Ardını oxu...
“Dəyərli media əhli Anam müalicəsi üçün bankdan kredit götürmüşdü. Neçə illər idi pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. Qrafik dəyişib, pensiyalar gecikir”.

Bu sözləri jurnalist Razi Abbasbəyli bildirib.

O daha sonra fikirlərini belə davam etdirib:
“Hər günə 1.20 AZN faiz cərimə hesablanır.

Pensiyaların ödəniş qrafikinin dəyişməsi (hər halda son bir neçə aydır belədir) əlavə cərimələrin yaranmasına səbəb olur.

Ya rəsmi qurumlar banklara onsuz da çətin durumda olan təqaüdçülərlə bağlı gecikmə faizi hesablanmaması barədə müzakirə aparsın, ya da banklar yeni qrafik tətbiq etsin.

Onsuz da pensiyasının yarıdan çoxunu müalicəsi üçün kreditə ödəyən ata, analarımız bir də gecikməyə görə faiz cəriməsi ödəməsin.

Bu mövzunu diqqətdə saxlayaq. Bütün ölkə boyu narahatlıq var”.
 
Ardını oxu...
Son vaxtlar COP29-la bağlı müxtəlif məlumatlar yayılırdı. Həmin qeyri rəsmi məlumatlarda bildirilirdi ki, COP29 dövründə sms icazə ilə evdən çıxılacaq, aparıcı küçələrdə hərəkət tamamilə dayandırılacaq. İdarə və müəssisələrdə, hökumət və özəl təşkilatlarda əməkdaşlar məsafədən işləyəcəklər. O cümlədən müxtəlif tədbirlər ləğv olunacaq.

Publika.az xəbər verir ki, bu gün bir qrup media nümayəndəsi ilə görüşdə prezidentin köməkçisi Anar Ələkbərov isə yeni məlumatlar açıqlayıb.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə bu təşəbbüslərə qarşı çıxıb.

“Bəli, mərkəzi küçələrin bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması təklifləri var idi. Lakin cənab Prezident qəti şəkildə bu təşəbbüslərə qarşı çıxdı. Bakıda hər şey əvvəlki kimi olacaq. Yalnız bir çox dövlət və hökumət başçılarının qatılacağı liderlər sammiti günü təhlükəsizlik baxımından nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”, – A.Ələkbərov bildirib.

Onun sözlərinə görə, konfransa hazırlıqla bağlı müzakirələr zamanı kütləvi tədbirlərin, eləcə də toy şənliklərinin, restoran və mağazaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təkliflər səsləndirilib və bu məsələ ilə bağlı İlham Əliyev çıxış edərək Azərbaycan paytaxtının həyatının pozulmasına qarşı olduğunu bildirib.

 
Ardını oxu...
"Uzun müddətdir "Atena"nın İsmayıllı pendirin istifadə edirəm, amma bu dəfə..." Dia-az.Media xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İlkin Aslan adlı istifadəçi giley edir.
Ardını oxu...
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Demək olar həftədə ən azı 4-5 dəfə istifadə olunur.

Son aldığım pendirin istehsal tarixi yerində olsa da, pendir həmişəki deyil... Həm ovxalanır, həm içində demək olar suyu yox idi, həm də yağı yoxdur.

Qablaşdırma... falan.. hamısı qaydasındadır, hava da çəkmir..."

Qeyd edək ki, narazı vətəndaş iddiasını sübutlayan fotoları da təqdim edib...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Onlardan biri Füzulu rayon Mərkəzi Xəstəxanasıdır.

Bu qurum müxtəlif çeşiddə mal-material və inventarların satın alınması üçün "VEST SUPPLY” MMC ilə 37.819 manatlıq satınalma müqaviləsi bağlayıb.

İkinci tender isə Masallı Mərkəzi Xəstəxanası tərəfindən reallaşdırılıb. Belə ki, TƏBİB-in tabeliyində olan səhiyyə ocağı yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması məqsədi ilə eyni şirkətlə, yəni "VEST SUPPLY” MMC ilə 24.349,3 manatlıq müqavilə imzalayıb.

"VEST SUPPLY” MMC TƏBİB-lə yanaşı, Səhiyyə Nazirliyinin də sevimli şirkətlərindədir. Bunu sözügedən şirkətin TƏBİB-in tabeliyində olan xəstəxanaların keçirdiyi tenderlərin siyahılsından da aydın görmək olar.

MMC 2021-ci ildən 2023-cü ilə qədər TƏBİB-in keçirdiyi 30 tenderin qalibi olub ki, bu zaman 1.5 milyon manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin tenderlərdən biri ötən ilin sonlarında reallaşıb.

Sözügedən şirkət Bakı Baş Səhiyyə Mərkəzinin tenderinin də qalibi olub. Həmin vaxt MMC Bakı Baş Səhiyyə Mərkəzinə 699 min 985 manat 44 qəpiklik yumşaq inventarlar (döşək ağı, balış üzü ağ, kişi xəstə kastyumu, qadın xəstə kastyumu, balış, döşək qoruyucu və s.) satıb.

"Tribunainfo.az"ın araşdırmalarına görə, "Vest Supply” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-də yerləşir.

Bir çox mənbələrdə aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, bu şirkətə bir yox, bir neçə nəfər rəhbərlik edib. Belə ki, ilk olaraq "Azmed Tekstil” MMC kimi qeydiyata alınan şirkət sonradan "Vest Suply” adını alıb. Bu zaman zaman qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub.

Daha sonra şirkətə Eyvazlı Hatəm Pərviz oğlu, Hacıyev Sahib Xamid oğlu, Adışirinli Aslan Xəqani oğlu, Ramazanov Murad Məhəmmədrəsuloviç rəhbərlik ediblər.

Hazırda isə "Vest Supply” MMC-nin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızıdır.

Şirkətə rəhbərlik etmiş şəxslərdən yalnız Eyvazlı Hatəm Pərviz oğlu barədə məlumat mövcuddur. Hatəm Eyvazlının şəxsi hesabında paylaşdığı məlumatdan belə görünür ki, "Vest Suplly” MMC-yə rəhbərlik etmiş bu şəxsin böyük iş təcrübəsi yoxdur.

2018-ci ildə universitetdən məzun olan Hatəm Eyvazlı cəmi 3 il sonra "Azmed Tekstil” MMC-yə rəhbərlik etməyə başlayıb.

Şirkət dövlət qurumlarının keçirdiyi tender müsabiqələrini də əsasən Hatəm Eyvazlının rəhbərliyi dövründə udub.
Ardını oxu...
 
Ardını oxu...
Bir qrup vətəndaşı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Adlarının açıqlamasını istəməyən vətəndaşlar şəhid qəbirlərinin baxımsız olmasından şikayət edirlər. Onlar bununla bağlı redaksiyamıza fotolar da göndəriblər:

“Bildirək ki, şəhid Zöhrab Vəliyev Qax rayonunun Zərnə kəndində dəfn olunub. Adına Xəzər dənizində gəmi də var.

Xəzər rayonu, Pirallahı qəsəbəsində dəfn olunan Yefremov Aleksandr Gennadyevicin məzarı isə elə yerdədir ki, heç kim onun şəhid olmasına inanmaz. Məzarında şəhidliyə aid heç nə yoxdur.

İcra nümayəndələri ilə əlaqə saxlamışıq. Bizə bildirdilər ki, büdcədə pul yoxdur. Eyni sözü Qax İcra nümayəndəliyindən də bildirdilər. Həmin şəxslər Xəzər Dəniz Donanmasında işləyib, ordan da döyüşə gediblər. İdarənin koridorunda lövhə vurulub. Amma şəhidlər ziyarət olunmur.

Şəhid Ağayev Natiq Tağı oğlu isə Lənkəran rayonunun Liman qəsəbəsində dəfn olunub. Qeyd edim ki, sinə daşı belə yoxdur. Kasıb bacısı var. Yaşadığı ev 1920-ci ildə çiy kərpicdən tikilib.

Aynurə İSMAYIL

Hurriyyet.az

Qeyd: Redaksiyamıza göndərilən fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Süni intellekt elektrik istehlakını sürətlənməsinə səbəb olur.

“Goldman Sachs” tərəfindən dərc edilən hesabata görə, məlumat mərkəzlərinin enerji istehlakı, süni intellekt alətlərinin sürətlə artması ilə 2030-cu ilə qədər 160% artacaq.

Hesabata görə, hazırda dünya üzrə məlumat mərkəzləri ümumi enerjinin təxminən 2%-ni istehlak edir.
 
Ardını oxu...
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 204,7 ton kərə yağı idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.

Qeyd edək ki, bu ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20,9 manat olub.

Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində ciddi dəyişiklik olmayıb.

Ötən ilin ilk 9 ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,4 manat) olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan kərə yaxının gömrük dəyərində cəmi 1% artım olub.

Lakin, onu da qeyd edək ki, son bir ildə idxal olunan kərə yağlarının pərakəndə ticarət şəbəkələrindəki orta satış qiyməti 6,2% artıb.

Belə ki, ötən ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,7 manat olub.
 
Ardını oxu...
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Laguna Group” MMC (VÖEN-1004604201) olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət Şuşa 2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində İCESCO-ya üzv ölkələrin memarlarının iştirakı ilə "Şuşa simpoziumu" 2024-cü il tədbirinin keçirilməsi xidmətini həyata keçirəcək və qarşılığında 173 min 775 manat 6 qəpik alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin şərtlərində xarici ölkələrdən Azərbaycana 17 əcnəbi qonağın gələcəyi qeyd olunub. Maraqlıdır ki, tədbirin Şuşa 2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində və İCESCO-ya (İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) üzv ölkələrin memarlarının iştirakı ilə keçiriləcəyi nəzərdə tutulsa da, əcnəbi qonaqların 3-ü İCESCO-ya üzv olmayan – Keniya, İtaliya və Böyük Britaniyadan gələcəklər.
Qeyd edək ki, tenderin qalibi olan “Laguna Group” MMC daha əvvəl də dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub. Yüz minlərlə manat dəyərində tender müsabiqələrinin qalibi olan şirkət barədə açıq internet resurslarında geniş məlumat yoxdur. “Laguna Group” MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda da şirkət barəsində məlumatlar mövcud deyil.
Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC qeydiyyata alınan zaman nizamnamə kapitalı 10 manat olub. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşib, qanuni təmsilçisi isə Qarayev Ərtoğrul Hafiz oğlu olub.
Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsiçisi Rəfiyev Müzadil İlqar oğludur. Hazırda bu şirkət fəaliyyət göstərmir. Rəfiyev Müzadil İlqar oğlunun qanuni təmsilçisi olduğu başqa bir şirkət – “Aqroman” MMC də (VÖEN – 1202544661) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi 800 min manatlıq tender müsabiqəsində qalib olub.
Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatdadır. Tenderin qalibi olan “Laguna Group” MMC-nin qanuni təmsilçisi olmuş Qarayev Ərtoğrul Hafiz oğlunun da Yalçın Rəfiyevin yaxın qohumu olduğu bildirilir.
 
 
 

Ardını oxu...
“Ötən ilin sonunda Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Elə bildik ki, bununla da tikinti sahəsində özbaşınalığa son qoyuldu. Lakin belə olmadı”.

KONKRET.az xəbər verir ki, bu sözləri Əkrəm Həsənov özünün facebook səhifəsində yazıb.

O daha sonra fikirlərini belə əsaslandırıb:

“Paytaxtda köhnə (guya qəzalı) binaların sökülməsi prosesi davam edir. Bu proses başdan ayağa qanunsuz və böyük ehtimalla korrupsiya əsnasında həyata keçirilir. Necə?

Şəhər icra hakimiyyəti sərəncam verərək binanın altındakı torpağı özəl tikinti şirkətinin istifadəsinə verir və deyir ki, bina sakinləri ilə razılıq əsasında onu sök, yeni binada isə onlara yaşayış sahəsi, tikinti dövrü ərzində isə başqa yerdə yaşamaq üçün kirayə haqqı ver. Tikinti şirkəti sakinlərin bir hissəsi ilə razılığa gəlir, digərləri ilə gələ bilmir (təəssüf ki, bizdə insalarımız birləşib mübarizə apara bilmir, hər kəs özü separat danışıqlar əsnasında udmaq istəyir, amma yekunda hamısı uduzur). Buna baxmayaraq şirkət başlayır binanı sökməyə, işığı və s. kəsir ki, binada yaşamaq mümkün olmasın. Üstəlik narazı sakinləri məhkəməyə də verir ki, onların mülkiyyət hüququna xitam verilsin. Məhkəmələr (başda Konstitusiya Məhkəməsi olmaqla) də bu iddiaları o səbəblə təmin edir ki, bu narazılar razı sakinlərin haqqını pozur və abadlaşma prosesinə mane olur. Bu minvalla faktiki olaraq camaatın binasını zorla əllərindən alırlar. Bundan sonra isə tikinti şirkəti olur atlı, sakinlər isə piyada. Ən pis halda bina ümumiyyətlə tikilmir. Ən yaxşı halda vəd edildiyindən daha uzun müddət ərzində tikilir. Üstəlik sakinlərə müvəqqəti yaşamaq üçün vəsait ya verilmir, ya da qismən verilir. Lakin şəhər icra hakimiyyəti buna görə məsuliyyət daşımır: deyir ki, mən sökməmişəm, özünüz razılaşmısız. Axı tikinti şirkətlərinin bir qayda olaraq heç qara qəpiyi də yoxdur (olanı isə məmurlara rüşvətə sərf edilir), binanı elə gələcək mənzilləri satdıqları vəsait hesabına tikirlər. Təəssüf ki, dövlətimiz indiyədək tikinti şirkətlərinə münasibətdə kapital tələbi müəyyən etməyib. Məsələn, bankın sahibləri banka azı 50 mln manat yatırmalıdır ki, ancaq başqalarının vəsaiti hesabına fəaliyyət göstərməsinlər. Amma tikinti şirkətlərinin sahibi ora pul qoymur, elə cəlb edilmiş vəsaitlə işləyirlər. Pul olmayanda isə layihə iflasa uğrayır.

Təbii, bu proses qanunsuzdur. Əvvəla, bina qəzalıdırsa, onu nə şəhər icra hakimiyyəti, nə də özəl tikinti şirkəti sökməli deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu halda Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət etməlidir. Başqa sözlə, dövlət özü buna görə məsuliyyəti üzərinə götürməlidir. Niyə götürmür? Ona görə ki, bu halda sakinlərə özü cavab verməlidir sonra. Nəticədə paradoksal vəziyyət yaranır. Bina qəzalıdırsa, dövlət (şəhər icra hakimiyyəti) niyə bu məsələni tikinti şirkəti ilə sakinlərin razılığının öhdəsinə buraxır? Sabah binada bədbəxt hadisə baş versə, buna görə kim cavab verəcək?

Ona görə ki, bu səbəblə sökülən binaların əksəriyyəti qəzalı deyil. Bəli, köhnədirlər. Amma şəhərdə o qədər köhnə bina var ki, niyə hamısını sökmürlər? Ona görə ki, əsl səbəb binanın qəzalı olması deyil. Əsl səbəb tikinti şirkəti ilə məmurların pul hərisliyidir.

Reallıqda proses belə olur. Tikinti şirkəti hansısa binanı gözaltı edir, sonra şəhər icra hakimiyyəti ilə razılığa gəlir (necə gəldiyini hamımız asanlıqla təxmin edə bilərik) ki, binanın altındakı torpağı onun istifadəsinə versinlər. Nəticədə şəhər icra hakimiyyəti də məlum sərəncamı verir.

Sözügedən sərəncam ancaq ona görə qanunsuz deyil ki, qəzalı binanın sökülməsi haqda qərarı yalnız Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında məhkəmə verməlidir (Konstitusiyanın 29-cu maddəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz). Çünki şəhər icra hakimiyyəti hər bir halda deyə bilər ki, mən binanın sökülməsi haqda qərar verməmişəm, yalnız altındakı torpağı tikinti şirkətinin istifadəsinə vermişəm. Lakin bunun özü də qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 243.1-ci maddəsinə əsasən binanın altındakı torpaq sahəsi mənzil mülkiyyətçilərinin istifadəsindədir. Buna görə də şəhər icra hakimiyyəti həmin torpaq sahəsini tikinti şirkətinin istifadəsinə verə bilməz. Ümumiyyətlə, daşınmaz əmlaka, o cümlədən torpağa hər hansı hüquq, o cümlədən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin tikinti şirkətinin bu “hüququ” qeydiyyata alınmır və alına da bilməz, çünki artıq istifadədir (bina sakinlərinin istifadəsində). Şəhər icra hakimiyyəti kimdir ki, başqasına mənsub olan torpaq sahəsinə dair sərəncam versin?!

Beləliklə, tikinti şirkətləri ilə iş birliyinə girən şəhər icra hakimiyyəti tam özbaşınalıq edir, insanların mülkiyyət və istifadə hüququnu kobud şəkildə pozur. Özü də bunu çox savadsız və abırsız şəkildə edir. Çünki tikinti şirkətləri adətən mənzil-tikinti kooperativləri (MTK) formasında fəaliyyət göstərir. Bu da o deməkdir ki, MTK-nin üzvləri elə gələcək binadakı mənzil sahibləri olmalıdır. Lakin binaları sökülən vətəndaşlarımızı MTK üzvü etmirlər, çünki əks halda onlar səs hüququ əldə edərək özləri qərar verə biləcək və MTK-nin faktiki yiyələri (tikinti maqnatları) nəzarəti itirə bilər (belə isə heç tikinti layihəsini mənzil sahiblərindən gizlədirlər, istədiklərini edirlər, hətta bir mənzili bir neçə nəfərə də satırlar). Yəni MTK o deməkdir ki, insanlar özləri toplaşıb onu yaradır ki, bina tiksinlər. Bizdə isə kimlərsə MTK adı altında gəlib binaları sökür. Tam dərəbəylikdir!

Bəs əslində yeni binalar necə tikilməlidir? Mülki Məcəllədə tikintisi başa çatmayan binanın tərkib hissələrinə hüquqların qeydiyyatı institutu ətraflı təsbit edilib (144-1-ci, 147-ci, 770-1-ci maddələr). Yəni dövlət torpağı vətəndaşların mülkiyyətinə verir, tikinti şirkəti də podratçı kimi tikintini həyata keçirir. Gələcək yaşayış sahəsinə hüquqlar da qabaqcadan dövlət qeydiyyatına alınır. Yəni tikinti layihəsinin sahibi tikinti maqnatları yox, gələcək mənzil mülkiyyətçiləri olmalı və pulu da qabaqcadan tam ödəməməlidirlər. Tikinti şirkəti bu halda adi işçidir, podratçıdır, onu hər an işdən kənarlaşdırmaq da olar.

Qanunda bu əminli mexanizm olduğu halda şəhər icra hakimiyyəti və tikinti şirkətləri niyə əyri yollarla gedir? Ona görə ki, niyyət saf deyir. Məmurlar rüşvət almaq, tikinti şirkətləri isə daha çox qazanmaq istəyir. Nəticədə binalar qanunsuz sökülür və tikilir, insanların heç nədən (layihədən, tikintinin keyfiyyətindən və s.) xəbəri olmur, onlardan maya dəyərindən xeyli yüksək pul alırlar və i.a. Üstəlik bina tikiləndən sonra da tikinti şirkəti qanunsuz olaraq onu idarə etməyə davam edir, dövlət orqanları isə buna göz yumur. Çünki əl əli yuyar, əl də üzü…”.
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının yerli Dövlət Statistika Komitəsi məlumat verir ki, Naxçıvanda maaşlar artıb. Məlumata görə, hazırda orta aylıq maaş 775,2 manatdır. Bu da ötən illə müqayisədə 16,2 faiz çoxdur. Dia-az.Media xəbər verir ki, bu rəsmi məlumat iki gün əvvəl yayılıb.

Xatırladaq ki, elə bir neçə gün bundan əvvəl bir qrup yerli sakin maaşlarının 50 faizə qədər azaldığını bildirmişdilər. Yəni bu barədə vətəndaş gileylərini zaman-zaman diqqətinizə təqdim edirik. İndi isə görünəni odur ki, Fuad Nəcəfli cənabları reallığın acınacaqlı təzahürlərini pərdələmək üçün və Bakıda özü barəsində saxta müsbət rəy formalaşdırmaq üçün KOLXOZVARİ HESABATLARI xatırladan rəqəmlərlə yalançı rəy formalaşdırmağa çalışır.

Dia-az.Media bildirir ki, yerli statistika komitəsinin bu saxta rəqəmləri sosial şəbəkələrdə Naxçıvan sakinləri tərəfindən qınanılıb. Onlardan bəzilərini olduğu kimi təqdim edirik. Hər halda, xalq doğrusun danışır... Beləliklə...

***

Emil Mammadov:
Azərbaycanın ən işsiz bölgəsi Naxçıvandır. Əhalinin 50%-i işsizlik səbəbindən öz evlərini tərk edib

***

Elsen Esgerov:
Bəsdirin caamatin hissləriylə oynayirsiz utanmazlar nə artim əəə

***

Behlul Muradov:
İnsan utanmaq hissini itirərsə, hər şey deyər.

***

Sabir Veliyev:
İş var ki maaş artsın ? Məsuliyyətsiz çıxışlardır

***

Narmin Huseynova:
Hökumət statistikaları saxtalaşdırır? Adamlar maaşların azaldığını deyir, bu rəqəmlərə necə inanmaq olar?

***

Elgun Aykhan:
İş var ki maaş olsun.

***

Eli Abdullayev:
Men işsizlikdən qaçıb istanbul'a gəlmişəm borc qitlaqdan,bang ne ler neler iş var orda ancaq rüşvət

***

Eldeniz Nesirli:
2 ildi işsizem

***

Bu rəylərin sayını artırmaq da olar. Hər halda, durumun nə yerdə olduğu hər kəsə aydındır. Aydın olmayanı isə odur ki, Fuad Nəcəflinin bu saxta hesabatlarını "yuxarılar" necə qarşılayacaq... Bunu isə zamanla görəcəyik...

Dünyapress TV

Xəbər lenti