Ardını oxu...
"20 yanvar tarixində "Crescent mall"da yerləşən "Karaca" mağazasına alış-veriş etmək üçün rəfiqəmlə daxil olmuşdum. Məhsullara baxış keçirən zaman tava şöbəsində iki tava alt-üst şəkildə sərgilənmişdi... aşağıdakı məhsula baxdığım zaman yuxarıdakı məhsula toxunmadığım halda, vitrinə səhv yerləşdirilmə ucbatından yuxarıdakı tava yerə düşdü və mağaza meneceri Mahirə xanım yaxınlaşaraq, kobud bir ifadə ilə "məhsula ziyan vurdunuz, dərhal onu ödəməlisiz... kassaya gəl" deyə bildirdi". "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şkiayətim Var" sosial qrupundakı paylaşımında Ofelya Hümbətzadə adlı istifadəçi qeyd edib.
Narazı vətəndaşın başına gələnləri öz qələmi ilə - heş bir düzəliş etmədən, olduğu kimi təqdim edirik: "İstehlakçı olaraq xanıma məhsulda öncədən hər hansı bir əzik olmadığını sübüt edəcəyi halda ödəyəciyimi bildirdim lakin xanım şifahi olaraq yalnızca hər gün vitrin yoxlanılır o məhsul əzik deyildi vitrində bizdə heç bir məhsul əzik deyil dedi. Bütün mağazalarınızda vitrində əzik,cızıq, az qüsurlu məhsullarınızın olmasını dəfələrlə müşahidə etmişəm bu da təbii olaraq başa düşülən haldır ki, müştəri məhsulu vitrində görür yenisi varsa qutuda başqa məhsil təhvil verilir yoxdursa da vitrin məhsulu. Özüm də eyni qayda da vitrində az qüsurlu olub,stokda olmayan məhsullar almışam sizdən. Xanımın özü ilə yaxınlaşaraq bir neçə eyni şöbədəki məhsullarda da eyni əziklərinin olmasını göstərsəm də qəbul etməyərək təkzib etdi. Sözü gedən əməkdaş məsələni heç bir halda sübut etmədi əvəzində isə 1,5 saat məni və yanımdakı şəxsi mağazada girov saxlayaraq azadlığımı pozdu. Sübuta yetirmədiyi məsələyə görə alıcını mağazada girov saxlamaq azadlığı məhdudlaşdırmaq faktıdır və sahibkarın qanunla törətdiyi əmələ görə ciddi məsuliyyət daşıması qanunda əks olunmuşdur, lakin görünür sözü gedən əməkdaş bu qanundan xəbərsizdir. Mağazada gözlədiyim müddət ərzində xanım dəfələrlə mənlə konfliktə girmiş, “sizi kimi müştərilərə belə davranmaq lazımdır” “ mənim vaxtımı alırsız pulunu ödə çıx get “ əlavə olaraq da xanıma heç bir təhqir etmədiyim halda rəfiqəmlə məni günahlandıraraq yalandan siz məni də, işçilərimi də təhqir etdiz bildirərək hər dəfə məni özümdən çıxartmağa çalışdı. Sözün əsl mənasında ömrümdə birinci dəfədir belə mağaza meneceri görürəm hansı ki, müştəri ilə danışığını bilməyib, bütün etik normaları pozan istehlakçı hüququnu bu qədər istismar edən. Xanıma dəfələrlə mən sizi əgər dediyiniz kimi təhqir etdimsə sübut edin bunu bildirdiyim halda “nədir mən sənə elə hər şeyi sübut etməliyəm?” Mənim sözüm sübutdur işçilərimdə lazım olsa mən deyəni deyər bildirdi. Artıq başa düşürsüz bu şər atmaq deməkdir.
Xanıma mağazada məni saxladığı müddət ərzində sən yox siz sözünü öyrədə bilmədim. Çox acınacaqlı bir haldır ki, illərlə sevərək alış veriş etdiyim bu mağazada bu formada rəftar görmək məni hədsiz dərəcədə narahat etdi. Mühafizə əməkdaşları və Crescent Mall meneceri olan Samirə xanıma göstərdikləri hər bir köməklik üçün minnətdaram. Mall meneceri Samirə xanım yaxınlaşıb, xanımla danışdıqdan və əlaqə məlumatlarımı götürüb, araşdırıb geri dönüş edəcəm bildirdikdən sonra yalnız çıxa bildim mağazadan. Qeyd olunan məsələ ilə bağlı mağazada məni girov saxlayıb, azadlığımı məhrum edən, mənə şər atan Mahirə xanımdan şikayətçiyəm lazımı üzrə bütün aidiyyatı orqanlara rəsmi şikayət məktubumu bildirmişəm sözün əsl mənasında insan əsəbi ilə bu qədər oynayan, danışığını bilməyən, şər atan insanlardan Allah hər birimizi uzaq etsin..."
 
Ardını oxu...
"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib.

TEREF-ın Pravda.az-a istinadən verdiyi xəbərə görə, şirkətlə bağlı Yasamal Rayon Məhkəməsinə müraciəti qurumun keçmiş prezidenti Walker James Alan edib.

Mahiyyəti işə bərpa və əmək haqqı tələbi üzrə mübahisə olan iş hakim Aydan Oruclunun icraatındadır. Növbəti baxış iclası yanvarın 28-də keçiriləcək.

Qeyd: 2011-ci ildə dövlət qeydiyyatına alınan "Balakhani Operating Company LTD"nin hazırki qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.
TEREF olaraq sorğumuza cavab verən "Balakhani Operating Company LTD" şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Günel Həsənovanın mövqeyini təqdim edirik:
Göndərdiyiniz sorğuya cavab olaraq bildiririk ki, Kanada vətəndaşı Ceyms Alan Volker 2023-cü ilin 16 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin müvafiq tələblərinə əsasən “Balakhani Operating Company LTD” şirkətində çalışmışdır. Ölkəmizdə müvəqqəti yaşayış icazəsi əsasında qalan əməkdaşın əmək müqaviləsinə 2023-cü ilin 01 dekabr tarixində müqavilə müddətinin bitdiyinə görə xitam verilmişdir.
 

Ardını oxu...
Tovuz rayonu, Yuxar Öysüzlü kənd sakini, ağır xəstə, əmək qabiliyyətsiz Qasımov Tapdıq Əliheydar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident. Xatırlatmaq istəyirəm ki, mən uzun müddətdir ki, həm ağır dərəcəli kəllə-beyin travması almışam, həm də hər iki qulağımda eşitmə dərəcəm 4-cü dərəcəlidir. Dəfələrlə müxtəlif müalicələr almağıma baxmayaraq bu xətəliklərdən indiyə qədər əziyyət çəkirəm.

Doğrudur, son illərdə yaşadığım zona üzrə ƏƏSMN-nin 16 saylı Tibbi Sosial Ekspertiza Komisiyası tərəfindən məni müayinə etmiş və forma 88 tərtib edərək təsdiq edilməsi üçün ƏƏSMN-nə göndərilmişdir.Çünki qanunvericiliyə əsasən Xəstəliyimin sağalmaz olduğunu nəzərə alan 16 saylı TSEK komisiayası çox düzgün qərar qəbul etmişlər.

İstər Bakıda ATU-nin Tədris Cərrahiyə Klinikasında həkim Afaq Şadlinskayanın 21 .12.2022-ci il tarixində xəstəliyimlə bağlı verdiyi rəydə qeyd edilir:

“ Mediakamentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sveep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqds 90 dBnHL intensivlikdə V dalğa əldə edilmədi. “ Nəticə olaraq sol qulaqda 4-cü dərəcə neyrosensor ağıreşitmə -karlıq, sağ qulaqda 3-4 –cü dərəcəli neyrosensor tip ağıreşitmə qeyd olunur.” Eyni rəyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin Mirqasımov ad. Respublika Klinik Xəstəxanası da Ambulator xəstənin 9965 N –li Tibb vərəqində də həkim Poladova TSEK təqdim etmək üçün 29.12.2022-də diaqnoz qoymuşdur ki, “ İki tərəfli karlıq neyrosensor ağıreşitmə “ qeyd edilmişdir.

Növbəti dəfə mənə 2024-cü il oktyabrın 1-də növbəti baxış keçirilmişdir. Və yenə də Berra müayinəsi keçirilmişdir. Və yenə də diaqnoz yenə qoyulub ki, hər iki qulaq 4-cü dərəcəli eşitmə zəifliyi vardır. Yəni karlıq təsdiq edilib.

Budur, 10 yanvar 2024-cü il tarixinə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin həkim komissiyasında adını bilmədiyim qadın həkim məni təhqirlər edərək bildirdi ki, “ Ə sən sərxoşsan, ya ağlını itirmisən? Sənin qulağın kəskin formada zəif olmasa da sənə əlillik düşmür. Bəsdir, bura gəlib bizi bezdirdin.” Bu abırsız və qanacaqsız – tərbiyəsiz həkim qadın o qədər harınlayıb ki, mənə qəbul zamanı kasıb olduğumu görüb ağzına gələn sözlərlə təhqir edir. Kim buna səlahiyyət verib ki, dövlət müəssisəsi olan bir DA-də 63 yaşlı bir xəstə adama qarşı belə bir vicdansızlığa yol verir. O zaman niyə məni özləri dəvət etmişdilər? Yəni görüblər ki, nəzərdə tutulan rüşvəti gətirmədiyimə görə başlayıblar məni səviyyəsiz zəkaları ilə aşağılayırlar ki, niyə mən onların vaxtını boş yerə alırammış.

Xahiş edirəki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının üzvlərinizə göstəriş verəsiniz ki, sağalmaz xəstəlik diaqnozu qoyulan xəstəyə qarşı əlllik təyin etmək əvəzinə məni təhqir edən yaramazlara qarşı qanunvericiliyin tələbləri daxilində cəza verilsin.

Cənab Prezident! Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə müstəqil həkim komissiyası tərəfindən bir daha yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün

ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin tərbiyəsiz həkim komissiyasının qadın üzvünün və verdikləri saxta və əsassız rəyi Daxili Nəzarət və Audit şöbəsi tərəfindən araşdırılaraq qiymət verilsin. Və tərbiyəsiz həkimin cəzalanması üçün hüquq –mühafizə orqanlarına təqdimat yazılması barədə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm..."
 
Ardını oxu...
Azərbaycanda plastik cərrahiyyə sahəsində hərc-mərclik hökm sürür. Plastik cərrahlarla bağlı yaşanan son qalmaqal bu sahədə ciddi problemlərin olduğunu bir daha təsdiqləyir. İctimaiyyət arasında gedən müzakirələr onu deməyə əsas verir ki, ixtisası olmayan həkimlər bu sahədə at oynadırlar. Hətta fəaliyyəti qadağan olunan həkimlərin də işlərinə davam etmələri ilə bağlı məlumatlar var.

Bəs görəsən, mövcud problemin aradan qaldırılması üçün hansı addımların atılması mümkündür? Bu istiqamətdə Səhiyyə Nazirliyinin mövqeyi nədən ibarətdir? Bununla bağlı müvafiq araşdırmalar aparılıbmı? İxtisası olmayan həkimlərin estetik cərrah kimi çalışması hüquqi cəhətdən hansı məsuliyyəti yaradır?
TEREF "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Meydanda peşəkarlar qalacaq"

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndər "Kaspi"yə açıqlamasında bildirib ki, plastik cərrahiyyə Azərbaycan üçün yeni bir sahədir: "Sovet dövründə bu, ümumi cərrahiyyənin daxilində idi. Yəni, yanıqları, üzdə yaranan problemləri, anadangəlmə qüsurları və s. ümumi cərrahlar əməliyyat edirdi. Rezidentura proqramı hazırlandıqdan sonra artıq plastik cərrahiyyə yeni bir sahə kimi ayrıldı. Hazırda ixtisaslı plastik cərrahiyyə üzrə mütəxəssislər beş il müddətinə hazırlanır. Həkimlər plastik cərrah işləmək üçün mütləq rezidentura təhsili almalıdırlar. Belə deyək ki, plastik cərrahiyyə artıq konkret sahədir. Sertifikasiyadan keçməyənlər isə ümumiyyətlə, həkim adı altında fəaliyyət göstərməməlidir. Bu sahədə qeyri-qanuni işlərlə məşğul olanlarla aidiyyəti qurumlar ciddi şəkildə mübarizə aparmalıdırlar".

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanda plastik cərrahiyyə keçid dövrünü yaşayır: "Bu proses qonşu Türkiyədə də belə gedib. Dünyanın bir çox ölkələrində plastik cərrahiyyə ilə kosmetologiyanı qarışdırıblar. Məsələn, bəzi tibbi təhsili olmayan insanlar kosmetoloji prosedurlar həyata keçirirlər. Buna "padvalaltı kosmetologiya" deyilir. Bir çox ölkələrdə, o cümlədən bizdə də mövcuddur. İndi bu istiqamətdə silkələnmə baş verdi, artıq hər şey yerinə oturmalıdır. Keçid dövrü başa çatandan və ələnmə prosesi yekunlaşandan sonra meydanda peşəkarlar qalacaq".

Ucuz reklamın qurbanına çevrilənlər

Mütəxəssis hesab edir ki, sosial şəbəkələrdə də müəyyən qadağaların tətbiq olunması vacibdir: "Pasiyentlər bu sahədə həkim seçərkən diqqətli olmalı, ucuz reklamlara aldanmamalıdırlar. Pasiyentlər həkimə müraciət edərkən onun diplomunu tələb etməli, plastik cərrah olub-olmadığını araşdırmalıdırlar. Bundan başqa, sertifikasiyadan keçib-keçmədiyini öyrənməlidirlər. Son vaxtlar plastik cərrahiyyələrlə bağlı şikayətlərin artmasının əsas səbəblərindən biri məhz bu sahədə qeyri-peşəkar insanların qanunsuz fəaliyyət göstərməsidir. Pasiyentlər onları haradan tapırlar? Təbii ki, sosial şəbəkələrdən. Bu gün sosial şəbəkələr naşı plastik cərrahların reklamları ilə "göz oxşayır". Onlar səhifələrində hətta özlərinə məxsus olmayan əl işlərini paylaşmaqdan da çəkinmirlər. Nəticədə insanlar ucuz reklamın qurbanı olurlar".

10 ayda 15 qayda pozuntusu

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) sorğumuza cavab olaraq bildirilib ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır: "Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. 2024-cü ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb".

Həkimdən sertifikatı tələb edin

Mərkəzdən o da vurğulanıb ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər: "Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama barədə qərar qəbul edilir. İttihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə araşdırma aparmaq barədə qərar qəbul edilə bilər. Xüsusi ağır hallarda toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilir".

10 mindən 30 min manatadək cərimə

Hüquqşünas Ruslan Vəliyev deyib ki, ölkəmizdə tibbi fəaliyyət lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilir: "Məlumdur ki, həkimlər müəyyən müddətdə yenidən sertifikasiya imtahanı verməklə öz ixtisaslarında çalışırlar. Müəssisələr də tibbi fəaliyyət göstərdikləri zaman mütləq tibbi təhsili olan və sertifikatlaşdırma imtahanından keçən ali təhsilli həkimlər və tibb işçiləri ilə əmək müqaviləsi bağlamaqla öz fəaliyyətlərini tənzimləməlidirlər. Lisenziya olmadan fəaliyyət göstərənlər məsuliyyətə cəlb edilirlər. Fiziki şəxslər iki min manatdan üç min manata, vəzifəli şəxslər beş min manatdan 10 min manata, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə olunurlar. Bu sahədə vətəndaşların sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 800 manatdan 1 000 manata, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar".
Ardını oxu...
Sual: Cənab polis, əgər xanım günahkar olsa idi, sizə zəng edib kömək istəyərdimi? Məntiq???
Vüsal Həsənov (Mərkəzdə tutduğu vəzifəsi , səlahiyyətləri məlum olmayan) adlı bir şəxs, dünən Müasir Psixologiya Mərkəzinin qadın işçisini ən ağır söyüşlərlə təhqir edib ona hədə qorxu gəlmişdi. Olunan təhqirlərdən qadının halı pisləşib və kömək üçün 102 vasitəsilə polisə müraciət edir. Polis gəlincə kameradakı səslər silindi. Polis,gəldi, Vüsalın kabinetində onunla görüşdükdən sonra xanıma da kiçik bir izahat yazdırdı və qeyd etdi ki,Vüsalı birinci siz təhqir etmisiniz(polis də otaqda idi ki?) .Axşam isə Mərkəzin rəhbəri Aida Sübhan (Nəbiyeva) və əmisi(deyəsən əsil sahib odur) Azər müəllim mənə zəng edib bildirirlər ki,heç demə 10 ildən yuxarı bu Mərkəzdə işləyən işçi qadın neçə ildir onlara zülüm edir,hədə qorxu gəlir və onlar polisə yazdıqları izahatda da bunu bildiriblər , Və Vüsalı da təhqir edən xanım olub ???!, Vüsal isə yalnız astaca,həzin həzin deyib ki, “özünsən”. Xanım hətta əlində stəkan Vüsalın üstünə də“cumubmuş”.Bu hayasızlığın son həddi deyilmi xanım psixoloq? Bəs insaf, vicdan, Allah qorxusu? 10 ildən yuxarı bir yerdə işlədiyin, birlikdə TV verilişində iştirak etdiyin,həmişə təriflədiyin işçi birdən birə monstra çevrildi? Vusalın və psixoloq xanımın sayəsində nazik papka ilə Mərkəzə gələn polisin papkası böyüdü ,”kağızlar” çoxaldı və axşam 70 yaşlı,Azər kişi(?) xanıma yazdı ki,sabah işə gəlmə. Biz ( Vüsal,Aidə və ağsaqqal )Akt tərtib etmişik, Aktı polisə vermişik və bu AKT-a əsasən səni işdən azad edirik? Akta qol çəkənlər isə həmin 70 yaşlı “ağsaqqal”, Aidə Sübhan , katibə və Vüsal Həsənov olub . Mərkəzdə başqa işçilər , ora xəstə uşaq gətirən valideyinlər yox idi ki? Bəs qanun? Əmək Məcəlləsi, qadına qarşı edilən zorakılıq,təhqir, hədə qorxu? İnsan necə hayasız olmalıdır ki, təhqirə ,hədə qorxuya məruz qalan qadının at kimi üzünə dirənsin 37-ci ildəki kimi.
Sonda
Müasir Psixologiya Mərkəzində qadına qarşı şiddət göstərilib və Mərkəz rəhbərliyi* (qadın!!) tərəfindən (polisə düzgün olmayan məlumat,kamerada səslərin silinməsi, və.s) ört basdır edilir.
Vüsal Həsənov kimdir, Mərkəz rəhbərinin ondan çəkinməyinin , səbəbi? Müamma?!
Düşünürəm ki, qadın hüquq müdafiəçiləri də, baş verən hadisəyə qarşı biganə qalmayacaq .
Zorakılığa,təhqirə,şiddətə məruz qalan xanım isə mənim qızımdır
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
"Orbita" MTK-nın rəsmi internet səhifəsi istifadəçilərinin üzünə bağlanıb.
Kommersant.az xəbər verir ki, sözügedən MTK-nın rəsmi internet saytı istifadəsini 278 günlük bağlayıb. Buna görə də binadan mənzil alan və ya almaq istəyən şəxslər binalar haqqında məlumat əldə edə bilmirlər.

"Orbita" MTK tikinti şirkətinin rəsmi internet saytının bağlanması şirkətin fəaliyyətində müəyyən problemlərin mövcudluğuna işarə edir. Sözügedən MTK, həm də şirkətin rəhbəri Famil Bağıyevin adı mətbuatda qalmaqallarla yadda qalıb.

Rəsmi saytın fəaliyyətinin dayandırılması potensial müştərilər və hazırkı sakinlər üçün məlumat əldə etmə imkanlarını məhdudlaşdırır. Bu, şirkətin etibarlılığına və şəffaflığına dair suallar yarada bilər. Müştərilər layihələrin gedişatı, mənzil qiymətləri və digər vacib məlumatları əldə etməkdə çətinlik çəkir.

Bundan əvvəl isə sözügedən MTK rəsmi internet saytında "0 % zəmanət və 0 bal zəlzələyə davamlı" paylaşımı etmişdi.

Qeyd edək ki, tikinti şirkətlərinin rəsmi saytlarının fəaliyyəti onların şəffaflığı və müştərilərlə əlaqəsi baxımından vacibdir. Saytın bağlanması şirkətin imicinə mənfi təsir göstərə bilər və müştərilərin etimadını sarsıda bilər. Bu səbəbdən, "Orbita" MTK-nın rəsmi saytının yenidən fəaliyyətə başlaması və müştərilərə lazımi məlumatların təqdim edilməsi vacibdir.

Bundan başqa şirkətin "Facebook" hesabı da ən son 10 aprel 2024-cü ildə paylaşım edərək qeyri-aktiv olduğunu göstərir. Ümumiyyətlə şirkətin sosial media hesabı MTK tərəfindən inşa olunan və ya olunacaq binalar haqqında demək olar ki, məlumat vermir. Paylaşımlar daha çox bayram təbriklərindən ibarətdir. İnşaat haqqında ən son paylaşım isə 2022-ci ilin aprel ayında olubki, bu da sadəcə təməlatma videosundan ibarətdir.
 
 
 
Ardını oxu...
Bu məhkəmə prosesi xalqımız üçün tarixi hadisədir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çoxsaylı hərbi cinayətlərdə ittiham olunan keçmiş və qondarma “dqr rəhbərliyi”nin 17 yanvarda başlayan məhkəmə prosesi haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, bu, Azərbaycan torpaqlarının qəsb edilməsi ideologiyasını və onun icraçılarını 100 ildir mühakimə edə, cəzalandıra bilməyən dövlətimiz üçün böyük tarixi olaydır:

“Bu məhkəmə, bu mühakimə prosesi Zəfər hərəkatımızın, müqəddəs müharibəmizin nəticəsidir. Bunu təmin edən Prezidentimiz İlham Əliyevdir. Ona görə də bu hadisəni kiminsə “Əsrin məhkəməsi” adlandırması mübaliğə deyil, gerçək qiymətləndirmədir.

35 il ərzində Zori Balayanlar, İgidyanlar və başqa şəxslər separatizmi və Qarabağda soyqırımları, etnik təmizləmələri, işğalı alovlandırıblar. 1987-1989-cu illərdə yüzminlərlə azərbaycanlı dədə-baba torpaqlarından çıxarıldı, zorakılığa məruz qaldı, Qərbi Azərbaycanda etnik təmizləmə aparıldı. İndi o məşəqqətləri yaşayan insanlardan sağ qalanların hamısının gözü, ürəyi, beyni, düşüncəsi bu məhkəməyə dikilib. Bu, torpaqlarımızın bütövlüyü uğrunda həyatını qurban verən insanların doğmalarının, qazilərimizin, veteranlarımızın, şahidlərin, bütövlükdə xalqımızın onillərdir görmək istədiyi ədalət mühakiməsidir.

Düşünürəm ki, burada həm prokurorluq, həm də məhkəmə orqanlarımızın üzərinə tarixi missiya düşür. Onlar burada hansısa emosiya və ya nifrət duyğularını deyil, hüququn aliliyini əsas götürməlidirlər. Çünki hazırda qanun da, hüquq da, fakt da bizim tərəfimizdədir, ədalət də.

Ona görə burada söz artıq hüququndur – insanların kütləvi qətlə yetirilməsi, soyqırım və bəşəri cinayətlər, həmçinin insanların mülkünün ələ keçirilməsi və s.

Uzun illər ərzində qeyd edilən cinayətlərin təşkilatçıları və əsas icraçıları kimi bu mühakimə edilən insanların adı keçir. Əlbəttə ki, bu nöqtədə siyasətçilərimizə, dövlət adamlarımıza, media nümayəndələrimizə çağırış ondan ibarətdir ki, məhz burada qalib dövlət və qalib xalq duruşunu və ədasını nümayiş etdirək, məhkəməni qabaqlamayaq, vaxtından əvvəl hökm çıxarmayaq.

Diqqətinizə çatdırım ki, Almaniyada Tələt Paşanı qətlə yetirən Soğomon Teqliryan erməni düşüncəsində, əməllərində, kitablarında qəhrəmanlaşdırılırdı. Təəssüf ki, onların qəhrəmanlaşdırdığı əksər erməni xalqımızın qanı üzərində heykəlləşənlərdir.

İndi isə bizim missiyamız bu məsələlərə elə qiymət verməkdir ki, ədalətinə kimsənin şübhəsi olmasın. Doğrudur, xalqımızın içində emosional reaksiyalar başadüşüləndir. Çünki, məsələn, müharibə zonasından 100 km uzaqlıqdakı Gəncə şəhərində mülki insanları gecə yarısı, daha çox insanın ölməsini təmin etmək üçün yatdığı yerdə raket zərbələrinə məruz qoyan, sonra da efirə çıxıb, “əmri mən verdim” deyən bir şəxsin indi məhkəmədə söylədiklərinə insanlarımızın dərin emosional reaksiyasının qarşısını almaq çətindir. O qətliamlarda valideynini, körpə övladını itirənlər var və Araik Arutyunyanın mülki insanların qətliamından sonra o cür ifadələrini unutmaq çətindir. Axı hadisənin də üstündən cəmi 4 ildən bir qədər çox vaxt keçib, yaralar təzədir, dərindir”.

Millət vəkili bütün bunlara baxmayaraq, düşmənin və onların havadarlarının beynəlxalq hüququn arxasında gizlənərək, hiyləgər oyun qurduğunu bir daha xatırladıb:

“Görürsünüz, onların ətrafında nə qədər “beynəlxalq müdafiə istehkamı” düzəldilib. Bu qüvvələrin ətrafında çətir quran, hətta onları “siyasi məhbus” adlandırmağa və bunu elə bu cür də qələmə verməyə çalışanlar xırda hüquqi boşluqlar tapmağa, hansısa prosedurun pozulduğunu dərhal qeydə almağa, o cümlədən “təqsirsizlik prezumpsiyası” anlayışını istismar etməyə çalışırlar. Qeyd edim ki, ittiham olunanlardan biri – Ruben Vardaryanın milyardı aşan sərvəti var və o, milyonlarla dollar müqabilində dünyaca məşhur hüquqşünası vəkil tutub, o cümlədən beynəlxalq mediada piarını aparacaq komanda müəyyənləşdirib. Diqqət edirsinizsə, məhkəməsi başlayanlar içərisində dünya mediasında, o cümlədən erməni saytlarında ən çox adı hallanan, müdafiəsi təşkil edilən də Vardanyandır. Bu “müdafiə şəbəkəsi” kütləvi formada müxtəlif platformalarda çıxışlar edirlər, Azərbaycana təzyiq etməyə cəhd göstərirlər. Bir neçə gündür məhkəmədə iştirak etmək üçün ölkəmizə viza müraciətləri daxil olur. Bu müraciətlər təsadüfi deyil – onlar gəlib, burda hansısa “hüquqi boşluq” tapmağa çalışırlar”.

Zahid Oruc heç bir təşəbbüsün onların ədalətli mühakiməsinə mane olmayacağına əminliyini vurğulayıb.

“Heç bir təxribata uymadan, qanunun aliliyini əsas götürərək, ədalətli bir qərar çıxarılacağına inanıram. Xalqımızdan da xahişim odur ki, güdükdə duranlara, sabah bu ədalətli mühakiməyə kölgə salmaq üçün nəsə tapmağa çalışanlara fürsət verməsinlər”.
 
Ardını oxu...
“Bakı Abadlıq Xidməti” MMC ilə bağlı cərimə protokolu imzalanıb. MMC növbəti dəfə ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“Bakı Abadlıq Xidməti” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

MMC ilə bağlı işə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 22 yanvar tarixində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. Əgər mal ölkəyə gətirilmirsə sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Bünyad Qasımovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

/Tribunainfo.az
Ardını oxu...
Məlum olduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində "Urmedhelp" və "My Doc Tour" şirkətlərinin sahibi Nuridə Seyidova və digər iki şəxsin - Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İttihama görə, bu şəxslər qan xərçəngi və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların valideynlərinin etibarından sui-istifadə edərək, müalicə üçün vəsaiti mənimsəyiblər.

Zərərçəkmişlərin ifadələrinə görə, ümumilikdə söhbət 1 milyon manatdan çox müalicə pulundan gedir. Pulların mənimsənilməsi nəticəsində müalicəsizlikdən ölən körpələrin olduğu da bildirilir.

Zərərçəkmişlərin ifadələrində tanınmış həkim Mircəlal Kazıminin də adı keçir. Belə ki, zərərçəkmiş Kamil Əhmədov məhz onun tövsiyəsi ilə adıçəkilən qadınlarla əlaqə saxladığını, lakin ödənişi geri ala bilmədiyini bildirib. Əhmədovun sözlərinə görə, həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkir. Zaur Baxşəliyevin verilişinə çıxandan sonra müalicə olunub:
““Gömrük” hospitalda Mircəlal Kazımi həkimlə görüşdük. Yoxladıqdan sonra dedi ki, qaraciyərin transplantasiyası lazımdır, 46 min manat xərci var. Buna pulumuz çatmadı. Bir qədər sonra Mircəlal həkim mənə dedi ki, bir xanım var, bu işlərin xeyriyyəçiliyilə məşğul olur. Telefonu alıb Aysel xanımla danışdım. Dedi ki, xərcin yarısını, 23 min manatını ödəməlisiz. Mən də razılaşdım, pulu düzəltdim, apardım. Bu proseslərə gedən zaman yoldaşımın səhhəti pisləşdi. Tez-tez komaya düşürdü. Hər dəfə 1500 manat xərcim çıxırdı. Gördüm ki, bir iş görmürlər, pulumu istədim. Dedilər ki, pulu bir aya qaytara bilərlər. Həmin vaxtdan pulu "bu gün, sabaha verəcəm" dedilər. Aysel xanım məni Nuridə ilə əlaqələndirdi. O da dedi ki, bunların rəisi mənəm, pulu qaytaracam. Amma yenə qaytarmadılar. Sonradan eşitdim ki, həbs olunublar. Ayselin dayısı pulun 10 min manatını ödəyib, qalan pulu da tələb edirəm. Mən Ayseli tanıyıram, pulu da ondan tələb edirəm”.

Təqsirləndirilən Aysel Məmmədova deyib ki, zərərçəkmişdən aldığı 23 min manatı Nuridə Seyidovaya çatdırmaq üçün həmin gün axşam onun sürücüsü Füzuliyə verib.

Lakin Nuridə Seyidova bu məbləğin ona çatmadığını deyib.

Zərərçəkmiş Kamil Əhmədov Mircəlal Kazımin qadınları ona xeyriyyəçi kimi təqdim etdiyini də vurğulayıb:

“Mən sonradan Mircəlal həkimə dedim ki, doktor, bu şəxslər pulu kassaya ödəmədilər. O da dedi ki, proses belədir, onlar pulu hospitalın hesabına ödəyəcək”.

Məsələ ilə bağlı Mircəlal Kazimi ilə əlaqə saxladıq. O Bakupost.az-ın sualına cavab olaraq, bu mövzudan xəbərsiz olduğunu bildirdi:

“Mənim məlumatım yoxdur, bu barədə nəsə deyə bilmərəm".
 
Ardını oxu...
Daha bir cərrah əməliyyat zamanı canlı yayın açdı - VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.

Məlumatına görə, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.

Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı TikTok platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, bədən şəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edir. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova ilə əlaqə saxladıq.

O, lent.az-a açıqlamasında bu fikirləri səsləndirib:

"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilməzsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədən şəkilləndirmə əməliyyatı bugünkü gündə diqqət çəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".

“Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq”, - deyə cərrah əlavə edib.

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.
 
 

Dünyapress TV

Xəbər lenti