Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yeni satınalma müqaviləsi imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin müqavilə Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) üçün layihə-smeta sənədlərinin hazırlanmasını şərtləndirəcək.

Qeyd edək ki, MMC bununla əlaqədar “AZ.ARXİTEKTURA” MMC-ni tenderin qalibi elan edib. Həmin layihə-smetanın hazırlanmasına isə 1.429.000,06 manat pul ayıracaq.

JAMAZ.İNFO bu məsələ ilə bağlı internet resurslarında apardığı araşdırma zamanı müəyyən edib ki, bu, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin “Az.Arxitektura” MMC ilə ilk tender satınlaması deyil. Belə ki, MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğlu hələ ötən ildə sözügedən MMC ilə tender oyununun içində olub. Həmin vaxt “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya parkı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına görə, “Az Arxitektura” MMC-yə 312 000 manat pul ayırıb.

Lakin araşdırma zamanı məlum olub ki, “Az Arxitektura” MMC heç də etibarlı partnyor deyil. Çünki ötən il nəzərdə tutulan layihənin hazırlanması prosesini yarımçıq həyata keçirib. Nəticədə, Abit Əliyev yeni bir tender keçirərək, həmin işləri başqa bir şirkətə həvalə edib.

Maraqlıdır ki, ötən il “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin sifarişini yarımçıq həyata keçirən şirkətlə yenidən niyə tender satınalma müqaviləsi imzalayıb? Abit Əliyevin “Az Arxitektura” MMC ilə bağlantısı nədir? Əgər bir şirkət işinin öhdəsindən gələ bilmirsə, yarımçıq iş görürsə, onunla yenidən əməkdaşlıq etməkdə məqsəd heç də yaxşı münasibətə səbəb olmur. Əksinə, bir çox şübhələrə yol açır.
 
Ardını oxu...
Bakının Nərimanov rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə “Evrostroy” MMC, hazırkı adı “Sipark” olan şirkətə qarşı iddiaya baxılıb. Tribunainfo.az-ın verdiyi xəbərə görə, onlarla vətəndaş tərəfindən məhkəməyə verilmiş şirkət hələ də mənzil alan insanların problemlərini həll etmir. Həmin şikayətçilərdən biri də Həsənov Namiq Rizvan oğludur ki, onun iddiasına məhkəmədə baxılıb. Ümumiyyətlə, Təbriz küçəsində bina tikintisi başa çatmayan “Sipark” uzun illərdir ki, vətəndaşları süründürür, aldadır. Şirkətin sahibi Seymur İsayevdir. Onun adı MTN generalı Akif Çovdarovla keçib.
Şirkətin rəhbəri Seymur İsayev şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.
MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatda gedən məlumatlar var.
İsayevin “Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanır. Aralarında mübahisə yaranır. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisə “Sipark” rəhbərinin Çovdarova müraciəti ilə nəticələnib.
Seymur İsayev
A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub.
Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.
Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər. Yada salaq ki, “Sipark” şefinin digər ortaqlarından biri iş adamı Famil Xəlilov olub. F.Xəlilovun adı müğənni Şəbnəm Tovuzlu ilə sevgili olmaqda hallanıb. Sonra iş adamı da sevgilisini MTN-ə çağırdıb. Çovdarova müğənniyə təzyiq göstərib ki, sevgilisinin ona bağışladığı mülklərdən imtina eləsin.
Qeyd edək ki, “Sipark Qrup” bir neçə qurumdan təşkil olunmuş böyük şirkətdir. Bu şirkətin tərkibində “Sipark İnşaat”, “Sipark Turizm”, “Sipark Otelçilik”, “Sipark Əmlak”, “Sipark Media” kimi qurumlar fəaliyyət göstərir. “Sipark”ın baş ofisi İstanbuldadır.
Çox maraqlıdır ki, Çovdarova məxsus olduğu deyilən “Evrostroy-S.S” Məhdud Məsuliyyətili Cəmiyyət (MMC), “Zaman-İ” Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov məhkəməyə verilib.
Taleh Abbasovla bağlı məhkəməyə “Yapı Kredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müraciət edib.
Cavabdeh qismində iş adamının şərikləri – Abdullayev Rizvan Əhməd oğlu, İsayev Seymur Nizami oğlu, Ələsgərov İsmayıl Əziz oğlu, Abbasov Rəşad Cəmil oğlu və Məmmədov Ramin Bəxtiyar oğludur.
Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 7 qəpik vergi borcu var.
Onu da deyək ki, Seymur İsayevin adı ilk olaraq müğənni Damla ilə sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin gündəmi oldu.

Səid Mehdili
 
 
 
Ardını oxu...
"AZPARKING.AZ və AYNA-nın növbəti oyunu nəticəsində cərimə ilə üzləşə bilərsiniz". Dia-az.İnfo xəbər verir ki, bu xəbərdarlığı digər sürücələrə müraciət edən Bakı sakini Elvin Məmmədov qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir: "12 İyul 2024-cü il tarixində saat 10:45-də 20653 saylı məntəqədə 77-PE-119 Dövlət qeydiyyat nömrəli avtomobili park edərək həmin saatda 1181 bildiriş göndərsəm də əməkdaşınız tərəfindən avtomobil parklanmayan kimi şəkilləri çəkilərək çərimə tətbiq olunmuşdur.Telefonun mesaj bölməsindən 1181-ə göndərilən mesajın ekran təsviri və sms radara göndərilən protokolun ekran təsvirini məktubun qoşmasında Sizə təqdim edirəm.
27 İyun 2024-cü il tarixində saat 17:59-da 20107 saylı məntəqədə 77-PE-119 Dövlət qeydiyyat nömrəli avtomobili park edərək həmin saatda 1181 bildiriş göndərsəm də əməkdaşınız tərəfindən avtomobil parklanmayan kimi şəkilləri çəkilərək çərimə tətbiq olunmuşdur.Telefonun mesaj bölməsindən 1181-ə göndərilən mesajın ekran təsviri və sms radara göndərilən protokolun ekran təsvirini məktubun qoşmasını da Sizə təqdim edirəm..."

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
„Yaxınlarınız, valideynləriniz hansı korrupsiya əməllərinə bulaşıblar, bunu biz və cəmiyyət yaxşı bilir! Biz də bunu araşdırqcağıq!“. Bu sözlər Naxçıvan Dövlət Televiziyasının baş redaktoruna aiddir və Hesablama Palatasının əməkdaşlarına ünvanlanıb. Onun „NTV-yə iki zərbə“ adlı məqaləsində televiziyada maliyyə pozuntusu aşkarlayan palata sərt tənqid olunur.
Bu günlərdə Hesablama Palatası Naxçıvan Dövlət Televiziyasında (NTV) dövlət vəsaitinin xərclənməsində ciddi pozuntularla bağlı prokurorluq orqanlarına müraciət ünvanlayıb. İctimaiyyət üçün verilən məlumatda konkret detallar göstərilməsə də, söhbət əməkdaşlara çatacaq qonorarlar və mükafatların mənimsənilməsindən gedir.
Bunu yuxarıda adı çəkilən məqalə də sübut edir. Baş redaktor Müzəffər Əsgərov məqaləsində qonorarların əslində təyinatı üzrə xərcləndiyi iddia edir. Müəllif öncə televiziyada maaşların aşağı olmasından şikayətlənir. Onun sözlərindən belə çıxır ki, bunu kompensasiya etmək üçün qurumun rəhbəri Sahil Kərimli əməkdaşlara əlavə mükafat və qonorarlar yazmağa məcbur olub. Yazıda bildirilir ki, bunu maliyyə pozuntusu kimi təqdim etmək yoxlama qurumlarının haqqı deyil.
Müəllif həmçinin iddi edir ki, palatada işləyənlərin heç də hamısı qanuni yolla işə götürülməyib və buna görə onların dövlət qulluqçusu adını daşımağa haqqları yoxdur.
Mətbuatda yayılan məlumatlara görə isə, televiziyanın dövlət büdcəsindən mənimsədiyi vəsait yarım milyon manata yaxındır. Televiziya həmin mətbuat orqanlarını məhkəməyə verməklə hədələyir.
 
Ardını oxu...
"Səhər tezdən işə getmək məqsədilə evdən çıxdım, açarla qapını bağladım. Axşam evə qonaq çağırmışdım. Gəldim gördüm ki, qonaq nədir, heç özüm evə girə bilmirəm".

Bakı sakini, şikayətçi Tural Məhərrəmov evinin darvazasının oğurlandığını deyib.

"Darvazamı söküb aparıblar, oğurlayıblar, yerində başqa bir darvaza qoyulub, açarla bağlanıb. Bir həftədən çoxdur mən bu evə girə bilmirəm. Əşyalarım, hər şeyim orada qalıb", - deyə o qeyd edib.

Film kimi hadisə Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin Ləhiş bağları adlanan massivində baş verib.

Daha ətraflı REAL TV-nin süjetində:

 
Ardını oxu...
Azərbaycan Milli Elmler Akademiyasında, Lomonosov adına Moskva Universitetinin Baki filialinda, Metropolitendə və digər təhsil müəssisələrindəki həkim məntəqələrinin ləğvi nəzərdə tutulur.

Bu barədə Gununsesi.info-ya adıçəkilən təhsil ocağının birindən verilən məlumatda bildirilir.

Məlumata görə, bu barədə TƏBİB təşəbbüs göstərib və yaxın zamanlarda bunun reallaşması gözlənilir.

Ancaq narazılar deyir ki, bu addım Nazrirlər Kabinetinin 218 nömrəli qərarı,Prezidentin156 sayli fərmani və Təhsil haqqında Azərbaycan prezidentinin tərəfindən qəbul edilmiș qanunun 28-ci maddəsilə ziddiyət təșkil edir.

“Əhalinin sağlamlığının qorunması haqqında təlimatlarda maksimum 2000 nəfərə 1 həkim xidmət etməlidir.

Minimal hədd yoxdur.1800-3000 nəfərə yaxın tələbə və ișçisi olan dövlət qurumlarda bu həkimlərin uzaqlașdırılmasi heç bir məntiqə sığmır” – deyə bildirilir.

TƏBİB-in məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib.
Müsabiqənin ekspert komissiyasının qərarına əsasən gənclər sahəsində fəaliyyət göstərən 75 QHT-nin 9 istiqamət və 31 mövzu üzrə layihə təklifinin dəstəklənməsi təsdiq edilib.
Ancaq müsabiqənin ekspert komissiyasının kimlərdən ibarət olduğu açıqlanmayıb. Onların hansı kriteriyalar ilə layihələrə səs verdiyi də bəlli deyil.
Nazirliyini yaydığı press-relizdə neçə təşkilatın müsabiqədə iştirak etdiyi də qeyd edilməyib.
Burada daha bir diqqətçəkən məqam isə müsabiqə nəticələrinin rəsmi elanda göstəriləndən 4 ay sonra açıqlanmasıdır.
Belə ki, AGİN müsabiqə ilə bağlı rəsmi elanında müsabiqənin nəticələrinin 2024-cü ilin aprel ayında elan olunacağını bildirmişdi. Ancaq nəticələr bu tarixdən düz 4 ay 1 gün sonra açıqlandı.
Ardını oxu...
Bu gecikmədə diqqətçəkən məqamlardan biri də nəticələrin Paris-2024 Olimpiya Oyunları zamanı açıqlanmasıdır.
Məlumdur ki, Azərbaycan idman ictimaiyyəti və nazir Fərid Qayıbov bütün diqqətini hazırda Parisdə baş tutan Olimpiya Oyunlarına yönəldib və nazir demək olar ki, hər yarışda idmançılarımızın yanındadır.
Bu gün həm də Azərbaycan beynəlxalq arenada tarixi uğura imza atıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi açılış mərasimində Fransa televiziyasının təxribatına görə rəsmi şəkildə Azərbaycandan üzr istəyib və eyni zamanda tarixdə ilk dəfə olaraq bir idman növündə 2 qızıl medal qazanmışıq.
Bu ərəfədə nazirliyin gənclər siyasətinə məsul olan şəxslər isə tez-tələsik gənclər təşkilatları üçün nəticələri açıqlayaraq diqqəti özlərindən yayındırmağa və naziri hədəfə gətirməyə çalışırlar. Çünki məlumdur ki, müsabiqədə qrant almayan təşkilatlar haqlı və ya haqsız olmasından asılı olmayaraq nəticədən narazı qalırlar və hədəfdə birbaşa nazir olur.
Demək ki, AGİN daxilində kimlərsə bu məsələdə maraqlıdır və bu cür addımlarla hədəfi nazirə çevirmək istəyirlər.
Belə olmasaydı, 4 ay gecikən nəticələri daha 10 gün gözləyib açıqlamaq olardı.
Bu yerdə qeyd edək ki, qalib olan bəzi QHT-lərlə bağlı kiçik araşdırmamız nəticəsində məlum oldu ki, onların adı heç dünyanın ən məşhur axtarış platforması “google”də uğurlu layihə edən təşkilat kimi ortaya çıxmır.
Nazirliyin gənclər siyasətinə məsul olan şəxslər onları hansı əsasla qalib seçib?
Mövzuya yenidən qayıdacağıq və adları məşhur olmayan QHT-lərin layihələri və kimlərə məxsus olmaları haqda ətraflı məlumat verəcəyik.
AZXEBER.COM
 
 
 
Ardını oxu...
Son günlər 121 saylı Laçın seçki dairəsində olduqca müəammalı hadisələr baş verməkdədir. Belə ki, Hüseyn Səfərovun sədri olduğu dairədə Rövşən Muradov istisna olmaqla, digər namizədlər tədricən “buxarlanmaqda”, “yoxa çıxmaqdadır”. Nə sirdirsə, namizədlərin böyük əksəriyyəti namizədliklərini irəli sürdükdən qısa müddət sonra Rövşən Muradovun xeyrinə namizədliklərini geri götürdükləri ilə bağlı seçki dairəsinə müraciət edir, Hüseyn Səfərov isə bu ərziələri “çox böyük həvəslə” “sabiq namizədlər”in sənədlərinə əlavə edir. İmtina ərizəsi yazmayanların namizədlikləri isə “ucdantutma” ləğv edilir. Artıq 10 namizəd bu və ya digər şəkildə seçki marafonundan çəkilib ki, bu da çox ciddi rəqəmdir.
Teref yazır ki, bunları poçtumuza daxil olmuş məqalədə müəllif M.Məmmədli yazır. Müəllif daha sonra yazır:
Hələlik 121 saylı Laçın seçki dairəsində tam olaraq nəyin baş verdiyi məlum olmasa da, dairə sədrinin Rövşən Muradovun deputatlğa gedən yolunu təmizlədiyi göz önündədir. Belə olmasaydı, seçki prosesinə qatılan, bunun üçün seçicilərdən imza toplayan namizədlər bir-birinin ardınca imtina ərizəsi yazmaq üçün sıraya düzülməzdi.

Bu baxımdan MSK-nın, eləcə də əlaqədar dövlət qurumlarının 121 saylı Laçın seçki dairəsində baş verənləri nəzarətə götürməsinə ciddi ehtiyac var.
Redaksiyadan: Qarşı tərəfində mövqeyini dərc etməyə gazırıq!
TEREF
 
Ardını oxu...
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış ekspert Qurbanəli Ömər şəxsi profilində yazıb: "Dostlar, Azer Turk Bank mənim bank məlumatlarımı 3- cü şəxsə verib. Heç bir hüquqi əsas olmadan, məhkəmə qərarı filan. Bununla bağlı vəkilimlə danışdım. Özüm Azərbaycanda deyiləm deyə, bəzi dostlarla maraqlandım dedilər, olur belə hallar. Uzun müddətdir ki, komissiya və limitlərə görə bu bankın istifadəçisiydim. Bu günə qədər yetərincə xeyir vermişəm. Bu gün isə belə bir halla rastlaşıb, bərk əsəb keçirmişəm. Bir bank harda neçə manatlıq yemək yeyib, nə qədər pul xərclədiyimi (özü də son 3 aylıq hesabat şəklində) niyə vəzifədə tanışı olan hansısa bir gədəyə versin ki? Çox təəssüf edirəm, ya o əməkdaşınızı tapın, vəzifəsindən azad edin, ağlı başına gəlsin, mənə də bunun səbəbini email vasitəsilə belə olsa izah edin. Ya da sizə yaxşı yol. Onsuz da, artıq texnologiya elə inkişaf edib ki, bank kartı səfirliklərə təqdim etməkdən başqa bir işə yaramır. Başqa alternativlərdəb istifadə edərəm. Bu günə qədərki yoldaşlığımıza heyf. Öyrəşmişdim bu karta. Bu illər ərzində bütün səyahətlərimdə, shoppinglərimdə, ödəmələrimdə bu kartdan istifadə edirdim. Çox şey yaza bilərəm, əsəbiyəm. Yazmıram. Nəysə, bu qədər."

Dünyapress TV

Xəbər lenti