Ardını oxu...
Naxçıvanı sabiq maliyyə naziri ilə Gömrük Komitəsinin keçmiş şöbə rəisinin məhkəmə prosesi davam etdirilib.

"Report"un yerli bürosu xəbər verir ki, iyunun 27-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi olub.

Faiq Heydərovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda şahidlərin ifadələri dinlənilib.
Şahidlər bildiriblər ki, gömrük postlarında rəsmi proqramla yanaşı, qeyri-rəsmi proqramlar da olub. Dövlət tərəfindən müəyyən edilən vəsait yığımı həddi təmin edildikdən sonra qalan pullar qeyri-rəsmi proqram vasitəsilə yığılıb.

Bu prosesin 2004-cü ildən bəri belə davam etdiyi bildirilib. Gömrük postlarında yığılan pulların miqdarı hər ay fərqli olub. İfadələrdə qeyd edilib ki, hətta terminallardakı tərəzilərdən istifadəyə görə də pullar yığılıb. Toplanan pulların məbləği hər ay 100 min manata yaxın olub. Yığılan pullar maliyyə işçiləri vasitəsilə Rafael Əliyev və Mənsur Əsgərova verilib.

Təqsirləndirilən şəxslər R.Əliyev və M.Əsgərov şahidlərin ifadələrini təsdiqləyərək deyiblər ki, pulları Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədrləri Asəf Məmmədova, daha sonra isə Səhhət Həbibbəyliyə çatdırıblar.

Zərərçəkmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə müraciətində zərərin tam ödənilməsinin təmin olunmasını xahiş edib.
Növbəti məhkəmə prosesi avqustun 12-i keçiriləcək.
 
Ardını oxu...
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 17 oktyabr 2015-ci il tarixdə imzaladığı sərəncamla MTN rəhbəri Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılması ölkənin ictimai–siyasi həyatında böyük rezonans yaratdı. Məlum oldu ki, sabiq nazir ona göstərilən yüksək etimaddan öz çirkin məqsədləri üçün istifadə edərək, ətrafina topladığı cinayətkar dəstə vasitəsilə sahibkarlara, o cümlədən imkanlı şəxslərə qənim kəsilərək, soyğunçuluqla məşğul olub.

Hər gün Eldar Mahmudovun dəstəsinin üzvləri tərəfindən külli miqdarda vəsaiti talanan sahibkarların yeni şikayətlərinin şahidi oluruq. Vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edən MTN əməkdaşlarının, o cümlədən generalların işdən qovulması və həbs olunmaları az qala bütün dünyaya səs salsa da, Eldar Mahmudovun cinayətkar dəstəsinin hələlik cəzadan kənarda qalan üzvləri öz çirkin əməllərindən əl çəkmirlər.

MTN-də illərdir kök salmış cinayətkar dəstənin qurbanlarından biri də AMA ASC–nin sahibkarı və səhmdarlarıdır. Səhmdarların AzPolitika-ya verdikləri məlumata görə, üç ildir AMA ASC (köhnə Sabunçu Bazar -5) səhmdarların illik ümumi yığıncağını keçirmir. Səhmdarların hüquqları ASC-ni zəbt edən bir qrup mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən kobud şəkildə pozulub. 2013-cü ilin oktyabr ayında AMA ASC-nin İdarə Heyətinin sədri Rəşad Əlizadə səhmdarların növbədənkənar iclasını ASC-nin inzibati binasında deyil, küçədə keçirməli olub. R.Əlizadə səhmdarlara bildirib ki, 6 avqust 2013–cü ildə gündüz saat 11-12 radələrində idmançı Fariz Məmmədov 25 nəfərin müşaiyyətilə AMA ASC-nin ərazisini zəbt ediblər. Həmin günün səhəri yenidən Fariz Məmmədovun rəhbərliyilə, altısı dünya çempionu olmaqla, 55 nəfər idmançı ASC-nin inzibati binasına hücum edərək, İH-nin sədri R.Əlizadəyə, baş mühasibi Allahverdi Mahmudova və digər işçilərə zor tətbiq edərək, döyə-döyə ASC-nin ərazisindən qovub çıxarıblar. Hadisəylə əlaqədar 102 xidmətinə edilən müraciət əsasında əraziyə gələn polis əməkdaşları da cinayətkar dəstə barədə heç bir inzibati tədbir görməyib. Qanuna zidd olaraq, ASC-nin inzibati binasını zəbt edərək xəzinədarın otağına daxil olan F.Məmmədov və dəstənin digər üzvləri cəmiyyətin möhürü və külli miqdarda vəsait olan seyfi ələ keçiriblər. Dəstə F.Məmmədovun rəhbərliyilə, qeyri–qanuni olaraq, cəmiyyətin iş rejimini və əməkdaşların əmək fəaliyyətini dayandırıblar. Nəticədə AMA ASC–nin Vergilər Nazirliyinə və əlaqədar dövlət təşkilatlarına külli miqdarda borcu yığılıb qalıb. Məlumata görə, ASC-yə basqın edən idmançıların içərisində qaydasız döyüş üzrə dünya çempionları Şəhriyar və Bəxtiyar qardaşları da iştirak ediblər. R.Əlizadənin səhmdarlara dediyinə görə, ara sakitləşəndən sonra F.Məmmədovla aparılan danışıqlar zamanı o, bəzi etiraflar edib. Deyib ki, idmançılardan ibarət dəstə “BAKU STEEL COMPANY” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun göstərişilə hərəkət edir. Məqsəd düşünülmüş plan əsasında özünün və əlbir olduğu bəzi “yüksək vəzifəli şəxslərin” maraqlarını təmin etməkdir. Belə ki, bir-biri ilə qohumluq əlaqələri olan Səfər Süleyman oğlu Əliyev, onun oğlu, MTN Astara rayon şöbəsinin sabiq rəisi (Bugünlərdə işdən çıxarılıb-red) Ceyhun Səfər oğlu Əliyev, yaxın qohumluq əlaqələri olan Novruzəli Qaraş oğlu Əsgərov, Sahib Əli oğlu Həşimov və o, təklif əsasında AMA ASC–ni zəbt ediblər. Deyilənə görə, “BAKU STEEL COMPANY” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov özü şəxsən bildirib ki, AMA ASC 400 000 (dörd yüz min) manata sabiq MTN əməkdaşı, hazırda həbsdə olan Ceyhun Əliyevin atası Səfər Əliyev və Sahib Həşimov tərəfindən alqı-satqı yolu ilə alınıb.

“Hətta bizə hədə-qorxu gələrək öz cinayətkar əməllərini pərdələmək üçün deyilib ki, guya bu məsələ PA-nın rəhbəri Ramiz Mehdiyev və oğlu Timur Mehdiyevin nəzarəti altindadir. Lakin biz düşünürük ki, bu sabiq nazir Eldar Mahmudovun ətrafindakı dəstənin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və onun yaxınlarına, ailə üzvlərinə qarşı məqsədli şəkildə düşünülmüş təxribatıdır”, deyə səhmdar bildirib.

Dövlət məmurlarının adlarından öz çirkin məqsədləri üçün istifadə edərək, 6 avqust 2013-cü il tarixdən bu günədək Fariz Məmmədovun rəhbərliyi ilə idmançılardan ibarət dəstə AMA ASC-nin gəlirlərini mənimsəməklə, həm dövlətə, həm də səhmdarlara külli miqdarda ziyan vurmaqla məşguldurlar. Sabiq nazir Eldar Mahmudovla isti münasibətlərdə olan MTN-in Astara Rayon Şöbəsinin sabiq rəisi Ceyhun Səfər oğlu Əliyev və atası Səfər Süleyman oğlu Əliyev (Türkiyənin Antalya şəhərində otel tikintisi ilə məşğuldur), Sahib Əli oğlu Həşimov və xalası oğlu Novruzəli Qaraş oğlu Əsgərov, Aydın Əhmədov (vasitəçi Mərdəkan Broyler ASC-də rəhbər vəzifədə çalışıb), Vidadi Orucov (ləqəbi “Vadim”, RF-nın vətəndaşıdir, Moskva şəhərində OMON-da işləyir), qardaşı Ramiz Orucov və kriminal aləmdə Alik ləqəbiyiə tanınan, özünü MTN-nin polkovniki kimi təqdim edən Allahverdi Abbasov və Məzahir adli şəxs qabaqcadan əlbir olaraq, AMA ASC-ni ələ keçiriblər.

Deyilənə görə, Allahverdi Abbasovun həyat yoldaşı Ədliyyə Orqanlarında çalışır. Zərərşəkmiş tərəf MTN-nin əməkdaşı olmuş Ceyhun Əliyevin rəhbərliyilə mütəşəkkil cinayətkar dəstə tərəfindən əmlakının zəbt olunması və külli miqdarda vəsaitinin talan olunması ilə əlaqədar dəfələrlə MTN-nə müraciət etsə də, heç bir tədbir görülməyib. Günün günorta çağı Sabunçu rayonunun mərkəzində quldur dəstəsi açıq-aşkar AMA ASC-nin hazırkı sahibkarını öz mülkünə buraxmır, dövlətə heç bir vergi ödəmədən ASC-nin gəlirlərini mənimsəyir. “Bəs görəsən Sabunçu rayon İH –nin başçısı Adil Vəliyev hara baxır? Vergilər naziri Fazil Məmmədov 3 il vergidən yayınan AMA ASC-ni niyə cəzalandırmır? AMA ASC-ni zəbt edən idmançılardan ibarət adları adam oğurluğunda hallanan quldur dəstəsinin havadarı kimdir? Hal–hazırda Prezident İlham Əliyevin ciddi göstərişilə sahibkarları talamaqla məşğul olan cinayətkarlara qarşı mübarizə aparıldığı vaxtda, Fariz Məmmədov və onun havadarları öz cinayətkar əməllərinə son qoymurlar. Görünən odur ki, Eldar Mahmudovun yaratdığı “MTN”çi quldur dəstəsi hələ də öz işindədir. Həbs edilənlər aysberqin görünən tərəfidir. Bir qrup idmançıdan ibarət quldur dəstəsini maliyyələşdirərək sahibkarların mülkünü zəbt edən hazırki mütəşəkkil cinayətkar dəstənin havadarı kimdir? Əmlakı talanan sahibkar dəfələrlə əlaqədar dövlət məmurlarına şikayət etsə də, onun şikayətləri qulaq ardına verilir.”

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info
 
 

 


Ardını oxu...
Tanınmış iqtisadçı Eyyub Kərimli “Medistyle Hospitlda” ciddi qanunsuzluqla üzləşib. Azinforum.az onun bu barədə fikirlərini təqdim edir: “Əziz dostlar, media və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları. Dünən Medistyle Hospitlda böyük bir qanunsuzluq və özbaşınalıqla üzləşdim. Deməli ailə üzvümün əməliyyatı üçün həkim Elşad Rzayevə müraciət etdik. Böyük məbləğdə analizlər və əməliyyat üçün vəsait ödədik və bu gün saat 9:00 əməliyyat təyin edildi. Onu da qeyd edim ki, ödənişi yalnız nəğd formada tələb etdilər, nəğdsiz ödənişi qəbul etmirlər. Lakin ödəniş zamanı qəbz və pasientlə bağlanan müqaviləni istədim. Bunların heç biri təqdim edilmədi. Dünən gecə həkim mənə zəng edib müxtəlif qeyri – ciddi səbəblər göstərməklə əməliyyatı edə bilməyəcəyini bildirdi. Siz təsəvvür edin, ödəniş qəbzini və xidmət müqavilənin surətini istədiyim üçün qorxub əməliyyatdan imtina etdilər. Deməli bu klinika həm vergidən yayınır, həm pasientin hüquqlarını kobud fotmada pozur. Dövlət Vergi Xidmətindən bununla bağlı ciddi ölçü götürməyi, media nümayəndələrindən isə xahiş edirəm bu məsələni geniş işıqlandırsınlar. Həkim mənə deyir: “bilirsiz, savadlı insanlarla işləmək istəmirik, orta bilikli insanlar daha rahatdı işləmək”. Yəni şikəst qoymağa”.

Qeyd edək ki, Elşad Rzayev mədəkiçiltmə əməliyyatları üzrə ixtisaslaşmış həkimdir.

Təəssüflər olsun ki, bu mövzu ilə bağlı sözügedən xəstəxananın mövqeyini öyrənə bilmədik.

Azinforum.az

Ardını oxu...
Araşdırmaçı jurnalist Pərviz Cəlilov Ovqat.com-a bir yazı ünvanlayıb.

Aktuallığını nəzərə alıb yazını yayımlayırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Təxminən bir neçə həftə bundan əvvəl nüfuzlu saytlarda dövlət qoruğu olan Şəhriyar parkının neçə illər öncə heç bir hüquqi əsas olmadan əslən Şuşalı Tahir Əbdülqasımov tərəfindən işğal olunması, parkda yaratdığı “Çanaqqala” restoranından bəhs edilən çox maraqlı yazı nəzər diqqətimi cəlb etdi və məni hiddətləndirdi. Bu səbəbdən də araşdırmaçı jurnalist kimi bu ətrafda araşdırmalara başladım və bu yazını yazmağıma zərurət yarandı.

Məlumat üçün bildirmək lazım gəlir ki, bu günkü adıçəkilən Şəhriyar parkı 1939-cu ildə xalqın mənalı, məzmunlu istirahəti üçün Dzerjinski parkı kimi yaradılıb, müstəqillik illərində adı dəyişdirilib Şəhriyar parkı kimi tanınıb, 2000-ci ilin avqust ayında Nazirlər Kabinetinin qərarı ilə dövlət qoruğu elan edilib. Lakin nəzarətsizlikdən sui-istifadə edən Tahir Əbdülqasımov yaranmış şəraitdən yararlanaraq parkın yarısından çoxunu işğal etmiş, öz mənafeyi, güzəranı naminə bir vaxtlar parkda mövcud olan ən dəyərli nadir ağacları, yaşıllığı məhv edərək parkda “Çanaqqala” adlı restoran yaratmışdır.

Mən Azərbaycan vətəndaşı, eləcə də araşdırmaçı jurnalist və oxucu kimi ölkə başçısına, Respublikanın Baş nazirinə, baş prokuroruna və hüquq mühafizə orqanlarının rəhbərlərinə üz tutub deyirəm: Şəhriyar parkı dövlət qoruğudur, qoruqda qanunsuz restoran açmaq ən böyük cinayətdir. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur. Bax, bu kimi hallar dövlətçiliyimizi sarsıdır, narazıların sayını artırır, sosial gərginlik yaradır. Məhz buna görə də Dövlət qoruğu olan Şəhriyar parkı bir vaxtlar məhkumluq həyatı yaşayan Tahir Əbdülqasımovun işğalından azad olunmalıdır, qanunsuz tikilən və böyük bir ərazini əhatə edən “Çanaqqala” təcili sökülməlidir və Tahir Əbdülqasımovun şəxsi vəsaiti hesabına abadlaşmalıdır, park vəziyyətinə salınmalıdır.

Yeri gəlmişkən qeyd etməliyəm ki, “Çanaqqala” ətrafında araşdırmalar apararkən bəlli oldu ki, Tahir Əbdülqasımov “Çanaqqala” restoranının yaxın həndəvərində “Qreen” adlı qanunsuz kafe də açmış imiş. Vətəndaşlar tərəfindən ali hakimiyyət və digər aidiyyatı orqanlara daxil olan siqnallar, etirazlar araşdırılmış, faktların həqiqəti əks etdirməsi təsdiq edildikdən sonra “Green” kafesinin söküntüsünə qərar verilmişdir.

Təbii ki, eyni oxşar aqibət qeyri qanuni tikilən “Çanaqqala” restoranını da gözləyir, özü də lap yaxın vaxtlarda.

Bununla da neçə illərdir”mənəm” “mənəm” deyən Tahir Əbdülqasımov erası bitəcəkdir.

Ən sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm:

Düşünürəm ki, görəsən neçə illərdir xalqın, dövlətin gözü önündə insanların istirahət hüquqlarını pozaraq dövlər qoruğunu qanunsuz zəbt edərək gəlir mənbəyinə çevirən, sərvət, sərmayə toplayan Tahir Əbdülqasımovun toxunulmazlığına xüsusi status verən kimdir?

Silsilə yazılar ədalət şər üzərində zəfər çalana qədər davam edəcəkdir.

Səmimi hörmətlə: Pərviz Cəlilov
Araşdırmaçı jurnalist
 
Ardını oxu...
Dünən həmkarlarımız tərəfindən kütləvi paylaşılan, lakin eyni məzmunu daşıyan postlar diqqətimi çəkdi. Mahiyyət bundan ibarətdir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bir qrup həmkarımıza mükafatlar təqdim edib.
Təşəkkürnamələrin verilməsi bununla izah edilir ki, sözügedən media subyektləri Vəkillər Kollegiyasının fəaliyyətinin işıqlandırılmasına dəstək veriblər. Düzü, bu əməkdaşlığın hansı meyyarlar əsasında müəyyən olunduğu barədə ətraflı məlumat verilmir.
Əgər Anar Bağırovun rəhbəri olduğu qurum sözügedən media subyektlərinə öz fəaliyyətləri barədə yalnız müsbət məzmunlu məlumatların işıqlandırılmasından məmnun qalırsa, burada obyektivlik pozulmuş olur.
Əslində media nümayəndələrini qınamıram, hansı şərtlər daxilində olsa belə, onlara press-relizlər göndərilib və media nümunələri də həmin məlumatlar dərc edib.
İndi də onları dəvət ediblər ki, gəlin biz də öz borcumuzdan çıxmaq üçün, sizə təşəkkürnamələrimizi təqdim edək. Burada qazanan kim olur, itirən kim? Təbii ki, qazanan Anar Bağırovdur! İtirən isə cəmiyyətimiz!
Bu adam adi bir balaca müəsissəyə rəhbərlik etmir ki, onun fəaliyyətinin ictimai nəzarətdən kənarda qalması və ya barəsində yalnız müsbət press-relizlərin işıq üzü görməsindən cəmiyyət o qədər də böyük zərər çəkməsin. Vəkillik institutu çox böyük və həssas olan bir sahəni özündə cəmləyir. Etiraf edək ki, ölkəmizdəki vəkillik institutu ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.
Əslində Anar Bağırov bu sahədə yalnzı tərifin deyil, həm də tənqidi materialların olmasından məmnun qalmalıdır ki, işlərində dönüş yarada bilsin. Xatırladım ki, bizim ünvanımıza gələn şikayətlərin siyahısında vəkillərdən olan narazılıqlar çoxluq təşkil edir. Təbiidir ki, hamısının doğru olduğunu da iddia etmirik.
Ancaq etiraf edək ki, vəkillər, onların fəaliyyəti, göstərdikləri hüquqi yardımın keyfiyyəti və qiymətlərinin baha olması, bəzən hüquqi yardımdan daha çox maklerlik fəaliyyətinə üstünlük vermələri ilə bağlı cəmiyyətdə heç də birmənalı mövqe yoxdur. Lazım olarsa, bunun detalları barədə, konkret faktlara əsaslanaraq daha geniş məzmunlu yazı ilə çıxış edə bilərəm.
Çox maraqlıdır, niyə Anar Bağırov təltiv olunan jurnalistlər sirasında onların fəaliyyətinə obyektiv tənqidi notlarla yanaşan jurnalistlərti görmək istəməyib? Yaxşı olardı ki, Anar Bağırov bu təltif nominasiyasını vəkillərlə jurnalistlərin birgə fəaliyyəti nəticəsində üstü açılan hansısa cinayətlər və ya media ilə Kollegiyanın sıx əməkdaşlığı sayəsində məhkəmələrdə haqqı tapdalanan kiminsə bəraətinə və ya daha yüngül cəza alınmasına nail olması üzrə nümunələr üzrə müəyyən edərdi.
Və ya bir müddət əvəl özünü Vəkillər Kollegiyasının önündə yandıraraq intihar edən vəkilin ölümündə kimlərin günahkar olduğunu üzə çıxarmaq istiqamətində araşdırmalar aparan media nümunələrinə (əgər varsa-M.Q), başqa sözlə, hüquq sisteminə aid buna bənzər cəsarətli araşdırmalara minnətdarlıq ifadə edərdi.
Əslində belə ənənəvi üsullarla qurumlar özlərini həm də tənqiddən sığortalamaq yolunu tuturlar. Unutmaq lazım deyil ki, bu ölkədə heç bir qurum və ya məmur medianın tənqid yazmasını qadağan edə bilməz. Çünki həm qanunlarımız , həm də ölkə başçısı İlham Əliyevin mövqeyi buna qarşıdır.
Prezident çıxışlarında dəfələrlə deyib ki, biz ictimai nəzarətin güclü olmasını istəyirik.
Ancaq araşdırmalar göstərir ki, müəyyən siyahılar üzrə yaradılan media ilə qurumlar arasındakı əməkdaşlıq nümunələri sonrakı dönəmdə həmin qurumların tam olaraq tənqiddən sırortalanması ilə nəticələnir.
Bu həm ölkənin siyasi kursuna, həm də cəmiyyətdəki sağlam münasibətlər sisteminin yaranmasına, inkişafın əldə olunmasına mane olur. Mən demirəm ki, media yaxşı işləri işıqlandırmamalıdır. Ancaq yalnız tərifləri qabardıb, tənqidləri kənara atmaq da olmaz.
Qayıdaq yenidən media ilə Vəkillər Kolegiyası arasındakı münasibətlər sisteminə. Kollegiyanın fəaliyyəti üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır. Onlar şəhərin mərkəzində gözəl bina ilə təmin olunublar. Ola bilməz ki, qanunvericilik onlara kimlərəsə təmənnasız hüquqi yardımlar göstərməsinə imkan verməsin. Ancaq biz belə nümunələri görə bilmirik.
Bəlkə də bu, hansısa rəqəmlərdə və ya hesabtlarda ifadə olunur və mənə də təqdim edə bilərlər. Bu, kifayət deyil. Çünki mən media ilə bağlı bir neçə mənfi nümunəni çəkə bilərəm. Ötən il 4 dəfə məhkəməyə verilmişəm və hamısında haqlı olduğum üçün, proseslərdən qalib çıxmışam.
Bütün məhkəmə proseslərini də ictimailəşdirmişəm. Pulum olmadığı üçün, hüquqi müstəvidə "divlərlə" tək vuruşmalı olmuşam. Bir dəfə görmədim ki, Vəkillər Kollegiyası mənə təmənnasız hüquqi yardım təklif etsin.
Əksinə, həmin Kollegiyanın üzvü olan vəkillər sözügedən "divlərin" pulu müqabilində qarşı tərəfin hüququnu cüt-cüt qoruyaraq, media subyektini, jurnalisti bacardıqları qədər məhv etmək yolunu tuturdular. Acığını deyim ki, mənə bəzi beynəlxalq qurumlardan dəstək təklifi də gəldi, ancaq geri çevirdim.
Bir sözlə, belə faktları çox sadalamaq olar. Yaxşı olardı ki, dövlət qurumları və ya büdcədən maliyyələşən təşkilatlar media ilə əməkdaşlığı özlərini tənqiddən mühafizə deyil, obyektivlik üzərində qursunlar. Anar Bağırov isə bu səhv yolu tutanlar arasında tək deyil…
Məhəmmədəli Qəribli
Azinforum.az
 
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun adı növbəti cinayət əməlində - qətl hadisəsində hallanır. Belə ki, iki gün əvvəl Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində 3 nəfər polis əməkdaşını və bir nəfər mülki vətəndaşı qətlə yetirən əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun R.Şahbazovla əlaqəsi haqda mediada yazılıb. Daha doğrusu, AFN.az-ın aprel ayında Bakı sakini Dadaşov Abbas Eldar oğlunun şikayəti əsasında yazdığı “Rüstəm Şahbazovla qardaşına "xidmət göstərən" Rövşən Allahverdiyev axtarışa verildi - FOTO” sərlövhəli yazıda R.Allahverdiyevin R.Şahbazovun qardaşı Teymur Şahbazovla əlbir olaraq A.Dadaşova külli miqdarda pul “atdığı” bildirilir. Qeyd edilir ki, A.Dadaçov Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Teymur Şahbazova və onunla birgə olan Rövşən Allahverdiyevə deyib. Onlar da ona bildiriblər ki, Əmlak Məsələləri Dövlət Xidmətində tanıdıqları var və bu işi çox asanlıqla həll edə bilər. Daha sonra həmin adamla danışdıqlarını deyərək ondan əvvəlcə 180 min manat alıblar: “Mən onlardan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdilər ki, Teymurun qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedilər ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Onlara inandım və ona hissə-hissə 236000 manat pul verdim”.
Sonradan aldadıldığını başa düşən sahibkar hüquq-mühafizə orqanlarına müraciət edib. R.Allahverdiyevin haqqında Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb, o axtarışa verilib. Bir müddət Türkiyədə yaşayan R.Allahverdiyev yaxın günlərdə ölkəyə dönüb. Onun ölkədə olduğunu bilən polis əməkdaşları bağ evində saxlamağa çalışarkən məlum hadisə baş verib.
Qeyd etdiyimiz kimi, bu, R.Şahbazovun adının hallandığı ilk qətl hadisəsi deyil. AFN.az xatırladır ki, bundan əvvəl də rəis müavininin ismi 12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə işində keçib. Məhkəmə istintaqı zamanı məlum olub ki, qətlin sifarişçisi olduğu iddia edilən Firudin Məmmədov hadisə gecəsi Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla 17 dəfə telefonla danışıb. O da məlum olub ki, zərərçəkmişin Şahbazovla əlaqəsi olub, sonradan isə münasibətləri korlanıb. Məhkəmə prosesində Ə.Salahovun vəkili Orxan Cəfərbəyli bu məqamları qeyd qətlin sifarişçisinin Firudin yox, Rüstəm Şahbazov ola biləcəyi ehtimalını vurğulayıb. “Məlum olduğu kimi, Firudin hadisədən elə 3 gün sonra bilinməyən səbəbdən intihar edib. Bu intihar da hamıya maraqlı qalıb. Bu məsələlər də qaranlıq qaldı” – deyə vəkil qeyd edib.
R.Şahbazovun adı xeyli sayda əmlak qalmaqalında da keçir. Müxtəlif şikayətçilər onun tərəfindən qeyri-qanuni olaraq əmlaklarının – torpaqlarının, bağ sahələrinin əllərindən alındığını bildirirlər. Onun adı yüksək məbləğdə zərər vurmaqla dələduzluqda hallanan qardaşı Teymur Şahbazovun isə Rusiyada yaşadığı bildirilir. Bu barədə daha geniş növbəti yazılarımızda...

AFN.az-ın Araşdırma qrupu
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarışsız evlərlə bağlı hazırlanan portalın bu ilin sonuna qədər hazır olacağı bildirilir.

İlkin mərhələdə bələdiyyə sənədi və digər sənədləri tam qaydasında olan evlərin çıxarışla təmin olunması gözlənilir.

Ekspertlərin fikrincə, hətta portal növbəti aydan etibarən fəaliyyətə başlaya bilər. Lakin vətəndaşların cavab tapmağa çalışdığı əsas suallardan biri də məhz bələdiyyə sənədinə malik olmayan evlərlə bağlıdır.

Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bir sıra ərazilər var ki, həmin yerlərdə tikilən evlərə çıxarış verilməyəcək:

"Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu portalın ilin sonuna qədər fəaliyyətə başlayacağı ilə bağlı məlumat verilmişdi.

Portalda sırf müəyyənedici sənədləri düzgün olan evlərin çıxarışla təmini istiqamətində işlər görüləcək. Yəni bu o demək deyil ki, portala müraciət edən istənilən sənədsiz ev bağlı qeydiyyat aparılacaq.

Sadəcə, o evlər qeydiyyata alınacaq ki, onun müəyyənedici sənədləri tam qaydasında olsun. Daha dəqiq desək, kommunikasiya xətlərinin, neft müqaviləsinə aid olan torpaqların üzərində tikilən evlər çıxarışdan kənarda qalacaq.

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində olan evlər isə təyinatlarının dəyişdirilməsi barədə Nazirlər Kabinetinə müraciət etməlidir. Əgər bu istiqamətdə qərar verilərsə, o zaman həmin evlərə də çıxarış verilə bilər".
Ekspert bildirib ki, hazırda sənədsiz evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri mövcuddur:

"Onsuz da, çıxarışı olmayan evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri çoxdur. Bu bələdiyyələrin həmin evlərə qanunsuz şəkildə müvafiq arayış, sərəncam və texniki pasport verməsi ilə bağlıdır.

Bunun əsasında həmin sənədsiz evlər tikilib. 2007-ci ilə qədər bələdiyyələr tərəfindən verilən sənədlər əgər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın ayrılmasına dair rəy də varsa, o zaman həmin torpaq sahələrinə çıxarışlar verilir.

2007-ci ildən sonra isə bələdiyyələr torpaq satışlarını yalnız hərrac vasitəsi ilə həyata keçirməli idilər. Müvafiq olaraq, vətəndaşlara çıxarışla torpaq sahələri satılmalıydı.

Çox təəssüflər olsun ki, bələdiyyələrin bir çoxu bu şərtlərə əməl etmədi və onların mülkiyyətində olan torpaq sahələrinin vətəndaşlara qanunsuz yolla satılması həyata keçirildi.

Bu məsələlər hamısı portala müraciət zamanı mütləq şəkildə nəzərə alacaq".
 
Ardını oxu...
“Azercell” abunəçisi Rita Məcidova yazıb ki, heç bir yerlə əlaqə saxlamadığı halda, telefonla heç bir iş aparmadığı təqdirdə balansından pul silinir.

Tribunainfo.az xəbər verir ki, şikayətçi “Azercell”in bu oğurluğundan bezdiyini deyir:

“Heç kəslə danışmamışam, üstəlik ölkədaxili dəqiqələrim də var, mgb-ım da var. Ancaq durduq yerə “Azercell” balansımdan heçnə olmamış kimi pul çıxıb. Bu nə deməkdir axı? Qəpikdi, manatdı, hər nə qədərdi, siz durduq yerə kiminsə balansından danışıq olmadan pul niyə çıxmalısız?! Heç bir yerə abunə filan da deyiləm”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti