Ardını oxu...
Bu ilin oktyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank Avrasiya” ASC olub.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Bank of Baku” ASC ikinci (3,12 indeksi), “Yelo Bank” ASC isə üçüncü (2,87 indeksi) olub.
Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC (0,14 indeksi) olub.
Digər banklar üzrə göstəricilər aşağıdakı kimi olub:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Yevlax rayonu, Kövər kənd sakini Vəliyev Natiq İsa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2024-cü il may ayının 17-də “Umico Market”dən planşet sifariş versə də, mayın 19-da çatdırılan bağlamada xarab “planşet” çıxıb.

“Mən, Vəliyev Natiq İsa oğlu, yazaraq bildirirəm ki, kasıb ailəyəm, oğlum ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Həyat yoldaşı isə dünyasını dəyişib. İki azyaşlı oğlan uşaqlarını qəyyumluğa götürmüşəm.

May ayının 17-də vəziyyətimlə əlaqədar olaraq, nəvələrim üçün “Umico Market”dən bir ədəd planşet sifariş verdim. Bildirdim ki, nəvələrimin plaşnşetdə oyun oynaması üçün sifariş edirəm.

Fidan adlı xanım mənə bildirdi ki, mən cavabdehəm, nəvələrin bütün oyunları planşetdə oynaya biləcəklər.

May ayının 19-da bağlamam gəldi. Lakin planşet işləmədi. “Umico Market”ə zəng edib dedim ki, planşet yaxşı işləmir, bunu qaytarıram, əvəzində mənə müşahidə kamerası göndərin. Fikirləşdim ki, müşahidə kamerasını hansısa evə, obyektə satıb, pulumu çıxararam.

Rayona çatdırılma edilmişdi deyə planşeti poçtla qaytardım. Poçta da 4 manat ödəniş edib, qəbzi aldım. Amma müşahidə kamerası göndərilmədi.

Qeyd edim ki, hər ay geri qaytardığım planşet üçün əmək haqqımdan 35-36 manat vəsait tutulur.

Xahiş edirəm, mənə köməklik göstərin. Mənim başıma belə bir hadisə gəlib, məsələyə heç kim ciddi yanaşmır”.

Aynurə İSMAYIL

Hurriyyet.az
Ardını oxu...
 
 
 

Ardını oxu...
 

Aşiq Namiq Fərhadoğlunun atası dünyasını dəyişib.

İfaçı atasının ölümü haqqında “Tarixin bir günü” verilişinə açıqlama verib və hadisədə həkimi günahlandırıb:

“Gül kimi kişini məhv etdilər. Düzdür, 68 yaşı var idi, ancaq o yaşı heç kim ona vermirdi. Həmişə mənə deyirdilər ki, o səndən cavandır. Böyrəyində daş var idi. Həkimlər deyirdi ki, "lal daş"dır, qorxusu yoxdur. Anamı müayinə etməyə həkimə aparanda özünü də yoxlatdırıb. Həkim deyib ki, təcili əməliyyat etmək lazımdır. Hər səhər görüntülü danışardıq. Əməliyyatdan sonra da zəng elədim. Son sözü bu oldu ki, mən o daşla yaşayırdım, hələ bundan sonra 10 il də yaşayardım, amma həkim məni məhv etdi”.

Aşıq bildirib ki, atasının Şəmkir rayon ərazisindəki xəstəxanada əməliyyat olunmasının tərəfdarı olmayıb:

“Dedim ki, ay ata, gəl burada müayinə edək, tanıdığım klinika rəhbərləri var. Rayon yeri ilə şəhər bir deyil. Etiraz etdi, narahat olmamağımı söylədi. İki saatdan sonra yığdım, telefonu açmadı. Anam götürüb dedi ki, 2 saat yarımdır ki, əməliyyat gedir. Ürəyim partladı. Həkimlə danışıb soruşdum ki, öd əməliyyatı yarım saatdır, necə iki saat yarım çəkə bilər? 4 gündən sonra da anamı əməliyyat ediblər. Nəyə görə? Pula görə ediblər. Dünən ikisini də xəstəxanadan evə buraxdılar. Həkim əlaqə saxlayıb dedi ki, atanı da buraxıram, ananı da, yaxşıdırlar”.

Yenisabah.az

Ardını oxu...
  

Böyük pulların dövr etdiyi bu sahədə rəqabət, yoxsa qara piar kampaniyası gedir?

Bir neçə gündür Azərbaycanda estetik cərrahlarla bağlı yayılmış informasiyalarla əlaqədar müxtəlif müzakirələr aparılır. Bildirilir ki, Azərbaycanda estetik cərrahiyə sahəsində çalışan şəxslər arasındakı bu qarşıdurma son günlərin məsələsi deyil. Belə ki, bir müddət əvvəl 17 estetik cərrah müxtəlif dövlət qurumlarına fəaliyyət göstərdikləri sahədəki digər 50-yə yaxın həmkarları barədə şikayət məktubları göndəriblər. Aralarında Vüqar Ələkbərov, Adil Cümşüdov, Dilqəm Məhərrəmov, Mahir Əliyev, Dilqəm Məmmədov və digərlərinin də olduğu həmin qrup plastik cərrahiyyə sahəsindəki vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarının tədbirlər görməsini tələb edib. (Qafqazinfo) 

Bundan sonra dövlət qurumları həmin estetik cərrahlar və işlədikləri klinikalarla bağlı araşdırmalara başlayıb. 10-a yaxın klinikada tibb işçilərinin ixtisasına uyğun fəaliyyət göstərməməsi müəyyən edilərək onların barəsində inzibati tədbirlər görülüb. Bunlardan bəziləri haqqında mətbuata da məlumat verilib.

Lakin qarşı tərəf də 50-yə yaxın estetik cərrahdan şikayət edən 17 həmkarının bir çoxunun özünün də müvafiq ixtisasının olmadığını, rezidenturadan keçməməsini bildirir. Belə ki, estetik cərrahiyyə ixtisası ölkəmizdə son 3-4 ildir formalaşsa da, şikayətçilərdən bəzilərinin 20 ildir plastik cərrahiyyə əməliyyatları etməsi məlum olur.

Bununla yanaşı, adları çəkilən, yəni həmkarlarından şikayətçi olan plastik cərrahların bir çoxunun ali təhsilinin tibb sahəsi üzrə olmaması da qeyd edilir. Barələrində şikayət edilmiş tibb işçiləri bildirir ki, 50 həmkarının cəzalandırılmasını istəyən həkimlər arasında Azərbaycan Beynəlxalq Universitetinin, Odlar Yurdu Universitetinin məzunu olanlar da var.

Həmçinin qeyd edilib ki, 17 estetik cərrahın qurumlara etdikləri şikayətlərdə digər cərrahların insan sağlamlığına önəm verməməsi, ağırlaşmaların olması vurğulanır. İnternet resurslarında və əvvəllər dövlət qurumlarına edilmiş müraciətlərdə isə həmin həkimlərin öz xəstələrinin də dəfələrlə onlardan şikayətçi olmasına dair məlumatlara rast gəlmək olur.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova İnstagram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib. Qarşı tərəf isə Q.Ataşovanın özünün kimlərinsə sifarişini yerinə yetirdiyini iddia edib. 

Ardını oxu...

Qənirə Ataşova

Məsələ bağlı Qənirə Ataşova Musavat.com-a danışıb. Jurnalist “Necə oldu ki, Bakıdakı saxta diplomlu həkimlər barəsində araşdırma aparmaq qərarına gəldiniz?” sualına belə cavab verib: “Sosial şəbəkələrdə özünü bloger, həkim və sairə adlandıran bir xanımın tez-tez vaginoplastik prosedurlarla bağlı açıq-aşkar paylaşdığı videolarla qarşılaşırdım. Düşündüm ki, bu xanım kimdir ki, otağında ədəbsizcəsinə xalqımızın qadınlarını videoya çəkir. Onun haqqında araşdırma apardım və məlum oldu ki, Günel Əzizova nəinki həkim, heç tibb işçisi deyil, amma özəl klinikalarının birində vaginasiya və vaginaplastika kimi ciddi əməliyyatlar edir. Bununla bağlı özünə və xəstəxanaya sorğular yazdım. Bu zaman müğənni Xatirə İslam mənə səs göndərdi ki, "Günel Əzizova mənim bacımdır, ona toxunma, onun kurslarının pulunu mən özüm ödəmişəm". Onun çalışdığı klinika da “feyk”dir. Həmin klinika vaxtilə ölkənin güclü nazirlərindən birinin əhatəsində olub, sonra isə kiməsə satılıb. Günel Əzizovanın özü əməliyyat apara bilmədiyindən, işə peşəkar cərrahları cəlb edir və pulu onlarla yarı bölür. Yəni əslində klinikaya xəstə cəlb edən, aldadandır. Xalqın sağlamlığı üzərində “bazarlıq” etmək olmaz! Dövlətin bir nəzarət mexanizmi olmalıdır ki, hər yerindən duran özünə həkim deməsin.

Beləliklə də mən öyrəndim ki, insanlar kurs keçərək, Bakıda əyninə tibbi xələt geyinib, əməliyyatlara, müayinələrə girir, insanların taleyi ilə oynayır. Sosial media üzərindən araşdırmalar apararkən xeyli insanlar mənə yazmağa başladı. Onların arasında daha çox uğursuz plastik əməliyyatlardan əziyyət çəkənlər idi. Həmin şəxslər özlərinə artıq vəkil tutublar və mən də onların vəkilləri ilə danışarkən qalmaqala səbəb olan siyahıya gəlib çıxdım.

Məlum olduğu kimi, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Sual yaranır: Bəs necə oldu ki, bu adamlar rezidentura keçmədən istisas dəyişimi edib, estetik cərrah oldular? Sizcə, 9 günə ixtisas dəyişimi etmək olarmı? Bir vətəndaş kimi şəxsən siz öz taleyinizi 9 günə ixtisas dəyişən həkimə həvalə edərdiniz?"

Ardını oxu...

Adil Qeybulla

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, hazırda geniş vüsət alan estetik cərrahlıq ümumi cərrahlığın yeni sahəsidir: “Bu istiqamətdə əvvəllər də əməliyyatlar həyata keçirilib. Hazırda isə çox geniş vüsət alıb. Estetik cərrah olan şəxslərin hər birinin ümumi cərrahlıq təcrübəsi olmalıdır. Bəzi ölkələrdə bu 7 bəzilərində 5 ildir. Yəni rezidentura bitdikdən sonra həmin şəxslərin ümumi cərrahlıq praktikası olmalıdır. Çünki estetik əməliyyatların böyük əksəriyyəti üzdə, qarının ön divarında və bədənin digər yerlərində aparılır ki, bu da anatomiyanın dəqiq bilicisini tələb edir. Bu baxımdan da ümumi cərrahi prinsiplərə yiyələnmək çox vacibdir. 

Əgər kimsə bu sahədə Azərbaycan qanunvericiliyini, qaydaları pozursa, saxta diplomla və yaxud sənədlə fəaliyyət göstərirsə, təbii ki, hüquqi cəzasını almalıdır. Səhiyyə Nazirliyi, Azərbaycan səhiyyəsindən məsul olan qurumlar və hüquq-mühafizə orqanları bu məsələdən məsuliyyətlidir. Hesab edirəm ki, əgər bu faktlar ortaya çıxıbsa, məsələ açılıbsa bütün amillər detallaşmalıdır. Birdəfəlik hər kəs bilməildir ki, ölkədə estetik cərrah necə, hansı sənədlərlə işləyə bilər. Buna bir aydınlıq gətirilməlidir".

Xatırladaq ki, bu ilin may ayında Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslər, eyni zamanda bu əməliyyatların aparıldığı 9 klinika və kosmetoloji mərkəzin rəhbərləri məsuliyyətə cəlb olunmuşdu. 

Hüquqşünaslar bildirir ki, estetik həkimlərin səhlənkarlığı nəticəsində, hər hansı zərərin olması ilə bağlı Cinayət Məcəlləsində  və İnzibati Xətalar Məcəlləsində ayrıca  qərar yoxdur. Amma ümumiyyətlə, bu tip əməllər Cinayət Məcəlləsinin 314- cü maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Yəni müvafiq fəaliyyətlə məşğul olmasına dair lisenziyası olmayan şəxs tərəfindən bu hərəkətlər həyata keçirilirsə, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinə, lisenziyasız fəaliyyətlə məşğul olmağa görə məsuliyyətə cəlb oluna bilərlər. 

Həkimin səhlənkar, vicdansız münasibəti nəticəsində 2 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilir. Eyni əməllər zərərçəkmişin ölümü və digər ağır nəticələrə (sifətin eybəcərləşməsi, geriyə dönüşü olmayan hal) səbəb olarsa, həkimi 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bir sual da açıq qalır: böyük pulların dövr etdiyi bu sahədə rəqabət, yoxsa qara piar kampaniyası gedir?    

Xalidə GƏRAY ,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.

Konfransın beşinci gününün proqramını təqdim edirik:

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:30 - 10:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Solar Project" layihəsinin imzalanma mərasimi

09:30 - 11:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", COP29 yayım studiyası - "Yaşıl keçidin sütunları"

10:00 - 10:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Salamlama və açılış nitqləri

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji - "Yaşıl enerjiyə keçidi gücləndirmək: Bu gün gələcəyin enerjisini maliyyələşdirmək"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Yer - "Vizyondan reallığa: bərpaolunan enerji sahəsində regional və qlobal təsir"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Yaşıl İnkişaf Portalı"nın istifadəyə verilməsi

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su - "Yenilənəbilən enerji investisiyaları: Davamlı gələcəyə aparan Yollar"

10:00 - 11:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan - İqlim və sülh mövzusunda yüksəksəviyyəli panel: "Heç kimin arxada qalmaması üçün birgə fəaliyyətə şərait yaratmaq"

10:00 - 12:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Yaşıl şəhər və sahil ərazilərinə qlobal inkişaf yolları: Okean sağlamlığı, iqlim dayanıqlılığı və cəmiyyət ədaləti üçün bir baxış"

10:00 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" təlim otağı - "Gələcəyin səsləri: COP29 Bakıda şəhərlər, iqlim fəaliyyəti və tərəfdaşlıqlar"

10:30 - 10:45. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə

10:30 - 12:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - Yaşıl enerji, hidrogen və qlobal enerji ehtiyatı və şəbəkələrinə həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa

10:45 - 11:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə

11:00 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Panel sessiyası

11:00 - 12:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Yaşıl enerji qovşağı"

11:00 - 12:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Qalıq yanacaqlardan imtinanın çağırışları və iqlim fəaliyyəti üçün imkanlar"

11:00 - 12:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Nəsimi - "Gücləndirilmiş iqlim fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi

12:00 - 12:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Canin Kemplin

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat - "SOCAR-da dekarbonizasiya üzrə tərəqqi: çətinliklər və nailiyyətlər"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji - "İrəli. Çevik. Ədalətli. Alternativ enerji mənbələrindən istifadəyə keçidin sürətləndirilməsi"

12:00 - 13:00​. Yaşıl zona tədbirləri, Konfrans otağı / Yer - "Xalis sıfır xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su - "2030-cu ilə doğru enerji keçidi inkişafı: maliyyə, texnologiya və insanlar"

12:00 - 13:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Qlobal bərpaolunan enerji potensialının üçqat artırılması 2030 Məqsədinə nail olmaq üçün yeni həllər: Maliyyə, texnologiya, innovasiya və süni intellektin rolu

12:00 - 13:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan - Yüksəksəviyyəli dəyirmi masa: "İqlimə həssas şəraitdə sülh və dayanıqlığı gücləndirmək üçün şəbəkə quruculuğu"

12:00 - 15:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Praktikada neft və qazın apstrim əməliyyatlarında uğurla dekarbonizasiyası"

12:15 - 12:30. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - India Hicks: "Mükəmməl olmayan döyüşçü"

13:00 - 14:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - COP29-da Mədəniyyətəsaslı iqlim fəaliyyəti üzrə 2-ci yüksəksəviyyəli nazirlər dialoqu

13:00 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", təlim otağı - "Xalis sıfır: öhdəliklərin gerçəkləşdirilməsi"

13:30 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" COP29 yayım studiyası - COP29 çərçivəsində "FT" sessiyaları: Sessiya 2 - "İqlim və münaqişə - Enerji keçidi enerji təhlükəsizliyi ilə eyni mənaya gəlirmi?"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Aşağıkarbonlu yanacaqların gələcəyi: çətin dekarbonlaşdırılan sektorlarda dekarbonizasiyanın sürətləndirilməsi"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Gələcək üçün yaşıl bacarıqlar: niyə gənc nəsillər "xalis sıfır" keçidinin mərkəzində dururlar?"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Su - "Humanitar təchizat zəncirində innovasiya və davamlılığın əlaqələndirilməsi"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji - "Xalis sıfır irəliləyişi üzrə qlobal perspektiv: 2024 dairəvi karbon iqtisadiyyatı əmsalı üzrə analitik nəticələri"

14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Mavi səma yaxınlaşır: Ağıllı elektrik nəqliyyat vasitələrinin gələcəyinin formalaşdırılması"

14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Yaşıl və ədalətli iqtisadiyyat üçün bacarıqlar"

14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, İstirahət ərazisi - "Slow Food" Fondunun biomüxtəliflik dequstasiyası

14:00 - 17:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Yer - Afrika Dayanıqlı Ticarət Təşəbbüsü (STA)

15:00 - 15:15. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - Nott Thorberg: "Yaşıl innovasiyanın həyat keyfiyyətini və rifahını necə artırdığına dair İslandiya nümunəsi"

15:00 - 15:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Viktoria Alfredsdottir: "Yaşıl innovasiyaların həyat keyfiyyətini və rifahını necə artırdığına dair İslandiya modeli"

15:00 - 16:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Bakı Ağ Şəhər - iqlim fəaliyyətinə dair tövsiyələr - proqram dəyişə bilər"

15:00 - 16:30. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - "Uşaqlar, gənclər, sülh və iqlim təhlükəsizliyi üzrə qlobal çərçivə üzrə irəliləyişlərin artırılması"

15:00 - 16:30. Mavi Zona Sədrlik, Görüş otağı 22 - "2024-cü ili "təmiz" yemək bişirmə üçün əsas il etmək"

15:10 - 15:40. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "SOCAR-Uniper"in "Enerji səmərəliliyi: buxardan enerjiyə" layihəsinin açılış mərasimi

15:15 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Amanda Brok: "Bacım oğlunun müdrikliyi və xalasından aldığı dərslər"

15:30 - 16:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Uşaqların sağlamlığı naminə təmiz hava"

15:30 - 16:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - COP29 Yüksəksəviyyəli əlavə tədbir - "COP məkanında iqlim, sülh və təhlükəsizliyi irəliyə aparmaq: Öyrənilən dərslər və gələcək yollar"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Ədalətli keçiddə vergi siyasətinin rolu"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Kainat - "İstehsaldan daha çoxu: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması"

16:00 - 18:00. Yaşıl zona tədbirləri, Konfrans otağı / Enerji - "Enerjinin 2030-cu il və sonrakı dövrdə transformasiyası. Baş icraçı direktorların liderliyi - "Xalis Sıfır Alyansı üçün Enerji Xidmətləri" (UNEZA)"

17:00 - 17:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Soba ətrafında söhbət

17:00 - 17:45. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Ümidin bərpası: Böyük Yaşıl Sədd və iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin gücləndirilməsi"

17:00 - 18:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - "COP29 karbon idarəçiliyi" mövzusunda nazirlərin görüşü

17:00 - 18:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Ən az inkişaf etmiş ölkələrin dayanıqlı inkişafı üçün karbon bazarlarından istifadə"

17:00 - 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - BMT-nin Sənaye İnkişafı Təşkilatı - ECO-nun Təmiz Enerji Mərkəzinin ilkin tanıtım tədbiri

17:00 - 19:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Nəsimi - "Beynəlxalq iqlim təşəbbüslərinin tamamlayıcılığı və davamlılığı"

19:00 - 20:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Biz mümkünlüyün rəhni - şölələnən işiğın qığılcımıyıq"
 
Ardını oxu...
Şaxtalı havaya baxmayaraq, Naxçıvanda hələ də istilik sistemləri işə salınmayıb. Bundan daha çox əziyyət çəkən isə, bağça və məktəblərdəki azyaşlı uşaqlardır. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Onlar deyirlər ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur.
Naxçıvan şəhər sakini G. Məmmədova deyir ki, bağçalar və məktəbdəki sinif otaqları soyuq olduğundan, uşaqları evdə saxlamağa məcbur olurlar:
“Nəvəmin biri bağçaya gedir, biri də məktəbdə ikici sinifdə oxuyur. Bir neçə gündür Naxçıvanda havalar daha da soyuyub, gecələr mənfi 4 dərəcəyə kimi şaxta olur. Nə yaşayış binalarında istilik sistemi işləyir, nə də bağça və məktəblərdə. Evdə elektrik plitəsi ilə birtəhər ötüşürük. Bağça və məktəblərdə balaca uşaqlar soyuğa dözmürlər. Bir həftə bunda öncəyə kimi hava nisbətən isti idi. Hazırda soyuq olduğundan, nəvələrimin hər ikisini evdə saxlayırıq. Gedib, xəstələnəcəklərsə, evdə otursalar daha yaxşıdır. Bu nə qanundu, bilmirik. İcra hakimiyyətinə şikayət edirik, deyirlər ki, bir az da dözün, veriləcək”.
Digər şəhər sakini Vidadi Məhəmmədov da istilik sistemlərini işə salınmamasından narazıdır:
“Məcbur olub, elektrik plitəsi işlədirik. Havalar soyuyub deyə, bu da yetmir. Həm də, bu plitələr çoxlu enerji sərf edir ki, bu da büdcəyə əlavə yükdür. Naxçıvan qəribə qanunlarla işləyir. Çox zaman martın sonu və aprel ayının əvvəlində istilik sistemini var gücü ilə işlədirlər. İndi və qışın ortalarıdı, istilik ümumiyyətlə verilmir. Sanki insanların qəsdinə durublar. Bu il qış tez başlayıb, ancaq, nəzərə alan yoxdur”.
 

Hər nə qədər sülh müqaviləsindən danışılsa da, regionda silahlanma yarışı davam edir. Ermənistan ordusu müharibədən sonra məlum idi ki, itirdiklərinin yerini doldurmaq üçün silahlar alacaq. Ermənistanın silahlanmasına baxdıqda, açıq şəkildə görünür ki, həm İrəvan, həm də onun yanında olan dövlətlər müharibənin nəticələrini ciddi şəkildə analiz ediblər. Ermənistan ordusunun ən zəif yerlərin müəyyənləşdirib, ona uyğun olaraq da silahlar alırlar.
Ermənistanın xüsusilə hava hücumundan müdafiə, anti-dron sistemlərini alması ehtiyacdan irəli gəlirsə, “Caesar” haubitsasını alması isə effektiv olan artilleriyalarını daha da təkmilləşdirmək üçündür. Ermənistanın silahlanması təbii ki, regionu silahlanma yarışının içərisinə çəkib. Ermənistanın aldığı silahlara adekvat olaraq Azərbaycan tərəfi də silahlar alır. İstər Azərbaycanda, istərsə də, Ermənistanda bəzi şəxslər dövlətlərin aldığı silahlı nümayiş etdirməsini və yaxud bu məlumatların mətbuata sızdırılmasını tənqid edir. Əvvəla silahlanmanın heç bir sirr tərəfi yoxdur. Silah istehsalı ərzaq, avtomobil və digər məhsullar kimi qanunidir. Silah istehsalçısı olan şirkətlər satdığı silahın hesabatını verir. Dövlətlər aldığı silahlar barədə məlumat verməsə də, istehsalçı şirkətlər maraqlıdır ki, satışı barədə məlumat versin.
Misal üçün “Akash-1S” hava hücumundan müdafiə sistemlərinin Ermənistana təhvil verilməsini birinci Ermənistan yox, məhz istehsalçı şirkət elan etdi. Dövlətlər silahları qara bazardan yox, məhz şirkətlərdən alır. Yəni dövlətlər istəsə də, bunu gizlədə bilməz, yox, dövlətlər gizlətsə də, şirkətlər maraqlı olur ki, informasiya yayılsın. Bəzən şirkətlər bilərəkdən hansısa ölkəyə silah satdığını nəinki bəyan edir, hətta bunun müzakirələrə səbəb olması üçün müəyyən media qrupları ilə razılaşmalar da əldə edirlər. Bəzən heç silah satan tərəf yox, rəqib şirkət rəqib ölkənin hansı silah almasını ciddi şəkildə şişirdir. Beləcə də nəinki media resursları, hətta dövlətlər də tələyə düşmüş olur. Hər kəs istehsal etdiyi məhsulu satmaq istəyir və buna görə də, manipulyasiyalar edir.
Ermənistanın “Caesar” haubitsasını alması həddindən artıq qabardıldı. Daha sonra isə Qərb mediasında alternativ silahlar gündəmə gətirildi. Hətta Ermənistan “Caesar” haubitsasını alandan sonra bəzi haubitsa istehsalçısı olan şirkətlər Azərbaycanın qapısında yatdı. Nəticədə Azərbaycan DİTA haubitsalarını aldı. Azərbaycanın DİTA haubitsasını alacağını təxmin etmək o qədər də çətin deyildi. Silah şirkətləri pusquda yatır, məhsullarını satmaq üçün bütün variantlara gedirlər. Azərbaycan da silah istehsalçısıdır və bir neçə ölkəyə silah satışını təşkil edir. Azərbaycan tərəfi bunu gizli saxladığını düşünsə də, xarici şirkətlər və araçı şirkətlər hər şeyi bilir. Hətta “sizinkilər avtomatın qiymətini niyə qaldırıb?” sualını belə verirlər. Bəs məxfi idi?
Yalnız ağır müharibələr zamanı dövlətlər axtardığı silahı, mərmiləri istehsalçı şirkətlərdən ala bilmədikdə, qara bazara üz tutar. Bu da çox az hallarda baş verir. Ona görə də müharibələr vaxtı qanunsuz silahdan istifadə anlayışı yoxdur. Hər kəs əlində olan vasitələrdən maksimum istifadə etməyə çalışır. Yəni dövlətlərə mələk, yaxud şeytan donu geyindirməyin bir mənası yoxdur. Hər kəs hədəfə çatmaq üçün addımlar atır.
Ermənistanın silahlanması, bunun həddindən artıq qabardılması həm də Azərbaycan üçündür. Müdafiə sənayesi şirkətləri bitməyən bir münaqişədən maksimum yararlanmağa çalışır. Beləcə, dövlətləri soyub soğana çevirirlər. Məsələyə fərqli yöndən baxsaq, sülh müqaviləsi imzalana qədər Azərbaycan və Ermənistanın silahlanması davam edəcək. Azərbaycan mətbuatında Ermənistanın, Ermənistan mətbuatında isə Azərbaycanın yeni silahlar alması qabardılacaq. Azərbaycanın aviaparkını yeniləməyə ciddi ehtiyacı vardı. Ona görə də həm ehtiyacları qarışlamaq, həm də siyasi olaraq Pakistandan JF-17 hərbi təyyarələri aldı. Ardınca Ermənistan mediası bu məsələni ciddi qabartmağa başlayıb. Artıq Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti ilə danışıqlar da aparırlar. Bəzən deyirlər ki, böyük dövlətlər, əslində isə böyük silah şirkətləri də bu münaqişənin sülh müqaviləsi ilə bitməsində maraqlı deyillər.
Bunları yazarkən Ermənistanla Azərbaycan arasında siyasi gərginliyin olmasını inkar etmirəm. Əksinə, gərginlik var və bunun davam edəcəyi də gözləniləndir. Görünən odur ki, bu gərginlikdən qazanan Ermənistan və Azərbaycandan daha çox elə müdafiə sənayesi şirkətləri və ortadakı dəllallardır…
Səxavət Məmməd
TEREF
 
Ardını oxu...
"Neçə müddətdir ki, Babək rayonunda fəaliyyət göstərən Daş Məhsulları Sənaye Kompleksinin işçilərinin maaşları verilmir. Və bu da rəhbərliyi narahat etmir..." Bu barədə "DİA-AZ"a edilən müraciətdə deyilir.

Narazı işçilərin sözlərindən belə aydın olur ki, onlarla marəsizlikdən, iş yerini itirmək qorxusundan buna dözürlər: "Əvvəlki vaxtlar olsaydı, etiraza qalxardıq. İndi səsini çıxaranı işdən atırlar... Adi fəhlə işi tapmaq da çətindir. Buna görə də rəhbərlik maaşları neçə aydır vermir, amma səsin də çıxaran yoxdur.
Ardını oxu...
Bu adamları maraqlandırmır ki, kasıb işçi ailəsini nə ilə dolandırır..."

Qeyd edək ki, Daş Məhsulları Sənaye Kompleksi "Arkoz" Holdinqin tərkibində fəaliyyət göstərir. Bu holdinqin isə Gömrük Komiəsinin keçmiş sədri Səfər Mehdiyevə məxsus olduğu bildirilir...
 
Ardını oxu...
SOCAR , niyə ölkə başçısına və müvafiq dövlət qurumlarına şikayət edən Azəriqaz İB TTİ-nin işçilərinin ərizəsi araşdırılması üçün şikayət edilən quruma göndərilib. və nəticədə şikayət ərizəsinə qol çəkmiş 18 nəfər işçidən üzür ərizəsi alınıb?
Bununla da tərəfinizdən "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun ✅maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.) pozulmuş olub.
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.

Konfransın dördüncü gününün proqramını təqdim edirik:

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:00 - 10:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - Transformativ iqlim fəaliyyəti: "Diqqəti maliyyə girişlərindən təsirə və ÇİB-lərin katalitik təsirinə çevirmək"

09:00 - 11:00. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - İqlim Maliyyə İnvestisiyaları və Ticarət Dialoqu üzrə Bakı Təşəbbüsü (BICFIT Dialoqu) çərçivəsində Nazirlərin Görüşü

09:00 - 11:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - Yaşıl İdarəetmə (3G) üzrə Nazirlər Forumu

09:15 - 10:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Jess ilə yoqa sessiyası

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / ENERJİ - "Azərbaycanda dayanıqlı KOB mənzərəsi"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Metan emissiyalarının azaldılması üçün iqlim maliyyəsi haqqında Maddə 6-dan faydalanmaq"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / SU - "Azərbaycanda sement və beton sektoru üçün "Xalis sıfır yol xəritəsi"

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / YER - "ABB və tərəfdaşlarının Azərbaycanın yaşıl inkişafına potensial töhfələri"

10:00 - 11:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Better Cotton" ("Ən yaxşısı pambıqdır")

10:00 - 11:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Nəsimi - "Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması"

10:00 - 17:00. Mavi Zona Sədrlik, Plenar otaq 2 - Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması

10:30 - 10:45. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Salamlama və açılış nitqi

10:45 - 11:20. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Etibar katalizator rolunda: iqlim keçidini irəli sürmək"

11:00 - 11:50. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - "Cənub elektrik stansiyasında dekarbonizasiya yolları"

11:00 - 12:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - "Yaşıl investisiya və yaşıl istiqrazlar/IPO"

11:00 - 12:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - Dayanıqlı gələcəyin gücləndirilməsi çərçivəsində yüksəksəviyyəli tədbir: "Maliyyələşdirmə vasitəsilə yaşıl inkişafın irəlilədilməsi"

11:00 - 12:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - "Enerji keçidinin maliyyələşdirilməsində suveren rifah fondlarının rolu"

11:30 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Daxili müzakirələrin idarə edilməsi: Dayanıqlılıq icraçıları çətinliklərlə necə mübarizə aparırlar?"

11:30 - 13:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Hökumətlərin iqlim fəaliyyətləri nə yerdədir? - "ClimateScanner" qiymətləndirməsinin ilk nəticələri"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Hər zamankı kimi maliyyədən kənar: Dayanıqlı gələcəyə keçid"

12:00 - 13:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / ENERJİ - "Vahid ekosistemlər və dəyər yaradılması yolu ilə yaşıl enerjiyə keçidin maliyyələşdirilməsinin sürətləndirilməsi imkanları"

12:05 - 12:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "İqlim keçidinə rəhbərlik: Hesabatlı rəhbərliyin təminində rəhbərlər üçün üç əhəmiyyətli addım"

12:45 - 13:45. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - Türk Dövlətləri Təşkilatının İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət tərəfdaşlığı üzrə Nazirlər Toplantısı

13:00 - 14:00. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - "Dayanıqlı islam maliyyələşməsindən istifadə: Keçid, tənzimləmə və beynəlxalq əməkdaşlıq"

14:00 - 15:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Müəssisələr üçün dekarbonizasiya gündəliyi: problemlər və praktik həllər"

14:00 - 15:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu"

14:00 - 15:00. Mavi Zona Azərbaycan pavilyonu, İstirahət sahəsi - "Slow Food" Fondunun biomüxtəliflik dequstasiyası

14:00 - 15:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - "Ədalətli keçid üçün investisiyaların artırılması" mövzusunda yüksəksəviyyəli dialoq

14:00 - 15:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Nəsimi - İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının Nazirlər Toplantısı

14:00 - 15:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq (CAREC): İqlim, innovasiya və ticarət tərəfdaşlığına həsr olunmuş Nazirlərin Görüşü

14:00 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Böyük debat: "Korporativ dekarbonizasiya - reallıq, yoxsa ritorika?"

14:00 - 15:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Qlobal dayanıqlı maliyyə: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı fəaliyyəti və müqayisəsi üzrə yol xəritəsi"

14:30 - 15:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Dəyişiklik yaradan güc: iqlim fəaliyyətində liderlik və texnologiya"

14:30 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - "İqlimə yatırımlar: gənclərin gələcəyimizin maliyyələşdirilməsi barədə düşüncələri"

15:00 - 16:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / SU - "İqlim investisiyaları: öhdəliklər, yanaşmalar və regionlara xas problemlər"

15:30 - 16:30. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - "Fond birjaları və innovativ dayanıqlı maliyyə"

15:30 - 16:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "SOFAZ-ın investisiya portfelində ESG İnteqrasiyası"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, Yaşıl Zona pavilyonu - "Azərbaycanda və regionda dayanıqlı maliyyə"

16:00 - 17:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "İqlim maliyyəsi"

16:00 - 17:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - "İqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası"

16:00 - 18:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "Yaşıl hidrogenin gələcəyi"

16:00 - 18:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - "Cəbhələrdən gələn səslər: iqlim dəyişmələri qurbanlarının təcrübə paylaşımı"

16:30 - 18:30. Yaşıl zona tədbirləri, Konfrans zalı / YER - Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammiti

17:00 - 18:00. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "İqlim dəyişməsi üzrə fəaliyyət istiqamətində regional çağırış: Mərkəzi və Qərbi Asiyada buzlaqların əriməsi diqqət mərkəzində"

17:30 - 18:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Hirkan - Uyğunlaşma Fondunun Yüksəksəviyyəli Töhfə Dialoqu 2024

17:30 - 18:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA): Çoxtərəfdaşlı Etimad Fondu və SPECA İqlim və İnnovasiya Dialoqu mövzusunda Nazirlərin Görüşü

17:30 - 18:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi"

18:30 - 19:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Film nümayişi və soba ətrafında söhbət

18:30 - 19:30. Mavi Zona Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Özəl sektora güvənin təmin edilməsi"
 
 
 
Ardını oxu...
ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evdə yaşamaq fikrində deyil.

Bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, birinci xanımın bu qərarı ailə şəraiti ilə bağlıdır.

Belə ki, o, Nyu-York Universitetində təhsilini davam etdirən oğlu Barronun yanında olmaq üçün vaxtının çox hissəsini Nyu-York və Palm-Beach arasında keçirmək istəyir.
 

Dünyapress TV

Xəbər lenti