Ardını oxu...
Ayrı-ayrı təhsil ocaqlarında, xüsusilə də Abşeron rayonu ərazisində təhsil adına müşahidə olunan eybəcərliklər son günlər daha da intensivləşib. Vəziyyət o həddə çatıb ki, artıq valideynlər bir yana, şagirdlərin özləri etiraza qalxıb.

"DİA-AZ" xəbər verir ki, bu barədə məlumatı ekspert Mətləb Salahov paylaşıb.

Onun iddia dolu açıqlamasını təqdim edirik:

"Xırdalanda məktəblilər onlara aşağı qiymət yazan müəllimin telefonunu əlindən alıb sındırıblar.

Şagirddən rüşvət alan müəllim, fironluq edən məktəb direktorları, heç nəyə lazım olmayan təhsil nazirliyi..."
 
Ardını oxu...
Ötən il fevralın 21-də valideynlərinin Bakı Sağlamlıq Mərkəzində diş həkiminə apardığı 11 yaşlı Xədicə Babazadə o vaxtdan bəri bir ildir komadadır. Anası Şahnaz Mehdiyeva AzadlıqRadiosuna deyir ki, istər yerli, istərsə əcnəbi həkimlər övladının nə vaxt ayıla biləcəyinə dair ümidverici nəsə söyləmirlər.

Ş.Mehdiyeva həkimlərlə yanaşı, prokurorluq və ekspertizadan da narazıdır. Onun sözlərinə görə, Nərimanov rayon Prokurorluğunda gedən araşdırma obyektiv aparılmır, azyaşlı övladının bir ildir yatağa məhkum olmasına görə məsuliyyət daşıyanlar cəzasız qalıblar.

"Necə ki günahkarlar layiqli cəzasını almır, Xədicə kimi qurbanlar çox olacaq"
"Nə qədər ki, belə hallarla bağlı ədalətli araşdırma aparılmır, günahkarlar layiqli cəzasını almır, Xədicə kimi qurbanların, mənim kimi gözüyaşlı anaların da sayı çox olacaq. Çünki cəzasızlıq mühiti yeni-yeni cinayətlərin artmasına yol açır", - Ş.Mehdiyevanın sözləridir.

Valideynləri 11 yaşlı Xədicəni Bakı Sağlamlıq Mərkəzində diş həkimi Bəhruz Rüstəmovun yanına aparıblarmış. Anası bu həkimin qəbuluna "Instagram" vasitəsilə yazılıbmış.

Ş.Mehdiyevanın sözlərinə görə, ötən il fevralın 21-də uşağı müalicəyə aparılarkən onları bilgiləndirmədən uşağa narkoz verilib. Nəticədə azyaşlı komaya düşüb: "Uşağın analizlərini götürmədən, çəkisini yoxlamadan, başqa müayinələrini aparmadan narkoz verilib, nəticədə orqanizm dözməyib. Beyin uzun müddət oksigensiz qalıb. Beyin hüceyrələri məhv olub".

Ana danışır ki, həyat yoldaşı ilə birlikdə uşağı stomatoloq B.Rüstəmovun yanına aparıblarmış. Öncədən də "Instagram" vasitəsilə həkimin köməkçisinin telefonunu tapıb, onunla danışıblar.

"Bizi çıxardılar bayıra"
"Demişdi ki, sedasiya üsulu ilə müalicə olunacaq. Biz də elə bilirdik ki, ağrı hiss eləməsin deyə, iynə vurulur. Biz narkoz bilməmişik. Kabinetdə olanda da bir xanım gəldi, sonradan bilmişəm ki, adı Fərəh Amanovaymış. Onun anestezeoloq olduğunu bilmədik. Uşağın adını, yaşını soruşdu, bizi çıxardılar bayıra. Əvvəldən də həkim demişdi ki, gigiyena baxımından müalicə vaxtı valideynləri içəridə saxlamırıq".

Valideynlər dörd dişin müalicəsinin, azı, yarım saat çəkəcəyini nəzərə alıb xəstəxananın kafesinə gediblər. Bir qədər sonra diş həkiminin kabinetinə qayıdandasa orada həyəcan yaşandığını görüblər.

Ş.Mehdiyeva deyir ki, övladının başına bir iş gəldiyini dərhal anlayıb, amma qapını bağlayıb, onları içə buraxmayıblar. Əlində elektroşok aparatı ilə təcili kabinetə gələn həkim üçün qapını açanda ata da içəri daxil olub: "Görüb ki, uşağı yerə uzadıblar, ürək masajı edirlər. Yoldaşımı dərhal çıxarıblar. Həmin vaxt dəhlizdə mən də huşumu itirmişəm. Məni xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Sonra Xədicəni də reanimasiyaya köçürmüşdülər. Üç gün orada qaldı. Sonra Mərkəzi Klinik Xəstəxanaya apardıq. Uşaq bir ay öz hesabımıza orada qaldı. Oyanma olmadı...".

20 dəqiqə oksigensiz?
Ananın sözlərinə görə, koma vəziyyətində olan xəstə qidanı özü çeynəyə, uda bilmir. Bu üzdən, aptekdən Xədicə üçün hazır qidalar alırlar, onu uşağın boğazından mədəsinə necə ötürməyi də öyrəniblər. Ümumiyyətdə, Babazadələr ailəsi uşaq üçün evdə xəstəxanaya bənzər şərait yaradıb: "Uzun müddət hərəkətsiz qalan adamda əzələlər yeyilir. Bizə demişdilər ki, özəl xəstəxanalardan birində yaxşı fizioterapevtlər var. Onlar da evə baha gəlir. Qohumlar bizə maddi yardım göstərdilər, bir ay fizioterapiya üçün orada yatırdıq. İstəyirdik ki, heç olmasa, otura bilsin, hamama apara bilək və s. O da olmadı. Heç bir irəliləyiş yoxdur. İlk gün necə idisə, indi də elədir".

Ş.Mehdiyeva müəllimdir, amma övladının durumu üzündən müvəqqəti işləmir, ona qulluq edir. O bildirir ki, hər ay təkcə Xədicənin baxımına 2 min 500 manatadək pul xərclənir. Bura dərmanlar, aptekdən alınan hazır qidalardan tutmuş, əlavə baxım əşyalarına qədər müxtəlif xərclər daxildir. Dövlətsə ona toplam 570 manat pensiya və müavinət kəsib. Anası vurğulayır ki, bu, heç aylıq yeməkpuluna çatmır.

X.Babazadənin müalicəsindən ötrü valideynləri həm yerli, həm də əcnəbi həkimlərlə ünsiyyətdədirlər. Anası İsraildə, Türkiyədə çalışan həkimlərdən məsləhət alır. Beyin müayinəsinin nəticələrini İsraildəki həkimlərə göndəriblər: "Dedilər ki, rəydə beyinin beş dəqiqə oksigensiz qaldığı yazılıb, amma, azı, 20 dəqiqə oksigensiz qalmalıdır ki beyin bu vəziyyətə düşsün. Diskdəki beyin görüntüləri bunu deməyə əsas verir. Sadəcə, uşaq o qədər sağlam olub ki, ürək masajı ilə onu dayanmış ürəyinin fəaliyyətini reanimotoloq Rauf Paşayev bərpa edib. Tibbə görə, beyin hüceyrələri, uzağı, dörd dəqiqə oksigensiz qala bilər. Sağlam orqanizmdir, amma beyin yoxdur. Digər orqanlar işləyir, beyin yox".

Ş.Mehdiyevanın sözlərinə görə, türkiyəli həkimlər də onlara eyni sözləri deyiblər. Onlar hətta evlərini satıb uşağı müalicəyə aparmaq istəsələr də, həkimlər bunun bir faydası olmayacağını bildiriblər.

Cinayət işi başlanıb
Ş.Mehdiyeva iddia edir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi qızının başına gələnlərlə bağlı obyektiv rəy vermir.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsiylə cinayət işi başlanıb. İstər stomatoloq B.Rüstəmov, istərsə anestezioloq F.Amanova yaşananlara görə özlərini günahkar saymırlar.

Üç dəfə ekspertiza təyin olunub. Ekspert rəylərində də iddia edilir ki, "göstərilmiş ambulator tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq qaydalara uyğun olub".

Ekspertlər yazırlar ki, tibbi xidmətdən öncə bütün lazımi müayinələr - qanın ümumi analizi, kardioloji müayinə aparılıb, rentgen olunub və s.

"Xədicə Babazadənin vəziyyətinin ağırlaşmasına səbəb anesteziya zamanı istifadə olunan anestetikə qarşı hiperhəssaslıq kimi dəyərləndirilir, xəstənin aldığı psixotrop dərmanlar risk faktoru hesab olunur", - ekspertizanın rəyi belədir.

Hər dəfə zərərçəkmiş tərəf rəydən narazı qalıb, yenidən ekspertiza təyin olunsa da, nəticə dəyişməyib.

İstintaq davam edir
Ş.Mehdiyeva rəydə yazılanların yalan olduğunu deyir, məqsəd də övladını bu duruma salan həkimləri qorumaq, məsuliyyətdən kənarda saxlamaqdır: "Müstəntiqin əlində bizim xəstəxanaya getdiyimiz günə aid bütün görüntülər var. Qoysunlar ortaya nə vaxt Xədicədən qan analizi götürülüb, nə vaxt rentgenə aparılıb? Sonradan saxta sənəd hazırlayıb işin içinə tikməyə nə var?! Görüntü qoysunlar ortaya. Ekspert yazıb ki, psixiatr yanına gedib, psixatrop dərman içib. Birincisi, hiperaktiv uşaq olduğuna görə iki il əvvəl getmişdi, o vaxt içilən dərmanın təsiri qalmır. İkincisi, Fərəh Amanova niyə yoxlamadan narkoz verib?".

11 yaşlı Xədicənin başına gələnlərlə bağlı Nərimanov rayon Prokurorluğunda istintaq davam edir.
 
 
 

 
Ardını oxu...
Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi, 41 A saylı binanın sakinləri Binəqədi rayonu İcra Hakimiyyətinin təhdidləri ilə üz-üzədir. Artıq bir aya yaxındır ki, Binəqədi rayonu İcra Hakimiyyətinin göstərişi ilə 34 ailənin yaşadığı bu binaya nə su, nə qaz, nə də elektrik enerjisi verilmir.

Səbəb olduqca ilgincdir. Bina sakinlərinin saytımıza verdiyi məlumata görə 34 ailənin yaşadığı bina İcra Hakimiyyəti tərəfindən qəzalı bina kimi qeydiyyata salınıb. İcra Hakimiyyəti sakinlərin binanı tərk etməsini tələb edir. Məhkəmə qərarı olmadan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin göstərişi ilə binada bütün komunal xidmətlər dayandırılıb. Ən gülməlisi odur ki, Binəqədi rayon İcra Hakimiyyəti çıxarışlı mənzillərə cəmi 32 min AZN məbləğ təklif edir. Binadan çıxmaq istəməyən sakinlər artıq 25 gündür ki, qaranlıq və soyuq otaqları tərk etmirlər. Hal- hazırda Bakıda havanın olduqca soyuq olması belə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin yumşaltmayıb. Bina sakinlərinin saytımıza təqdim etdiyi videonu sizə təqdim edirik:

Veteninfo.az
 
Ardını oxu...
Adi bir qədər əvvəl qalmaqala qarışan və sosial şəbəkələrdə “bir saniyəyə 100 min ev satan” kimi təqdim olunan “MİDA” MMC ötən il sayca az, amma məbləğcə çox böyük tenderlər keçirib. Tribunainfo.az xəbər verir ki, şirkət 14 tenderdə 77 milyon 844 min 442 manatlıq satınalma müqaviləsi imzalayıb.

“MİDA”nın ötən il üçün ən bahalı müsabaqiəsi Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən yaşayış kompleksinin elektrik xətti, kanalizasiya və digər bu qəbildən görülən işləri ilə bağlı olub. “ENERJİ QRUP” MMC ilə bununla əlaqədar 10 milyon 185 min 018 manatlıq satınalma müqaviləsi imzalanıb.

Xatırladaq ki, “MİDA” sözügedən şirkətlə bu ilin ilk ayında da anlaşıb. Belə ki, Şirvan şəhəri, Naxçıvan küçəsində inşa olunan yaşayış kompleksinin sahəxarici və sahədaxili qaz təminatı işlərini həyata keçirən “Enerji Group” b unun müqabilində MMC-dən 1 milyon 509 min 75 manat daha alacaq.

Bahalılıq dərəcəsinə görə, ikinci ən iriməbləğli tender “T.T.Ş.-İNŞAAT” MMC ilə razılaşdırılıb. MİDA Binqədidəki binasının csu-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinə görə, sözügedən şirkətə 8 milyon 448 min 852 manat ödəyib.

Bahalı layihələr sırasında Şirvan şəhəridə 960 yerlik tam orta məktəbin tikintisi də var. “İDEAL TM” QSC ilə bağlanmış müqavilənin dəyəri 6 milyon 951 min 997 manat təşkil edib.

Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili şəbəkəsinin tikintisi işləri də ucuz olmayıb. “İNTEGRAS” MMC ilə bağlanılan müqavilənin dəyəri 4,7 milyon manat olub.

MİDA-nın say baxımından ən çox müqavilə bağladığı şirkət isə “R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ”dir. Ötən il MMC və QSC 3 tender sazişi imzalayıblar. Bu müqavilələrin toplam dəyəri isə 2 milyon 438 min 092 manat olub.

MİDA bu ilin ilk 3 iki ayı ərazində təxminən 29 milyon manatlıq daha üç tender keçirib. Bu tenderlərdən biri Hövsan qəsəbəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması ilə bağlıdır. “AMAL GROUP” MMC ilə bu məqsədlə 27 milyon 285 min 107 manatlıq müqavilə imzalanıb.

MİDA-nın ən qəribə işlərindən biri davamlı olaraq, eyni şirkətlə gördüyü işləri reklam etməsidir. Belə ki, MMC “Medical Media” ilə iki ildir davamlı olaraq çalışır. Tibb sahəsində çalışan və bu sahə üzrə reklamda elə də ciddi uğur qazanmamış sözügedən şirkətlə MİDA-nın ötən il üçün 112 min manatlıq növbəti satınalma müqavilə bağlaması da təəccübə səbəb olub.

İkinci maraqlı məsələ isə MİDA-nın ötən illə nisbətdə bu il dəftərxana ləvazimatına olan tələbatının artmasıdır. Belə ki, ötən il “DOSTLUQ TRADİNG” MMC-dən 102 min 971 manatlıq dəftərxana ləvazimatı alan MİDA, bu ilin yanvarında “LEKAL” MMC ilə eyni məqsəd üçün 134 min 948 manatlıq satınalma müqaviləsi imzalayıb.

Lakin MİDA-nın ən müəmmalı və qəribə işlərindən biri odur ki, şirkətin satınalma saytında keçirdiyi tenderlərin tarixçəsi 2024-cü ilin may ayını keçməməsidir. Yəni, MMC-nin may ayından ötən ilin əvvəlinə qədər olan müddətdə keçirdiyi tenderlərlə bağlı heç bir məlumat yoxdur.

Bu məlumatlar gizlədilibmi, yoxsa, saytın bazasından çıxarılıbmı və ya bunun məqsədli olub olmadığı, habelə texniki məsələ olması barədə heç bir məlumat yoxdur.

Necə ola bilər ki, eyni saytda bu ilin yanvar və fevral ayları üçün MİDA-nın keçirdiyi tenderlərlə bağlı məlumat var, amma ötən ilin yanvar-may ayları üçün heç bir bilgi yoxdur? Bunun özü kifayət qədər qəribə və təəccüblüdür.
 
Ardını oxu...
Artıq 1 il 5 aydır ki, Nərimanov rayonu, Ağa Neymətulla, F.X.Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində, 1,6 hektar ərazidə binaların “Gold Məkan MMC” şirkəti tərəfindən qanunsuz şəkildə sökülməsï iddia olunur.

Bununla bağlı bina sakinlərindən biri Fətullayeva Adilə Adil qızı Bakues.az-a şikayət məktubu ünvanlayıb.

Onun sözlərinə görə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)-84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 58 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə və digər şəxslərə qadağan edilib:

“04.07.24 tarixində məhkəmə tərəfindən binaya yaxınlaşmamaq qərarı verilsə də, “Gold Məkan” şirkətinin rəhbərliyi binanın qaz borusuna müdaxilə edib. Belə ki, binamızın tinində, 4-cü blok tərəfdə, iki nəfərin “90- SY-457” jiquli markalı maşınla gələrək qaz borumuza müdaxilə etdiklərinin şahidi olduq. Birinin əynində “Azəriqaz” işçisinin köhnə qara “kurtka”sı var idi, lakin vəsiqə göstərməkdən imtina etdilər. Qaz idarəsinin 104 qaynar xəttinə zəng edərək öyrəndim ki, “Azəriqaz” bizim əraziyə əməkdaş göndərməyib və operator bizə onlardan vəsiqələrini tələb etməyi məsləhət gördü. Xahiş etdik ki, əməkdaşlarını göndərib məsələyə aydınlıq gətirsinlər. Eyni zamanda FHN-nin 112 qaynar xəttinə xəbər versək də, DİN 102 qaynar xəttinə 6 saat ərzində dəfələrlə zəng edilsə də, gələn olmadı.

“Gold Məkan”ın fəhləsi özünü qeyri-adekvat aparırdı, suallara cavab vermirdi, vəsiqə göstərmirdi, söyüş söyürdü, mənə və qonşulara qarşı nalayiq hərəkətlər edirdi. Onu da bildirim ki, “Gold Məkan”ın kağızda adı gedən direktoru Allahşükür Məmmədov hadisə yerində idi və özünü “sakin” kimi təqdim etdi. Biz onu tanımırdıq”.

Şikayətçi qeyd edib ki, şirkət işçisinə qanunsuz qaz borusunu onların binasına calaq etdiyinə görə etirazını bildirən zaman hücuma məruz qalıb.

“Qaynaq işi görən şirkətin fəhləsindən sənəd tələb etdiyimdə, üstümə hücum çəkərək əlindəki armaturdan düzəldilmiş çəkiclə başıma zərbə endirmək istəyirdi ki, qonşumuz Fuad Ələsgərov araya girdi və ona imkan vermədi. Lakin şirkətin işçisi telefonu tutan əlimə və 750 azn-lik telefona çəkiclə vurub onu sındırdı. Mən ondan sonra Nərimanov RPİ-nə qonşum Fuad müəllimin telefonundan yığdım və 17-ci bölmədən polislərin niyə gəlməməsi ilə maraqlandım. O vaxta qədər, başda Mahir Eyvazov olmaqla, şirkətin işçiləri artıq sırayla düzülmüşdülər və ağ köynəkli şəxs (ö̈zünü təqdim etməyən) mənə dedi ki, “Onda olan məlumata görə, mən telefonu özüm sındırmışam”. Sonradan Hüseynov Ruslan adlı şəxs qanunsuz iş görən Məmmədov Vüqarı oradan qaçırtdı. Araşdırmalar nəticəsində məlum oldu ki, Hüseynov Ruslan “Camaldağ” podratçı şirkətinin icraçı direktoru olsa da, qanunsuz qaz borusuna müdaxilə edən fəhlələr onların deyil, hadisədən sonra işə götürülmüşdilər ki, ” Gold Məkan”ın adı hallanmasın. Bu səbəbdən də “Çamaldağ” şirkəti 20 000 azn cərimələndi”, -deyə müsahibimiz bildirib.

A. Fətullayeva şirkət işçisinin onun üzərinə hücum çəkərək, fiziki zorakılıq göstərməsini videoya çəkdiyini söyləyib. Şikayətçinin redaksiyamıza təqdim etdiyi videogörüntülərdən də onun fiziki zorakılığa məruz qaldığı açıq şəkildə görünür.

Zərərçəkmiş onu da bildirdi ki, 17-ci bölmənin əməkdaşları hadisə yerinə 6 saatdan sonra gəlsələr də, cinayətkarın axtarışı və tapılması üçün heç bir tədbir görmədilər. Yalnız Fətullayeva A.A. prokurorluğa müraciət etdikdən sonra 17-ci bölmənin müstəntiqi Seymur Poladov 9 gün sonra, şənbə günü izahat almaq üçün onu bölməyə dəvət edib. Nərimanov rayon prokurorluğunda cinayət işi yalnız Fətullayeva 09.08.24 il tarixində Baş prokuror Kamran Əliyevin qəbulunda olandan sonra 12.08.24 ildə açılıb. Lakin CM-nin 221.3-cü maddəsi əvəzinə 128-ci maddəsi maddəsi ilə cinayət işi açılıb:

“25.09.24 il tarixində DİN Vilayət Eyvazovun qəbuluna getdim və cənab nazirin ətrafında olan əməkdaşlar koridorda videonu görəndə dedilər ki, bu əməldə 221.3-cü maddənin tərkibi var. Qəbuldan sonra Nərimanov RPİ – da müstəntiq Fuad Babayev istintaqa başladı, amma o da bizim şahidlərin ifadələrini heçə sayaraq və əks tərəfin yalan ifadələrini araşdırmadan maddəni dəyişmədən məhkəməyə göndərdi.

Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədova 2024-cü ilin oktyabr ayından 13 iclas keçirsə də, görünür, onların sayı ya ədalətli qərar çıxartmaq üçün yetərli olmayıb, ya da ilk gündən vəkilim Abbas Quliyev tərəfindən verilmiş vəsatətlə tanış olmayıb. Çünki nə prokurorluqda, nə də polisdə sübutların qiymətləndirilməsi düzgün aparılıb. Ümümiyyətlə, Nərimanov rayon məhkəməsində heç bir hakim “Gold Məkan” tikinti şirkəti və onun əməkdaşları ilə əlaqədar məhkəmənin sədri Həbib Həsənovun təzyiqindən çıxaraq ədalətli qərar verə bilmir.

Dövlət ittihamçısı cinayətkara 9 ay ümumi rejimli cəza müəsissəsində azadlıqdan məhrumetmə haqqında cəza verilməsini təklif etdi, lakin Gültəkin Əsədova ona 1 il islah işləri cəzası verməklə sərbəst buraxdı. Bu, o deməkdir ki, hər bir cinayətkar əlinə alət, çəkic, silah alaraq qadınlara hücum çəkəcək, xəsarət yetirəcək, özünü günahkar saymayacaq və sərbəst buraxılacaq. Ya prokurorun, müstəntiqin, hakimin savadı bu insidenti düzgün maddə ilə qiymətləndirməyə çatmadı, ya da sifariş yüksək yerdən idi…”.
Ardını oxu...
“Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunan Mənsimli Sənan Famil oğlu Azərbaycan Texnologiya Universitetinin Telekommunikasiya fakültəsinin Rabitə qovşaqları və Kommutasiya sistemləri ixtisası üzrə məzunudur”.

Tribunainfo.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Milli Məclisin sabiq deputatı Etibar Əliyev paylaşıb.

Keçmiş millət vəkili yazır ki, S. Mənsimli 2022-ci ildə isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub:

“Valideynə, müəllimlərə divan tutduğuna görə yerini dəyişiblər. Xocalı soyqırımı zamanı 27 gün ailəsi birlikdə erməni əsirliyində olmuş və əsirlikdə olan zaman azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşı güllələnərək şəhid olmuş Fatma Zamanovanın Sənanın dostu Emin Əmrullayevə ünvanladığı məktubdan: “Qalmışıq bu Allahsızın əlində…”

Əziz bacım Fatma xanım: “Allahsız o deyil e, onu oraya soxuşdurandır!”
Ardını oxu...
 
Ardını oxu...
"Ailə tipli məktəbəqədər təhsil" layihəsi tamamilə uğursuz bir layihədir. Azərbaycanda hələ yolavermə diaqnostik qiymətləndirmə keçirilib. Sertifikasiya olunmayıb.

Normal bir proqram çıxarılmayıb, heç bir dərslik yoxdur, müəllimlərin çoxu ibtidai sinif müəllimləri və ya müəllimliklə yaxından-uzaqdan əlaqəsi olmayanlardır. Əksər yerlərdə binalar yararsız haldadır, tərbiyəçilər və dayələr uşaqlarla çox kobud rəftar edir, müdirlər 99 % məktəbəqədər ilə əlaqəsiz, bağçaya ayrılan maliyyə, bağça üçün göndərilənlər hamısı müəllim, müdir və müdir köməkçilərinin ya evində olur, ya da xüsusi dükanla anlaşıb satıb pulunu götürürlər.

Tərbiyəçilərin kurikulumdan xəbəri yox, müdirlərin metodik anlayışı yox. Bütün bunlar azmış kimi təhsilə bu qədər maliyyə ayrıldığı vaxtda, bu qədər ciddi bir məsələdə belə bir layihə bəlkə də ən biabrçı, hətta utanılacaq bir qərardır. Uşaqların ilkin tərbiyəsi, ilk sosiallaşması, cəmiyyətə ilk addımları, şəxsiyyətin ilk cücərtiləri kiminsə vicdanına, insafına buraxıla bilməz.

Bu layihə MİQ imtahanına ziddir, bu qədər MİQ imtahanına hazırlaşan müəllimlərin başına açılan oyunlara qarşılıq bu ədalətsizlikdir. Bu layihə Sertifikasiyaya ziddir. Bir tərəfdən müəllimləri guya çıxdaş edib yaxşıları saxlamağa çalışırlar, illəri, təcrübəsi, çəkdiyi əziyyətlər heçə sayılır, bir tərəfdən də təhsili olmayan, peşəkar olmayanları təlimlərlə peşəkar edəcəklərini iddia edirlər. Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz!

Qeyd edək ki, 2024-cü ilin dekabr ayından etibarən “Ailə tipli məktəbəqədər təhsil” layihəsi 16 rayonda fəaliyyətə başlayıb. Layihə çərçivəsində 293 məktəbəqədər yaşlı uşaq üçün təhsilə əlçatanlıq təmin edilib və 36 ana-tərbiyəçi prosesə cəlb olunub.

/tehsilmedia.az
 
Ardını oxu...
Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi külli miqdarda borclanıb. Bu birlik növbəti dəfə maliyyə qalmaqalı yaşayır.

Mənzil-Kommunal Təsərrüfat Birliyinin 1 milyon 800 min manat vergi borcu var.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi ilk dəfə deyil ki, bu cür maliyyə qalmaqalı ilə gündəm olur. MKTB-nin tender layihələri ilə bağlı çoxsaylı narazılıqlar da var.

Belə ki, MKTB-nin tenderlərinin əvvəlcədən razılaşdırılmış şəkildə eyni şəxslərə verilməsi ilə bağlı ciddi ittihamlar yer alır.

Ən əsas ittiham isə tenderlərin qalibinin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi Eldar Şirinov olmasıdır.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyi əhalinin mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, əsaslı tikinti və təmir sahəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.

Mənzil-Kommunal Təsərrüfat Birlikləri (MKTB) müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərirlər.

Musavat.com
 
 
 
Ardını oxu...
Araşdırılmasına, dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur.
STİ-dən (Sənayə Təhlükəsizlik İdarəsi) yazdılar.
-SOCAR tərkibində olan, STİ-də (Sənayə Təhlükəsizlik İdarəsi). İşçiləri lazım olmayan kurslara ğöndərirlər. Və işçilər o kursları keçə bilmirlər. Ona görəki o kursların işcilərin vəzifə təlimatı ilə heç bir əlaqəsi yoxdur. Və işçilərdən tələb edirlər ki öz hesabına məzuniyyətə çıxıb kurslara getsinlər. Və kursun 150 azn ödənişini işçilərdən tələb edirlər. Deyirlər ki ödəniş edib kursa getməsəniz, işdən azad olacaqsınız. Halbu ki bu kurslar beynalxalq standarta uyğun kurslardı. Və SOCAR -n heç bir platformasında bu standartlar heç vaxt tədbiq olmayıb. Və olana da oxşamır.
Bunu Neftçilərin Hüqualrının MÜdafiəsi Təşilatının (NHMT) sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir. Daha sonra Mirvari xanım neftçilərin problemləri ilə bağlı iddiaları dilə gətirərək bəzi suallara cavab istəyir:
-Işçilər A4 kağızdan tutmuş sabın, yuyucu vasitələrinə kimi hamısını özləri alır. Bundan əlavə hər ay işçilərdən fond pulu yığılır. İdarənin xırda xərclərinə.
-Həmkarlar Təşkilatı heç bir məsələdə işçilərə yardımçı olmur. Məzuniyyət aylarında həmkarlardan səyahət paketi almaq olmur.
-STİ-nin bütün idarə heyyəti bir biri ilə qohumdur.
-Dənizdə işləyən işçilərə zərərlik ödənmir. İşçilərin iş şəraiti ilə maraqlanan yoxdur. Platformalarda normal iş şəraiti yoxdur. Avadanlıq yoxdur.
-Platformalarda verilən yeməklər keyfiyyətsizdir. Vaxtı keçmiş ərzaqlardan istifadə edirlər. Platformaya gələn su keyfiyyətli və içməli deyil.
-Sanitar qovşaqları bərbad gündədir. Bu məsələlrlə bağlı şikayətlər olsa da. Heç bir şey düzəlmir.
 
Ardını oxu...
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin beynəlxalq miqyasda tanıdılması və turizmin inkişafına “töhfə” vermək adı ilə yeni bir strategiyaya baş vurub.

"DİA-AZ" xəbər verir ki, bu məqsədlə agentlik 2025-ci ilin fevral ayının 13-ü dövlət satınalmalarının vahid internet portalında 4 tender elan edib.

“Xarici jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması” tenderinin bitmə tarixi isə martın 7-sindədir.

Dörd tender üçün ayrılan ümumi vəsaitin həcmi 4 milyon 190 min manat təşkil edib.

Tenderlər üç qitəni əhatə edərək, doqquz ölkədən ümumilikdə 212 nəfərin Azərbaycana gətirilməsini nəzərdə tutur. Bu şəxslər arasında jurnalistlər, turizm blogerləri və səyahət agentliklərinin nümayəndələri var.

Bölgü isə belədir: Özbəkistandan 30 nəfər, Qazaxıstandan 30 nəfər, Çindən 30 nəfər, Hindistandan 40 nəfər, Cənubi Koreyadan 10 nəfər, İsraildən 20 nəfər, Rusiyadan 37 nəfər, Belarusdan isə 15 nəfər.
Ardını oxu...
Bu metod hökumətin ilk dəfə rəsmi şəkildə tanıtım siyasətində influenser marketinqindən istifadə etdiyini göstərir.

Məqsəd, onların ölkə haqqında pozitiv məlumatlar paylaşması, turizm potensialını şəxsən kəşf etməsi və öz izləyiciləri ilə bölüşməsidir.

Azərbaycan hökuməti əvvəllər də blogerlərin və səyahət influenserlərinin reklam imkanlarından istifadə edib. Ancaq bunlar əsasən qərb və rus blogerləri ilə fərdi və bir çoxu könüllü şəkildə həyata keçirilirdi.

Bu dəfə isə rəsmi tender yolu ilə daha gəniş miqyasda və məqsədli şəkildə bu prosesə start verilib. Və bu, əsasən Asiya ölkələri kontingentini hədəfləmiş turizm strategiyası kimi həyata keçirilir.

"DİA-AZ" vruğulayır ki, burada əslində bir mühüm məqam da sözgüedən prosesin maliyyələşməsinə nəzarət imkanlarının demək olar ki, məhdudluğudur. Hər halda, saxta, "fakeblogger" hesabına bu kimi işlər zaman-zaman həyata keçirilib və büdcə pulları mənimsənilib. Eyni prosesin təkrar baş verməyəcəyinə isə inanmaq o qədər də asan deyil...
 
 
 

Dünyapress TV

Xəbər lenti