Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    

Ardını oxu...
Dövlət Məşğulluq Agentliyi "Agro Best” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, müqavilədə inək, qoyun, qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 62 146 514 manatdır.

"Agro Best” QSC 2020-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 2010 manatdır. QSC-nin qanuni təmsilçisi İsmayılov Anar Əlif oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, mənzil 48-də yerləşir.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 65 milyonluq sifariş alan bu şirkətin hətta veb-səhifəsi də yoxdur.

"Agro Best” şirkəti 5 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq artıq 279 926 843,88 manatlıq satınalma müqaviləsi bağlayıb. Müqavilələrin hamısı Dövlət Məşğulluq Agentliyi ilə imzalanıb. Bu agentliyin özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara verdiyi mal-qara hər dəfə müzakirələrə səbəb olur.
Ardını oxu...
Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

“1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

1.1. Azərbaycan Respublikasının Prezidentinə:

1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

1.1.2. Cəmiyyətin icra orqanının yaradılması;

1.1.3. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

1.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

1.2.2. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;

1.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

1.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

1.2.5. bu Fərmanın 1.1-ci və 1.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

1.3.2. Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;

1.3.3. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.

2. Müəyyən edilsin ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb. İstintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova və digər şəxslər var.

"Trend”in yaydığı yeni məlumata görə, hazırda daxil olan müvafiq şikayət əsasında Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparılır.

Məlumata görə, Mərkəzdə ciddi qanun pozuntularına yol verilib: xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar.

Hətta Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib
Ardını oxu...
"Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur.

“Qafqazinfo”nun məlumatına görə, Hacıyev İlqar Allaz oğlu barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb.

İ.Hacıyev istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldadıb.

Bu yolla o, 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İ.Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib.

Ona xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Ardını oxu...
TEREF yazır ki, bu gün Bakı restoranlarından şikayətlərin ardı arası kəsilmir. Daha bir şikayət Mamajan Bakü restoranındandır. Sosial şəbəkə istifadəçisi Amil Hacıyev öz səhifəsində yazır:
"Amil Hacıyev
2 ч. ·
2 gün əvvəl Mamajan Bakü Nərimanovda saat 10:00 üçün səhər yeməyi sifariş etdik. 10:15-də yaxınlaşdıq məkana. Sən demə restoran bizim üçün sürpriz hazırlayıb. Məkanın önündə bir xanım ofisiant dibçəklərin dibini eşib açar axtarırdı. Sən demə nə aşbaz nə adminstrator təşrif buyurmayıb. Ofisiant da bizim kimi ağzını açıb baxırdı. Restoranın adminstratoru isə birinci zəngdən sonra telefonu bağlamaqla problemi özü üçün həll eləmiş oldu. Nə gözəl həll imiş))"

Amil Hacıyevin dediklərini təsdiqləyən daha bir sosial şəbəkə istifadəçisi Günel Şahmalıqızı yazır:
Ardını oxu...
"Günel Şahmalıqızı
Amil əksər restoranlar o vəziyyətədir. Vaxt itkisidir. Gözləyirsən xidmət yoxdur. Biz də yeni ildə Torqovıya səhər yeməyinə getmişdik. 3-4 restoran dəyişdik.Nəhayət 12:00 da Tavada restoranında səhər yeməyinə əyləşdik. 12:30 da yemək gəldi süfrəyə.Yəni nahar saatında səhər yeməyinə oturduq"

Adları çəkilən restoranlarında mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
Hacıqabul rayonunun Meyniman kənd sakini Orxan Vəliyev kəndin bələdiyyə sədri Sahil Ağayevdən şikayətçifir. "DİA-AZ" xəbər verir ki, onun iddiasına görə, bələdiyyə sədri kənd yaxınlığında örüş üçün ayrılmış 85 sot torpaq sahəsini qanunsuz olaraq ələ keçirib.

Şikayətçinin sözlərinə görə, Sahil Ağayev Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin bəzi əməkdaşları ilə birgə əlbir olaraq həyata keçirib və torpaq sahəsinin baza məlumatlarını saxtalaşdırıb.

Həmçinin Vəliyevin iddiasına görə bələdiyyə sədrinin həmin ərazidə ekologiyaya ciddi ziyan vurub. O bildirir ki, ərazidəki ağaclar həmin şəxslər tərəfindən qəsdən yandırılaraq yaşıllıqlar məhv edilir. Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini, lakin indiyə qədər heç bir tədbir görülmədiyini deyir. O, adiyyatı qurumlara müraciət edərək bu məsələni araşdırılıb, həmin şəxslərin qanunsuz əməlləri barədə tədbir görmələrini xahiş edir.
 
Ardını oxu...
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının həkimləri bir neçə aydır əməkhaqlarını ala bilmirlər. Bununla bağlı xəstəxana kollektivi arasında narahatlıq yaranıb.
TEREF Bizim.Media-ya istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödənişləri vaxtlı-vaxtında həyata keçirir, lakin Tədris-Cərrahiyyə Klinikası tərəfindən müvafiq ödənişlər vaxtında verilmir.

Mənbə bildirir ki, Tədris-Cərrahiyyə Klinikasında texniki təminatla bağlı da problemlər var. Belə ki, sözügedən xəstəxanada MRT və anjio aparatları işləmir.

Məsələ ilə bağlı Bizim.Media Tədris-Cərrahiyyə Klinikasına sorğu ünvanlayıb. Xəstəxanadan sorğumuza cavab olaraq bildirilib ki, klinikada bütün tibbi heyətin, o cümlədən həkimlərin əməkhaqları vaxtında ödənilir:

“Müraciətdə qeyd olunan məsələyə gəldikdə isə, bəzən həkimlərə verilən bonusların gecikməsi halları yaşana bilir. Bunun səbəbi ay ərzində bonusların hesablanması məqsədilə reyestrlərin yoxlanılması prosesinin müəyyən vaxt tələb etməsi ilə əlaqədardır”.

Mövzunu diqqətdə saxlayacağıq.
 
           
Ardını oxu...
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

TEREF“Trend”ə istinadən xəbər verir ki, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb.

İstintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova və digər şəxslər var.

Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Belə ki, xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib.

Hətta Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

Agentlik tərəfindən sözügedən məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib, lakin hələ cavab alınmayıb.

Fotoda Nərmin İsmayılova
Ardını oxu...

Fotoda Vəfa Kərimova
Ardını oxu...

Fotoda Ülviyyə Əhmədova
Ardını oxu...
 
Ardını oxu...
Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə verilmir ki, insanlar minimal standartlara cavab verən evlərdə insan kimi yaşasın, kanalizasiya xətləri çəkilsin, yollar abadlaşdırılsın.

Bu sözləri ƏHD Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Keçən il evlərini su basmış insanlar - onların arasında yaxından tanıdığım çoxlu insan var idi - evlərindən suyun yanğınsöndürən maşınlarla çəkilməsi üçün kömək istəyirdi. Biz onlara necə kömək edə bilərdik? Hər dəfə deyilir ki, bu proses yaxın vaxtlarda başlayacaq, amma illər keçir, heç nə başlamır. Bakı şəhərinin Baş Planı təsdiq olunub, niyə mənzil tikintisinə icazə səlahiyyətləri yerli hakimiyyət orqanlarına verilmir? Bir neçə il öncə pilot layihələr kimi İH başçılarına tikintiyə icazə səlahiyyətləri veriləndə Nəsimi, Nərimanov kimi rayonlarda evlərin 1 kvadratmetrinin qiyməti 1000 manat idi. İndi həmin ərazilərdə ən azı 2500-3000 manatdır. O zaman minlərlə ailə mənzil şəraitini yaxşılaşdırdı. Bu gün tikinti şirkətlərinə icazə verilsə, bu sahəyə əlavə olaraq milyardlarla dollar investisiya qoyuluşuna, onminlərlə insanı tikintidə və əlaqəli sahələrdə işlə təmin etməyə nail ola, büdcəyə yüzmilyonlarla əlavə vəsait cəlb edə bilərik. Əminəm ki, hökumət üzvləri də bunu bilir. İstərdim hökumət Milli Məclisə məlumat versin ki, mənzil tikinisi niyə azalıb və bu sahədə vəziyyəti dəyişmək üçün yaxın vaxtlarda hansı addımlar atmaq planlaşdırılır?” – millət vəkili qeyd edib. \\Axar.Az
 

Dünyapress TV

Xəbər lenti