Ardını oxu...
Tibbi geyim və vasitələr üzrə ixtisaslaşmış “GİLL MED” QSC ötən il 13 tenderin qalibi olsa da, 2025-ci ilə sürətlə başlayıb. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, sözügedən şirkət ötənilki tenderlərdən 1 milyon 17 min 447 manat manat pul qazanıb.

Daha doğrusu, bağlanılmış müqavilələrin məbləğu bu qədər olub. Bu ilin ilk 3 ayında isə “GİLL MED” MMC 5 tenderin qalibi olub. Və bu müqavilələrin ümumi dəyəri isə 386 min 985 manat təşkil edib.

Şirkətlə bağlı araşdırmalardan o da məlum olub ki, onlar əsasən tibb sektoru ilə çalışsalar da, bu sahəyə aidiyyatı olmayan qurumlarda müxtəlif geyimlər satıblar. Məsələn, “Aztelekom”, Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi, Naxçıvan Yol Təchizat MMC, Dənizkənarı Bulvar İdarəsi bu qəbildən olandır.

Qeyd edək ki, “GİLL MED” QMKİDK-ə ötən il 98 min 379 manatlıq parça satıb. Naxçıvan Yol Təchizat MMC-yə isə işçi geyim dəstləri verib ki, bunun da müqabilində 42 min 567 manat əldə edib. Dənizkənarı Bulvar İdarəsi ilə isə xüsusi geyim və fərdi mühafizə vasitələrinin satınalınmasına dair müqavilə imzalanıb və onun dəyəri 26 min 296 manat olub.

“GİLL MED”in ən sevimli partnyorları sırasında isə “Aztelekom” dayanır. Çünki şirkət bu dövlət qurumunun bir ildə iki tenderini udub. Tibb sahəsinə aid olmayan bu quruma şirkət işçi heyyəti üçün 32.6 min manatlıq geyim və 166 min 644 manatlıq isə “FMV qış geyimləri uniformaları” satıb.

Maraqlıdır ki, adlarını sadaladığımız dövlət qurumlarının heç birinin tibb sahəsi ilə əlaqəsi yoxdur. Hərçənd “Gill Med” məhz tibbi geyim, ləvazimat və avadanlıq sahələri üzrə ixtisaslaşıb. Əgər belədirsə, o zaman bu qurumlar sözügedən şirkətdən niyə geyim və parça alsınlar ki? Hansı maraq onlar Gill Medlə bu qədər yaxın edib? Halbuki ölkədə geyim sahəsi üzrə ixtisaslaşmış onlarla peşəkar şirkətlər var.

Bu ilin ən bahalı tenderi isə “Şahdağ Turizm Mərkəzi” QSC və Səhiyyə Nazirliyi ilə baş tutub. Tribunainfo.az xəbər verir ki, “Gill Med” “Şahdağ Turizm Mərkəzi”nə 190 min 735 manatlıq yumşaq inventar, yataq ləvazimatı və tekstil malları satıb. Səhiyyə Nazirliyi ilə anlaşma isə özünə qulluq məhsullar paketinin (gigiyenik paketin) alınması olub. Bunun üçün də nazirlik şirkətlə 106 min 950 manatlıq müqavilə bağlayıb.

Bildirək ki, “Gill Medd” 2020-ci ildə yaradılıb. Şirkətin nizamanmə kapitalı 2002.50 manat təşkil edir. Qanuni təmsilçi Rüstəm Məmmədov Xudu oğludur.
Ardını oxu...
Astara rayonu, Şiyəkəran kənd sakini Fətəliyeva Şəlalə Zöhrab qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 2014-2015-ci illərdə qonşuluqda yaşayan Elnur adlı şəxs Tacirə Orucəli qızı və tanışları Talıbov Elşən Talıb oğlu ilə birgə onları aldadaraq, bankdan adlarına külli miqdarda kredit götürüblər:

“Mən, Fətəliyeva Şəlalə Zöhrab qızı yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, uşaqlarımı atasız böyütmüşəm. Çox əziyyətlər çəkmişəm. Ali savadım yoxdur. Oğlumun biri xaricdə yaşayır, xəstədir. Digəri hazırda əsgərlikdədir. Üçüncü oğlumun isə beli sınıb, əlildir.

Məlumat verim ki, yuxarıda adlarını çəkdiyim dələduzların toruna təkcə mən düşməmişəm, mənim kimi 540 ailə də onların fırıldaqçılığının əziyyətini çəkir. Hansı ki, bu şəxslər “Bank Respublika”dan adımıza külli miqdarda pullar götürüblər, bizim isə bundan xəbərimiz olmayıb.

Həmin şəxslərdən biri ölüb, biri isə tutulub. Digərləri isə hazırda kənddə yaşayırlar.

Qeyd edim ki, başımıza gələnlərin hamısı kasıbçılıqdandır. Deməli, 2014-2015-ci illərdə qonşum Elnur və Tacirə bizə təklif etdilər ki, bir yer var, gedək ora, siz sadəcə sənədə qol çəkəcəksiniz, bunun qarşılığında hərənizə 100 manat veriləcək.

Ağlımıza gəlməyən başımıza gəldi. Gedib qol çəkdik, çıxdıq. Amma hər birimizə, söz verildiyi kimi 100 manat yox, 50 manat verildi. Həmin vaxtı başa düşmədik ki, bu dələduzlar bizim adımıza bankdan pul götürür. Biz soruşanda isə bank əməkdaşı dedi ki, müştəri yığmaq üçün sizin adlarınızı qeyd edirik. Biz də inandıq.

Sonradan pullar ödənilmədiyi üçün bank bizi məhkəməyə verib. Heç bu məhkəmələrdən də xəbərimiz olmayıb. Sadəcə, kim kartla dövlətdən maaş, pensiya və müavinət alırdısa, həmin şəxslərin puluna bank əl qoymuşdu.

Mən də uşaqlarımı atasız böyütdüyüm üçün dövlət tərəfindən verilən yardımın bir hissəsini hazırda bank tutur. Kimlərinsə dələduzluqla alıb yediyi pulu hazırda bank mənə ödətdirir. Kimə, hara müraciət edəcəyimi bilmirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

    
Ardını oxu...
"Şəxsi təcrübəmdən tam məsuliyyətlə deyə bilərəm ki, tikinti şirkətləri vətəndaşların mülkiyyət hüquqlarını vandalcasına qəsb etmək gücünü Bakı şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarından alırlar". "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında Yasamalda vətəndaşın evinin içində yaşayış ola-ola qanunsuz şəkildə sökülməsi hadisəsinə münasibət bildirən tanınmış jurnalist, citimai fəal Fərid Şahbazlı qeyd edib.

"Ailəmiz 2 ildən artıq müddətdə belə şirkətlərdən birinin özbaşına hərəkətləri və qanunsuz əməlləri ilə üz-üzə qalmışdı..." deyə şəxsi təcrübəsindən sitat gətirən jurnalist daha sonra əlavə edib: "Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və hazırki deputat, Nəsimi rayon İcra Hakimiyyətinin keçmiş başçısı Asif Əsgərova dəfələrlə yazılı, şifahi və media üzərindən müraciətlər etsəm də, hətta ailəmizi və onlarla qonşunu bir dəfə də olsun dinləmək ehtiyacı hiss etmədilər. Əksinə digər dövlət qurumlarına barəmizdə yalan və böhtan cavablar verməklə məşğul oldular".

Yəni anlaşılanı budur ki, suçlunu uzaqda deyil... elə Yasamalda əslində bütün olaylardan sorumlu olan icra hakimiyyətinin binasında axtarmaq lazımdır. Hər halda, cənab Prezident Elşad Həsənovu Yasamal rayon icra hakimiyyətinin başçısı postuna papağını günə yandırması üçün təyin etməyib...

Yəni ortada bir günah varsa, deməli, GÜNAHKAR DA BAŞÇILARDIR... Konkret Yasamala gəlincə isə BAŞÇI İSƏ ORTADA DEYİL...
Ardını oxu...
Xəbər verdiyimiz kimi, “Melissa Group” tikinti şirkətinin işçiləri bu gün paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb və araşdırma aparılır.

“Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov, baş direktoru isə Xəzər Məmmədovdur.
Qeyd edək ki, “Melissa Group” dəfələrlə bu cür qalmaqalların mərkəzinə gəlib. Maraqlısı isə odur ki, şirkətdən narazı olanlar yalnız evi başına uçurulan, lazımı kompensasiyanı ala bilməyənlər deyil, həm də “Melissa Group”un xidmətindən istifadə edənlər, ondan ev alanlardır.
Bakupost.az -ın araşdırmasına görə, vəziyyət o həddə çatıb ki, “Melissa Group”a daxil olan MTK-ların yüz cür fırıldağından bezən sakinlər müxtəlif sosial şəbəkələrdə səhifə və kanallar yaradıblar. Məsələn, Facebook-da "Melissa Park(ASP MTK) kompleksinin şikayətçi sakinləri" adlı qrup yaradılıb. YouTube-da da eyni adlı kanal açılıb. İstifadəçilər tez-tez bu səhifə və kanallarda “Melissa Group”un özbaşınalıqlarını əks etdirən yazı, foto və videomaterialları paylaşırlar.
Bəs, “Melissa Group” sakinlərin başına hansı oyunları açır?
Bakupost.az bununla bağlı yaxın keçmişə aid olan bəzi faktları təqdim edir.
Birinci fakt. Bir müddət əvvəl Həsən bəy Zərdabi prospekti, 92 A ünvanında yerləşən “ASP” MTK (ticarət nişanı “Melissa Group”) yaşayış kompleksinin sakinləri yaşadıqları binada əsassız qiymət artımından şikayət edirdilər.
Sakinlər bildirirdilər ki, sözügedən yaşayış kompleksinin qarajında standart parkinq yerləri üçün aylıq ödənişlərin 75 manatdan başlayacağı qeyd edilən elan vurulub. Halbuki buna qədər parkinq yerləri üçün aylıq ödəniş 50 manat idi. Beləliklə, “ASP” MTK parkinq üçün qiymətləri birdən-birə 25 manat qaldırmışdı. Amma bu hələ harasıdır? Sakinlərin dediyinə görə, illərdor aylıq ödəniş edilən zaman onlara heç bir sənəd verilmir. Bu səbəbdən dəxidmət göstərən tərəfi rəsmi şəkildə müəyyənləşdirmək mümkün deyil. İkincisi, 75 manat müqabilində göstərilən xidmətin məzmunu və xidmət göstərən tərəfin öhdəlikləri də bəlli deyil. Üçüncüsü, sakinlər faktiki olaraq, yaşadıqları binaya girmək üçün şlaqbaumun qaldırılmasına görə pul ödəməyə məcbur edilirdilər. Dördüncüsü, bu üsulla şirkət vergidən yayınır və dövlət müdcəsinə ödənilməli olan külli miqdarda pul mənimsənilir.
İkinci fakt. ASP MTK-nın istifadəyə verdiyi binalardan birində CityNet provayderinin xidməti heç bir səbəb göstərilmədən ləğv edilib. Əvəzində isə sakinlər "Melissa Group"un provayderinə (Sline) qoşulmağa məcbur ediliblər.
Üçüncü fakt. "Melissa Group" istifadəyə verdiyi əksər binalarda sakinlərin binanın idarəçiliyi üçün MMC yaratmasına müxtəlif üsullarla mane olur, əvəzində özü MMC yaradır və istismara verilmiş binaların idarəçiliyindən də xeyli qazanc əldə edir. Buna nail olmaq üçün şirkətin işçiləri özlərini sakin və ya qonşu kimi təqdim edir, imza topalyırlar. Bu alınmayanda isə onlar imzatoplamanı guya MTK-nın ləğvi bəhanəsilə həyata keçirirlər. Sakinlərin dediyinə görə, bu MMC-lər heç də xidmət göstərmək üçün deyil, onları soymaq üçün yaradılır.
Əlbəttə, bu, sakinlərin "Melissa Group"la bağlı narazılıqlarının cüzi bir hissəsidir. Neçə illərdir, dövlət qurumları sakinlərin bu kimi şikayətinə baxmadıqları üçün "Melissa Group" artıq içində insanların yaşadığı binanı onların başına yıxmaqdan belə çəkinmır.

 
 
 
Ardını oxu...
Son dövrlərdə, bir çox “Azercell” istifadəçisi, şəbəkə daxili danışıq müddətlərinin qeyri-dəqiq hesablanması və qiymət artımları ilə bağlı narazılıqlarını bildirir. Bu şikayətlər əsasən müştərilərin hesablama metodlarına uyğun olaraq, zənglərin saniyə ilə ölçülməsi və onların müvafiq olaraq dəqiqə ilə əvəzlənməsi məsələlərinə aiddir. Müştərilər tərəfindən ən çox qarşılaşılan problem, şəbəkə daxili danışıq zamanı zəngin saniyələrinin necə hesablandığı ilə bağlıdır.
Moderator.az-a danışan iqtisadçı Rauf Qarayev deyir ki, Azercell-in apardığı marketinq siyasəti birtərəfli olaraq yalnız operatorun xeyrinə nizamlanır və burda müştəri məmnuniyyəti gözlənilmir:
“Operator burada qazanmaq istəyirsə, burada mütləq şəkildə müştərinin də fikri nəzərə alınmalıdır. Məsələn, müştəri 50 saniyəlik bir zəng edir və 5 dəqiqəlik istifadə etmiş kimi hesablanır. Bu, müştərinin həqiqətən istifadə etmədiyi zamanın itirilməsinə səbəb olur. Bu, müştərinin istifadəyə görə ödəməli olduğu məbləği artırır və eyni zamanda, şəbəkə xidmətlərindən tam yararlanmasına mane olur. Azercell-in tətbiq etdiyi bu zəng müddəti hesablanma metodları, şəbəkə daxili danışıq xərclərinin artmasına səbəb olur. Müştəri, 5 saniyəlik istifadə üçün belə, bir dəqiqə hesablanır və bunun nəticəsində qeyri-bərabər və əsasız ödəmələr edilir. Bu da, müştərinin gözlədiyi qiymət ilə ödədiyi qiymət arasındakı uyğunsuzluğu daha da artırır. Müştəri şəbəkə operatoruna müraciət etdikdə isə, bu şikayətlər statistik olaraq qeydə alınır və bəzən müştərilərə heç bir həll təklif olunmur. Müştəri ilə əlaqə, hər zaman operativ və səmərəli olmalıdır. Bu məsələnin həlli üçün, müştəri xidməti departamentlərinin zəng müddətləri və şəbəkə daxili istifadə qaydaları barədə məlumatlı olması vacibdir. Əks halda, müştəri yalnız şikayət verməkdən başqa, heç bir nəticə əldə etməyəcək. Monitorinq aparılmalı və zəng müştərilərə düzgün hesablanmalıdır. Mövcud vəziyyətin təkmilləşdirilməsi üçün operatorlar bu növ praktikalara yenidən baxmalıdırlar”.
İqtisadçı hesab edir ki, müştəri yalnız istifadə etdiyi zaman üçün ödəniş etməlidir:
“Məsələn, 5 saniyəlik zəng, 1 dəqiqəlik olaraq deyil, 5 saniyə olaraq hesablanmalıdır.
Qiymət artımları ilə bağlı daha şəffaf və müştəriyə məlumat verən strategiyalar tətbiq edilməlidir. Müştərilər bu artımların səbəbləri və nəyə görə tətbiq edildiyini aydın şəkildə anlamalıdırlar.
Şəbəkə xidmət təminatçıları müntəzəm olaraq xidmət keyfiyyətini və zəng hesablama sistemlərini izləməlidirlər. Bu, həm müştəri məmnuniyyətini artırar, həm də operatorların üzləşdiyi şikayətləri azaldar. Müştəri şikayətləri ilə daha dərindən maraqlanılmalı, şikayətlər müvafiq olaraq araşdırılmalı və nəticələr müştəriyə bildirilməlidir. “Azercell” və digər mobil xidmət təminatçıları, müştəri məmnuniyyətini artırmaq və şəbəkə xidmətlərinin daha ədalətli olmasını təmin etmək üçün zəng hesablama metodlarını təkmilləşdirməli və istifadəçi şikayətlərinə daha həssas yanaşmalıdırlar. Müştərilər, yalnız istifadə etdikləri zaman üçün haqq ödəniş etməli, həmçinin qiymət artımları və şəbəkə daxili zənglər barədə şəffaflıq tələb etməlidirlər”.
 
Ardını oxu...
Ölkədə əksər dövlət qurumları il ərzində heç də kiçik olmayan məbləğlərdə dəftərxana ləvazimatları alırlar. Tribunainfo.az xəbər verir ki, bu məsələdə ən aktiv şirkətlər sırasında “A4 Ofis” MMC və “GREY GROUP” MMC dayanır.

Sayt olaraq “GREY GROUP” MMC ilə bağlı geniş araşdırma apardıqada məlum oldu ki, bu şirkətə ötən il 17 tenderin qalibi olub. Həmin müsabiqlər üzrə dövlət qurumlarına 2 milyon 219 min 701 manatlıq dəftərxana ləvazimatı, təsərrüfat malları və promo məhsullar satılıb.

Qeyd edək ki, şirkət bu ilin ilk üç ayında da fəal olub. Bu üç ayda 3 tender udub. Onların ümumi məbləği isə 787 min 503 manat təşkil edib.

Rəsmi məlumatlardan belə görünür ki, “GREY GROUP” MMC-nin ötən il ən çox satınalma müqaviləsi bağladığı dövlət qurumu Ədliyyə Nazirliyi olub. Belə ki, şirkətlə nazirlik arasında ötən il üç müqavilə imzalanıb. Dəftərxana ləvazimatlarından tutmuş, katriclərin alınmasına qədər bütün işləri əhatə edən prosesdən şirkət 757 min 880 manat qazanıb.

Bahalı tenderlər sırasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də var. Rəsmi qaynaqlarda sözügedən şirkət bu qurumun iki tenderinin qalibi olub. “GREY GROUP”dan 226 min 896 manatlıq promo məhsulları və çap xidmətləri satın alan KOBİ, ardından dəftərxana ləvazimatları və təsərrüfat malları üçün 225 min 997 manat xərləyib.

İlkin araşdırmalardan belə anlaşılır ki, “GREY GROUP” təkcə, iki dövlət qurumundan bir il ərzində keçirilən tenderlərin 25 faizini alsa da, qazndığı pul ümumi məbləğin 50 faizini təşkil edir. Belə ki, 2.2 milyion manatlıq ümimi tenderlərin 1 milyon 210 min 773 manatı məhz Ədliyyə Nazirliyi ilə KOBİ-nin tenderlərindən əldə olunub.

Maraqlı məqamlardan biri də odur ki, “Grey Group” MMC təkcə dəstərxana məhsulları satmayıb. Şirkət hətta bəzi dövlət qurumlarına ərzaq məhsullarının alınmasında da yardımçı olub. Məsələn, 03.04.2023-cü il tarixində bağlanılmış müqaviləyə əsasən “Grey Group” MMC Dövlət Neft Fonduna 38 973 manat dəyərində “Ərzaq məhsullarının alınması”nı reallaşdırıb.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “GREY GROUP” MMC-nin qanuni təmsilçisi Cavid Əliyev Qafar oğludur.
 
Ardını oxu...
Bir qrup sahibkar tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilər Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq edirlər. Onların müraciətini olduğu kimi dərc edirik:

“Biz, heç kəsə möhtac olmaq istəməyən vətəndaşlar olaraq, çörəyimizi qazanmağa, ailəmizi dolandırmağa çalışırıq. Maşın alveri ilə məşğul oluruq. Lakin bildirmək istəyirik ki, "Meyvəli” gömrük terminalı günü-gündən qiymətləri qaldırır. Bir ayda heç bir səbəb olmadan iki dəfə qiymət artımı ediblər.

Biz milyon qazanmırıq. Bizim də ehtiyacımız var, bəzən ziyanla da işləyirik. Bu qədər qiymət artımı olmasına baxmayaraq, gömrükçülərin rəftarı da həddindən artıq kobuddur. Xidmət səviyyəsi isə sıfırdır. Həm pul veririk, həm də bizi borclu çıxarırlar. 10-15 dəqiqədə həll olunası məsələni saatlarla uzadırlar. Bu qədər də olmaz axı? Bu ölkə tək rüşvətxorlardan ibarət deyil. Bu ölkədə qanun-qayda var.

Harınlamış məmurlar “yuxarı” yığılıblar, aşağı təbəqədə olan insanları ayaqları ilə əzirlər.

Xahiş edirik, “Meyvəli” gömrük terminalı nəzarətə alınsın. Elə bir kobudluq edirlər ki, sanki onları orada məcbur işlədirlər. Hələ bir minnət də edirlər. “Hara istəyirsən şikayət et, kim baxacaq sənin şikayətinə?!”, - deyirlər. Bir sözlə, bizi işimizdən soyudublar”.

Jalə FAMİLQIZI
Ardını oxu...
DogruXeber.az: - Binəqədi rayon sakinləri yerli icra hakimiyyətinin özbaşınalıqlarından giley edirlər. Narazı vətəndaşlar müraciətlərində Elm və Təhsil naziri Emin Əmrullayevdən övladlarının təhsilalma hüquqlarının bərpa olunmasını tələb edirlər.

Sakinlərin müraciətində deyilir:

"Binəqədi rayonu 9-cu mikrorayonda 144 nömrəli məktəbin bütün ətrafı ayrı-ayrı işbazlara satılıb. Uzun illərdir ki, davam edən bu prosesin başında icra hakimiyyəti dayansa da, Elm və Təhsil Nazirliyindən də bu özbaşınalığa ortaqlıq edənlər var.

Çünki təkcə məktəbin ətrafı yox, məktəbin stadionu da satılıb dağıdıldı. 20 il öncə stadionun aşağı hissəsində ilk eybəcər, yöndəmsiz bina inşa etdilər. İndi də düz məktəbin qarşısında 1 ilin içində 18 mərtəbə qaldırdılar...

Sovet dönəmindəkilər ağılsız deyildilkər ki... Onlar bilirdilər ki, bu məktəbə şagiredlər gedib-gəlməlidir. İndi bu qarışıqlıqda şagirdlər məktəbə gedənə qədər açıq təhlükə altındadırlar. Nə qədər çox yaşayış binası, obyekt varsa... o qədər də təhlükə var.

Biz Elm və Təhsil Nazirliyindən heç olmasa məktəbimizin stadionunun özünə qaytarılmasını, bütün qanunsuz tikililərin sökülməsini tələb edirik..."//Dia.az
Ardını oxu...
Türkəydə “Hayır” kampaniyasının təşkilatçılıq edən “Azərlotereya”da yüksək vəzifədə çalışan Emir Türkmən barədə məlumat dərc olunmuşdur. Hətta Ermənistana mütəmadi səfrlər edən Türkmən bun öz sosial hesabında paylaşmışdır.
Ardını oxu...

Azərlotereya ASC-nin rəsmi saytında idarə heyətinin məlumatlarının yer aldığı bölmə bağlanıb.
TEREF 32gun.az istinadən xəbər verir ki bu addım bir sıra suallar doğurub.
Ardını oxu...
Gülməli də səslənsə, ağıllara belə bir ehtimal gəlir: Rəhbərliyi gizlədiblər? Niyə? Adətən bu cür məlumatlar ictimaiyyət üçün açıq olur və korporativ şəffaflığın vacib elementlərindən sayılır.

Bu barədə “Azərlotereya”dan heç bir açıqlama almaq mümkün olmadı.

Ardını oxu...
 
 
 
Ardını oxu...
Paytaxtın Binəqədi, Nizami, Suraxanı, Qaradağ, Sabunçu, Xəzər və digər rayonlarında, eləcə də Sumqayıt şəhərində ölkə qanunları səlahiyyət sahiblərinin maraqlarına xidmət edir.

Belə ki, illərdir adı çəkilən rayonların ərazilərində kateqoriyasından və şəraitindən asılı olmayaraq qanunsuz tikintilər aparılmaqdadır.

Məsələn, Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində inşa edilən 3 mərtəbəli iaşə obyektinin, eləcə də Binəqədi rayonunun Xocasən qəsəbəsi və digər ərazilərində inşa edilmiş yaşayış evlərinin, iaşə obyektlərinin neft şirkətinə məxsus ərazidə olmaları, Suraxanı, Sabunçu, Xəzər və digər rayonlarındakı tikintilərin kənd təsərrüfatı təyinatlı ərazilərdə olmaları onları bu gün kommunal xidmətlərdən və rəsmi sənədləşmədən məhrum edir.

"DogruXeber.az" xatırladır ki, bir neçə gün əvvəl elə Xəzər rayonunun Binə qəsəbəsində yeni yaşayış evlərinin olduğu geniş təsərrüfat təyinatlı ərazinin kommunal xətlərinin olmadığını əks etdirən görüntüləri belə təqdim etmişdik. Hansı ki, o, evlərdən yalnız birində yaxınlıqdakı iaşə obyektindən kustar üsulla çəkilmiş işıq və su xəttinin olduğunu, mavi yanacaq xəttinin isə ümumiyyətlə olmadığını gördük, ətrafdakı digər evlər isə işığa, qaza və hətta normal küçəyə belə həsrət "zindan" kimi görünürdü.

Təbii ki, bu və bu kimi bütün qanunsuz tikintilərin aparılmasına şərait yaradan elə məhz cavabdeh qurumların özləri - birinci növbədə yerli icra hakimiyyətləri,sonra isə FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi (TTNA), İN yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və Şəhərsalma və Arxitektura Komitəsidir (ARXKOM). Vətəndaşlar yerli icra nümayəndələri, yaxud yerli bələdiyyə sədrlərinin onlara uzun müddətli müqavilə sənədi ilə baha qiymətə satdığı təsərrüfat təyinatlı torpaq sahələrində maneəsiz şəkildə ev tikə bilmək üçün bu qurumların nümayəndələri ilə əl sıxışıb, "göz yummağın qarşılığı"nı ödəyir, vəssalam.

Lakin növbə kommunal ehtiyaclara gəldikdə, vətəndaşlar başlayır dövlət qurumları arasında var-gəl eləməyə. Əlində rəsmi sənədi olmayan o, şəxslər nə kommunal xidmətlərdən yararlana bilir, nə də seçkilər zamanı səsvermə hüququndan düzgün istifadə edə bilirlər. 10-20 il Bakıda yaşayıb, hələ də rayon qeydiyyatında olan insanlar var ki, seçki zamanı qeydiyyatda olduğu rayona gedə bilmir, burada da qeydiyyatı yox. Beləcə, qanunlar hər yerdə biraz əzilir.

Bütün bu problemlər də onlarda vaxtilə arxayınçılıq vəd edən qurumlara qarşı bir inamsızlıq, bir acıq yaradır. Dövlətin məmurundan, dövlətin qurumundan narazı olmaq isə dövlətdən narazı olmaq, dövlətçiliyə güvəni itirməkdir.

Belə çıxır ki, rayon və yuxarıda adı çəkilən qurumların rəhbərləri xalqa və dövlətə, hakimiyyətə qarşı gizli düşmənçilik mövqeyindədirlər ki, bu cür qarşıdurma yaratmağa bu qədər meyilli davranış sərgiləyirlər.

Halbuki, bu qurumların baha qiymətə insanlara satılan və tikinti aparılmasının qanunsuz olduğu üçün yüksək məbləğlərdə rüşvət alınan o, ərazilərin təyinatını dəyişdirmək və sənədləşdirə bilmək səlahiyyətləri var. Lakin sanki insanları incitməkdən zövq alırlar deyə, bu səlahiyyətlərindən istifadə etmək haqqında düşünmək belə istəmirlər.

Dövlət qurumları rəhbərlərinin dövlətə və xalqa ziyan vurması normalda qanunla qəbuledilməz olsa da, təəssüf ki, qanunlarımız da bu şəxsləri idarə etməkdə aciz qalır və hətta onların tərəfindən məqsədlərə uyğun şəkildə idarə olunur.

Yenə də sonda ümidə ümüd bağlamaqla səbrli olmaq məcburiyyəti ilə bu kimi halların aradan qaldırılması və qarşısının alınması üçün ölkə başçısının qeyd etdiyimiz mövzuya diqqət ayıracağına və günahkar səlahiyyətlərin məsuliyyətə cəlb olunacağını umuruq.
 

Dünyapress TV

Xəbər lenti