Tibbi geyim və vasitələr üzrə ixtisaslaşmış “GİLL MED” QSC ötən il 13 tenderin qalibi olsa da, 2025-ci ilə sürətlə başlayıb. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, sözügedən şirkət ötənilki tenderlərdən 1 milyon 17 min 447 manat manat pul qazanıb.
Daha doğrusu, bağlanılmış müqavilələrin məbləğu bu qədər olub. Bu ilin ilk 3 ayında isə “GİLL MED” MMC 5 tenderin qalibi olub. Və bu müqavilələrin ümumi dəyəri isə 386 min 985 manat təşkil edib.
Şirkətlə bağlı araşdırmalardan o da məlum olub ki, onlar əsasən tibb sektoru ilə çalışsalar da, bu sahəyə aidiyyatı olmayan qurumlarda müxtəlif geyimlər satıblar. Məsələn, “Aztelekom”, Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi, Naxçıvan Yol Təchizat MMC, Dənizkənarı Bulvar İdarəsi bu qəbildən olandır.
Qeyd edək ki, “GİLL MED” QMKİDK-ə ötən il 98 min 379 manatlıq parça satıb. Naxçıvan Yol Təchizat MMC-yə isə işçi geyim dəstləri verib ki, bunun da müqabilində 42 min 567 manat əldə edib. Dənizkənarı Bulvar İdarəsi ilə isə xüsusi geyim və fərdi mühafizə vasitələrinin satınalınmasına dair müqavilə imzalanıb və onun dəyəri 26 min 296 manat olub.
“GİLL MED”in ən sevimli partnyorları sırasında isə “Aztelekom” dayanır. Çünki şirkət bu dövlət qurumunun bir ildə iki tenderini udub. Tibb sahəsinə aid olmayan bu quruma şirkət işçi heyyəti üçün 32.6 min manatlıq geyim və 166 min 644 manatlıq isə “FMV qış geyimləri uniformaları” satıb.
Maraqlıdır ki, adlarını sadaladığımız dövlət qurumlarının heç birinin tibb sahəsi ilə əlaqəsi yoxdur. Hərçənd “Gill Med” məhz tibbi geyim, ləvazimat və avadanlıq sahələri üzrə ixtisaslaşıb. Əgər belədirsə, o zaman bu qurumlar sözügedən şirkətdən niyə geyim və parça alsınlar ki? Hansı maraq onlar Gill Medlə bu qədər yaxın edib? Halbuki ölkədə geyim sahəsi üzrə ixtisaslaşmış onlarla peşəkar şirkətlər var.
Bu ilin ən bahalı tenderi isə “Şahdağ Turizm Mərkəzi” QSC və Səhiyyə Nazirliyi ilə baş tutub. Tribunainfo.az xəbər verir ki, “Gill Med” “Şahdağ Turizm Mərkəzi”nə 190 min 735 manatlıq yumşaq inventar, yataq ləvazimatı və tekstil malları satıb. Səhiyyə Nazirliyi ilə anlaşma isə özünə qulluq məhsullar paketinin (gigiyenik paketin) alınması olub. Bunun üçün də nazirlik şirkətlə 106 min 950 manatlıq müqavilə bağlayıb.
Bildirək ki, “Gill Medd” 2020-ci ildə yaradılıb. Şirkətin nizamanmə kapitalı 2002.50 manat təşkil edir. Qanuni təmsilçi Rüstəm Məmmədov Xudu oğludur.