Ardını oxu...
“Siracoglu” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. MMC ilə bağlı cərimə protokolu tərtib edilib. “Siracoglu” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Siracoglu” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 5 noyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq. Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir: “Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var. Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”. Qeyd edək ki, “Siracoglu” MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İradə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun oğluna məxsus olduğu deyilir. AAYDA sədrinin müaşvirinin oğlu hazırda “Siracoglu” MMC-nin qanuni təmsilçisidir. Apardığımız araşdırmaya görə, 2019-cu ildə MMC yarananda, şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub. “Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır. “Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur./Tribunainfo.az
Ardını oxu...
“Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovu Rusiya XİN rəhbəri Sergey Lavrovla təkcə yaxın dostluq münasibətləri bağlamır, onlar həm də biznes şərikidir”.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Gununsesi.info”-ya diplomatik qaynaqlara yaxın mənbədən məlumat daxil olub.

Qeyd olunur ki, Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir və illik dövriyyəsi 600 milyon dollardan yuxardır.

Şirkətlər iş adamlarına viza dəstəyi, investisiya yatırımları, konsaltinq və s. kimi xidmətlər təqdim edir.

Mənbə bildirir ki, Lavrovun ABŞ-də yaşayan qızı Yekatrina Sergeyevna Lavrova Rusiyanın ən iri əczaçılıq şirkətlərindən birinin sahibi Semyon Vinokurovun oğlu ilə ailə həyatı qurub.

Aleksandr Vinokurov “Summa” şirkətlər qrupunun prezidentidir. Ölkənin demək olar ki, bütün şəhərlərində filialları olan bu şəbəkənin gəlirləri on milyonlarla dollarla ölçülür.

O da qeyd olunur ki, Lavrov həmçinin diplomatik poçtdan da şəxsi biznes maraqları üçün istifadə edir.

Bu, hədsiz böyük qazanc gətirən qeyri-leqal fəaliyyətlər sferasına daxildir.

Mənbə bildirir ki, Məmmədyardov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya XİN rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürür.

Məsələ ilə bağlı Elmar Məmmədyarovla əlaqə saxlamağa çalışsaq da, bu cəhdimiz baş tutmadı…
 
Ardını oxu...
Qardan sonra şəhərdaxili yollarda problemlər üzə çıxır. Paytaxtın əksər yollarında asfalt ötrüyündə çuxurlar yaranıb. Sürücülər deyirlər ki, Avropaya, Rusiyaya, başqa ölkələrə qar daha çox yağır, amma orda yollar qardan sonra bu hala düşmür.

Bu, nə ilə bağlıdır: yollar keyfiyyətsiz çəkilir, yoxsa Azərbaycana yağan qarın tərkibində xüsusi aşındırıcı maddə var?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı yolların vəziyyətinin yaxşı olmadığını vurğulayıb.

O, şəhərdaxili yollarda böyük çuxurların yarandığını qeyd edib:

“Yollarımızın vəziyyəti yaxşı deyil. Bir balaca qar yağdı, şaxta oldu dərhal asfalt sıradan çıxdı. Neçə il idi bəxtimizdən Bakıya qar yağmırdı, şaxta olmurdu, temperatur mənfiyə düşmürdü deyə biabırçılıqlar da bilinmirdi. İndi məlum oldu ki, yollar yenə bərbad vəziyyətdədir. Hətta Bakının bir nömrəli yolu olan Heydər Əliyev prospektində artıq çökmələr yaranıb. Xatırladaq ki, bir neçə gün öncə “Koroğlu” metrostansiyasına yaxın ərazidə prospektin əsas hissəsi çökmüşdü. O yollar indi də ləngər vurur. Çox güman ki, həmin yerlərdə başqa çökmələr də yaranacaq. Bir çox ərazilərdə – Zabrat, Bayıl qəsəbələrində, Yasamalda əksər yollar bu vəziyyətdədir. Bakı-Sumqayıt yolu da eyni haldadır. Həmişə getdiyimiz yolda çuxurlar yaranıb, sürücülərə ziyan dəyə bilər və ya çökəyə düşməmək üçün sükanı sağa-sola qaçıran sürücü başqa avtomobillə toqquşa, qəza baş verə bilər. Belə problemlər var”.

E.Muradlı yolların keyfiyyəti ilə bağlı yaxşı fikir səsləndirə bilməyəcəyini deyib:

“Aidiyyəti qurumlar çuxurlar olan yerlərə yamaq vurmaqla məsələnin həll olunduğunu düşünür. Hesab edirlər ki, problem bununla da bitir. Lakin bu, belə deyil. Bakıda güclü yağış yağdığı dövrdə artıq problem özünü bir neçə yerdə göstərmiş oldu. Ardınca da qar və şaxtalı havalar vəziyyəti daha da təhlükəli hala gətirib çıxardı. Məlum oldu ki, bir çox yolların keyfiyyəti yaxşı deyil. Başqa ölkələrin təcrübəsinə baxsaq, keyfiyyətsiz iş 1-2 ilə ortaya çıxmış olur. Bizdə qismətdən bir az uzun müddət davam etdi. Onun da səbəbi Bakıda şaxtalı-qarlı havanın olmamasıdır. Təklif edirəm ki, Dövlət Ekspertiza Mərkəzi, Nəqliyyatı Əlaqələndirmə Şurası və digər qurumlar çəkilən yolları istismara qəbul etmədən öncə mütləq onun keyfiyyətini yoxlasınlar. Çünki baş verənlər birbaşa keyfiyyətlə bağlı problemin olduğunu göstərir. Ortada yeyintiyəmi yol verirlər, yoxsa işi bilmirlər, araşdırmaq lazımdır. İşi bilmirlərsə, çıxarıb kənara atmalıdırlar ki, işi bilən mühəndislər gəlib işlərini görsünlər. Yox, yeyintiyə yol verirlərsə, bununla Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məşğul olmalıdır ki, niyə yollar bu vəziyyətə düşür?!”.
 
Ardını oxu...
"2 gün bundan əvvəl məlum oldu ki, telefonumda kontur bitib, halbuki mənim hesablamama görə hələ kontur olmalı idi. Buna baxmayaraq nömrəmə əlavə 3 manat kontur yüklədim..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünü hər addımda "ölkənin ən böyük mobil operatoru" adlandıran və əslində işi-gücü müştəırilərinin ən kiçik vəsaitlərini belə mənimsəmək olan "Azercell"dən narazılıq edən sosial şəbəkə istifadəçisi Gülya QÜuliyevaya aiddir.

Narazı vətəndaş "Müştəriyəm Şikayətçiyəm" qrupundakı paylaşımında başına gələnləri belə nəql edir: "Həmin gün mənim nömrəmdən 2 manat çıxıldı. Azerselin qaynar xətti ilə əlaqə yaratdıqda məlum oldu ki, sən demə Azerselldə oturanlar özlərini ağıllı sayırlar və fikirləşiblər ki, necə edək ki, insanların cibinə girib çox rahatlıqla pul qazanaq. Artıq dekabr ayından sadə tariflərdə guya yenilənmə adı ilə hər ay bizim yüklədiyimiz konturlardan 2 manat pul çıxılır. Sual olunur bu ölkədə imkansız yaşayan təqaüdçülər, az təminatlı ailələr, işsizlər, tələbələr və s. maddi durumu aşağı olan kateqoriyalar var. Bu 2 manat həmin insanların 6-8 günlük çörək puludur. Hər ay insanların cibinə girib 2 manat oğurlamaq Azersell kimi yüksək gəlirlə işləyən şirkət üçün biabırçı addımdır. Mənə elə gəlir ki, bunu ictimailəşdirmək düzgün olardı..."
 

          
Ardını oxu...
Sosial şəbəkədə gənc deputatlardan birinin orta məktəb direktorunun otağında görüş keçirməsi haqda paylaşım edilib. Bildirilib ki, o, məktəb rəhbərliyinin masasında əyləşib seçicilərini qəbul edib.

Paylaşım şəbəkə izləyiciləri tərəfindən ciddi müzakirəyə səbəb olub. Hər kəs deputatı əməlinə görə tənqid edib və bildirib ki, nə zamandan bəri məktəb rəhbərinin kabineti deputatla seçici üçün görüş otağı olub?! Bir qism isə “yəqin ona görüş üçün otaq ayrılmayıb, ona görə bu addımı atıb” deyə məsələyə reaksiya verib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elnarə Akimova bildirib ki, rayon icra hakimiyyətlərinin başçıları adətən deputatlara seçiçilərlə görüş yeri üçün məkan ayırır: “Mən bilmirəm burda konkret hansı deputatdan söhbət gedir. Görüş yeri üçün çətinlik çəkən kim olub. Amma onu bilirəm ki, məsələn, Yeni Azərbaycan Partiyasından seçilən deputatlar görüşlərini YAP-ın ərazi təşkilatlarında keçirirlər. Orda hər deputata otaq ayrılır. Bu, birmənalı şəkildə YAP-ın bütün rayon təşkilatlarına şamil edilir. Məsələn, mən Sumqayıtdan seçilən deputatam. Oranın 6 deputatı var. 4 millət vəkili Sumqayıt YAP təşkilatında yerləşmişik. Digər iki deputat da bilirəm ki, icra başçıları onları yerləşdirib. Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov bitərəf deputat, həmkarım Səbinə Salmanovaya Beynəlxalq Muğam Mərkəzində rahat yer ayırıb ki, seçiciləri ilə görüşə bilsin. Digərləri isə hansı ərazinin deputatıdırsa, oranın icra başçıları da həmin ərazidən seçilən millət vəkillərinə müvafiq dairə, ərazi ayırmalıdır, yəqin ki də, ayırıb. Düşünmürəm ki, hansısa ərazidə deputata qarşı etinasızlıq ola bilər”.

Görüşün məktəbdə keçirilməsinə isə millət vəkili belə münasibət bildirdi:

“Bəlkə o deputat həmin məktəbə baxış üçün gedib. Biz də belə görüşlərə gedirik. Məsələn, Zeynalabdin qəsəbəsi mənim seçildiyim ərazidədir. Ona görə görüşün birini ora təyin edirəm, digərini Xəzər massivinə. Bu o demək deyil ki, seçicilərin problemlərini dinləmək üçün ora gedirəm. Ola bilər, ona da həmin məktəblə bağlı müraciət olunub və seçicilərini orda görüb. Yəni bu məsələ dəqiqləşdirilmədiyi üçün fikir bildirmək doğru deyil. Amma yox, deyilənlərin əksidirsə, məktəbdə, xüsusilə də direktorun otağında görüş keçirilməsi doğru deyil. Hər halda deputatın özünün bir dairəsi, bir hücrəsi olmalıdır ki, gələn seçiciləri rahat şəkildə qəbul eləsin. Məktəb direktorunun otağı onun özünə aid olan bir otaqdır. Bunu düzgün saymıram. Direktorun otağında görüş keçirmək, məncə, etik sayılmaz”.
 
Ardını oxu...
Yaxud, Azəriqaz rəhbərliyinin daha hansı sahədə müşavirə( bilgiyə) ehtiyacı var?
Apardığımız müşahidələr təsdiq edir ki, SOCAR hər hansı quruma müavin,müşavir göndərirsə ,bir müddət sonra("təcrübə" keçdikdən sonra) həmin şəxs, yüksək vəzifəyə təyin olunur. İndiki halda SOCAR-ın 28.01.2025-ci il tarixli 14-2/3-11-1232/2025 nömrəli məktubu, və № 14-2-2/3-1K-191/2025 saylı əmrə əsasən
Fərhad Mədətov Azəriqaz" İstehsalat Birliyinin Baş Direktorun müşaviri( 17 -ci dərəcə) təyin olunub. Müqavilənin tarixi: 28.02.2025-ci il. Tərəflərin qarşılıqlı razılığı ilə işçiyə natamam iş günü (saat 09:00-dan 13:00-dək) müəyyən edilir
Qeyd: ARƏM maddə 94 .3. Natamam iş vaxtı
3. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
Bir müddətdən sonra RQİİ yaxud XS-rəislərinə də müşavir təyin olunsa təccüblənmərəm.
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Bu günlərdə daha bir gənc xanımın xəstəxanada komaya düşməsi və ölümü xəbəri ölkədə həkim səhlənkarlığı və səhiyyə xidmətinin vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı. Söhbət əlindəki ziyili götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadədən gedir.

Gənc qız əməliyyat öncəsi narkozdan sonra allergik şok keçirib və komaya düşüb. 10 gün sonra isə xəstəxanada həyatını itirib.

Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olan Türkan nişanlı imiş və gələn ay toyu olacaqmış.

Valideynlərinin sözlərinə görə, qızları xəstəxanaya sağlam göndərilib. Heç bir yanaşı xəstəliyi və əməliyyat öncəsi verdiyi analizlərində problem olmayıb.

Beləliklə, adi bir ziyilə görə gənc qız həyatından oldu, bir ailənin işığı söndü…

Bəs, hadisə necə baş verib? Necə olub ki, Türkan narkozdan allergik şok keçirib? Ümumiyyətlə, ona narkoz verilməli imişmi? Əməliyyatdan öncə bütün lazımı analizlər aparılbsa, necə olub ki, allergik şok ehtimalı nəzərə alınmayıb?

Düşündürücü suallardır. Maraqlısı isə odur ki, xəstəxana rəhbərliyi bu suallara doğru-düzgün cavab vermək əvəzinə daha çox digər məqamları qabardır. “Xəstə yaxınlarının aidiyyəti qurumlara heç bir şikayəti yoxdur”, “Xəstə narkozu özü istəyib”,

“Ölümün səbəbi narkozun çox və ya az verilməsi deyil”, “Xəstənin müraciət səbəbi nə ziyil, nə də törəmə deyil” və s. kimi absurd, məsələnin mahiyyətinə heç bir dəxli olmayan cavablar…

Bu səbəbdən Bakupost.az olaraq, məsələyə aydınlıq gətirmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına rəsmi sorğu ünvanladıq. Sorğunun verilməsindən 3 iş günü keçməsinə baxmayaraq, hələ də rəsmi cavab yoxdur. Bu səbəbdən yenidən Gəncə Beynəlxalq Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri Leyla Məmmədova ilə əlaqə saxladıq. O, yenə də suallarımıza cavab vermək əvəzinə “Xəstənin yaxınlarının şikayəti yoxdur”, “Xəstə ilə bağlı məlumatları açıqlamağa ixtiyarımız yoxdur” kimi cavablarla kifayətləndi. Son sözü isə bu oldu ki, “məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır, müvafiq ekspertizanın rəyi hazır olduqdan sonra sorğunuza cavab veriləcək, gözləyin”.

Xəstəxananın direktoru ilə əlaqə saxlamaq istədikdə isə L.Məmmədova onun adını açıqlamaq və əlaqə nömrələrini verməkdən imtina etdi.
Biz isə Araşdırmalarımız zamanı Gəncə Beynəlxalq Xəstəxanası və onun rəhbərliyi ilə bağlı ilginc məlumatlar əldə etdik.

Aydın oldu ki, vaxtilə mərhum Vergilər naziri Fazil Məmmədova məxsus olan həmin xəstəxananı hazırda faktiki olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri, professor Hikmət İbrahimli işlədir.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, hətta Hikmət İbrahimli həmin xəstənaya öz bacısı qızını direktor təyin etdirib. Gülnara adlı həmin xanım xəstəxananın direktoru olsa da, faktiki olaraq, işə çıxmır, distant qaydada fəaliyyət göstərir. Xəstəxananın idarçiliyini baş həkim Tural Əfəndiyev və Leyla Məmmədova həyata keçirirlər.

Onu da qeyd edək ki, Hikmət İbrahimlinin bölgə xəstəxanalarında rəhbər postlara təyinatlar məsələsində əsas söz sahiblərindən biri olduğu da bildirilir. Hətta iddia olunur ki, o, Hacıqabuldan Şəmkirə qədər TƏBİB-in tabeliyində olan bütün xəstəxanalara öz adamlarını direktor təyin etdirib.

Həmin direktorlara təsir imkanları olan Hikmət İbrahimli bölgələrdəki bütün ağır xəstələri onların vasitəsilə Gəncə Beynəlxaq Xəstəxanasına yönəldir.

O da qeyd olunur ki, Hikmət İbrahimli təkcə regionlarda deyil, Bakıda da böyük imkanlara sahibdir. Belə ki, o, paytaxtda bir neçə özəl klinikalara şəriklik edir, eyni zamanda bəzi dövlət xəstəxanalarının texniki təchizatını həyata keçirir…
 
 
 
Ardını oxu...
Keçən günlərdə az qala bütün xidmətlərində taarifləri bahalaşdıran və özünü davamlı olaraq "ölkənin bir nömrəli", "ölkənin ən böyük" ünvanları ilə təqdim etməyə çalışan "Azercel" mobil operatoru yenə də müştərilərini incik salmaqdadır ki, bu da yekunda sözügedən şəbəkənin abunəçilərinin sıralarının ciddi şəkildə seyrəlməsinə gətirib çıxarır. "DİA-AZ" xəbər verir ki, hər halda bunu elə sosiaş şəbəkələrdən müşahidə olunan ictimai rəylərdən, giley bolluğundan da sezmək mümkündür.

Bu dəfə şikayətçi "Azercell"daxili transfer zamanı ondan yersiz tutulan vəsaitdən narazılıq edir.
Ardını oxu...
Şahin Həsənli adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayəm Var" qrupoundakı paylaşımında narazılığınıl belə ifadə edir:

"9 manatlıq gəncol paketindən Azercellum tarifinə keçəndə 6 manat pulumu tutan "Azercell"!..

Ardını oxu...

Nəsimi rayonu Elman Ovçuyev küçəsindəki bir bina söküləcək. Buna səbəb ərazidə park sahəsinin genişləndirilməsidir.

"DogruXeber.az" Xezerxeber.az xəbər verir ki, sakinlər isə təklif edilən şərtlərlə razı deyillər.

Sakinlər bildirirlər ki, onlara hər kvdartametrə görə əraziyə uyğun olmayan, çox az məbləğ təklif edilir.

Ardını oxu...

Sakinlərinə sözlərinə görə, burda yaşayanlardan yalnız 5 mənzil sahibini razı sala biliblər. Sakinlər mənzil sahələrinin də olduğundan az yazıldığını iddia edirlər.

Məsələ ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin ərazidə park sahəsinin genişləndirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Bakı şəhər İH.nin sərəncamı var. Sərəncam əsasında köçürmə komissiyası yaradılıb. Vətəndaşlarla hazırda görüşlər keçirilir. Park ərazisi olduğuna görə aidiyyəti qurumlar tərəfindən yerində ölçmə işləri aparılıb, aktlar tərtib olunub, məbləğlər təyin edilib. Dövlət layihəsi olduğu üçün, vəsait də dövlət tərəfindən ödənilir. O da bildirildi ki, park salınmasıyla əlaqədar ümumilikdə 134 ailədən 80 yaxın ailə ilə 4 gün ərzində razılaşma aparılıb, müqavilə bağlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Ardını oxu...
  

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Açıq elan olunan məhkəmə prosesi heç bir əsas göstərilmədən qapalı keçirilib. Məhkəmə zalında olan media mənsubları zaldan çıxarılıblar. Hakim jurnalistlərin məhkəmə zalından çıxarılmasının iş üzrə zərərçəkənlərin istəyinə və ya digər bir səbəbə əsaslandığını açıqlamayıb.

Musavat.com-un xəbərinə görə, prosesdə cinayət işi üzrə zərərçəkən Babək Məmmədzadə ifadə verib.

İş üzrə ən çox pul itirən şəxs də elə Babək Məmmədzadədir. B.Məmmədzadə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.

Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məhəmməd Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

Nizami Alışan investisiya fəaliyyətilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

Ötən proseslərdən birində dövlət ittihamçısı Elgün Qafarov ittiham aktını elan etmişdi. Müttəhim Nizami Alışan ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmənin aparılması qaydası müəyyən olunarkən Nizami Alışanın vəkili Samir İsayev zərərçəkmişlərin, daha sonra təqsirləndirilən şəxsin dindirilməsini istəyib. Bildirib ki, müvəkkili zərərçəkmişlərdən sonra ifadə vermək istəyir.

Hakimlər məhkəmənin bu qaydada aparılması barədə qərar qəbul ediblər. Samir İsayevin digər vəsatəti müdafiə etdiyi şəxsin istifadəsində olan telefonun anten məlumatlarının əldə olunması ilə bağlı mobil operatora sorğu göndərilməsiylə bağlı olub. Vəkil müvəkkilinin 2024-cü ilin aprelin 9-dan 17-dək olan müddətdə telefon danışığı, SMS yazışmaları götürülməsini xahiş edib.

Vəkil əlavə edib ki, vəsaitlər İnvest.az saytı üzərindən götürülüb, buna görə də həmin saytın nümayəndəsi məhkəməyə şahid qismində çağırılmalıdır.

Hakimlər qaldırılan məsələlərin sənədlərin tədqiqi mərhələsinə aid olduğunu, vəsatətlərə həmin mərhələdə baxılacağını açıqlayıblar. Buna görə vəsatətlər baxılmamış saxlanılıb.

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin 3 milyon dollara yaxın pulu ələ keçirilib. Nizami Akif oğlu Alışan pul qazanmaq istəyən zərərçəkənlərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Nizami Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib. Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.

Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib.

İşin ağırlığı nəzərə alınaraq onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.

Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-cü ilin aprelində prokurorluq orqanlarından xaric edilib.

Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Zeynal Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğənninin qızı Günellə evlənib.

Hazırda ağır cinayətə görə mühakimə edilən Nizami Alışan 2018-2019-cu illərdə elə əmisinin yanında - AzTV-nin İnformasiya və Texnologiya şöbəsinin müdir müavini işləyib.

Nizami Alışana qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İttiham təsdiqini taparsa, 10-14 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Dünyapress TV

Xəbər lenti