Ardını oxu...
Araşdırılmasına, dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur.
STİ-dən (Sənayə Təhlükəsizlik İdarəsi) yazdılar.
-SOCAR tərkibində olan, STİ-də (Sənayə Təhlükəsizlik İdarəsi). İşçiləri lazım olmayan kurslara ğöndərirlər. Və işçilər o kursları keçə bilmirlər. Ona görəki o kursların işcilərin vəzifə təlimatı ilə heç bir əlaqəsi yoxdur. Və işçilərdən tələb edirlər ki öz hesabına məzuniyyətə çıxıb kurslara getsinlər. Və kursun 150 azn ödənişini işçilərdən tələb edirlər. Deyirlər ki ödəniş edib kursa getməsəniz, işdən azad olacaqsınız. Halbu ki bu kurslar beynalxalq standarta uyğun kurslardı. Və SOCAR -n heç bir platformasında bu standartlar heç vaxt tədbiq olmayıb. Və olana da oxşamır.
Bunu Neftçilərin Hüqualrının MÜdafiəsi Təşilatının (NHMT) sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir. Daha sonra Mirvari xanım neftçilərin problemləri ilə bağlı iddiaları dilə gətirərək bəzi suallara cavab istəyir:
-Işçilər A4 kağızdan tutmuş sabın, yuyucu vasitələrinə kimi hamısını özləri alır. Bundan əlavə hər ay işçilərdən fond pulu yığılır. İdarənin xırda xərclərinə.
-Həmkarlar Təşkilatı heç bir məsələdə işçilərə yardımçı olmur. Məzuniyyət aylarında həmkarlardan səyahət paketi almaq olmur.
-STİ-nin bütün idarə heyyəti bir biri ilə qohumdur.
-Dənizdə işləyən işçilərə zərərlik ödənmir. İşçilərin iş şəraiti ilə maraqlanan yoxdur. Platformalarda normal iş şəraiti yoxdur. Avadanlıq yoxdur.
-Platformalarda verilən yeməklər keyfiyyətsizdir. Vaxtı keçmiş ərzaqlardan istifadə edirlər. Platformaya gələn su keyfiyyətli və içməli deyil.
-Sanitar qovşaqları bərbad gündədir. Bu məsələlrlə bağlı şikayətlər olsa da. Heç bir şey düzəlmir.
 
Ardını oxu...
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin beynəlxalq miqyasda tanıdılması və turizmin inkişafına “töhfə” vermək adı ilə yeni bir strategiyaya baş vurub.

"DİA-AZ" xəbər verir ki, bu məqsədlə agentlik 2025-ci ilin fevral ayının 13-ü dövlət satınalmalarının vahid internet portalında 4 tender elan edib.

“Xarici jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması” tenderinin bitmə tarixi isə martın 7-sindədir.

Dörd tender üçün ayrılan ümumi vəsaitin həcmi 4 milyon 190 min manat təşkil edib.

Tenderlər üç qitəni əhatə edərək, doqquz ölkədən ümumilikdə 212 nəfərin Azərbaycana gətirilməsini nəzərdə tutur. Bu şəxslər arasında jurnalistlər, turizm blogerləri və səyahət agentliklərinin nümayəndələri var.

Bölgü isə belədir: Özbəkistandan 30 nəfər, Qazaxıstandan 30 nəfər, Çindən 30 nəfər, Hindistandan 40 nəfər, Cənubi Koreyadan 10 nəfər, İsraildən 20 nəfər, Rusiyadan 37 nəfər, Belarusdan isə 15 nəfər.
Ardını oxu...
Bu metod hökumətin ilk dəfə rəsmi şəkildə tanıtım siyasətində influenser marketinqindən istifadə etdiyini göstərir.

Məqsəd, onların ölkə haqqında pozitiv məlumatlar paylaşması, turizm potensialını şəxsən kəşf etməsi və öz izləyiciləri ilə bölüşməsidir.

Azərbaycan hökuməti əvvəllər də blogerlərin və səyahət influenserlərinin reklam imkanlarından istifadə edib. Ancaq bunlar əsasən qərb və rus blogerləri ilə fərdi və bir çoxu könüllü şəkildə həyata keçirilirdi.

Bu dəfə isə rəsmi tender yolu ilə daha gəniş miqyasda və məqsədli şəkildə bu prosesə start verilib. Və bu, əsasən Asiya ölkələri kontingentini hədəfləmiş turizm strategiyası kimi həyata keçirilir.

"DİA-AZ" vruğulayır ki, burada əslində bir mühüm məqam da sözgüedən prosesin maliyyələşməsinə nəzarət imkanlarının demək olar ki, məhdudluğudur. Hər halda, saxta, "fakeblogger" hesabına bu kimi işlər zaman-zaman həyata keçirilib və büdcə pulları mənimsənilib. Eyni prosesin təkrar baş verməyəcəyinə isə inanmaq o qədər də asan deyil...
 
 
 
Ardını oxu...
«Satılan hər 100 kartdan qazanılan 7 manatın da yarısını kəsirlər və bu azmış kimi, üstəlik, hər bir satıcı ayda “Azərlotereya”nın hansısa departamentinə adı məlum olmayan şəxsi karta 91 manat pul ödəyir…»
Gələk birbaşa mətləbə: Sovet dövründə də lotereyalar oynanılırdı. 30 qəpiklik adi, 50 qəpiklik isə OADKYC (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti-Rus dilində «DOSAAF) lotereyaları var idi. Bu lotereyalar cəmiyyətdə çox obyektiv və düzgün qarşılanırdı. Çünki həmin lotereyalarla həm varlılar, həm də kasıblar nəsə uda bilirdilər. Kasıblar maşın udanda isə, varlılar həmin lotereyanı üçqat qiymətinə alırdılar. Çünki nə vaxtsa həbs olunma təhlükəsi olardısa, evi, əmlakı məhkəmə qərarı ilə müsadirə olunan zaman lotereya ilə udulmuş maşına dəymirdilər. Qısası, o dövrdə əhalidə bu lotereyalara böyük inam var idi. Uduşda maşından tutmuş, mebellərə, paltarlara və digər məişət avadanlıqlarına qədər, hər şey var idi. Hətta uduşda nağd pullar da olurdu. Özüm də bu uduşların şahidi və iştirakçısı olmuşam.

Müstəqillik dövründə isə bir çox lotereya oyunlarını görmüşəm və açığı, bunlara heç vaxt inamım olmayıb. Son illər isə “Azərlotereya” ASC-nin “Poz qazan” adı altında”Tap qazan”(bunu nədənsə sonradan satışdan çıxartdılar) “Qızıl-9” və s. lotereya oyunları Bakı şəhərini və kəndlərini başına götürüb.

Özü də bu oyunlara ən çox aludə olan da binəva kasıb-kusublardır. “Bəlkə də bəxtim gətirdi” prinsipi ilə hər bir kasıb ən azından belə lotereyaların gün ərzində 3 və ya 4 ədədindən istifadə edir. Ən çox da guya 25 min manat uduşu olan 1 manatlıq kartlardan istifadə olunur. 2 manatlıq kartlarda 50, 3 manatlıq kartlarda 75, 5 manatlıq kartlarda 100, 10 manatlıq kartlarda isə, yalan olmasa, guya 500 min manat uduşlar var.

Pozub qazanma, yoxsa, yazıb pozulma???
Bu dəfə redaksiyaya daxil olan şikayət və ya müraciətləri araşdırmaq, aydınlıq gətirmək üçün Bakının bir çox yerlərində həmin lotereyaları satanların yanında durub pozan müştəriləri müşahidə etməli oldum… Açığı, özüm də həvəslənib, banka borclu olduğumdan, “Bəlkə qazandım” arzusu ilə bu oyuna qoşularaq, bu dəfə qurbanlardan biri oldum. Məsələn, iki il ərzində, az da olsa inanmışam ki, bəlkə növbəti dəfə bəxtim gətirdi. Iri məbləğdə olan uduşlara qətiyyən ümid etməmişəm. Fikirləşmişəm ki, bəlkə 100, 1000 manat uda bildim. Aylarla bu uduşları nə özümdə, nə də başqalarında görmədiyimdən ümidimi 5, 10, ən çoxu isə 20 manatlığa bağlamışam. Həftədə 10-12 manat bu oyunlara pul xərcləmişəm ki, bəlkə hansısa bir uduşum oldu. Amma və lakin…

Udub-uduzanların «Poz-qazan!» şəhəri…
Bu iki il ərzində inanın ki, nə mənə, nə də bir başqasına 20 manatdan yuxarı uduş düşməyib. Mənə cəmi 2 dəfə 20 manat düşüb. Nadir halda isə 1, 2, 3, 5 manatlıq uduşlar olub. Yəni, uduş bu məbləğlərdə olur. Artıq adamda şübhə yaranır ki, bu kartları mikroskopdan keçirib satışa buraxırlar. Ona görə də sonuncu manatını böyük ümidlə bu kartlara verən bədbəxt kasıb müflis olmasın, neyləsin…

***

…Burada bir maraqlı məqamı qeyd etmək istəyirəm. Həmin biletlərin sağ tərəfində “Bonus oyunu” deyilən yeri pozanda pul şəkli çıxsa, deməli, onun altında yazılan məbləği udmuş olursan. Çox vaxt isə həmin yerdən çətir, boyunbağı, at nalı, zər, tac və digər əşyaların şəkli çıxır. Altından yenə də 1, 3, 5, 10, 20 manat və sair rəqəmlər yazılmış olur. Bu lotereyanı dizayn edənlərin bir qram da olsun dəqiqliyi yoxdur. Əgər pul şəkli çıxıb, altında hansısa rəqəm varsa, deməli, həmin məbləğdə pulu udmusan də! Amma çətir şəklinin altında müxtəlif uduş rəqəmlərini yazmağın nə mənası var? Onsuz da çətirin altından çıxan rəqəm uduşlu deyil. Yaxşı olmazmı ki, həmin bonus yerində çıxan şəklin altında heç bir rəqəm olmasın! Yalnız pul şəkili çıxanda, müştəri onun altındakı rəqəmli pulu udduğunu biləcək. Əgər uduş üçün pul şəkli yoxdursa, çətirin altında 5 manat, 10 manat yazmağın mənası yoxdur!

Kim uduzdu, kim uddu…
İndi keçək mətləbə: dediyim kimi, araşdırma yazı hazırayıb bəzi mətləblərə aydınlıq gətirilməsi üçün bu biletlər satılan yerlərdə çoxsaylı müşahidələr aparmışam, şəkillər çəkmişəm. Neçə ay ərzində apardığım müşahidələr zamanı bircə dəfə də olsun iri məbləğdə pullar udan görməmişəm. Düzdür, ara-sıra eşidirəm ki, kimsə guya 25-50-100 min manat udub. Nəyə desəniz and içərəm ki, bunlar hamısı feykdir, ya da… o söz! Həmin “şanslı” adamlar niyə mediada sevincini bəzi klipli müğənnilər kimi paylaşmırlar, kimliklərini aydın şəkildə ictimaiyyətə açıqlamırlar???

Məsələ ondadır ki, imkanlıların onsuz da bu məbləğlərə ehtiyacı yoxdur. Çünki hər birinin korrupsiya və rüşvət yoluyla qazandıqları milyonlar var. Nəyinə lazımdır onlar üçün “semiçka pulu” olan 50 və ya 100 min manat? Amma o yazıq kasıbların 10-20 manata da ehtiyacları var. Elə bu “Poz-qazan” lotereyasını yaradıb, ortaya çıxardanlar da yalnız kasıblara “stavka” ediblər. Kasıblara da ki, bir hay lazımdır. İşsiz olduqlarından bütün günü düşürlər bu “Poz-qazan” lotereyalarının canına ki, guya onlar da nə vaxtsa, varlanacaqlar. Amma onların pulu ilə bəzi işbazlar babat varlanmayqdadırlar…

***

Çox təəssüf ki, bu lotereyaların tirajlarından məlumatım yoxdur və bunu öyrənmək də mümkün deyil. Amma axtarışlarımdan və sosial şəbəkələrdən öyrənmişəm ki, bu “Poz-qazan” lotereyasını buraxanların illik qazancı 628 milyon manatdır. Təsəvvür edirsinizmi? Onun kağızını və mətbəə xərclərini nəzərə alsaq, az qala “semiçka” puludur. Amma qazanca fikri verin – 628 milyon manat! Bu çox böyük rəqəmdir. Heç bir istehsal sahəsi olımayan, hansısa bir məhsul istehsal etməyən, adi kiçik bir kağız parçası ilə bir ildə 628 milyon manat qazanılması heyrətamizdir.

Dövlətə nə qədər vergi verilirsə, bu da məlum deyil. Məlum olan odur ki, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”. Bu “Poz qazan” lotereyasının çanağı kasıbların başında çatlayır. Məhz o kasıbların sayəsində bu varlılar kapitallarını daha da artıraraq, necə deyərlər, qaz vurub, qazan doldururlar.



Bir çox instansiyalara müraciət etsəm də, bu, qazan dolduran “Poz-qazan”nın sahibinin kim olduğunu müəyyən edə bilmədim. Bu oyunun başında duran məmur kimdirsə, bəlli deyil…

***

Azərbaycanda qumar oyunları rəsmi qaydada qadağan edilib. Amma bu “Poz-qazan” lotereyaları elə əsl qumar oyunudur ki, var. Yəni, cüzi pula “stavka” etməklə milyonlar qazana bilirlər. Düzdür, “Azərlotereya” ASC rəsmi qurum sayılır.
Bəs əmək qanunvericiliyinə “Azərlotareya” ASC-də necə əməl edilir?
Araşdırmamıza əsasən demək olar ki, bu qurumda əmək qanunvericiliyinin heç bir bəndinə əməl olunmur. Məlumat üçün deyim ki, Bakının küçələrində, ətraf qəsəbə və kəndlərdə, həmçinin rayonlarda bu kartları satanların sayını müəyyən etmək mümkün deyil. Belə insanların sayı minlərlədir. Bu insanların heç birinə aylıq əmək haqqı verilmir. Maraqlı deyilmi? Qeyd etdiyim kimi, qazanc ildə 628 milyon manatdır. Amma bu puldan heç kimə əmək haqqı nəzərdə tutulmur. Üstəlik, bu işçilərlə heç bir əmək müqaviləsi də bağlanmır. Bu isə açıq-aşkar vergidən yayınma və korrupsiya faktı deyilmi? Əlbəttə, məhz belə qanusuzluqların sayəsində bu oyunun arxasında duran işbazın bir ildə 628 milyon manat qazanması təəccüb doğurmamalıdır… Çünki uduşa pullar qoymur, ona bu milyonları qazandıranlara isə, əmək haqqı verilmir. Belə olan surətdə də kasıbların hesabına pullar sel kimi gələcək və necə ki, gəlir.
«Poz-qazan»ın sirri açılır…
Araşdırma zamanı müəyyən etdim ki, bu kartları satanlar hər satılan 100 kartdan 7 manat, kart sahibləri isə 93 manat qazanır. Gün ərzində yağışdan sonrakı göbələklər kimi artmış bu dəmir köşklərin hər birində 400, 450 və 500 ədəd birmanatlıqdan 10 manatlığa qədər olan kartlar satılır. Bu satışdan satıcılara əmək haqqı olaraq qazandıqları 7 manatdan yox, yuvarlaqlaşdırıb 400-dən 500 manata qədər pul verirlər. Yəni, satılan hər 100 kartdan qazanılan 7 manatın da yarısını kəsirlər və bu azmış kimi, üstəlik, hər bir satıcı ayda “Azərlotereya” ASC-nin hansısa departamentinə “KapitalBank»dan olan şəxsi karta 91 manat pul ödəyir. O da maraqlıdır ki, heç kim də onlara demir ki, bu 91 manat nədir və nə üçün ödənilir? O da təəccüblüdür ki, həmin 91 manatı ödəmək üçün satıcılara verilmiş 16 rəqəmli kodu yığanda heç bir ad, soyad çıxmır. Pul banka yox, adı məlum olmayan şəxsin hesabına ödənilir. Bu şəxsi heç satıcılar da tanımır. Qədimlərdə yığılan “dinmə, ver” töycüsü kimi, həmin şəxs də satıcıları beləcə soyub, talayaraq, qul kimi istismar edir. Özü də yüksək texnologiyalar dövrü olan XXI əsrdə, belə talançılığı etməyə risk edirlər. Bu faktlardan korrupsiya iyi gəlmirmi? Bəs Dövlət Vergi Xidməti hara baxır? Əmək müfəttişləri də yəqin uzun müddətli “ezamiyyətə çıxıblar…”.

Hamının gözü qarşısında baş verən bu boyda cinayətləri niyə görmək istəmirlər? Axı şəhərin bütün nöqtələrində bu lotareyaları satanların heç bir zvzr müqaviləsi yoxdur, az olan əmək haqqı nağd şəkildə verilir, pullar bank hesablarına yox, adı məlum olmayan şəxsi kart hesabına ödənilir və s. Bunu bizə söyləyən satıcılar var… Daha nə baş verməlidir ki, sadladığım qurumlar qanunsuzluqları aradan qaldırmaq üçün hərəkətə keçsinlər? Maraqlıdır, deyilmi? Yayın istisində, qışın soyuğunda, səhərdən axşama qədər açıq havada bir tikə çörək puluna görə dözüb dayanan bu insanları anlamaq çətindirmi?



Bi məqamı da qeyd etmək istəyirəm. Qiymətindən asılı olmayaraq, hər bir kart bağlamada 200 ədəddir. Həmin bağlamaya satıcılar 186 manat verib hansısa adını bilmədikləri departament rəsmisindən qəbul edirlər. Qazancları isə zəhmət haqqına uyğun olmur. Satıcılarla etdiyim söhbətdən aydın olur ki, onlarla əmək müqaviləsi yox, bu lotareyaları satmaq üçün adi bir müqavilə bağlanır. Deməli, bu yazıq insanlar üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) heç bir pul köçürülmür. Bu isə o deməkdir ki, pensiya yaşına çatanda əməyə görə yox, yaşa görə çox cüzi məbləğdə pensiya alacaqlar. Bu gün qazandıqları 3-5 manata “şükür” edənlər, gələcək həyatlarının problemlərini düşünmürlər. Amma onları qınamağın da yeri yoxdur. Bu satıcılar haqqında onları qul kimi işlədən, özləri isə bir ildə 628 milyon manat qazanan “Azərlotareya” ASC-nin sahibləri düşünməlidirlər.

Bundan əlavə, hamının gözü qarşısında minlərlə insanı müqaviləsiz işlədərək vergidən yayınan bu qurumun qanunsuzluğuna göz yuman Dövlət Vergi Xidməti, Əmək Müfəttişliyi də öz sözünü deməlidir. Baş Prokuror yanında Korrupsiyaya Qaşı Mübarizə Baş idarəsinin rəsmiləri, nəhayət, yerindən silkələnməli və üzünü baş verən korrupsiya faktına tərəf çevirməlidir.

Yazımı türk dünyasının nəhəng şairi Bəxtiyar Vahabzadənin 1996-cı ildə yazdığı “Vaydır əkdiyiniz” şeirinin 1-ci və sonuncu bəndləri ilə tamamlayıram:

“Ey cibləri dolu, ürəyi boşlar,

Ey sərvət dəlisi, köhnə naxoşlar…».

Nə isə…

Elçin MƏMMƏDLİ
/tezadlar.az
Ardını oxu...
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) xidməti istifadə üçün nəzərdə tutulan mallar alır.

TEREF Pravda.az-a istinadla xəbər verir ki, qurum bu məqsədlə 299 880 AZN sərf etməyi planlaşdırır.

Alınacaq malların siyahısına gödəkçə, botinka, 6 min ədəd sabun (72%), vedrə, dırmıq və s. daxildir.
 
Ardını oxu...
Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Şərab zavodunun cərimələnməsi gözlənilir.

Tribunainfo.az xəbər verir ki, “A+CO” ASC-nin İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
“A+CO” ASC ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 28 fevral tarixində hakim Abusət Qasımovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC 1997-ci ildə MMC kimi təsis edilib. Şirkət şərab, konyak və digər alkoqollu işçilər istehsal edir. “A+CO” ilə “GOLD VİNE” ASC-lər ikisi də eyni ünvanda yerləşir. Hər iki şirkətin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
Fərid Qayıbov 2021-ci ilin sentyabr ayından Gənclər və İdman naziri vəzifəsini daşıyır. Ondan əvvəl də, onun dövründə də bu qurum yalnız idman sahəsində fəaliyyət göstərib, gənclər siyasəti ilə bağlı heç bir iş görə bilməyib.

Gənclərə də, idmana da fiziki baxış sərgilənib, ideoloji yanaşma olmayıb. Gənclər təşkilatlarına qrantlar ayrılıb və büdcə pulları havaya sovrulub.

Nazirlik tərəfindən 13 fevral-1 mart 2024-cü il tarixlərində elan olunmuş qrant müsabiqəsinin qaliblərinə 905 min manat vəsait ayrılıb. Qalib təşkilatların layihələrini bir-biri incələyin, bir-birindən bərbad layihələrdir, pul alan təşkilat rəhbərləri 20-30 adamı otağa yığır, 1 saat boş-boş danışırlar, sonra da “Qarabağ Azərbaycandır!” qışqırıb gedirlər.

Nazir vəzifəsi - özünü sınamaq üçün uyğun post deyil. Dövlətin gənclər və idman siyasətindən 4 il də F.Qayıbov yedi. O, ən uğursuz nazirlərdən biri kimi tarixə düşdü. Vaxtilə bu adama ümidlər böyük idi. Mən də bir jurnalist kimi onun haqqında müsbət fikirlər yazmışdım. Çünki ona qarşı hücumların haradan qaynaqlandığını bilirdim. Haqlı imişlər, amm təəssüflənmirəm.

Nazir olduğu müddətdə 44 idman federasiyası ilə konsolidə olunmuş fəaliyyət qura bilməyən F.Qayıbov federasiyalardakı özbaşınalıqların, qanunsuzluqların əsas səbəbkarıdır. O, son üç həftə ərzində III MDB Oyunları üzrə Təşkilat Komitəsindəki və MOK-dakı vəzifələrini itirdi. Etimadı itirmiş bir adamın post itirməsi gözlənilən idi. Nazir vəzifəsindən də qovulacaq.

Hazırkı müavinləri 65 yaşlı İndira Hacıyeva və Fərhad Hacıyev də Qayıbovun özü kimi bacarıqsız məmurlardır. İllərdir bu postlar da işğal olunub.

mia.az
Ardını oxu...
DSMF-nin məhkəmə-vəkil bürosu saxtalığına əlavə edib

Borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) 22 aydır dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını özbaşına, dələduzluqla dayandırmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbini DSMF-in məhkəmə-vəkil filialının saxtalaşdırmasını media qurumları işıqlandırıb.

Xatırladırıq ki, tələbkar qazinin iddia tələbi “05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı qərarın icrasının dayandırılmasından dəyən ziyanın ödənilməsi” olduğu halda, DSMF-in Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı- 39 saylı vəkil bürosu (depertament müdiri, büro müdiri, vəkil Yeganə Məmmədova, baş mütəxəssis Gülnar Həzizadə) “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” şəklinə salıb. 7 vərəqlik iddia tələbinə aid olmayan 06.02.2025-ci il tarixli etiraza 17.02.2025-ci ildə 6 vərəqlik əlavə olunub. Yenə də iddia tələbi “1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05.07.2017-ci il tarixli qərarının DÜZGÜN İCRA EDİLƏRƏK azaldılmış məbləğin bərpa edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi” formasında saxtalaşdırılıb. Tələbkar qazinin tələbini “DÜZGÜN İCRA EDİLƏRƏK” yox, İCRANIN ÖZBAŞINA DAYANDIRILMASINDAN dəyən maddi-mənəvi ziyanın ödənilməsi təşkil edir. 39 saylı vəkil bürosunun, DSMF-in məhkəmə filialının müdiri Yeganə Məmmədova hansı əsasla, hansı hüquqla, hansı prosessual fəaliyyət qabiliyyəti ilə əsl cavabdehin-borclu XŞTMF-nin adından məhkəməyə çıxır, etiraz edir və iddia tələbini saxtalaşdırır!(?) Bəs məhkəmə? Niyə bu qeyri-prosessual fəaliyyətə susur, 3 aylıq süründürməçilikdən sonra, hüquqi yardım etmədən, vəkil ayırmadan, İPM-in 9-2 maddəsinə əsasən iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini təmin etmədən iddianın mümkün sayılmaması haqqında qərardad çıxarır? Məhkəmə qərarının icrasının tələb edilməsinin mümkün sayılmaması Konstitusiyanın da, məhkəmənin də, parlamentin də, icra hakimiyyətinin də mümkün sayılmaması deməkdir. Konstitusiyanın mümkün sayılmadığı ölkədə hansı məhkəmə təminatı, sosial təminat hüququndan danışmaq olar?

... 39 saylı vəkil bürosuna qarşı Qarabağ qazisinin məhkəmə davası açılır...

Məğrur Bədəlsoy

P. S. İmzalanan anda Ədliyyə Nazirliyi İcra xidmətinin rəis müavini Fəqan Şabanovun 2 cümləlik cavabı gəldi: “MƏHKƏMƏ QƏRARININ (hansının ?-M.B.) İCRA OLUNMAMASI İLƏ BAĞLI Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, oxşarməzmunlu (?-M. B.) əvvəlki müraciətləriniz İcra xidmətində araşdırılaraq Sizə müvafiq cavab verilmişdir” (??) Tələbkar qazi hazırkı, əvvəlki cavablarla illərdir icra olunmayan qərarların icrasına nail olur? Tələbkar icranı tələb edir, icra xidməti əvvəllər “it ilində” cavab verildiyini bildirir. Belə icra xidməti ilə qazinin tələbkar edildiyi 7 məhkəmə qərarının hansı birinin icrasından danışmaq olar? Suala ədliyyə naziri Fərid Əhmədov cavab verməyə borcludur. İli Konstitusiya və suverenlik ili elan edən Prezidentin (Administrasiyasının) tapşırığıdır, yerinə yetirməmək baha başa gələ bilər.
hurriyyet.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvan şəhərinin işıqlandırılmasına 2 milyon manat ayrılsa da, gecə düşəndə yollar yenə də zülmətə qərq olur. Sakinlər qaranlıq küçələrin təhlükəli olduğunu, xüsusilə sahibsiz itlərin qorxu yaratdığını bildirirlər.
Bundan əlavə, sürücülər yol kənarını düzgün görə bilmədiyi üçün piyadalar ciddi təhlükə ilə üz-üzə qalır. Son aylarda Naxçıvanda baş verən piyada vurulmalarının əksəriyyəti məhz gecə saatlarında qeydə alınıb.
"Əvvəllər küçələr normal işıqlandırılırdı, indi isə maliyyə çatışmazlığı bəhanəsi ilə işıqları yandırmırlar. Bəs ayrılan bu 2 milyon hara gedir?" – sakinlər belə sual verirlər.
Sakinlərin sözlərinə görə, 3-cü Mikrorayondan Tumbul kəndinə, hava limanı yoluna, Babək və Şıxmahmud istiqamətlərinə gedən yollar tamamilə qaranlığa qərq olub. Nəqliyyat vasitələri yol kənarlarını güclə seçir, piyadalar isə ehtiyatla hərəkət etməyə çalışır.
Şəhər sakini Cavad Muradov deyir ki, gecələr qorxudan küçəyə çıxmırlar. Məcbur qalıb çıxdıqda isə ehtiyatlı davranmağa çalışırlar:
"Gecələr küçədə hərəkət etmək təhlükəli hala gəlib. Küçə itləri insanlara hücum edir. İşdən çıxanlar, hazırlıqdan gələn uşaqlar qaranlıq yollarda qorxu içində irəliləyirlər. Mən hər axşam avtobus dayanacağında övladımı qarşılamalıyam, çünki küçədə işıq olmadığı üçün yol təhlükəlidir."
İşıqlandırma problemi təkcə şəhər kənarında deyil, mərkəzdə də hiss olunur. Şəhriyar məhəlləsində (5 nömrəli marşrutun son dayanacağı) küçələr illərdir işıq üzü görməyib. Orada yaşayan A. Nəzərov deyir ki, 20 il əvvəl quraşdırılmış işıq dirəklərinin bir hissəsi ümumiyyətlə yoxdur, olan dirəklərdə isə nadir hallarda işıqlar yandırılır:
"Küçədə avtomobillər piyadaları çətinliklə görür, qəzalar baş verə bilər. Dəfələrlə Naxçıvan Şəhər İcra Hakimiyyətinə şikayət etmişik. Cavab eynidir: ‘Vəsait yoxdur, düzəldə bilmirik.’ Son vaxtlar isə ümumiyyətlə olan işıqları da söndürürlər. Şəhər ətrafındakı bütün məhəllələrdə vəziyyət eynidir."
Ötən ilin avqust ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti küçələrin işıqlandırılması üçün 650 işıq dirəyi və 300 işıq başlığı aldığını açıqlamışdı. Bu avadanlıqların ümumi dəyəri 1.989.470 manat olub. Amma nə işıq dirəkləri var, nə də işıqlandırma düzəlib.
Şikayətçilər aidiyyəti qurumlara müraciət edərək, problemin həll olunmasını tələb edirlər. Sual isə ortadadır.
Gündəlik Naxçıvan
Ardını oxu...
Kinoşünas Ayaz Salayev deyib ki, “rus sektorunun bağlanmasını ancaq natamamlıq kompleksi olanlar istəyir”. Nə deyəsən bu cür düşünənə? Natamamlıq kompleksi yaşayan sənsən, Ayaz Salayev.

Çünki bu yaşına gəlmisən, hələ də hansı dildə düşünüb danışmağı belə müəyyənləşdirə bilməmisən. Sən Azərbaycan dili sektorunda digər dillərin keyfiyyətlə öyrədilməməsini bəhanə gətirir və deyirsən ki, rus sektorunu bitirənlər iki dildə danışa bilir, Azərbaycan dili sektorunda oxuyanlarsa yalnız bir dildə. Şəxsən mənim Azərbaycan sektorunda orta təhsil görmüş iki övladım rus dili də daxil olmaqla dörd xarici dildə mükəmməl danışa bilir.
Ardını oxu...


Moskvada oxuyub gəlməklə deyil e, sən hələ rus sektorunda oxumaqla rus dilini öyrənmək arasındakı fərqi özün üçün ayırd edə bilməmisən. Sən heç onu da ayırd edə bilməmisən ki, bir müstəqil dövlətin dövlət dili dura-dura həmin dövlətin büdcəsi hesabına başqa bir dövlətin dövlət dilində pulsuz orta təhsil vermək nə deməkdir. Hər il həmin sektorlarda təhsilə dövlət büdcəsindən nə qədər pul ayrılır, hər il rusca dərsliklər nəşr olunmasına nə qədər vəsait gedir, sən hardan biləsən. Heç olmasa, başını qaldır, bizlərlə eyni vaxtda SSRİ-nin tərkibindən çıxıb müstəqil olmuş Ermənistana, Gürcüstana, Pribaltika ölkələrinə, Moldovaya və s. bax, gör milli təhsillərinə nə qədər önəm verirlər və rus sektoru olan neçə məktəbləri var. Məxsusi olaraq sən və sənin kimi düşünən, rusun burda ekspansionist siyasətinə ləbbeyk deyən insanlara bir daha qandırırıq:

Rus sektorunda Ana dili (Rodnoy Yazık) fənni qismində öyrədilən dil Rus dilidir, bizim dilimiz deyil. Orda şagirdlərə Nizami, Füzuli, Nəsimi, Mirzə Cəlil, Sabir öyrədilmir, Dostoyevski, Tolstoy öyrədilir və onların təfəkkürü ilə düşünmək təbliğ olunur. Ayrıca, ölkədə rus sektoru olan bu qədər məktəb olduğu halda, rus dilində coğrafiyanı, kimyanı, riyaziyyatı, fizikanı, biologiyanı öyrədəcək bu qədər kadr yoxdur. Və Azərbaycan dövləti hər il rus dilində müxtəlif fənləri tədris edəcək kadrlar yetişdirmək məcburiyyətində də deyil. Beləliklə, sənin tərifləyib mədh elədiyin həmin rus sektorunu bitirənlərin mükəmməl bildiyi bir dənə də fənn yoxdur, rus dilindən başqa. Sadəcə rus dilini öyrənmək üçün övladını Azərbaycanlı olduğu halda, aparıb rus sektoruna qoymaq onun gələcəyini yarımçıq və natamam etmək deməkdir. Övladına rus dilini öyrətmək istəyən Azərbaycanlı onu rus sektoruna qoymaq üçün təhsil idarələrinin və nazirliyin qarşısında şivən çıxarmalı deyil, simiclik etməyib, bir zəhmət əlini cibinə salmalı və övladını özəl kurslara yaxud fərdi müəllim yanına göndərməlidir. Çağdaş dünyamızda müqayisə edəsi olsaq, ingilis dilinin əhatə dairəsi, miqyası və perspektivi sənin “sehrindən ayılmadığın” o rus dilindən min dəfələrlə çoxdur.

Dil öyrənmək istəyənə 11 il hansısa xarici dilli sektorda təhsil almaq lazım deyil. Getsin dil öyrətim kurslarına öyrənsin, ruscanı da, ingiliscəni də, ispancanı da, ərəbcəni də, farscanı da. Ayrıca, Azərbaycan sektorunda dil öyrətmə keyfiyyətinin yüksək olmadığını bəhanə gətirməyə ehtiyac yoxdur, səni milli təhsilin gələcəyi maraqlandırsaydı, rus sektorunu təbliğ etməzdin, çıxıb təklif verərdin ki, orta məktəblərimizdə tədris edilən dillərin sayı və xarici dillərə ayrılan dərs saatları artırılsın, bu qədər. Sənin kimi yarımçıq düşünənlər istəsələr də, istəməsələr də, zamanla rus sektorları bu ölkədə minimal həddə kimi azaldılacaq və yalnız azsaylı etnik rus əhalisinin övladlarını əhatə edəcək.

Və nəhayət, unutmusansa, bir daha yadına salaq – bura Azərbaycandır, Rusiya deyil! Öz ayaqları üzərində durmağa çalışan və postsovet ölkələri arasında bunu daha uğurla etməyi bacaran müstəqil Azərbaycan!!!

Dünyapress TV

Xəbər lenti