Ardını oxu...
"İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib". Bunu ötən ay Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov açıqlamasında deyib.
Bu məlumat o qədər adi təqdim edilib ki, sanki 5 min insan işsiz qalmayıb. E. Bağırov və nazirlik deyə bilər ki, sertifikasiyadan keçməyi bacaraydılar. Lakin onlara işsiz qaldığı bu müddətdə heç bir sosial təminat verilməməsi də qeyd olunmalıdır. Sözügedən 5 min müəllim hər ay maaş alırdı. Bu, həm də 5 min ailənin gəliri deməkdir. Ancaq elm və təhsil naziri Emin Əmirullayev təhsildə islahat adı ilə illərdir ki, heç bir iş görmədiyi halda, 5 min müəllimi işindən edib. Guya təhsildə hər şey ideal imiş, qalıb bircə "saqqal darağımız". Axı təhsildə zərrə qədər inkişaf yoxdur. Məktəblərdə tədrisin keyfiyyəti aşağı səviyyədədirsə, 5 min müəllimin kənarlaşdırılması hansı müsbət nəticələr verib? Əlbəttə, o müəllimlər imtahandan keçməyiblər, yəni çox zəif nəticələr göstəriblər, amma onlardan sonra təhsilin inkişafında dəyişiklik varmı? Yox!
Bəs 5 min müəllimdən sonra nazir Əmirullayev inkişaf üçün hər hansı proqram, strategiya irəli sürübmü? O da yox!
Deməli, bu sertifikasiya imtahanı keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Yəni təhsilin bazara çevrilməsi ilbəil genişlənir. Əmirullayev isə əvvəlki nazirlərdən bu mənada fərqlənə bilmədi: məktəblərdə pul yığımı, direktorların özbaşınalıqları, A4 vərəqində tutmuş hər xırda ehtiyac üçün valideynlərdən pul istənilməsi həmişə olub, bu gün də var. O zaman, məktəb şagirdlərə nə verir? Əvvəl-axır repetitor hesabına ali məktəbə daxil olacaqsa, məktəbin şagirdin həyatında təsiri yoxdur.
O baxımdan, 5 min müəllim sadəcə işsiz qalıb, başqa heç nə. Üstəlik, nə kompensasiya ödənilib, nə işlə təmin olunmaqda hansısa təkliflər verilib. 5 min insanı çörəksiz qoymaq düzgündürmü? Hər halda, Qərb ölkələrində belə etmirlər, onlar üçün sosial paket olur, yaxud hansısa müavinət verilir. Bizdə isə hər şey Əmirullayevsayağıdır...

Azər Talıbov
Anaxeber.info
 
 

 


Ardını oxu...
Azərbaycanın bir qrup fermeri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edib. Müraciətin “Hürriyyət”ə daxil olan mətnində bildirilir:

“Hörmətli Nazir!

Azərbaycanın kənd təsərrüfatı sektoru əsrlər boyu xalqımızın iqtisadi dayağı, ərzaq təhlükəsizliyinin qarantı və milli irsimizin ayrılmaz parçası olmuşdur. Lakin son illərdə bu strateji sektor məhz tətbiq edilən idarəetmə üsulları, qeyri-effektiv struktur dəyişiklikləri və məqsədyönlü islahatların çatışmazlığı səbəbindən həm məhsuldarlıq, həm də dayanıqlılıq baxımından ciddi sarsıntılar keçirir.

Son iki ildə həyata keçirilən islahatlar və struktur dəyişiklikləri

Son iki ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilmiş struktur dəyişiklikləri və islahatların fermerlərin real həyatına necə təsir etdiyini dərin elmi təhlillərlə ortaya qoymaq vacibdir. Əgər məqsəd kənd təsərrüfatının modernləşdirilməsi, məhsuldarlığın artırılması və fermerlərin rifahının yüksəldilməsi idisə, niyə sahədə geriləmə müşahidə edirik? Əksinə, qəbul edilən qərarlar fermerləri daha da ağır yük altına salır, onların maliyyə dayanıqlığını zəiflədir və ümumi kənd təsərrüfatı sektorunu çıxılmaz vəziyyətə sürükləyir. Bu islahatların elmi əsaslandırılması ilə bağlı dəqiq və şəffaf məlumat tələb edirik!

Kənd Təsərrüfatı Nazirliyinin strateji hədəfləri

Kənd təsərrüfatı hər bir dövlətin strateji sahəsidir və onun inkişafı üçün uzunmüddətli, dərin elmi əsaslara söykənən strateji yanaşma tələb olunur. Lakin görülən tədbirlər bu sahənin inkişafına deyil, daha çox kiçik və orta fermerlərin sıradan çıxmasına, böyük müəssisələrin isə süni üstünlüklər əldə etməsinə xidmət edir. Nazirlik olaraq sizin kənd təsərrüfatının gələcəyi ilə bağlı aydın və sistemli konsepsiyanız varmı?

Prezidentin Qayıdış Proqramına zidd qərarlar

Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə qayıdış proqramının əsas istiqamətlərindən biri kənd təsərrüfatının bərpası və kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların dəstəklənməsi idi. Lakin biz bunun əksini müşahidə edirik. Fermerlər üçün şəraitin yaxşılaşdırılması əvəzinə, onlara əlavə maliyyə yükü qoyulur, subsidiyalar çətinləşdirilir və torpaq istifadəsi ilə bağlı məhdudiyyətlər artırılır. Bu siyasət kimin maraqlarına xidmət edir?

Fermerlərə tətbiq edilən ödənişlər və şəffaflıq problemi

Əgər kənd təsərrüfatının inkişafına dəstək məqsədilə ayrılan vəsaitlər doğrudan da fermerlərə yönəldilirsə, niyə bu prosesdə şəffaflıq ciddi suallar doğurur? Fermerlərin ödədiyi vəsaitlər dövlət büdcəsinə yox, fərdi kart hesablarına yönləndirilirsə, bu qaydalar hansı qanuni və iqtisadi əsaslara dayanır? Kənd təsərrüfatı sektoru ilə bağlı qəbul edilən qərarların hesabatlılığı niyə təmin edilmir?

Torpaq tədqiqatlarının məcburi təkrar edilməsi

Dünyanın inkişaf etmiş kənd təsərrüfatı sistemlərinə nəzər saldıqda, torpaq analizlərinin hər beş ildən bir aparıldığı görünür. Lakin biz fermerlər hər il məcburi torpaq analizi etdiririk. Bu, fermerlər üçün əlavə maliyyə yükü olmaqla yanaşı, sahədə korrupsiya riskini də artırır. Nazirliyin bu qərarı hansı elmi əsaslarla müdafiə edilir? Əgər analizlər dövlət tərəfindən aparılmalıdırsa, bu laboratoriyalar hansı sertifikatlaşdırma qaydalarına cavab verir?

Nəticə və tələbimiz

Azərbaycanın kənd təsərrüfatı sektoru təkcə fermerlərin çörək mənbəyi deyil, həm də milli iqtisadiyyatın dirəklərindən biridir. Əgər biz bu sektoru inkişaf etdirmək istəyiriksə, sistemli və şəffaf idarəetməyə, elmi əsaslandırılmış qərarlara və fermerlərin maraqlarının real qorunmasına ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərə aydın və əsaslandırılmış cavablar təqdim etməli, fermerlərin rifahına xidmət edən islahatlar həyata keçirməlidir. Əks halda, bu sahənin süqutu qaçılmaz olacaqdır!

Hörmətlə,
Azərbaycanın Kənd Təsərrüfatı Sektorunun Fermerləri”.

“Hürriyyət”
 
 
 
Ardını oxu...
Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Soyqırım hadisəsindən 107 il ötür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.


Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.


1988-ci ildə deportasiya siyasəti davam etdirilib və Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı evlərindən qovulub.

Qeyd edək ki, mart qırğınları ilə bağlı 1919 və 1920-ci ildə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.


Qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib. ("Report")
 
Ardını oxu...
 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

Musavat.com xəbər verir ki, paylaşımda qeyd olunub:

"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!".

Ardını oxu...
Son dövrlərdə, bir çox “Azercell” istifadəçisi, şəbəkə daxili danışıq müddətlərinin qeyri-dəqiq hesablanması və qiymət artımları ilə bağlı narazılıqlarını bildirir. Bu şikayətlər əsasən müştərilərin hesablama metodlarına uyğun olaraq, zənglərin saniyə ilə ölçülməsi və onların müvafiq olaraq dəqiqə ilə əvəzlənməsi məsələlərinə aiddir. Müştərilər tərəfindən ən çox qarşılaşılan problem, şəbəkə daxili danışıq zamanı zəngin saniyələrinin necə hesablandığı ilə bağlıdır.
TEREF xəbər veri ki, moderator.az-a danışan iqtisadçı Rauf Qarayev deyir ki, Azercell-in apardığı marketinq siyasəti birtərəfli olaraq yalnız operatorun xeyrinə nizamlanır və burda müştəri məmnuniyyəti gözlənilmir:
“Operator burada qazanmaq istəyirsə, burada mütləq şəkildə müştərinin də fikri nəzərə alınmalıdır. Məsələn, müştəri 50 saniyəlik bir zəng edir və 5 dəqiqəlik istifadə etmiş kimi hesablanır. Bu, müştərinin həqiqətən istifadə etmədiyi zamanın itirilməsinə səbəb olur. Bu, müştərinin istifadəyə görə ödəməli olduğu məbləği artırır və eyni zamanda, şəbəkə xidmətlərindən tam yararlanmasına mane olur. Azercell-in tətbiq etdiyi bu zəng müddəti hesablanma metodları, şəbəkə daxili danışıq xərclərinin artmasına səbəb olur. Müştəri, 5 saniyəlik istifadə üçün belə, bir dəqiqə hesablanır və bunun nəticəsində qeyri-bərabər və əsasız ödəmələr edilir. Bu da, müştərinin gözlədiyi qiymət ilə ödədiyi qiymət arasındakı uyğunsuzluğu daha da artırır. Müştəri şəbəkə operatoruna müraciət etdikdə isə, bu şikayətlər statistik olaraq qeydə alınır və bəzən müştərilərə heç bir həll təklif olunmur. Müştəri ilə əlaqə, hər zaman operativ və səmərəli olmalıdır. Bu məsələnin həlli üçün, müştəri xidməti departamentlərinin zəng müddətləri və şəbəkə daxili istifadə qaydaları barədə məlumatlı olması vacibdir. Əks halda, müştəri yalnız şikayət verməkdən başqa, heç bir nəticə əldə etməyəcək. Monitorinq aparılmalı və zəng müştərilərə düzgün hesablanmalıdır. Mövcud vəziyyətin təkmilləşdirilməsi üçün operatorlar bu növ praktikalara yenidən baxmalıdırlar”.
İqtisadçı hesab edir ki, müştəri yalnız istifadə etdiyi zaman üçün ödəniş etməlidir:
“Məsələn, 5 saniyəlik zəng, 1 dəqiqəlik olaraq deyil, 5 saniyə olaraq hesablanmalıdır.
Qiymət artımları ilə bağlı daha şəffaf və müştəriyə məlumat verən strategiyalar tətbiq edilməlidir. Müştərilər bu artımların səbəbləri və nəyə görə tətbiq edildiyini aydın şəkildə anlamalıdırlar.
Şəbəkə xidmət təminatçıları müntəzəm olaraq xidmət keyfiyyətini və zəng hesablama sistemlərini izləməlidirlər. Bu, həm müştəri məmnuniyyətini artırar, həm də operatorların üzləşdiyi şikayətləri azaldar. Müştəri şikayətləri ilə daha dərindən maraqlanılmalı, şikayətlər müvafiq olaraq araşdırılmalı və nəticələr müştəriyə bildirilməlidir. “Azercell” və digər mobil xidmət təminatçıları, müştəri məmnuniyyətini artırmaq və şəbəkə xidmətlərinin daha ədalətli olmasını təmin etmək üçün zəng hesablama metodlarını təkmilləşdirməli və istifadəçi şikayətlərinə daha həssas yanaşmalıdırlar. Müştərilər, yalnız istifadə etdikləri zaman üçün haqq ödəniş etməli, həmçinin qiymət artımları və şəbəkə daxili zənglər barədə şəffaflıq tələb etməlidirlər”.
 
Ardını oxu...
“Fevralın 28-də Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi məktəbləri müəllimlərinin atestassiya imtahanı keçirildi.

Attestasiyadan keçməyən müəllimləri işdən uzaqlaşdırmağa başladılar. Lakin Cəsarət Valehov məktəbləri gəzərkən bildirmişdi ki, attestasiyadan keçə bilməyən müəllimlər işdən kənarlaşdırılmayacaq.

İclasda bildirmişdi ki, bu sadəcə müəllimlərin biliklərini yoxlamaq üçün keçirilən bir attestasiyadır. Ancaq indi imtahandan keçməyən müəllimlər işdən azad edilir. Mən musiqi müəlliməsiyəm, 33 illik əmək stajım var.

Pensiya yaşım da deyil, necə dolanım?”

TEREF xəbər verir ki, bu sözləri “Sitat.info”ya açıqlamasında 3 saylı musiqi məktəbinin müəllimi Qənimə Rəhimova deyib.

Q.Rəhimova bildirib ki, kurslara göndərilmədən, ikinci şansa vermədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar:

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 
Ardını oxu...
Paytaxtın Yasamal rayonunun “Kubinka” kimi tanınan ərazisində aparılan söküntü işləri ilə bağlı bir vətəndaş şikayət edib.
TEREF Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sakin şikayət videosu yayımlayıb.

O qeyd edib ki, “RR Construction” şirkəti vətəndaşların hərəkət etməsinin qarşısını almaq üçün evlərini blokadaya alıb:

“Hər yeri söküblər, yollarımızı bağlayaraq məhdudlaşdırıblar. Söküntü işləri Fuad İbrahimbəyov küçəsi 27 ünvanında aparılır. Bunu ona görə edirlər ki, insanlar buradan çıxa bilməsinlər. Artıq dərəbəyliyə başlayıblar”.

Qeyd edək ki, videogörüntüdə vətəndaşlar üçün həyati təhlükənin olduğu da müşahidə edilir.

Məsələ ilə bağlı şirkətin vəkili ilə əlaqə saxlasaq da, cavab ala bilmədik:

“İş günü deyil, 1-ci gün açıqlama verərəm”.

 
 
 
Ardını oxu...
"Günün günorta çağı Abşeron rayonu Masazır qəsəbəsində yolun tam kənarında qanunsuz tikinti başladılıb". "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında jurnalist Pərvin Abışova ifadə edib.

Bakıda "Melissa Group"un özbaşınalığı fonunda müşahidə olunan ictimai qınağa rəğmən hələ də özünü "Bağdadın kor xəlifələri" kimi hiss edən "İNŞAAT HƏVƏSKARLARININ" olmasına diqqət çəkən jurnalist daha sonra aidiyyatı qurum və şəxsləri hərəkətə keçməyə çağırır.

Jurnalist yazır: "Günorta vaxtı ağırtonajlı yük maşınları torpaq daşıyır. Hansı rəylə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi?

Günorta vaxtı kamazların şəhərə daxil olması qanunidirmi, Dövlət Yol Polisi?

İçməli su xətti zədələnib, su yola axıdılır, ey Azərsu Açıq Səhmdar Cəmiyyəti...

Adıçəkilən qurumlar niyə baş verənləri görməzdən gəlir?"
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti