olunmusunuz.Halbuki,bizdən əvvəlki və sonakı kursların hamısı o qayda ilə Universitetə daxil olub. Bunun başqa yolu yoxdur.Dərbənd filialına daxil olmaq üçün oranın daxili imtahanlarını verib qəbul olmaq mümkündür.Bütün qəbullar da bu qaydada aparılıb”,-deyə diplom ala bilməyən şəxs bildirib.

Oxu24com məsələ ilə bağlı araşdırma aparan zaman ziddiyətli məqamla da üzləşib.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplomunu ala bilməyən tələbələrə verdiyi rəsmi cavabda qəbulların yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanları əsasında həyata keçirildiyi qeyd olunur. Ancaq UNEC-in Dərbənd filialının rəsmi saytında bunun tam əksi qeyd olunub.Saytda qeyd olunur ki, sözügedən filiala tələbə qəbulu Rusiya Federasiyasının tələbələrin qəbul qaydalarına əsasən aparılır.

70 tələbə bir yana, UNEC bir yana: Diplomlar niyə verilmir?

Qeyd edək ki,filial azərbaycanlıların sıx yaşadığı Dərbənd şəhərində soydaşlarımızın ali təhsil almasına kömək məqsədi ilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb.

Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. Müasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir.

Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-сi il tarixli 2220 saylı əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib. 2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilib. Qəbul Qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli 142 saylı qərarı ilə təsdiq edilib.

2016-cı il noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub.

Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır.

Əyani təhsil formsı üzrə tədris rus dilində, əyani-qiyabi və qiyabi təhsil formaları üzrə isə rus və azərbaycan dillərində aparılır.

Sayt mövzunu diqqətdə saxlayacaq.
 
Ardını oxu...
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə işçilərin üzləşdikləri problemlə bağlı çıxış edib.

XALQ.AZ xəbər verir ki, bu dəfə işçilərdən birinə istinadla məlumatı açıqlayan Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxsləri tədbir görməyə səsləyib. Hüquq müdafiəçisinin bununla bağlı açıqlamasında deyilir: ”

İşçi bildirir ki, SOCAR AQŞ hələ də onların mart ayının əmək haqqısını ödəməyib.

Bu halda qurum Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178. 1. maddəsində deyildiyi kimi – hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verməlidir”.

Qeyd edək ki, “SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib.

Tərəflər və iştirak payları isə SOCAR-13.38% , Nobel Oil Ltd., – 73.77% , Abşeron Qazma MMC -12.85% qədərindədir.
Ardını oxu...
SOCAQ AQS-ın baş direktoru Samir Mollayevdir.
 
 

 


Ardını oxu...
“AzerGold” QSC-nin təşəbbüsü ilə 22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə ekoloji və maarifləndirici tədbirlər təşkil edilib.

"DogruXeber.az" xəbər verir ki, Beynəlxalq Yer Günü həftəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Ardını oxu...

Ardını oxu...

Aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib. Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aprelin 22-də isə “AzerGold”un rəhbər heyəti və əməkdaşlarının Abşeron rayonunun Qobustan kəndinin ərazisində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiyası təşkil edilib.

Ardını oxu...

Ardını oxu...

Ekskursiya çərçivəsində ərazidəki palçıq vulkanları barədə məlumat verilib, Səhmdar Cəmiyyətinin heyəti “Qılınc” palçıq vulkanını yaxından izləyiblər.

Kompleksdə planetimizin təkamül prosesini nümayiş etdirən eksponatlarla zəngin olan sərgi zallarında heyvanat aləminin tarixinə dair faydalı məlumatlar təqdim olunub.

Ardını oxu...

“Minerallar” sərgisində ölkəmizin fərqli bölgələrinə aid nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri, müxtəlif mineralların qarışıqlarından ibarət süxurlara baxış keçirilib.

Ardını oxu...

Qeyd edək ki, Beynəlxalq Yer Günü ilk dəfə 1970-ci ilin aprelin 22-də ABŞ-də qeyd olunub. Həmin vaxt 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək, öz mövqelərini ifadə edib. 2009-cu ildə isə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, “Beynəlxalq Yer Günü” hər il aprelin 22-də beynəlxalq səviyyədə qeyd olun
Ardını oxu...
"Azərbaycanda tikinti biznesi (çoxmərtəbəli yaşayış binalarının tikintisi) dərəbəyliyin hökm sürdüyü ən böyük sahədir. “Dövlət-özəl tərəfdaşlığı” bizdə varsa, əsasən elə bu sahədədir. Amma bu tərəfdaşlıq mənfi mənadadır. Məmurlar da qazanır, tikinti işbazları da. İtirən isə ölkəmiz və vətəndaşlarımızdır..." "DİA-AZ" bunu özünün araşdırma-yazısında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
"Çoxları bu sahənin necə işlədiyini bilmir. Odur ki, açıram sandığı – tökürəm pambığı..." fikrini davam etdirən hüquqşünas ilginc məqamlara ayna tutub:
"1. Tikinti işi ilə bizdə peşəkarlar, yaxud kifayət qədər vəsaiti olan şəxslər məşğul olmur. Sadəcə əlində bir neçə yüz mini olan işbazlar məşğul olur. Hamı pulunu harasa qoyub qısa müddətdə böyük qazanc götürmək istəyir. Tikinti sahəsi də ən uyğunudur.
Deməli, proses təxmini belə olur. Bir-iki nəfər fürsətçinin gözü düşür hansısa köhnə yaşayış binasına – orada yeni bina tikmək istəyirlər. Öyrənirlər ki, şəhər icra hakimiyyətindən (ŞİH) ilkin razılığın alınmasına nə qədər vəsait lazımdır. Sonra başlayırlar ətraflarına şəriklər toplamağa. Tutaq ki, 10 nəfər olurlar, hərəsi 500 min pul qoyur. Deməli, əllərində 5 mln manat var: bu pulla bina tikmək olmaz, xüsusilə məmurlara ödənilən böyük rüşvətlər fonunda. Buna görə də “maliyyə piramidası” işə düşür.
ŞİH pərdəarxası anlaşma əsasında qanunsuz olaraq sərəncam verir ki, işbazların gözü düşdükləri köhnə binanın altındakı torpağı bu on nəfərin yaratdığı hansısa “Evyıxan” MTK-nin istifadəsinə verir (sərəncam ona görə qanunsuzdur ki, binanın altındakı torpaq oradakı sakinlərin istifadəsindədir və başqasının istifadəsinə verilə bilməz). Sərəncamda gözdən pərdə asmaq üçün qeyd olunur ki, MTK sakinlərlə razılığa gəlməlidir (yeri gəlmişkən, bu məqamda tikiləcək binanın heç təsdiqli layihəsi də olmur: tam özbaşınalıqdır). Amma təbii ki, razılığa gəlinmir: sakinlərin böyük hissəsi çıxmaq istəmir. MTK həyasızcasına hüquq mühafizə orqanlarının, icra məmurlarının və məhkəmlərin əli ilə binanı qanunsuz olaraq sökür (guya bina qəzalıdır), sakinləri oradan qovur və söz verir ki, hər ay kirayə haqqı verəcək, yekunda isə onlara yeni binada mənzil verəcək.
Bütün bunları qanuni yolla da etmək olar: belə ki, torpağı dövlətdən alaraq tikiləcək binadakı mənzilləri qabaqcadan qeydiyyata aldıraraq gələcək mülkiyyətçilərinə vermək olar, amma etmirlər. Çünki bu halda pul məmurların cibinə deyil, büdcəyə gələcək, bu isə heç kəsə sərf etmir. Buna görə də keçmiş sakinlərlə dəyəri üzərində yazıldığı kağızdan çox olmayan müqavilələr bağlanır (bir müddətdən sonra heç kirayə haqqı da ödəmirlər). Onlar qovulduqdan sonra isə başlayırlar reklam kompaniyasına ki, kim indi buradan mənzil alsa, ona ucuz başa gələcək. Camaat da başlayır əksər hallarda heç normal təsdiqli layihəsi olmayan tikiləcək binadan mənzil almağa və heç bir hüquqi qüvvəsi olmayan müqavilə müqabilində bu işbazlara pul ödəməyə.
Elə ki, pul axını başlayır, şəriklər ilk növbədə çalışırlar ki, tikinti ilə yanaşı mayalarını çıxarsınlar. Axın güclü olduqda bina nisbətən tez (amma yenə də söz verildiyi müddətdən gec) tikilir. Əks halda, proses uzanır, çünki şəriklər gələn pulun başına daş salırlar. Sonra pul çatmır və başlayırlar bir mənzili bir neçə dəfə satmağa. Bütün bunları fiktiv direktor edir ki, axırda cinayət məsuliyyətinə də o cəlb olunsun. Bu arada ev tikilsə belə (bəzən heç tikilib bitirilmir və ya bəyan edildiyindən az mənzil olur), həm şəriklər arasında dava düşür (kimsə daha çox pul yeyir və s.), həm də bir mənzili bir neçə dəfə almış şəxslərlə MTK arasında. Hələ sökülmüş binanın sakinlərini demirəm. Yekunda direktoru həbs edirlər, pulunu itirmiş vətəndaşlara isə deyirlər ki, günahkar cəzasını aldı, pulunuz isə batdı. Ara yerdə məmurlar da işbazlardan yenə pul qoparır.
2. Yekunda mənzil yiyəsi olanlar sevinir ki, bəxtləri gətirdi (bəzən həmin şəxslər elə şəriklərin adamı olur: onların adına yekunda arxa tarixlə müqavilə qayırırlar və onlar da vicdanlı mənzil alanların üzünə durur ki, sizdən əvvəl almışam, mənzil mənimdir). Baxmayaraq ki, bina nəinki standartlara cavab vermir və xeyli problemi var, hətta mənzillərin sahəsi də bəyan edildiyi sahədən az olur.
3. Şəriklər tikilmiş binadan da əllərini çəkmirlər. Baxmayaraq ki, qanuna görə binanı mənzil mülkiyyətçiləri idarə etməlidir, MTK idarəetməni əldən vermir ki, əlavə gəlir götürsün. Bina üçün heç bir iş görmədən sakinlərdən pul yığırlar. Hətta ölkənin ən nüfuzlu tikinti şirkətləri (ən tanınmış holdinqlər) həyasızcasına mənzil alqı-satqısı müqaviləsinə bənd daxil edirlər ki, binanı tikəndən sonra da idarəetməni biz həyata keçirəcəyəik. Göz doymur axı! Yəni bu tanınmış holdinqlər əlbəttə yuxarıda qeyd etdiyim bütün bu özbaşınalıqları etmirlər, amma inhisarçı mövqelərindən sui-istifadə edərək mənzilləri çox baha satırlar və hər bir halda sonrakı idarəetməni də sakinlərə sırıyırlar.
Beləliklə, yekunda qazanan korrupsioner məmurlar və tikinti işbazları (şəriklər) olur. Fiktiv direktor da bir neçə il kurort şəraitində həbsxanada cəzasını çəkib çıxır. Ən böyük zərəçəkənlər isə əvvəlki binada mənzilini itirənlər və yeni binada mənzil üçün pul verib mənzil ala bilməyənlərdir.
Mənzil əldə edənləri də udmuş tərəf saymaq olmaz. Çünki bina keyfiyyətsizdir (şəhərin özünün infrastruktunun bərbad olması başqa söhbətdir – yağış zamanı görürük), mənzilin sahəsi azdır, idarəetmə elə bu işbazların əlindədir və s.
Üstəlik mənzili yaşamaq üçün deyil, guya sərmayə üçün alanlar ən acınacaqlı vəziyyətdədir. Çünki Azərbaycanda tikinti maliyyə piramidasıdır. Məmurlar və işbazlar əhalidən pul çıxarmaq üçün dayanmadan tikir və mənzilləri baha satır. Əhalinin pulu isə azala-azala gedir. Bizi yaxın 10 ildə gözləyən kəskin iqtisadi tənəzzül (neftimiz qurtarır, normal hüquqi və iqtisadi sistem yoxdur, başqa nə olmalıdır ki?!) nəticəsində daşınmaz əmlakın qiyməti guppultu ilə düşəcək. Və onda bu bərbad infrastrukturlu şəhərdə keyfiyyətsiz binalarda real dəyərindən qat-qat çox pul ödəmiş mənzil sahibləri dizinə döyəcək..."
Ardını oxu...
“4 aydır cənab Prezidentin fərmanını yerinə yetirə bilmirlərsə, büdcədən ayrılan 8 milyard hara gedir?!”

“Bu gün cənab Ali Baş Komandanın fərmanını yerinə yetirməkdə çətinlik çəkənlər hərbçiləri cəzalandıranda, yaxud onların əmək haqqını kəsəndə cəmi bir günə tətbiq edirlər”

Prezident İlham Əliyevin 27 yanvar 2025-ci il tarixli fərmanı ilə hərbi qulluqçuların maaşı 10 faiz artırılsa da, 4 aydır bu artım Müdafiə Nazirliyinin hərbçilərinə şamil olunmur. Bu haqda “Hürriyyət”ə müraciət edən hərbçilər məlumat verirlər.

Qeyd edək ki, Prezidentin fərmanında açıq şəkildə göstərilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

4. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir”.

Bununla belə, bu artım nəinki həbçilərə şamil olunub, üstəlik vəzifə maaşlarının yeni fərmana əsasən verilməməsi maddi yardım və sair ödənişləri də gecikdirir:

“Sizdən xahiş edirik ki, bu ödənişlər barədə şikayətimizi aidiyyəti qurumlara çatdırasınız. Bu gün cənab Ali Baş Komandanın fərmanını yerinə yetirməkdə çətinlik çəkənlər hərbçiləri cəzalandıranda, yaxud onların əmək haqqını kəsəndə cəmi bir günə tətbiq edirlər. 4 aydır cənab Prezidentin fərmanını yerinə yetirə bilmirlərsə, büdcədən ayrılan 8 milyard pul hara gedir?!

Ezamiyyət ödənişləri də 2024-cü ildən qalır, indiyədək ala bilmirik. Deyirlər ki, büdcədə pul yoxdur. Ezamiyyətə göndərəndə yemək pulu, otel pulu və yol xərcləri bizim cibimizdən gedirsə, hökümət niyə bunu nəzərə alıb, ödənişi tez vermir? Görünür, ordumuz çox acınacaqlı duruma düşüb…

Hazırda maaşdan başqa, heç nə ödənilmir. 13-cü, 14-cü maaşımızı da kəsiblər. Kabinetdə oturanlar yanvarın 31-də 13 və 14-cü maaşlarını, həvəsləndirici pul mükafatlarını aldılar, yenə biz – sıravi, amma şəhid olmağa namizəd hərbi qulluqçular – kənarda qaldıq.

Məgər biz Ermənistan ordusundan danışırıq? Bu, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günə torpaqlarımızı işğaldan azad edən qalib Ordudur. Bəs, qalib Ordu niyə sürünür? Vallah, biz hərbçiləri intihar həddinə çatdırıblar.

Cənab Prezident veteranlara qayğı göstərir! Amma biz o qayğını görmürük. Qayğı nədir, hətta az qala rəhbərlər bizi öz kabinetlərindən qovalar”.

Şikayətçilər deyir ki, Müdafiə nazirinin 13 dekabr 2024-cü il tarixli, 0182 nömrəli əmri ilə Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçulara və mülkü şəxslərə pul mükafatı (paket) verilməlidir. Lakin 1 vəzifə maaşı mislində mükafatdan yalnız hərbi hissə komandirləri, onların müavinləri, bölmə komandirləri, xidmət rəisləri 100 % və 80 % qismində yararlana bilirlər. Qalan hərbçilər isə yenə də kənarda qalır”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
“Mahal” Mənzil-Tikinti Kooperativinin (MTK) sədri İlqar Rəhimov yenidən cinayət məsuliyyətinə cəlb edilərək, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.

Bu dəfə məhkəmə qərarını icra etməməyə görə tikinti şirkətinin rəhbəri haqqında cinayət işi başlanıb.

Gununsesi.info-nun xəbərinə görə, 60 yaşlı İlqar Rəhimova məxsus şirkəti Azadlıq prospekti 158 ünvanında Şahlar Həsənova məxsus qarajı özbaşına dağıdıb.

Qaraj sahibi məhkəməyə müraciət edib. Məhkəmə vətəndaşın xeyrinə qərar çıxarsa da, tikinti şirkəti qərarı icra etmək istəməyib. Qərara əsasən, qaraj əvvəlki vəziyyətinə qaytarılmalı, sahibinə də 3400 manat pul ödənilməli idi.

+2021-ci ilin əvvəlində çıxarılmış bu məhkəmə qərarının icra olunmamasına görə “Mahal”ın rəhbərinə icra məmurları bir neçə dəfə xəbərdarlıq edib.

Nəticəsi olmadığına görə iki dəfə inzibati qaydada iş başladılıb. MTK sahibi əvvəl inzibati qaydada 5000 və 2000 manat olmaqla, iki dəfə cərimələnib. Buna da əhəmiyyət verməyib. Ondan sonra 2024-cü ildə barəsində Cinayət Məcəlləsinin 306.2 maddəsilə cinayət işi başlanıb.

Əldə etdiyimiz məlumata görə, İlqar Rəhimov haqqında bu, üçüncü cinayət işidir. Birinci dəfə onun haqqında sənəd saxtakarlığı ilə bağlı cinayət işi başlanıb. İkinci cinayət işi isə qanunsuz ağac kəsmə ilə bağlı olub. O işlə əlaqədar Amnistiya Aktı tətbiq edilib. Şirkət rəhbəri deyib ki, sökülmüş qarajın yerində 2 mərtəbəli yeraltı avtomobil dayanacağı və su anbarı inşa edilib, bu səbəbdən qərarın icrası mümkün olmayıb. Lakin onlar qarşı tərəflə artıq razılığa gəliblər. Zərərçəkmiş Şahlar Həsənov da bunu təsdiqləyib. O, ərizəsində göstərib ki, “Mahal” MTK ona bir müddət əvvəl yaşayış binasının yeraltı qarajında iki avtomobillik yer verib.

Zərərçəkmiş tərəfin şikayətçi olmadığı nəzərə alınıb və məhkəmə İlqar Rəhimov haqqında cinayət işinə xitam verib.
 
Ardını oxu...
Xalqı qumar faciəsinə sürükləyirlər - Əhalinin sosial vəiyyəti ağırlaşdıqca, daha tez və asan gəlir əldə etməyə çalışır. Ümidləri hər yerdən üzülən insanlar adətən ya falçıya, ya qumara, ya da cinayətə meyillənir. Bu bütün zamanlarda qəbul edilmiş toplum psixologiyasıdır.

Gəlirlərin az olduğu, işsizlik, sosial qayğılar insanları əlacsız hala gətirir. Və adətən də fırıldaqçılar bu vəziyyətdən məharətlə istifadə edirlər. Məsələn son zamanlar insa nların bank kartlarından daha çox şirnnikləndirici gəlirlər vəd edərək pullar oğurlanır. Səbəbi də qeyd etdiyimiz səbəb - ümidsizlik və ağır sosial durum.

İnsanların çətin anlarında onların ümidləri ilə qumar oynayan və bunu bütün ölkə boyu hər yerdə, hətta ərzaq dükanlarında da rahatlıqla həyata keçirirlər. Azərlotoreya indi Paytaxtda və regionlarda ərzaq dükanlarında da satılır. Şəhərdə küçə ticarəti ləğv edilib. Lakin Azərlotoreya hər tində bir, yox bir neçə loto satış nöqtəsi qura bilib.

Gəlin bir açıq sual düşünək - kənddə öz bostanında 5 kiloqram pomidor yetişdirən bir kəndli hansı metronun qarşısında o məhsulunu sata bilər?

Halal zəhməti ilə əkib becərdiyi 5 dəstə göyərtini hansı kəndli küçədə sata bilər?
Ardını oxu...
Sata bilməz. Çünki küçə ticarəti qadağandır. Sata bilməz, o zaman rəqabət yaranar, ucuzluq olar. Kəndlinin məhsulu tarlada qalıb zay olmaz. Nəticədə kəndlərdə məşğulluq artar. Nəticədə insanlar daha rahat şəkildə və ucuz meyvə-tərəvəz alarlar. Bu kimin xeyrinədir? Əlbəttə ki, sadə, kasıb, zəhmətkeş insanların. Lakin buna qadağa var. Azərlotoreya isə bu qadağadan AZADDIR. Orta məktəblərin önündə, Universitetlərin qarşısında, metro çıxışlrında, hətta daha çox kasıbların üz tutduğu OBA marketlərin kassalarında da satılır Pozqazan lotoreyaları...

Bəli məhz kasıblar alış veriş-etdiyi dükanların kassasında. Kassada onların son ümidlərini də əllərindən alırlar. İndi bir sual da açıq ifadə edək - o dükanlara gələn azyaşlılar, yetkinlik yaşına çatmayanların gözünün önündə qumar oyunu təbliğ etmək nə qədər doğrudur?

Həm də bilirsiniz harda, tam kassanın qarşısında uşaqlar üçün şokalad, saqqız, kiçik qablaşdırmada olan şirniyyatların tam yanında...

Görəsən buna kim icazə verib? Bunu kimsə dayandıracaq, ləğv edəcəkmi? Bəlkə biz yanılırıq... Bəlkə...

 
 
 
Ardını oxu...
Sabirabad rayonu Polad Tuğay kəndindən Faktinfo.az-a göndərilən məlumatda bildirilir ki,rayonun bəzi kəndlərində iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməsində ciddi çətinlik yaşanır.Heyvandarlıqla məşğul olan kənd sakinləri bu mövzuda çox narahatdırlar.

Şikayətçi rayonun Poladtuğay kənd sakini İntizam Hüseynov qeyd edir ki,iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsi onlarda narahatlıq yaradır.

"Mənim 14 baş iribuynuzlu mal-qaram var.Kənddə elə ailələr var 20,25 hətta 30 baş heyvanı var.Kənd sakinləri adından bildirirəm ki,kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu barədə ciddi düşünsün.Belə olmaz,mən heyvandarlıqda ciddi xəstəlikdən,qarayara xəstəliyindən bəhs edirəm. Bütün kənd sakinləri də mənim kimi narahatdırlar,onların adından bildirirəm ki,baytar həkiminin olmaması təkcə Sabirabad rayonu Poladtuğay kəndində narahatlıq yaratmır, bu rayonun Həşimxanlı,Çığırğan,Adadakənd,Safkoz kəndlərində də pis qarşılanır.

Sabirabad Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Fikrət Rəsulov məsələyə münasibət bildirib.

"Poladtuğay kənd sakini İntizam Hüseynovun narahatçılığından xəbərdaram.Onun yaşadığı və adını qeyd etdiyi kəndlərdə iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsinə mən də həssas yanaşıram.Düzgün qeyddir,iribuynuzlu mal-qara qarayara xəstəliyinə qarşı vaksinasiya edilməlidir.

Problem ondadır ki,qeyd edilən kəndlərə ali və orta təhsilli baytar həkim tapıb təyin edə bilmirik.Peşə təhsilli şəxsləri də işə götürməyə ixtiyarımız yoxdur,qanun yol vermir.Bildiyiniz qədər bu barədə ölkə rəhbərinin müvafiq sərəncamı var.Yəni problemin təməl prinsipi rayonun Polad Tuğay kənd sakini İntizam Hüseynova da izah etdiyim kimi,ali və orta ixtisaslı baytar həkim çatışmazlığıdır.Amma bununla belə çalışan qədər əlimizdən gələn köməkliyi kənd sakinlərindən əsirgəməyəcəyik."

Faktinfo.az
 
Ardını oxu...
Aprel ayının 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində təcili iclas keçirilib.

İclası izləyən mənbənin Tribunainfo.az-a verdiyi məlumata görə, iclas gərgin formada keçib. Gündəlikdə duran məsələ isə işçilərin işdən çıxarılması məsələsi olub. Belə ki, sahənin rəisi Elxan İsmayılov bir grup işçini öz kabinetində toplayaraq, onlardan öz ərizələri ilə işdən azad olunmalarını tələb edib və ərizə yazmayacaqları təqdirdə mayın sonunda əmək müqavilələrinə xitam veriləcəyini bildirib.
Ardını oxu...
Qeyd edək ki, işçilərlə məcburi şəkildə müddətli əmək müqaviləsi imzalanıb. Halbuki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İndi isə işəgötürən Elxan İsmayılovun yaxın adamı Qəzənfər Abdulazimov bundan sui-istifadə edərək, şəxsi qərəzi olan işçilərin müqaviləsinə xitam verməyə hazırlaşıb.

64 yaşı yeni taman olmuş işçilər təbii ki, buna haqlı etiraz ediblər və bildiriblər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət müəssisəsində çalışmanın yaş həddi 65-dir. Həm də müəssisədə onlardan daha yaşlı – 66, hətta 70 yaşı ötmüş işçilər də var. Lakin onlar Elxan İsmayılova yaxın adamlar olduğu üçün onları saxlayaraq, əvəzində hələ yaşı çatmamış işçiləri çıxarmaq istəyir.

Əmək münasibətlərində bu cür ayrı-seçkilik yolverilməzdir. İşçilər E.İsmayılovdan hansı səbəbdən işdən çıxarıldıqlarını soruşublar. Ondan rəsmi sənəd təqdim etməsini tələb ediblər. Lakin o sərt şəkildə bildirib ki, heç bir rəsmi sənəd yoxdur, əmr yuxarıdandır. İşçilər təbii ki, buna etirazlarını bildiriblər və birmənalı şəkildə ərizə yazmayacaqlarını qeyd ediblər. Bunu eşidən İsmayılov bərk qəzəblənib və deyib ki, “əgər ərizə yazmasaz, Almaza deyəcəyəm sizi işə buraxmasın”.
Qeyd edək ki, Almaz Əliyeva sahənin keçmiş insan resursları üzrə mütəxəssisi, törətdiyi korrupsiya əməllərinə görə bir il öncə vəzifəsindən azad edilib. Lakin Elxan İsmayılovun qara kassası olduğu üçün onu işsiz qoymayıb və “Çeşidləmə Təpəsi” adlanan fəaliyyət görstərməyən sexə mexanik qəbul edib və ona şərait yaradıb ki, Əliyeva yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyətinə davam etsin.

Beləliklə, iclasda Almaz Əliyeva da iştirak edib. E.İsmayılov işçiləri onunla hədələyib. Lakin işçilər bildiriblər ki, A.Əliyeva ümumiyyətlə insan resursları mütəxəssisi deyil, o müəssisədə qeyri-qanuni fəaliyyət göstərir, onun işçiləri işə buraxmamağa ixtiyarı yoxdur.

Bu variantın baş tutmadığını görən Elxan İsmayılov, bu dəfə sözü Almaz Əliyevaya verib. Sonuncuda işarəvermə və rabitə xidmətinin insan resursları üzrə mütəxəssisi Sevinc Məmmədovanın onun telefonuna göndərmiş olduğu səs yazısını işçilərə dinlətdirib. Sevinc Məmmədova səs yazısında bildirir ki, “kim ərizə yazmasa, onları təqdimat ilə qovun işdən, getsin”.

Bunlar sanki dövlət müəssisənin işçiləri deyil, quldur dəstəsi kimi davranırlar. Sanki əmək qanunvericiliyi, əmək hüquqları bunlara şamil deyil. Kifayət qədər rəğbət və hörmət qazanmış, uzun illər “Azərbaycan Dəmir Yollarında” çalışmış, sayılıb-seçilən dəmiryolçuların bu cür çirkin, reket üsullarla, hörmətsizcəsinə işdən çıxarmağa çalışırlar. Bu özbaşınalığa dözməyən iclas iştirakçılarının əksəriyyəti buna etiraz ediblər. İşçilərdən biri idarə müdürünün nəzərinə çatdırıb ki, ölkədə işsizliklə mübarizə tədbirləri görülür, bunlara ilk növbədə prezidentin müvafiq Sərəncamının icrasından irəli gələrək Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planının əsas istiqamətlərindən birini məşğulluq və sosial rifaha dəstək təşkil edir. Buraya dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi kimi tədbirlər aiddir. Bu yerdə Elxan İsmayılov onun sözünü kobudcasına kəsərək, soruşub ki, “nə prezident, prezindent deyirsən?”. Anası yaşında qadına qarşı kobudluq edərək, o, hər kəsə göstərməyə çalışıb ki, qərar onların seçiminə və arzusuna uyğun olmalıdır, vəssalam!

2 il öncə Elxan İsmayılov sahəyə rəis olundan sonra qoçuluq, heç bir rəsmiyyət olmadan, hədə-qorxu, təhdid, təzyiq gəlməklə 50 nəfər işçini ele bu cür üsullarla işdən azad edib.

Belə qənaətə gəlmək olur ki, həm ADY-də, həmdə Prezident Administrasiyasında ADY QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsində baş verənlərədən xəbərsizlik var. Bu qədər özbaşnalıqlar hardan qaynaqlanır və niyə bütün bu qanunsuzluqların qarşısı alınmır, məlum deyil.

Məsələnin ciddiyyətini nəzərə alaraq mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Mövzu ilə bağlı sorğumuzun cavablandırılacağı bildirilsə də, üzərindən 1 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, bizə heç bir cavab verilmədi.

Mövzunu diqqət saxlayır və yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.Tribunainfo.az
 
 
 

Dünyapress TV

Xəbər lenti