Ardını oxu...
Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası ilə bağlı yazı dərc etmişdik.

İddialara görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.

Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərman preparatlarının verilməsi iddiası ilə bağlı ilkin araşdırma başa çatıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin aidiyyəti üzrə əməkdaşları (tibb bacıları, böyük tibb bacıları və böyük mama vəzifəsində çalışan şəxslər, habelə Sığortanın təşkili və innovasiya şöbəsinin Aptek bölməsinin provizoru, Aptek bölməsinin müdiri) TƏBİB-ə dəvət edilərək izahatları alınıb:

“Həmin əməkdaşlar yayılan iddiaların həqiqəti əks etdirmədiyini və heç bir pasiyentə vaxtı keçmiş dərmanların verilmədiyini qeyd ediblər.

Sözügedən müəssisədə dərman sərfiyyatının qarşısının alınması məqsədilə istifadə müddətinin bitməsinə qısa vaxt qalmış dərman preparatlarının toplanması və aidiyyəti üzrə təhvil verilməsi qəti şəkildə tapşırılıb.

Məlumat üçün bildirək ki, dərman preparatları ilə davranış və onlardan istifadə qaydaları "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qeyd edək ki, dərman vasitələrinin son istifadə tarixi istehsalçı şirkət tərəfindən preparatların qablaşdırmasının üzərində qeyd edilir və dərman vasitələri həmin tarixə qədər istifadə edilə bilər.

İstifadəyə yararsız və son yararlılıq tarixi bitmiş dərman vasitələri isə müvafiq qayda və normalar çərçivəsində tibb müəssisələrindən toplanaraq utilizasiya edilməsi üçün aidiyyəti üzrə təhvil verilir”.
 
Ardını oxu...
Azərbaycanla Rusiya arasında gərginlik hələ də davam edir. Doğrudur, təyyarəmiz Rusiya tərəfindən vurulduqdan sonra iki ölkənin prezidentləri arasında telefon danışı baş tutub və eyni zamanda qarşılıqlı gediş-gəlişlər ciddi səviyyədə təmin olunub. Amma buna rəğmən hələ də rəsmi Bakının Kremldən ÜZR İSTƏ tələbi təmin olunmayıb, eyni zamanda Azərbaycan dövlətinə qarşı törədilmiş bu terror aktına görə, hər hansı maddi təzminat ruslar tərəfindən ödənməyib. Bu isə Bakı-Moskva münasibətlərinin yalnız sözdə istiləşməsinə işarə edir. Realda isə vəziyyət əvvəlki gərginliyini qorumaqdadır.

"DİA-AZ" bildirir ki, elə bu barədə Rusiyada yaşayan soydaşlarımız da gileylənirlər. Onların bu günlərdə sosial şəbəkələr vasitəsilə ictimailəşən müraciətlərində deyilir:

"Azərbaycana məxsus sərnişin təyyarəsi Çeçenistan üzərində vurulduqdan sonra bizə qarşı münasibət çox dəyişib. Hər yerdə sıxışdırılırıq. Əslində Ukrayna-Rusiya müharibəsi yenidən alovlandıqdan sonra bizimkilər hədəfdə idi. Amma son dövrdeə, yəni təyyarəmiz vurulandan sonra bu hücumlar daha da srətləşib.

Məsələn, ümumi Rusiya ərazisində bu ilin ilk 3 ayı ərzində 40-a yaxın azərbaycanlının obyektinin fəaliyyəti müxtəlif bəhanələrlə bağlanıb. Ayrı-ayrı yerlərdə ən aşağı işlərdə belə işləyib Azərbaycandakı ailəsinə qəpik-quruş yollayan soydaşlarımıza isə basqılar daha ciddidir. Onlar hətta məcburi qaydada Ukrayna-Rusiya müharibəsinə cəlb olunurlar. Bu vaxta qədər 300-dən artıq Azərbaycan vətəndaşı Rusiya tərəfindən cəlb olunduqları döyüşlərdə həlak olub.

Və ən acınacaqlısı isə odur ki, bu gün Azərbaycanın Rusiya hakimiyyətinə yaxın yetərincə nüfuzlu iş adamları var. Təbii ki, onların başında "Putinin dostu" olaraq tanınan iş adamı İlham Rəhimov dayanır. Amma nə olsun ki, İlham Rəhimov bu vaxta qədər nə hansısa azərbaycanlının obyektinin bağlanmasının qarşısını almayıb, nə də dostluğundan istifadə edərək küçələrdən oğurlanan soydaşlarımızln cəbhə xəttinə göndərilməsi prosesinin durdurulması ilə bağlı hansısa addımı atmayıb.

İlham Rəhimovu sosial şəbəkələrdə elə tərifləyirlər ki, guya o olmasaydı, Azərbaycan vətəndaşları Rusiyada məhv olardı... Amma fakt odur ki, o var deyə, bizi əzirlər və kim ki onun qılıncının altından keçməyibsə, gec-tez məhv edilir..."

YAZININ DAVAMI OLACAQ... Bizi izləməyə davam edin...

VİDEO

Ardını oxu...
   

 

“Aztikintiyol”a qarşı qərarın qəbulundan 1 il 4 ay vaxt keçir, amma şirkət qərarı icra eləmir”

Şabran sakini olan Məmmədtağıyevlər ailəsi bir neçə il əvvəl Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində ağır qəzaya düşüb.

Musavat.com xəbər verir ki, qəza nəticəsində 34 yaşlı Mehrab Məmmədtağıyev, onun həyat yoldaşı 28 yaşlı Ofelya Məmmədtağıyeva, onların 7 və 6 yaşlarında iki qızları yaralanıb, Yusif adlı 8 aylıq daha bir övladları isə qəza zamanı ölüb.

Mehrab Məmmədtağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili nasazlığa görə yolun kənarında saxlayıb. Bu zaman ətrafda iki yük maşını – Müstəcəb İsgəndərovun idarə etdiyi “MAN”la Niyaməddin Kərimovun sürdüyü “KamAZ” toqquşub. Zərbənin təsirindən “KamAZ” gəlib içində ailənin olduğu avtomobilə çırpılıb. Nəticədə Məmmədtağıyevlər ailəsinin başına belə bir faciə gəlib.

Araşdırmalardan sonra istintaqçılar belə nəticəyə gəlib ki, qəzanın baş verməsinə görə təqsirkar Müstəcəb İsgəndərovdur. O, cinayət məsuliyyətinə cəlb edilib. Onun idarə etdiyi yük maşını isə “Aztikintiyol” MMC-yə məxsus olub. Hadisə də şirkətin yükünü daşıdığı vaxt baş verib.

Bu üzdən Ofelya Məmmədtağıyeva şirkətə qarşı təzminat tələbilə iddia qaldırıb. Zərərçəkmiş deyir ki, qəza nəticəsində onun ailəsinə həm maddi, həm də ağır mənəvi zərər dəyib, övladını itirib. Buna görə isə sürücü ilə yanaşı, şirkət də məsuliyyət daşıyır.

Onun sözlərinə görə, “Aztikintiyol”a qarşı 40 min manat təzminat tələbilə məhkəmədə iddia qaldırıb. Lakin məhkəmə onun iddiasını qismən təmin edib. Şirkətin üzərinə zərərçəkmiş ailəyə 8 min manat təzminat ödəmək öhdəliyi qoyub:

“Bu qərarın qəbulundan bir il dörd ay vaxt keçir, amma indiyə qədər icra olunmayıb. Kağız üzərində qalıb. Şirkət bu kiçik məbləğdə təzminatı də ödəmək istəmir. Dəfələrlə qərarın icrası üçün məhkəmə icraçılarına da müraciət olunub. Onlar da deyir ki, bu şirkətlə bağlı başqa məhkəmə qərarları da var. O qərarlar da icrasını gözləyir. Bu, nə deməkdir? Vəkillərlə məsləhətləşmişik, deyirlər ki, insanların həyatı, sağlamlığıyla bağlı məsələlərə üstünlük verilməlidir”.

O da məlum olub ki, şirkətin nümayəndəsi təzminat tələbilə qaldırılmış məhkəmədə də iştirak etməyib və bu prosesə etiraz da göndərməyib.

Baş Dövlət Yol Polisi İdarəsinin məktubuna əsasən, “Aztikintiyol” MMC-nin mülkiyyətində 85 nəqliyyat vasitəsi və yarışqoşqular var.

“90-a yaxın maşını olan şirkət 8 min manatı ödəyə bilmir? Ya da ödəmək istəmir”, – şikayətçi deyir.

“Aztikintiyol” MMC 29 mart 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Mənüçöhr Əhədpur Xangah Əli oğludur.  İran əsilli Əhədpur Xangah tanınmış iş adamıdır. Onun şirkəti uzun illərdir Azərbaycanda tikinti sahəsində milyonlarla dəyəri olan dövlət layihələrinin icrasını həyata keçirib.

Əhədpur Xangahın xanımı isə azərbaycanlı model Diana Əhədpurdur. Diana Əhədpurun dünən Dubayda iştirak etdiyi restoranların birində spirtli içkilərdən hazırlanan bir qədəh kokteyli hərracda 70 min manata almağı ilə gündəmə gəlmişdi.

Məmmədtağıyevlər hərbçi ailəsidir, zaman-zaman müxtəlif bölgələrdə yaşayıblar. Mehrab Məmmədtağıyev Vətən müharibəsi iştiraçısıdır.

Qeyd etdiyimiz kimi adı çəkilən şirkət illərdir Azərbaycanda milyonlarla manat dəyəri olan layihələri icra edib. Hazırda şirkətin balansında milyonlarla manat dəyəri olan əmlakı, texnikası, nəqliyyat vasitələri var. Amma şirkət Azərbaycanda çıxarılan məhkəmə qərarını icra etmir. Heç məhkəməyə nümayəndə də göndərmir.

Maraqlıdır ki, icra orqanları məhkəmənin qanuni qüvvəyə minmiş qərarını niyə icra etmir? 2 ilə yaxın bir vaxt keçdiyi halda şirkət niyə heç bir məsuliyyətə cəlb edilməyib? Bununla bağlı rəsmi qurumlara sorğu ünvanlamışıq. Sorğunun cavabını da dərc edəcəyik.

 

İlkin Muradov
Musavat.com

 
 
 

Ardını oxu...

Bu gün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu keçirilir.

Musavat.com xəbər verir ki, forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edir.

Forum telekanallar və Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanır:

Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirak edir.

https://www.facebook.com/share/v/1Xw548hNuD/

https://x.com/presidentaz/status/1909834452617867586

https://youtube.com/live/_hiILgSEBv0?feature=share.

 
 
Ardını oxu...
“Kəpəz-M” MTK-nın sahibi, keçmiş deputat Mahir Aslanov Xırdalan sakini Hüseynağa Heydərovun 200 min manata yaxın pulunu qaytarmadığını iddia edir.

Bu barədə Ölkə.az-a şikayətçi Hüseynağa Heydərov məlumat verib.

Onun sözlərinə görə, bir neçə il öncə Xırdalanda “Kəpəz” MTK-ya məxsus 12 mərtəbəli binadan üç mənzil alıb:

“Sonra eyni mənzilləri başqalarına da satıb. Hətta mənim 1 mənzilə çıxarışım da olub. O mənzili götürüb başqasına satıb. Bizi sonra məhkəməyə verib, evlərimizin çıxarışını ləğv etdirdi. Biz Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya Məhkəməsi məsələni qüvvədə saxladı. Sonra biz Ali Məhkəməyə verdik. Çox yerə şikayət etmişik. Heç bir xeyri yoxdur.

Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını tamamilə ləğv edib. Ayın 14-ü Apellyasiya məhkəməsidir. Təzədən işə baxılacaq. Ali Məhkəmədən sonra qərar təsdiq olunsa, bizim evlərimiz demək olar ki, əlimizdən çıxır. 200 min manata yaxın pulum batacaq”.

Qeyd edək ki, ötən həftələrdə sabiq deputatın Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında “Kəpəz MTK”ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlər dayandırılıb.

Onu da əlavə edək ki, yerli mətbuatda yayılan məlumatlara görə, “Kəpəz MTK” sabiq millət vəkili Mahir Aslanova məxsusdur. Bundan başqa, onun biznesinə “Happy inn” hotel, “Kəpəz Hospital” və “Kəpəz Group”un da daxil olduğu bildirilir.
Ardını oxu...
"Sabiq gömrük şefləri Aydın Əliyev və Səfər Mehdiyevin Gömrük Komitəsinin sədri işlədikləri dönəmdə Azərbaycandan milyonlarla manat məbləğində vəsait çıxardıqları, həmin pullarla Avropanın bir çox ölklərində nəhəng biznes şəbəkəsi qurduqları heç kimə sirr deyil. Sadəcə mətbuatda bu haqda yüzlərlə məqalə dərc olunub ki, bu məqalələrdəki faktların təhlili ölkəmizdən çıxarılan pulların heyrətamiz dərəcədə çoxluğundan xəbər verir..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Dövlət Gömrük Komitəsinin sabiq sədrləri, eləcə də Bakı Şəhər Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovun Azərbaycandan çıxardıqları vəsaitlər Fransa, Böyük Britaniya, Almaniya, Polşa və digər ölkələrdə daşınmaz əmlak sektoruna, eləcə də xəstəxana və klinikalara, restoran və digər ictimai iaşə müəssisələrinə yatırılıb. Həmin müəssisələr bu gün də öz fəaliyyətini davam etdirməkdə, gömrük şeflərinə hər ay milyonlarla avro məbləğində vəsait qazandırmaqdadır. Bütün bu biznesi isə vaxtiylə gömrükdə işləyən, gömrük şeflərinə yaxınlığı ilə seçilən Rövşən adlı şəxs idarə edir.

Bir neçə ildir ki, Almaniyada yaşayan bu şəxs Avropadakı əlaqələrindən istifadə edərək keçmiş gömrük generallarının obyektlərinin idarəedilməsinə nəzarət etməkdə, “sabiqlərə” böyük pullar qazandırmaqdadır. Bu sədaqət və səriştəsinə görə isə onlar tərəfindən səxavətlə mükafatlandırılmaqdadır.

Yaxın günlərdə sabiq gömrük sədrləri və onların xaricdəki sərvətləri haqqında daha ətraflı məlumatlar təqdim edəcəyik. Ümid edirik ki, vaxtiylə Azərbaycandan oğurlanan bu pullar günlərin bir günü yenə dövlətimizə qaytarılacaq, doğma Qarabağımızın çiçəklənməsinə sərf ediləcək..."
Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ağdam rayonunun Rzalar kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ağdam rayonu Rzalar kənd orta məktəbinin tikintisinə 7 mart 2025-ci il tarixli ETİ-30/25 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 6 fevral 2024-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-3215/2024 saylı, həmçinin 19 iyul 2024-cü il tarixində tikinti layihəsinə dair 37670 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən məktəbin tikinti sahəsi 1 492,56 kvadrat metr, ümumi sahəsi 3 642,9 kvadrat metr, mərtəbələrinin sayı isə 1, 2 (+zirzəmi) olacaq.
Ağdam rayonu Rzalar kənd orta məktəbinə Dövlət Reyestri tərəfindən 14 mart 2025-ci il tarixli 60909028-1-2104-008322/0325 saylı kod verilib.
Ardını oxu...

Məlumat üçün bildirək ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ağdam rayonu Rzalar kənd orta məktəbinin tikintisinə bu ilin mart ayında icazə versə də, məktəbin tikintisinə daha əvvəl başlanılıb. Bu ilin fevral ayında rəsmi mətbuatda yer alan məlumatdan belə görünür ki, Ağdam rayonu Rzalar kənd orta məktəbinin tikintisi artıq yekunlaşmaq üzrədir.
Bundan başqa, tikintisinə bu ilin mart ayında icazə verilən məktəbin inşası ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə tender müsabiqəsi keçirilib və “AZ-CASPIAN CONSTRUCTION” MMC adlı şirkət tenderin qalibi olub. Nazirlik 2023-cü ildə məktəbin tikintisi ilə əlaqədar bu şirkətlə 2 milyon 778 min 782 manat dəyərində müqavilə imzalayıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həm əhaliyə çirkli su verir, həm də Xəzəri çirkləndirir
Dövlət Su Ehtiyatları Agentliyini, eyni zamanda, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini əhalinin ən çox şikayət etdiyi qurumlardan adlandırmaq doğru olardı. Buna əmin olmaq dövlət idarələrinin sosial media hesablarına diqqət yetirmək kifayətdir. Az qala heç vaxt müsbət rəy gözə dəymir. Abonentlər daim su qıtlığından, çirkli su verilməsindən şikayət edirlər. Su təsərrüfatına məsul qurumlar isə şikayətlərə ya gec reaksiya verirlər, ya da tamamilə laqeyd davranırlar. Bəzən eyni şikayətin aylarla yazıldığı, amma reaksiyasız qaldığı nəzərə çarpır.
Bizimyol.info xəbər verir ki, bu günlərdə sosial platformalarda İri Şəhərlərin Birləşmiş Su Təchizatının əhaliyə çirkli su verməsi ilə bağlı ardıcıl paylaşımlar diqqət çəkir. Sosial media istifadəçiləri ödənilən məbləğ müqabilində çox keyfiyyətsiz xidmətlə üzləşdiklərini yazırlar. Verilən su o qədər çirkli olur ki, hətta bunu pambıqla təmizləmək cəhdi də işə yaramır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı məsələyə aprelin 6-da münasibət bildirib. Açıqlamada deyilir ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

Su təsərrüfatı həm də Xəzəri şirkləndirirmiş. Bu, rəsmi səviyyədə elan olunub. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Qaradağ və Səbail rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edib. Dənizə axan sudan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu rəsmi təsdiqini tapıb.

Faktla bağlı akt və protokol tərtib edilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12 min 500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilib. Üstəlik, nöqsanların aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb.

Aytən, Bizimyol.info
 

Ardını oxu...
“Nirvana” və “Şərifoğlu kabab” restoranları səkinin əsas hissəsini zəbt ediblər.

Nizami rayonu Qara Qarayev prospekti 54, yerləşən ” Nirvana” və “Şərifoğlu kabab” restoranları piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.

Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.

Sakinlər bildirir ki, binanın 1 mərtəbəsini restoran etməkləri azmış kimi, səkini zəbt edərək özləri üçün ərazi düzəldib fəaliyyə göstərirlər. Gecə saatlarınadək müştərilər həyətdə otururlar.

Bunula bağlı aidiyyatı qurumlara müraciət etsəkdə heç bir tədbir görülmür.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DGK nə üçün yeni inzibati binaya köçmür ?
İşin içində böyük iş varmış
Uzun müddətdir ki, Dövlət Gömrük Komitəsinin inzibati binasının tikintisi başa çata bilmir. Azərbaycan reallığında olub ki bir mərkəzi icra qurumunun hesabına tikilən inzibati binaya başqası sahib çıxıb. Odur ki DGK-nın da hansısa qurumlarla birləşəcəyi fikirləri gündəmdən düşmürdü.
Az qala sabiq sədr Səfər Mehdiyevin dövründən hazır olan binaya köçün ləngiməsi səbəbləri ilə maraqlandıqda maraqlı bir mənzərə ilə rastlaşdım.
Qlobal Uptime İnstitutunun rəsmi internet resursundan görsənir ki, sən demə DGK yeni inzibati binada həm də Tier III səviyyəli nəhəng bir Data Mərkəz qururmuş.
Uptime İnstitutu Data Mərkzələrin performansını, etibarlılığını və səmərəliliyini artırmağa yönəlmiş qlobal bir təşkilatdır.
Data Mərkəzlərin dizaynı, tikintisi və fəaliyyəti üçün beynəlxalq səviyyədə qəbul edilmiş Tier Standartı da bu quruma məxsusdur.
İndi bu qurum deyir ki, DGK Tier III standartlı data Mərkəz qurur.
Maraqlı tərəf isə ondan ibarətdir ki, DGK-nın bu addımı Prezidentin Hökumət Buludu ilə bağlı Fərmanı ilə daban-dabana ziddir.
Həmin Fərmana görə səmərəlilik və optimallaşma, xərclərin azaldılması və təhlükəsizlik baxımından dövlət resursları vahid bir Hökumət Buludunda saxlanılmalıdır.
Son zamanlar da dövlət büdcəsindən Hökumət Buludunun operatoru olan AzİnTelecom şirkətinə hökumətin Tier III səviyyəli Data Mərkəzinin inkişafı üçün yetərincə vəsaitlər ayrılıb.
Elə bu günlərdə bu qurum, ölkədə 2-ci olan süni intellekt əsaslı Superkompüter Mərkəzinin qurulması ilə bağlı 7.5 milyonluq bir tender də elan edib.
Ardını oxu...
Yəni görünən odur ki, Prezidentin məlum fərmanında qarşıya qoyulan optimallaşma və səmərəlilik nəinki əldə edilib, əksinə dövlət büdcəsinin bu istiqamətdəki xərcləri daha da artıb.
Maraqlıdır ki, AzİnTelecom, RİNN də bu məsələyə münasibət bildirməyib.
Tier III standartı tələb edir ki, Data Mərkəzin mütləq backup (ehtiyat) Mərkəzi də qurulmalıdır. Yəqin bu yaxınlarda eşidərik ki DKG Yevlaxda, yaxud Hacıqabulda daha bir Mərkəz də quracaq.
Nə deyək, xeyirli olsun !
Ümid edirəm Prezident fərmanlarının icrasına nəzarət edənlər də baş verənlərin fərqindədir.
Osman Gunduz
TEREF
 

Dünyapress TV

Xəbər lenti