Ardını oxu...
Əhasli arasında “Xalqlar dostluğu” – “maşın bazarı” kimi tanınan məşhur bazarın bir hissəsində son bir neçə ayda təmir işləri aparılıb. Daha doğrusu, bazarın Babək prospektinə çıxan hissəsindəki mağazalar sökülərək, yenidən dəmir konstruksiyalarla tikilib və daha “abırlı” hala salınıb. Bunun icra hakimiyyəti orqanlarının tələbi ilə edildiyi bildirilir.

Lakin məsələ ondadır ki, bu “abadlıq işi” həmin mağazaların əvvəlki icarəçilərinin və bu ərazidə kiçik sahibkarlıqla məşğul olan digər vətəndaşların “başında çatlayıb”.

Belə ki, “AzPolitika”nın əldə etdiyi məlumata görə, sözügedən obyektlərdə bazarın sahibi tərəfindən aylıq icarə haqları 2-3 dəfə artırılıb. Təmirdən əvvəl bir kvadrat metri 20-25 manata başa gələn icarə haqqı 55-60 manata qaldırılıb. Hətta təmirdən dərhal sonra bu mağazaların kvadratının aylıq 110 manata təklif edildiyi bildirilir. Lakin sonradan bu qiymətə heç kimin mağaza götürüb işlətmək imkanının olmadığını görən bazar sahibi tamahını bir qədər azaltmalı olub və 50 faizlik “güzəşt edərək”, qiyməti 55-60 manata endirib.

Ancaq bu qiymət də olduqca yüksəkdir və hətta təmirdən əvvəlki icarə qiymətləri ilə belə işləməkdə çətinlik çəkən sahibkarlar yeni qiymətlərin qarşısında çıxılmaz, aciz duruma düşüblər. Ona görə də hazırda sözügedən mağazaların böyük əksəriyyəti boşdur.

Onu da qeyd edək ki, əslində, təmir nəticəsində mağazaların şəraitində ciddi şəkildə dəyişən bir şey yoxdur, daş divarlar sökülərək, yüngül dəmir konstruksiyalar və şüşə ilə əvəzlənib. Ancaq belə görünür ki, bazarın sahibləri icra hakimiyyətinin tələbilə yerinə yetirdiyi kosmetik təmir işlərinə çəkdiyi xərclərin əvəzini artıqlaması ilə kiçik sahibkarlardan çıxarır və üstəlik, icarə haqlarını artırmaqla gələcək qazanclarını da dəfələrlə artırmış olur.

Göründüyü kimi, “maşın bazarı”ndakı kiçik sahibkarın bazarın sahibi qarşısında heç bir müdafiə mexanizmi yoxdur. Hansı ki, bu ölkənin İqtisadiyyat Nazirliyi və hökumətin bu cür hallar yarandıqda kiçik sahibkarın maraqlarını qorumalı, ona sahib çıxmalı olan strukturları var. Lakin bu qurumların sahibkarlara münasibətdəki laqeydliyi, passivliyi göz önündədir.

Xüsusilə də söhbət sözügedən bazarın sahibi (O, həm də "Bizim Market” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. İki il əvvəl mağazalar şəbəkəsini satdığına dair xəbərlər yayılıb -red.) Rasim Salmanov kimi “arxalı” iş adamlarından gedirsə, müvafiq qurumlar ümumiyyətlə, çox şeyləri görməzdən gəlilər. O da istədiyi icarə qiymətini qoya bilir, bunun əziyyətini çəkən isə kiçik sahibkar olur.

Yaxşı olar ki, müvafiq qurumlar sözügedən icarə haqlarının ödəniş mexanizmlərinə, onların rəsmi vergi hesabatlarında nə dərəcədə şəffaf əks etdirildiyinə də diqqət yetirsinlər. Məsələn, hazırda yeni qiymətlərlə bu bazarda icarə haqqı 50 kvadratlıq bir mağaza üçün aylıq 3000-3500 manata başa gəlir. Lakin həmin məbləğ rəsmən bank hesabına ödənmir və bazar sahibinə nağd şəkildə verilir. Yaxşı olar ki, müvafiq qurumlar bu məbləğin hansı hissəsinin rəsmiləşdirildiyi ilə də maraqlansınlar...

Təəssüf ki, Azərbaycanda xüsusilə də kiçik sahibkarlar ən çox hüquqları tapdanan və demək olar, heç bir ciddi müdafiə mexanizmləri olmayan zümrəyə çevriliblər. Bütn normal ölkələrəd kiçik sahibkarlıq subyektləri hökumət tərəfindən böyük qayğı ilə əhatə olunduğu, ucuz kreditlər və çoxsaylı güzəştlərlə təmin olunduğu halda bizdəki sahibkar vergi orqanından tutmuş fövqəladə hallara, qida təhlükəsizliyinə və digər orqanlara, hətta “uçaskovılar”a qədər hamının qarşısında aciz, müdafiəsiz duruma salınıb.

Bu da azmış kimi, “maşın bazarı”nın sahibi kimi daha iri və “arxalı” iş adamları, oliqarxlar da bir tərəfdən onların üzərində istənilən “eksperimenti” keçirməkdə sərbəstdirlər...

“AzPolitika.info”
 
Ardını oxu...
Rəsmi statistika görə son 3 ildə Azərbaycanda vətəndaşlar lotereya alışına 563 milyon manata xərcləyib.

Bu, real vəziyyəti nə qədər ifadə edir, şübhəlidir. Ehtimal var ki, dövriyyədə daha böyük vəsait var.

Uduş fonduna qoyulan pullar yığımın çox az hissəsini təşkil edir ki, bu da tam qanunsuzdur. Lotereya oyunları ən inkişaf etmiş ölkələrdə də oynanılır.

Azərbaycanda iki fərqli məsələ var: Lotereya tam monopoliyadadır, ancaq dövlət şirkətinə məxsusdur və oyunlar beynəlxalq standartlara cavab vermir, yuxarıda qeyd olunduğu kimi inhisarçı şirkətin mənafeyini güdür.

Nəzarətçi dövlət qurumları müdaxilə edə bilmir, qorxur. Lotereya oyunlarına maraq daha çox vətəndaşların güzəranı, perspektivə inamsızlıqlarından qaynaqlanır.

Bilet alanların mütləq əksəriyyəti kasıb insanlardır.

Onlar həyatlarının dəyişməsinin şans, möcüzə olduğuna inanır. Normal sosial, hüquqi düzən olan ölkələrdə belə deyil.

İnhisarçı şirkət olan Azərlotereya isə məhz sosial fəlakət girdabında olan insanların durumundan istifadə edərək, hüdudsuz sərvət yığır. “Azərlotereya” uduş fondunun məbləğini gizlədir. Normal lotereyada satılan biletlərin sayından gələn pullar uduş fondunun 80 faizini təşkil edir.

Qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-dir.

Gununsesi.info
Ardını oxu...
Bir müddət əvvəl İSBAM (QHT) sədri Samir Adıgözəlli Azərbaycanı tərk etmişdi. Onun Türkiyədə olduğu bildirilirdi.
Bu gün əldə etdiyim məlumata görə, S.Adıgözəlli hazırda Fransanın Strasburq şəhərindədir. O, siyasi sığınacaq almaq üçün Strasburqda aidiyyatı qurumlara müraciət edib.
Məsələni dəqiqləşdirmək üçün S.Adıgözəlli ilə əlaqə saxladım.
O, bir müddət əvvəl Strasburqa səfər etdiyini və hazırda başqa yerdə olduğunu (harada olduğunu demədi) bildirdi:
"Gələcək fəaliyyətimlə bağlı qərar verməmişəm. Nə edib etməyəcəm, özüm bilirəm. Təbii ki, mən öz etirazlarımı bildirəcəm, amma bu etirazları nə zaman, harada, necə edəcəyimi zaman göstərəcək".
Qeyd edim ki, Strasburq şəhərinin meri Janna Barseqyan adlı ermənidir.
Fransa-Azərbaycan münasibətlərinin çox pis olduğu bir ərəfədə S.Adıgözəllinin məhz bu ölkədən siyasi sığınacaq almaq istəyi olduqca maraqlıdır. Eyni zamanda, belə bir situasiyada S.Adıgözəllinin müraciətinə müsbət cavab veriləcəyi də şübhə doğurmur.
Digər maraqlı məqam odur ki, S.Adıgözəlli Azərbaycanda olarkən bir neçə dəfə və ardıcıl Fransanın Bakıdakı Səfirliyinin qarşısında etiraz aksiyalarına rəhbərlik edərək bu ölkənin siyasətini tənqid edib. Paylaşdığım foto da Bakıdakı Fransa səfirliyin qarşısında keçirilən etiraz aksiyalarının birində çəkilib.
Müəllif: Samir Feyruzov
TEREF
 
 
 
Ardını oxu...
Növbəti tədris ili üçün Azərbaycanda tələbə qəbulunun əhəmiyyətli şəkildə artırılması gözlənilir. Sıravi müəllim olaraq, Elm və Təhsil nazirinə, universitet rektorlarına müraciət edirəm:
1. Ali məktəblərin müasir təlim texnologiyalarının dəstəklənməsinə, tələbə sıxlığı, tədris qrafiki, tədris-təcrübə bazaları ilə bağlı normativlərə, təhsilalanların auditoriyadankənar, professor-müəllim heyətinin elmi-pedaqoji, tədqiqat fəaliyyətinə şərait yarada biləcək maddi-texniki bazasının mövcudluğu məsələsi nəzərə alınıbmı?
2. Daha bir ciddi məsələ: pandemiya ilə gələn elektronlaşma, elektron bazalar ali məktəblərdə tədris resurslarına münasibəti dəyişib. Bu gün mobil telefon xüsusilə universitetlərimizdə kitab şəklində dərslikləri, tədris vəsaitlərini, dəftər-qələm və sair yazı vasitələrini tam sıxışdırmaqdadır. Təbii ki, heç kəs elektron bazaların əleyhinə deyil. Lakin telefon və ya kompüterdəki məlumat bazası kitab formasında dərslikləri, yazını aradan çıxarmamalıdır. Bu, ilk növbədə, tələbə gənclərin sağlamlığına (görmə, onurğa, psixi vəziyyət və s.) ciddi ziyan vurur, ikincisi, etibarlılıq, əlçatanlıq, qorunma, müəllif hüquqları və s. cəhətlərdən əlverişli deyil, üçüncüsü, təhsilalanların yazı qabiliyyət, yaddaş və vərdişini sıradan çıxarır.
On bir il bundan əvvəl Azərbaycanda Prezident Fərmanı ilə qəbul olunmuş təhsilin inkişaf "Strategiyası"nda ali məktəblərdə ixtisaslar üzrə əsas dərsliklərin yaradılmasının (qonorar, nəşriyyat və çap ödənişi) maliyyələşdirilməsi nəzərdə tutulmuşdu.
Biz niyə tələbəni dərslikdən, professor-müəllim heyətini öz ixtisası üzrə tədris resursu yazıb qonorar almaq imkanından məhrum edirik. Əgər faydasız layihələrə, eksperimentlərə (bu layihələr etibar edilən adamlar sahə üzrə səriştə və təcrübəsi olan mütəxəssis olsa, layihələri də faydalı eləmək olardı) xərclənən vəsaitin 10 faizi ETN tərəfindən ali məktəblərin tədris resurslarına, universitetlərə qəbul ediləcək on minlərlə gəncin real tədris ehtiyacına xərclənsə, daha faydalı olmazmı?
3. İnşallah, ETN-də, universitetlərdə vəzifələrin etibarlı, sadiq, başı çıxmadığından hər şeyə "hə" deyən adamlara paylanılıb qurtarmasının da bir sonu olarsa, yəqin ki, yuxarıda göstərilən çox vacib məsələlərə də diqqət yetirməyə vaxt qalacaq.
4. Nə qədər ki, Dövlət İmtahan Mərkəzi il boyu ali məktəblərə qəbul prosesi aparmaqla orta təhsil sistemində davamiyyət və qiymətləndirməni iflic edib, heç olmasa, universitetlər əziyyət çəkmədən DİM-in onlara verdiyi tələb kontingentindən öz xeyrinə istifadə etmək şansını dəyərləndirə bilsin. Axı, bu şans olmasaydı, bəzi universitetlər iddia etdikləri tələbə sayını almaya bilərdi.

Filologiya elmləri doktoru,
professor
Telman Vəlixanlı
Bakupost.Az
 
 
 
Ardını oxu...
Samuxun Sərkar kənd sakinləri Meydan TV-yə danışırlar ki, bir neçə il əvvəl bələdiyyə sədri onları torpaq alqı-satqısında aldadıb.

İddialarına görə, bu yaxınlarda üzə çıxıb ki, vaxtilə aldıqları 20 sot torpaq sahəsinin 8 sotu çıxarışla başqasına məxsus imiş.

“Torpaq alqı-satqısında saxtakarlığa yol verilib”

Bu barədə torpaq sahəsinin ilk alıcısı olduğunu iddia edən kənd sakini Asim Quliyev danışır:

“10 il əvvəl bələdiyyə sədri Şəmistan Yusifov məni aldadıb, satdığı torpağa elə sənəd verib ki, torpağın bir hissəsi gedib başqasının ünvanına çıxır. Mən o torpağı bələdiyyə sənədi ilə elə o vaxtlar başqasına, başqası da bir başqasına satıb. Torpağı alan sonuncu şəxs indi onu öz adına keçirmək istəyir, məlum olur ki, vaxtilə torpaq alqı-satqısında bələdiyyə saxtakatlığa yol verib. İndi də əməlini boynuna almaq istəmir. Gah deyir ki, mən sənə torpaq satmamışam, gah da deyir ki, mən sənə 12 sot torpaq satmışam. Halbuki sənəd üzərində 20 sot torpaq göstərilib, məndən də 20 sot torpağın pulu alınıb”.

“Bələdiyyə sənədi ilə alıb, başqasına satmışam”

Asim Quliyevdən torpaq sahəsini alan İsa Rəhimov olub. Onun sözlərinə görə, həmkəndlisindən aldığı torpaq sahəsindən istifadə etməyib. Ona görə də sənəd üzərindəki torpaq sahəsinin bir hissəsinin başqa əraziyə düşməsindən də xəbəri olmayıb:

“2015-ci ildən Asim Quliyevdən torpağı bələdiyyə sənədi ilə almışam. Bu yaxınlarda həmkəndlim Əli Abbasova satmışam. İndi Əli Abbasov deyir ki, torpaq sənəddə 20 sot göstərilsə də, realda 12 sotdur. Öz adına keçirib sənəd almaq istəyir. Gəlib ölçürlər, deyirlər ki, 8 sot əskik gəlir. Sənədlə torpağın qalan hissəsi Əməkdar adlı kişinin sahəsinə düşür, gedib baxmışıq, kişinin dədə-baba torpağıdır, Çıxarışı da var”.

Bələdiyyə deyir ki, problemin həlli məhkəmədədir

Torpaq sahəsinin sonuncu alıcısı Əli Abbasov da Meydan TV-yə deyib ki, problemdən çıxarış almaq istəyəndə xəbər tutub:

“Sənəddə 20 sot yazılsa da, realda 12 sotdur. Bələdiyyədən bildirdilər ki, torpağın qalan hissəsi kəndin başqa hissəsində yerləşir. Həmin hissəyə baxış keçiriləndə də məlum oldu ki, ora başqasının sənədli yeridir, adam torpağın üzərində 8 otaqlı ev tikib, həyətyanı sahəsində təsərrüfat yaradıb”.

Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifovsa iddiaları qəbul etmir. Deyir ki, bələdiyyə torpaq satmır və bu məsələlərin ona aidiyyəti yoxdur:

“Onun aldığı torpaq sahəsinin 8 sotu başqa ərazidə yerləşir. O torpağın alqı-satqsında bələdiyyə iştirak etməyib, iştirak etsə də bələdiyyənin alqı-satqı etməyə qanunla səlahiyyəti yoxdur. Onlara verilən şəhadətnamə, hansı ki, saxta olduğunu iddia edirlər, həmin şəhadətnamə Dövlət Torpaq Komitəsi tərəfindən verilib”.

Bələdiyyə sədri problemin həllini məhkəmədə görür.

2007-ci ilin oktyabrında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Qanuna dəyişiklik edilib, bununla da bələdiyyələr sərəncamlarındakı torpaqları satmaq hüququndan məhrum olunub.

Ancaq son 17 il ərzində onlarla bələdiyyə sədri alqı-satqı tarixini saxtalaşdırmaqla (alqı-satqı tarixini qanundakı dəyişiklikdən əvvəlki vaxta qeyd etməklə) torpaq alqı-satqısı etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub, həbs edilib.
 
Ardını oxu...
İBu gün demək olar, bütün saytlarda və sosial şəbəkələrdə sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov və sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin Cıdır düzündəki görüntüləri yayımlanıb. Kadrlardan görünür ki, ikisinin də necə deyərlər, maşallah, kefi kök, damağı çağ...

Türkiyədən - Bursa və Ankara şəhərlərindən Şuşaya gələn Türkiyə nümayəndə heyətinə təqdim edilən sabiq nazirlərə türkiyəli qonaqların maraq, hörmət dolu səmimi münasibətini anlamaq asandır.

Onlar nə bilsinlər ki, bu nazirlər onların bildiyi əksər türkiyəli nazirlərdən deyil.

Nə bilsinlər ki, onların hər birinin “nazir keçmişi” talanan onlarla milyon dövlət vəsaiti, korrupsiya, rüşvət faktları ilə zəngindir.

Nə bilsinlər ki, onları bu cür yerlərə çəkib gətirən hislər sırasında vətən, torpaq, Qarabağ sevgisi ən son yerlərdədir.

Çünki gerçəkdən vətən sevən olsaydılar, heç də dünyanın ən imkanlı, varlı, sosial təminatlı xalqı olmayan bir xalqın sərvətinə, bərəkətinə, büdcəsinə qənim kəsilməzdilər, onu talamazdılar...

Türkiyəli qonaqlar haradan bilsinlər ki, bu sabiq nazirlərin hər ikisinin rəhbərlik etdikləri nazirliklərdə DTX əməliyyat keçirəndən sonra külli miqdarda büdcə talançılığı, korrupsiya, rüşvət faktları aşkarlanıb. Hər iki nazirlikdə yüksək rütbəli məmurlar, idarə rəisləri, birində isə hətta nazir müavini həbs olunub.

Onlar milyonlarla, on milyonlarla dövlət vəsaitinin “tenderlər”, müxtəlif maliyyə maxinasiyaları və korrupsiya yolu ilə taladıqlarını etiraf ediblər. Azərbaycan reallığından az-çox xəbəri olanlar bu cür cinayətlərin nazirin nəzərindən kənar baş verməsinin mümkünsüz olduğunu, əksinə, məhz onun xeyir-duası ilə baş verdiyini gözəl bilirlər.

Azərbaycan reallığı həm də odur ki, bir nazirliyin az qala yarısı koprrupsiya, rüşvət, talançılıq maddələrilə qısa müddətə də olsa “içəri salınır”, amma nazirlər bu “qovğadan” “aydan-arı, sudan duru” çıxa bilirlər. Onların ən ağır cəzaları isə uzağı vəzifələrindən atılmalarıdır. Sonra da istədikləri yerə gedir, öz bizneslərilə, mülklərilə, var-dövlətlərilə məşğul olurlar. Və heç bir mənəvi diskomfort hissi keçirmədən, əksinə, fəxrlə Cıdır düzünə, Şuşaya qədər gedirlər, oralarda “poz verirlər”. Guya vətəni, torpağı, Qarabağı sevirlər...
Ardını oxu...
Ölkənin ən həlledici, taleyüklü, məsuliyyətli günlərində “evdən işləyən” Məmmədyarov necə “vətənsevərdirsə”, özü 16 il bu ölkənin naziri olsa da, hər iki oğlu illərdir ABŞ-də, özü də milyonlarla dollar qiyməti olan evlərdə yaşayır, nə orduya qatılıblar, nə də Qarabağ uğrunda döyüşüblər. Budur Azərbaycan, Qarabağ sevgisi?

Əbülfəs Qarayev isə başçılıq etdiyi nazirlikdəki talançılığın, büdcə oğurluğunun miqyasına görə “liderlər” sırasında olub. Məmmədyarovun da nazirliyi ondan geri qalmayıb...

“Vətənpərvərlik” talançılıq, rüşvətxorluq deyil. Belə məmurların sadəcə, “halal işləməsi” kifayət edərdi ki, o torpaqlar uğrunda döyüşənlərin, şəhid olanların, yaralananların da haqqı onlara halal edilsin. Amma nə “halal işləyiblər” nə də o torpaqlarda can qoyanların halallığını alıblar...
Ardını oxu...
Cıdır düzü, Şuşa və digər torpaqlarımız uğrunda döyüşənlərin aldığı 80 manat aylıq pensiya Ə.Qarayevin bəlkə də kepkasının qiymətindən qat-qat aşağıdır. Cıdır düzünə gəzməyə, yaylağa, kefə gedən sabiq nazirlərdən fərqli olaraq, həmin vətəndaşlarımız oralara can verib can almağa, şəhid olmağa getmişdilər...

Normal hüquq-mühafizə, məhkəmə sistemi olan ölkələrdə rəhbərlik etdikləri qurumlarda aşkar olunan və rəsmən təsdiqini tapan korrupsiya, talançılıq faktlarından sonra bu adamlar Cıdır düzündə yox, tamamilə başqa ünvanda olmalı idilər. Odur ki, nə Cıdır düzü onlara yaraşır, nə də onlar Cıdır düzünə...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib. Musavat.com xəbər verir ki, “Unikal” işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib:

– Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;

– Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;

– 6 nömrəli məktəbin yanında hotel;

– Nəriman Nərimanov parkında restoran;

– Bayraq meydanının yaxınlığında 2 hotel;

– Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;

Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.

Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.

 

Ardını oxu...
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən kanalların və hidrotexniki qurğuların təmiri üçün materialların satın alınması üzrə keçirdiyi açıq tenderdə “KARVAN 86” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Suvarma İdarəsi qalib şirkətlə 96.411,9 manat məbləöində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalında 27.05.2024-cü il tarixdə dərc edib.

Araşdırdıqda məlum oldu ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi “KARVAN 86” MMC ilə bir satınalma müqaviləsini də kanalların və hidrotexniki qurğuların təmiri üçüm materialların satın alınması üzrə bağlayıb. Bu müqavilənin qiyməti 200.725,02 manat olub və satınalmaların portalında 09.10.2023-cü ildə dərc edilib.

Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə “KARVAN 86” MMC 16.06.2022-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, NƏRİMANOV RAYONU, AŞIQ MOLLA CÜMƏ, ev 8, m. 1-dir. Qanuni təmsilçisi isə Yaqubov Yasəf Elbrus oğlu olduğu göstərilir. Reyster məlumatlarında edilən dəyişikliklərdə isə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 58, mənzil 72 qeyd olunub.

Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi dövlət satınalmalarının vahid internet portalında 29.05.2024-cü ildə bir satınalmanın da nəticəsini açıqlayıb. Müsabiqə No.81730 Məlumat üçün bildirmək istəyirik ki, müsabiqə nəticələri aşağıdakı kimidir: Qalib – MRB CONSTRUCTİON MMC – 247 932,87 AZN Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.Gözləmə müddəti 05.05.2024-cü il iş gününün sonu bitir.

Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə “MRB CONSTRUCTİON” MMC 22.09.2022-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 58, m. 72 -dir. Qanuni təmsilçisi isə Yaqubov Yasəf Elbrus oğlu olduğu göstərilir. Reyster məlumatlarında edilən dəyişikliklərdə isə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV, ev 372, mənzil 41, təsisçisinin və ilk qanuni təmsilçisinin 22.02.2024-cü ilə qədər Qədirova Gölçöhrə Qədir qızının olduğu göstərilir. Gülçöhrə Qədirova 2022-ci ildən Azərbaycan Universiteti, Tərcümə və filologiya kafedrası, müəllim işləyir.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi “KARVAN 86” və “MRB CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətləri bir ünvanda dövlət qeydiyyatına alınıb, qanuni təmsilçiləri də bir nəfərdir. Bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Qeyd edək ki, açıq mənbələrdə bu MMC-lərin maddi texniki bazası barədə heç bir məlumat yoxdu. Amma buna baxmayaraq Kürdəmir Suvarma Sistemləri İdarəsi 8 ay ərzində bir nəfərə məxsus iki MMC ilə ümumi dəyəri 545 068 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən “MRB CONSTRUCTİON” və “KARVAN 86” Məhdud Məsuliyyətli Cəmiyyətləri arasında bağlanmış satınalma müqavilələrndə şübhəli məqamlar var. Belə ki, Suvarma İdarəsinin Satınalma Komissiyas bu MMC-ləri qalib seçərkən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozmuş, bir nəfərə məxsus iki MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almamışdır.

Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş açıq tenderlərdə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, satınalma prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Xəlilovdur. O, bu vəzifəyə 2023-cü ilin aprelində Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən gətirilib. Məlumatlara görə Tahir Xəlilov Şəmkirdə heç də yaxşı ad qoymayıb. Sakinlərin sosial şəbəkələrdəki paylaşımlarından belə məlum olur ki, Tahir Xəlilov heç kimi qəbul etmir, heç kimi saymır, özünü ASC-nin sədri Zaur Mikayılovun dostu kimi qələmə verir və heç kimdən çəkinmir.

Aktualinfo.org
 
Ardını oxu...
Bakının mərkəzində- metronun “Gənclik” stansiyasının yaxınlığında iri, çoxillik ağacların olduğu yaşıllıq ərazidə park salınır. Parkın içərisində 1930-cu illərin ortalarında tikilmiş tarixi binanın bir hissəsi sökülüb.

Bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. Memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev bildirib ki, “Antena meydançası” deyilən yerdə park salınır. 2024-cü ilin əvvəlindən ərazinin planlaşdırılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb.

Lakin parkın ərazisində, Nəsibbəy Yusifbəyli 121 (keçmiş 7-ci Dağlı) ünvanında 1930-cu illərin ortalarında tikilmiş memarlıq abidəsi – “Radio Mərkəzi”nin binası yerləşir. Bugünə qədər binanın içərisində Sovet İttifaqı dövründə Qərb radiostansiyalarının siqnallarını dəf etmək üçün istifadə olunan unikal avadanlıqlar qalır.

Mütəxəssislərin fikrincə, tarixi bina yaxşı texniki vəziyyətdədir. Binanın fasadında o memarlıq dövrünün çoxsaylı ornamentləri var – Bakıda belə orijinal tikililər çox az qalıb.

Yaşlı sakinlər deyirlər ki, həmin ərazidən istirahət mərkəzi kimi istifadə edilib. Bir neçə ildir metronun yaxınlığındakı əksər yaşıllıq zonasındakı Eldar şamı ağacları kütləvi qurumağa başlayıb. İndi də bu ərazidə tikinti gedir, sözügedən binanın bir hissəsi dağıdılıb.

Ardını oxu...
“Gənclik ərazisində salınan parklarda kafelər, çayxanalar açılır. Bu bina tarixi abidə kimi qorunmalıdır. Əgər səs-küy olmasaydı, yəqin ki, söküntü davam edəcəkdi”, – 67 yaşlı bakılı Nazim Əzizov Meydan TV-yə deyib.

Binanın varlığından çoxu xəbərsizdir. Amma Əzizov hesab edir ki, parkın tikintisinə icazə verənlər binanın varlığından xəbərdardılar.

Başqa bir sakin də deyib ki, sosial şəbəkələrdə və mətbuatda bu barədə yazılandan sonra söküntü işi dayandırılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Report”a bildiriblər ki, bina tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil. Dövlət Xidməti binanın reyestrə daxil edilməsinin nəzərdən keçiriləcəyini elan edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəsibbəy Yusifbəyli küçəsində 1930-cu illərin ortalarında tikilmiş “Radio Mərkəzi” kimi tanınan binanın yerləşdiyi əraziyə baxış keçirilib və binanın bəzi hissələrində söküntü faktı aşkarlanıb.

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından və qeyd edilən binanın fasadındakı memarlıq elementlərinin mövcudluğunu nəzərə alaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən işlər dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.
 

Dünyapress TV

Xəbər lenti