Ardını oxu...
“Rabitəbank” Acıq Səhmdar Cəmiyyətinin (ASC) müştərilərindən biri iddia edir ki, onun hesabındakı vəsaitlər silinərək, Türkiyədə obyektin hesabına köçürülüb. Müştəri baş verənlərə görə bankı günahlandırır. İddia edir ki, onun hesab kartının nömrəsini özündən və bankdan başqa kimsə bilməyib. Əgər özü Türkiyədə oteldə olmayıb və ödəniş etməyibsə, hesab edir ki, baş verənlər bankın günahı üzündən yaşanıb.
Bizimyol.info xəbər verir ki, “Rabitəbank”ın müştərisi Maksim Sandurskiy başına gələnlərə görə bankı məhkəməyə verib. İddia ərizəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb edib.

Şikayətçi bildirib ki, bir neçə ildir bu bankın müştərisidir. Günlərin birində kartına dörd dəfə müdaxil edilib və hissə-hissə olmaqla, 240 manat pul çıxılıb. Araşdıranda görüb ki, çıxılan pul Türkiyənin Çorum şəhərindəki bir otelin hesabına köçürülüb: “Halbuki, nə mən orada olmuşam, nə də mənim kart hesabımı bankdan başqası bilir. Bank haqqnda qaydalara görə, mənim kartıma müdaxilənin qarşısı alınmalı idi. Amma bunu etməyiblər”.

Şikayətçini narazı salan həm də bu olub ki, baş verənlərdən sonra o, banka zəng edib, məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını, kartından çıxan vəsaitin geri qaytarılmasını, bu işləri görən şəxslər haqqında hüquq-mühafizə orqanlarına məlumat çatdırılmasını istəyib: “Lakin bank əməkdaşları cinayət yolu ilə mənim bank kartımdan çıxarılmış pulun kim tərəfindən çıxarılması barədə araşdırma aparılmasını xahiş edəndə məndən xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb elədilər”. Onun sözlərinə görə, bankın səhlənkarlığı nəticəsində ziyan çəkməsinə, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən polis idarəsinə və banka gedib pulunun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, “Rabitəbank” dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib:

“Sonradan dedilər ki, iş üzrə araşdırma aparılması üçün əlavə vəsait ödəməliyəm. Əks halda, mənə vurulmuş zərəri qaytarmayacaqlar. Mən də etiraz elədim. “Rabitəbank” rəhbərliyi və əməkdaşlarının səhlənkarlığı nəticəsində sarsıntı keçirmişəm”. O, məhkəmədə bankdan maddi ziyana görə 240 manat, mənəvi ziyan üçün 1000 manat təzminat istəyib.

“Rabitəbank” ASC müştərinin iddiası ilə razılaşmır. Bankın nümayəndəsi ehtimal edir ki, müştəri əvvəllər hansısa ödəniş əməliyyatları zamanı kart nömrəsini xarici saytda yazıb və beləliklə, üçüncü şəxs tərəfindən ələ keçirilib. Kartın nömrəsi əl ilə POS terminalda yazılıb və vəsait silinib:

“Müştəri bu dələduzluq əməliyyatlarını vaxtında aşkar edəndə dərhal tədbir görməliydi. Ən azı, Mobile Арр / Bank / Azericard vasitəsi ilə bloklanmalı idi. Müştəri Chargeback (etiraz) sorğusu ilə banka müraciət etməli idi. Heç birini eləməyib. Müştəriyə 30 manat komissiya qarşılığında sözügedən əməliyyatların geri qaytarılma cəhdi üçün banka hansı şəkildə müraciət edilməli olduğu bildirilsə də, kartını blok etməyib, etiraz sorğusu ilə banka müraciət etməyib”.

Nümayəndə əlavə edib ki, artıq uzun müddət keçdiyinə görə vəsaitin geri qaytarılması ilə bağlı bank heç bir tədbir görə bilməz.

“Rabitəbank”ın nümayəndəsi müştərinin nə maddi, nə də mənəvi ziyanla bağlı hissədə iddiasının təmin olunmamasını xahiş edib.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, Maksim Sandurskiy ondan xəbərsiz kartından çıxılan pulu tələb etməkdə haqlıdır. Ona görə də maddi ziyanla bağlı hissədə iddianın təmin edilməsi və 240 manatın karta geri qaytarılması barədə qərar çıxarılıb. Lakin 1000 manatlıq mənəvi ziyan tələbi təmin olunmayıb. Buna baxmayaraq, hakim müştərinin məhkəməyə müraciətə görə ödədiyi 30 manat rüsumu da bankın üzərinə qoyub.
 
Ardını oxu...
Memarlıq və dizayn şirkəti kimi təsis edilmiş “Gemini Group” şirkəti ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

XALQ.AZ xəbər verir ki, “Gemini Group” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Gemini Group”la bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 24 yanvar tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Tribunainfo.az
 
 
 
Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində bir neçə ildir ki, sabiq bələdiyyə üzvləri Niyaz, Əsəd və Maşallah adlı “üç muşketyor” at oynadır. Vaxtiylə Masazır bələdiyyəsində tutduqları vəzifədən istifadə edərək on hektarlarla nəhəng torpaq sahələrini ələ keçirən bu şəxslər, bu gün də qanunsuz vəsaitlər hesabına böyük layihələr həyata keçirməkdədir.

Niyaz adlı keçmiş bələdiyyə üzvünün Masazırdakı “Rahat Nəfəs” yaşayış kompleksinin yanında bir hektar, Əsədin isə qəsəbədəki Ulu öndərə məxsus plakatın yaxınlığında bir neçə hektar torpaq sahəsi mövcuddur.

Maşallah olsun ki, digər bələdiyyə üzvü Maşallah da dostlarından geri qalmır. Maşallah adlı bu şəxs Masazırda ələ keçirdiyi dövlət torpaqları hesabına sadəcə özünə deyil, bütün yaxın ətrafına “gün ağlayıb”, onları ev-eşik, mal-mülk sahibi edib.

Sabiq bələdiyyə sədri Siyanfər Əliyevin zamanında qəsəbədəki magistral yolların hər iki tərəfindəki torpaq sahələri də “üç muşketyor” tərəfindən qanunsuz olaraq ələ keçirilib. Bu gün yol kənarlarıdna fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, dükan və kafelərin böyük əksəriyyəti məhz bu üç şəxsə məxsusdur.

Müftə puldan harınlayan bu şəxslərin yalnız özləri deyil, yaxın qohumları da qəsəbədə özlərini toxunulmaz şəxslər kimi aparamqdadır. İş o yerə çatıb ki, Niyazın yaxın qohumları ərazidə xidmət aparan dövlət qurumlarının nümayəndələri ilə mübahisələr edir, qanunun deyil, öz tələblərinin icrasına çalışırlar.

Ümid edirik ki, əlaqədar qurumlar özlərini qəsəbənin sahibi hesab edən “üç muşketyor”un əməllərini araşdıracaq və bu əməllərə hüquqi qiymət verəcək.

Gələn sayımızda bu şəxslərin qanunsuz əməlləri haqqında daha geniş məlumatlar təqdim edəcəyik.
bakunews.az
https://bakunews.az/arasdirma/19548-masazirda-at-oynadan-uc-muskotyor-kimdir.html
 

Ardını oxu...
Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.
Gundeminfo.az musavat.com-a istinadən xəbər verir ki, Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, qəza Ağdaşda baş verib:
“Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyinə baxmayaraq, diaqnoz müəyyən edilməyib.
Kamil Binnətov yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib”.
Qeyd edilir ki, Kamil Binnətov uzun müddət Bakı Bulvar İdarəsində, “Park Bulvar Mall” ticarət mərkəzində mühafizə xidmətinin rəisi işləyib. O, həmçinin milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olub.

Ardını oxu...
Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonu ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması qaldığı yerdən davam edib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda xanımların əməlindən zərərçəkənlər dindirilib.

Zərərçəkmişlərdən biri bu cinayətə görə həyat yoldaşını itirdiyini deyən Kamil Əhmədovdur. Kamilin həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkib. Onu hazırda təqsirləndirilənlərlə Mərkəzi Gömrük Hospitalı​nın həkimi Mir Cəlal Kazımi tanış edib: “Mir Cəlal həkim ilk müayinədən sonra yoldaşımın sirrozdan əziyyət çəkdiyini dedi. Bir müddət sonra əlavə xəstəliklər ortaya çıxdı. İlk dəfə Mir Cəlal həkim həyat yoldaşımı bağırsaqdan əməliyyat etdi. Üstündən bir müddət keçəndən sonra zəng elədi ki, bəs, təcili qaraciyər köçürülməsi olmalıdır. Bunun üçün də donoru biz tapmaq şərti ilə 46 min manat lazımdır. Guya bizə köməklik üçün bir nəfər xeyriyyəçini təklif etdi. Aysel Məmmədovanın nömrəsini verdi. Aysellə ilk danışığımız çox ümidverici oldu. Dedi ki, 23 min manat siz verirsiniz, qalan 23 minini də biz qarşılayırıq. Mən də dərhal həmin pulu verdim”.

Ardını oxu...


Kamilin sözlərinə görə, pulu verəndən sonra iş uzanmağa başlayıb. Hər dəfə müxtəlif bəhanələrlə əməliyyat yubadılıb: “Bunlardan bir nəticə əldə edə bilmədiyimizi görüb evimi sataraq pulu düz-qoş elədim. Həmin pulla Mir Cəlal həkim həyat yoldaşımı əməliyyat elədi. Amma bir neçə gün sonra yoldaşım elə xəstəxanada vəfat etdi.

Artıq 23 min manatın 10 minini Ayselin atası ödəyib. Qalan 13 mini də ondan tələb edirəm”.

Zərərçəkmişin başına gətirilənlər cinayət işini araşdıran hakim Azad Məcidovu da hiddətləndirib. Hakim özünün də Mərkəzi Gömrük Hospitalı​nda müalicə edildiyi günləri xatırlayıb: “O vaxt mən koronavirusa yoluxmuşdum. Vəziyyətim pis idi. Belə qərara gəldik ki, Gömrük Hospitalında müalicə alım. Təsəvvür edirsiniz, hara addım atırsan, pul istəyirdilər. Pulsuz adama salam da vermirdilər. 41 dərəcə qızdırmada idim. Deyirəm ölürəm, yardım edin, baxmamış pul istəyirdilər. Yəni demək istəyirəm ki, pulsuz heç kim, heç nə etmədiyi halda təqsirləndirilən şəxslər 23 min manatı niyə ödəyəcəklərini deyiblər? Hansı yolla? Çox maraqlıdır.

Zərərçəkmişin başına gələnləri görürük. Bəlkə siz (təqsirləndirilən şəxslərə xitabən) işə qarışmasaydınız, bu kişinin həyat yoldaşı sağ qalacaqdı”.

Prosesin davamında zərərçəkmiş Faiq Nəcəfov ifadə verib. Onun övladı talassemiyadan əziyyət çəkir. Əməliyyat üçün təqsirləndirilənlərə 5 min 100 manat verib. Həmin pul da xanım müttəhimlər tərəfindən ələ keçirilib.

Xatırladaq ki, ittihama görə, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər. Qadınların üçü də həbsdədir.
Ardını oxu...
Ötən həftə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi və "qocalar evi"nə - baş nazirin müavini postuna göndərildi. 19 il maliyyə naziri işləmiş Samir Şərifov "köhnə qvardiya"nın vəzifədə qalan adda-budda üzvlərindən biri idi. Sabiq maliyyə naziri bir neçə məsələ ilə yadda qalmışdı. Onlardan ən qalmaqallısı Samir Şərifovun üç ölkənin" agenti" olması haqda iddialar idi. ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın o vaxtkı maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunmuşdu. Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia etmişdi.
Son illərdə isə Samir Şərifov kölgəyə çəkilmişdi və onun barəsində xüsusi məlumatlar yayılmırdı. Ümumiyyətlə, sabiq nazir gündəmə gəlmirdi. Sadəcə, vaxtaşırı proqnozlar səslənirdi ki, supernazirlik yaradıla, qurumlar bir-birinə birləşdirilə bilər. Bu xüsusda son günlər yenidən informasiyalar tirajlanır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev maliyyə naziri vəzifəsinə gətiriləcək, quruma vergi və gömrük xidmətləri tabe etdiriləcək, daha bir supernazirlik yaradılacaq. Hərçənd, bu ssenari reallaşacağı təqdirdə, iqtisadiyyat naziri Mikayıl Cabbarovdan vergi kimi mühüm bir qol qoparılmış olacaq. Lakin istənilən halda, yeni idarəetmə komandasında Mikayıl Cabbarov və Sahil Babayev aparıcı fiqurlar sayılırlar, onlar üzərindən sosial-iqtisadi siyasət yürüdülür. Bizim üçün bu prosesdə maraqlı detal isə Samir Şərifovun vəzifədən azad edilməsi ilə keçmiş klanla demək olar ki, vidalaşma reallığıdır. Bundan sonra qalır fövqəladə hallar naziri Kəmaləddin Heydərov...
Anaxeber.info yazır ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi kadr dəyişiklikləri "köhnə qvardiya"nın yola salınması ilə nəticələndi. PA rəhbəri Ramiz Mehdiyevdən ta sabiq nəqliyyat naziri Ziya Məmmədova qədər hamını əhatə edən bu yolasalmalar, ən son Samir Şərifovun nazir işindən azad edilməsi irəlidə "fövqəlnazir"in də postu ilə vidalaşacağı ehtimallarını gücləndirir. Buna qədər K. Heydərovun maliyyə bazarları silkələnib, biznes strukturları əlindən alınıb, dayaqları xeyli dərəcədə sarsılıb. Əvvəlki qüdrəti olmayan K. Heydərovun bir müddət sonra vəzifəsindən azad olunması, hətta FHN-nin bir quruma tabe etdirilməsi gözlənilir. Bununla da "pazl" tamamlanmış olacaq. Yəni "köhnə qvardiya" demək olar ki, tarixin arxivinə qovuşdu. K. Heydərov Mehdiyev klanından qalan sonuncu "miras"lardan biridir. Hakimiyyətin yeni siyasi elitası isə artıq bu komanda ilə bir yerdə idarəetmədə iştirak etmək istəmir. Bunun yaxşı, ya pis olduğunu siyasi rəhbərlik müəyyənləşdirir, analitiklər isə müşahidə edirlər ki, yeni siyasi komandada köhnələrə yer yoxdur. Odur ki, Heydərovun da "fövqəlnazir" erasına son qoyulacağı o qədər uzaqda görünmür. Əlbəttə, hələ də idarəçilikdə köhnənin elementləri və qalıqları mövcuddur. Eyni zamanda, vəzifəsindən alınmalı kadrlar yenə də qalıb. Amma əsas iri başlar, böyük gövdələr götürülüb. Həmçinin, parlamentdə bir daha "təmizləmə"lər olacağı istisna edilmir. Özünü hakimiyyətin siyasi-ideoloji dayağı hesab etmək, "dövlət də, qanun da mənəm" prinsipi həmin məmurların fəaliyyətinin əsasını təşkil edib. Onlar müraciət edən hər bir sadə vətəndaşla da belə davranıblar. Ona görə də bu gün qanun hamı üçün bərabərdir anlayışına siyasi kollaps kimi baxırlar. Ancaq Azərbaycanın dövlət aparatında fundamental dəyişikliklər onları keçmişə qovuşdurur. Lakin o demək deyil ki, yeni gələnlərin "ətəyində namaz qılmaq" olar. Yeni komandanın da əhalini narazı salan xeyli addımları var. Bu haqda daha sonra...

/Anaxeber.İnfo
 
 
 
Ardını oxu...
Son zamanlar sağlamlıq arayışlarının qanunsuz yollarla verilməsi halları ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. İşə düzəlmək, məktəbə qəbul olmaq və ya sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan bu sənədin bəzi poliklinikalarda rüşvət qarşılığında verilməsi narahatlıq doğurur.

Rəsmi prosedurlar üçün tələb olunan sağlamlıq arayışlarının bu cür qeyri-qanuni yollarla əldə edilməsi həm vətəndaşların hüquqlarını, həm də cəmiyyətin sağlamlığını təhlükə altına qoyur. İşə qəbul olanlar və ya təhsil müəssisələrinə qəbul edilənlər arasında hər hansı xəstəliyi olan şəxslərin vaxtında aşkarlanıb müvafiq tədbirlərin görülməsi əvəzinə, bu vəziyyət ciddi bir sistem böhranına işarə edir.

Xatırlatmalıyıq ki, Bakıda ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədovun ruhi xəstə olduğu halda sürücülük vəsiqəsi aldığı məlum olmuşdu. Bu, haqlı olaraq belə bir sualı gündəmə gətirir: Ruhi xəstə olduğu iddia edilən bir şəxs necə sağlamlıq kağızı alıb? Bu nümunə ölkədə sağlamlıq arayışlarının bəzən müvafiq qaydalara əməl edilmədən, rüşvət qarşılığında əldə edilməsinin acı nəticələrini bir daha ortaya qoyur.

Məsələ ilə bağlı Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Ajans.az-a açıqlamasında sağlamlıq arayışının dövlətin müəyyən etdiyi qaydada, bütün həkimlərin yoxlanışından keçərək 40 manat məbləğində ödəniş qarşılığında verildiyini bildirib:

“Sağlamlıq arayışı adi bir kağız deyil. Bu arayışın alınması üçün vətəndaş bütün müvafiq həkimlərin yoxlamasından keçməli və prosesin sonunda sığorta hesabına ödənişlər həyata keçirilməlidir. Əgər bu prosesə əməl edilmədən rüşvət qarşılığında arayış verilibsə, bu, qanun pozuntusudur və həmin həkimlərə qarşı tədbirlər görülməlidir.”

Ekspertin fikrincə, bəzi hallarda vətəndaşların öz hüquqlarını bilməməsi və ya tələskənlik səbəbindən bu cür qanunsuzluqlara yol açılır. Bu isə təkcə səhiyyə sisteminə deyil, həm də cəmiyyətin təhlükəsizliyinə mənfi təsir edir.

"Həmin həkimlərə nifrət edirəm!"

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov isə məsələyə daha sərt yanaşıb. O, sağlamlıq arayışının rüşvət qarşılığında verilməsini insanlığa zidd hərəkət kimi qiymətləndirərək belə deyib:

“Bu, doğru hərəkət deyil. Həmin həkimlərə nifrət edirəm. Onlar vicdanlarını itirmiş insanlardır. Sağlamlıq kağızı vermək bir məsuliyyətdir və bu sənədi rüşvət qarşılığında təqdim edənlərə ağır cəzalar tətbiq olunmalıdır.”

Dosent əlavə edib ki, sağlamlıq kağızı hər bir vətəndaşın real sağlamlıq vəziyyətini əks etdirməli və bu sənəd yalnız lazımi müayinələrdən sonra təqdim olunmalıdır. Əks halda, bu hallar ciddi təhlükələr yarada bilər.

Beləliklə rüşvət qarşılığında verilən sağlamlıq arayışları, təkcə səhiyyə sistemində deyil, həm də ictimai münasibətlərdə böyük problemlər yaradır. Məsələn, ruhi xəstə olduğu iddia edilən şəxsin sürücülük vəsiqəsi alması və ya məktəbə qəbul olunan şagirdlərin həqiqi sağlamlıq vəziyyətinin yoxlanılmaması təhlükəli nəticələrə yol aça bilər.

Bu cür qanunsuzluqların qarşısını almaq üçün dövlət nəzarətinin gücləndirilməsi və ictimai maarifləndirmənin artırılması vacibdir. Eyni zamanda, vətəndaşlar öz hüquqlarını bilməli və bu kimi hallarda müvafiq orqanlara müraciət etməlidirlər.
 
Ardını oxu...
“AzTelekom” MMC bir gündə iki tender keçirib.Həmin tenderlərdən biri ləğv edilib. Digəri isə reallaşıb.

Belə ki, MMC Balakən, Şəki Zaqatalanın inzibati binası üçün nəzərdə tutulmuş videomüşahidə sisteminin alınıb quraşdırılması üzrə satınalmanı reallaşdıra bilməyib. 48.187,05 manatlıq tenderin ləğviniə səbəb isə təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmaması olub.

“Aztelekom” MMC-nin udduğu tender isə yüklərin daşınması, evakuasiya, yükqaldırma, sərnişin daşıma və digər əlaqəli xidmətlərin satınalınmasını ehtiva edib. “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə bağlanılmış bununla bağlı müqavilənin dəyəri isə 445.450 manat olub.Tribunainfo.az
 
Ardını oxu...
Bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.
TEREF Bakupost.az-a istinadən məlumat verir ki, İnstitut 2022-ci ilin dekabrında QAZ-3110 - "Volqa" markalı avtomobilin təmiri üçün tender elan edib. Tenderin nəticələrinə əsasən, növbəti ildə "Volqa" avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.
Ardını oxu...
Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb. Xatırladaq ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığı, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, "Volqa"ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub. "Volqa"dan sadəcə "benzin silmək" üçün istifadə olunub.

O da qeyd olunub ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.
Ardını oxu...
Beləliklə, aydın olur ki, köhnə "Volqa"dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub. Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi. İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.
 
Ardını oxu...
“Jurnalistlər binası” kimi tanınan yaşayış binasının birinci mərtəbəsində yerləşən və müsadirə olunan obyekt açıq hərrac vasitəsi ilə 1 milyon 213 min 657,5 manata satılıb.

Yeniavaz.com xəbər verir ki, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən bu obyekti kimin aldığı barədə məlumat verilmir.

Qeyd edək ki, obyekt ilk dəfə 29 noyabr 2023-cü il tarixində açıq hərraca çıxarılıb. İlk hərracda obyektin ilkin start qiyməti 2 milyon 427 min 315 manat olub. Lakin, 676 kv. metr sahəyə malik obyekt satılmadığı üçün 28 fevral 2024-cü il tarixində keçirilən 3-cü hərracda 10% endirimlə (2 milyon 184 min 583,5 manat) satışa çıxarılıb. 1 aprel tarixində 25% endirimlə (1 milyon 820 min 486,25 manat) 4-cü dəfə hərraca çıxarılıb. Obyekt yenə satılmadığı üçün 3 may tarixində 50%-lik endirimlə (1 milyon 213 min 657,5 manat) 5-ci dəfə satışa çıxarılıb. Bundan sonra obyekt daha 6 dəfə hərraca çıxarılıb və qiymətində heç bir dəyişiklik olmayıb.
10 yanvar tarixində 12-ci dəfə hərraca çıxarılan obyektin ilkin start qiyməti dəyişməyib və 1 milyon 213 min 657,5 manata da satılıb.
Ardını oxu...
Məlumat üçün bildirək ki, hərraca çıxarılan obyekt ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi çərçivəsində müsadirə olunub. Obyekt “Jurnalistlər binası”nı tikən “Portos” MMC-yə məxsus olub.
“Portos” MMC-nin hazırda həbsdə olan icraçı direktoru Nadir Məmmədov məhkəmədə verdiyi ifadəsində bildirib ki, şirkətin təsisçisi Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun baldızı (həyat yoldaşının bacısı) Gülər Vəliyeva olub.

Onu da bildirək ki, hərraca çıxarılan obyektin divarında yer alan yazıdan da açıq şəkildə görünür ki, burada Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus “Kaspi Abituriyent” kursları fəaliyyət göstərib.
 

Dünyapress TV

Xəbər lenti