Ardını oxu...
9 aydır keçmiş prezidenti ilə məhkəmə çəkişməsində olan “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı Sabunçu rayonunda onlarla sakinə qan uddurmaqdadır.

Tribunainfo.az xəbər verir ki, Rövşən Rzayevin rəhbərlik etdiyi “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı məhkəmələrdə qalıb.

Həmçinin sentyabrdan şirkət keçmiş prezidenti Wolker James Alan tərəfindən məhkəməyə verilib. Sabiq prezident işə bərpasını və əmək haqqını tələb edir.

Yasamal rayon Məhkəməsində olan işlə bağlı indiyə qədər 7 proses keçirilib və heç bir nəticə əldə edilməyib. 28 yanvar tarixində şirkətlə sabiq prezident arasındakı işə yenidən baxılacaq.

Ancaq bu Rövşən Rzayevin rəhbərlik etdiyi şirkətlə bağlı olan ilk və son proses deyil. Belə ki, şirkət hazırda Sabunçu rayon sakinlərinə qan uddurmaqla məşğuldur. Bu şirkət Sabunçu rayonunda sakinlərin tikdiyi evləri “qanunsuz tikili” adı ilə sökür. Şirkət ümumilikdə 7 sakinin əmlakının sökülməsi ilə bağlı iş qaldırıb. Cavabdehlər Məmmədov Murad, Məmmədova Aliyə, Əkbərova Gülbikə, Sadıxov Emin, Əliyev Emil, Cəfərov Tural, Ağayev Çinarə adlı şəxslərdir. Bu şəxslərlə bağlı başladılan işlərə Sabunçu rayon Məhkəməsində müxtəlif tarixlərdə baxılacaq.
Hər bir işin mahiyyəti qanunsuz tikilinin sökülməsidir.

Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Balakhani Operating Company LTD”nin qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.
S.S. TEREF yazır ki, dünən məqalədə bəhs edilən iddialarla bağlı “Balakhani Operating Company LTD” şirkətinə sorğu göndərsəkdə heç bir cavab ala bilməmişik!
TEREF
 
Ardını oxu...
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti "Körpü-Bina Tikinti” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət Xidmətin Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 29 983 233,73 manatdır.

"Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. "Körpü-Bina Tikinti" MMC-nin əslində Xəlil Göyüşova məxsus iddia edilir.

Xəlil Göyüşov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanova yaxın şəxs sayılır.
O, oktyabr ayında Sabunçu rayonunda yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Söhbət Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfərin ölümündən gedir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, tuneli 2019-cu ildə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti” MMC tikib. Həmin vaxt Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri vəzifəsində çalışıb.
 
 
 
Ardını oxu...
Azərbaycanda qəbir yerlərinin satılması məsələsi uzun müddətdir gündəmdədir. Bəzən elə öz yaxınlarımızdan da bu barədə eşidirik. Qiymətlər arasında isə ciddi fərqlər var.

Ölkədə bu mövzu dəfələrlə müzakirə olunsa da, lakin heç bir real dəyişiklik yoxdur.

Bəs ölülərin son mənzilini alverə çevirmək nə qədər doğrudur?

Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan bu məsələyə etirazını belə bildirir.

“Qəbir yerlərinin satışı hələ də davam edir. Bu problem illərdir müzakirə olunur, tənqid edilir, lakin heç bir tədbir görülmür. Axı dünyanın hansı yerində qəbir alveri, qəbir biznesi və qəbir yerinin alqı-satqısı var? Ölkəmizdə isə qanunsuz və etik olmayan bir praktika yaranıb. Qanunda qəbir yerlərinin pulla satılması nəzərdə tutulmur, amma yerli məmurlar və biznesmenlər dinsiz, imansız və qanunu saymayan bir qrup bu işi görür. Qəbiri həddindən artıq baha qiymətə vətəndaşlara satırlar. Nəticədə, rüşvətxor məmurlar və işbazlar qəbristanlıqların böyük hissəsini zəbt edib, hasar çəkiblər. Ona görə də kasıb camaata qalmayıb.

Bunun da hirsini bələdiyyələr, işbazlar kasıb təbəqədən çıxardır, qəbir yerlərini onlara pulla satırlar. Yenə bir dövlət rüsumu olsa dərd yarıdır, bilərsən ki, yer məhdudluğuna yaxud digər məsələlərə görə müəyyən simvolik məbləğ ödənər. Yoxsa rüşvətlə qəbir yeri satmaq, almaq olar? Ölən insana da imkan vermirlər ki, o biri dünyaya halal getsin”– deyə T.İrfan əlavə edib.

T.İrfan təklif edir ki, Bakı şəhərində müəyyən bir sahə ayrılaraq camaata bərabər şərtlərlə qəbir yerləri təqdim edilsin, beləliklə də bu cür neqativ halların qarşısı alına bilər:

“Eyni zamanda, standart qəbir daşlarının icbari olması vacibdir. Çünki böyük daşlar, məqbərələr, beton dirəklər və digər standartlara uyğun olmayan tikililər şəhərin infrastrukturuna zərər verir və qəbristanlıqların mahiyyətini dəyişdirir. Bu özü boyük israfçılığa yol açır. Nə çətin işdir ki, hamıya eyni qəbir daşı təklif edilsin və bu, bütün cəmiyyət üçün təmin edilsin?

Xaricdən mərmər gətirib satan inhisarçı məmurlar da başqa sahələrdə bizneslə məşğul ola bilərlər. Qəbir yerlərinin satılmasını təşkil edən, satan, bunun dəllallığını, alverini edənlər ölünün ağzından dişini sökənlər qədər çirkin iş görürlər.

Dinimizin ən iyrənc iş kimi qəbul etdiyi əməllərdən biri də qəbir satmaqdır. Doğulanda doğum evində pul, yaşayış hamısı pul, xəstələndikdə pul, öləndə yas, ehsan pul, torpağa dəfn olunmaq da pul… Gözəl həyatı bu cür əməllərlə iyrənc və nifrət ediləsi bir duruma salanlar cəzalanmalıdır. Qəbir yerlərinin biznesini təşkil edənlər, özlərindən qiymət müəyyən edənlər qanuna zidd əməllərə görə cavab verməlidir. Dövlətə məxsus yaxud bələdiyyə torpağını özündən rüsum təyin edib qanunsuz yolla satanlar məsuliyyət daşıyırlar.

Bu belə qalmamalıdır. Demək pulu olmayanın ölüsü çöldə qalmalıdır? Yaxud əlavə xərc çəkib hansısa ucqar rayona, kəndə aparmalıdır? Hansısa məmur da 60 qəbirlik yeri zəbt edib atasına 5 metrlik abidə ucaltmalıdır ortasında? Bunun adı nədir? Aidiyyəti qurumlar susur. Məzarlıqlarda xaotik vəziyyətdir. Orada da varlı kasıb, məmur – rəiyyətə bölünüb. Biyabırçılıqdır”.
 
Ardını oxu...
Abşeron rayon sakini Cavid Zeynalov iddia edir ki, Xırdalan şəhəri Həsən Əliyev küçəsində yerləşən “Park Xırdalan” MMC-yə məxsus “Blue city” yaşayış kompleksindən 2023-cü ildə aldığı evə işıq, qaz və su sayğaclarının quraşdırılmasına görə sözügedən şirkət ondan qanunsuz olaraq əlavə pul tələb edir.
Yeniavaz.com-a müraciət edən C. Zeynalov bildirib ki, müqavilədə evin satın alınması zamanı ödənilən məbləğə sayğacların quraşdırılması daxil olsa da, indi şirkət bu iş üçün əlavə olaraq 700 manat tələb edir.
“Məndən şirkətin ofisində sözügedən sayğacları quraşdırmaq üçün 700 manat pul tələb etdilər. Mən isə müqaviləni xatırladaraq, bunun onların öhdəliyində olduğunu bildirdim. Onlar isə bildirdilər ki, “Azərişıq”, “Azərqaz” və “Azərsu” sayğacların quraşdırılması üçün pul tələb edib, buna görə də şirkət bina sakinlərindən sözügedən məbləği tələb edir. Halbuki, qanunla həmin qurumlar ilk dəfə quraşdırılan sayğaclara görə ödəniş tələb edə bilməzlər. Məsələ ilə bağlı şirkətin ofisində bir neçə nəfərlə görüşdüm. Onlar mənə bildirdilər ki, bu məbləğ ödənilməlidir, başqa yol yoxdur, gedin, hara şikayət edirsiniz, edin. Deyirlər ki, bütün sakinlər verir, siz də verməlisiniz”.
C. Zeynalov iddia edir ki, tələb olunan məbləği ödəmədiyi üçün şirkət təhvil-təslim aktını ona verməkdən imtina edib.
“Eyni zamanda evin açarını da vermirlər ki, təmirə başlayım”.
Abşeron rayon sakini bildirir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edib:
“Yanvarın 13-də həmin qurumda məsələ ilə bağlı görüş keçirdim. Lakin onlar bu məsələyə baxmaqdan imtina etdilər. Belə əsaslandırdılar ki, mən istehlakçı deyilmişəm və şirkət də MTK imiş”.
C. Zeynalov “Park Xırdalan” MMC ilə bağladığı müqavilənin surətini də redaksiyamıza təqdim edib. Müqavilədə ödənilən məbləğə su, işıq, qaz sayğaclarının quraşdırılmasının da daxil olduğu qeyd olunub.
Ardını oxu...
Məsələ ilə bağlı “Blue city” yaşayış kompleksi ilə əlaqə saxladıq. İddialara cavab vermək üçün bizimlə əlaqə saxlayacaqlarını bildirsələr də, bu baş vermədi.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Yeniavaz.com-a bildirilib ki, sözügedən MTK-dan abonentlərin sayğaclaşdırılması üçün heç bir ödəniş tələb edilməyib:
“Bu iddianın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə heç bir aidiyyəti yoxdur”.
“Azərişıq” ASC-dən də müvafiq sorğumuza cavab olaraq bildirildi ki, qurum sayğacların quraşdırılması üçün heç bir halda ödəniş tələb etmir.
“Azəriqaz” İstehsalat Birliyindən də Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, qurum qazlaşmaya görə heç kimdən ödəniş tələb etmir:
“MTK-ların qazlaşıdırılması “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilmir. Bütün MTK-lar xüsusi lisenziyası olan podratçı şirkətlərlə razılaşır, müqvilə ilə və ödənişli əsaslarla MTK-lar qazlaşdırılır. Satılan mənzillərin qazlaşdırılması da MTK-ların üzərindədir. “Azəriqaz” İB qazlaşmaya görə heç kimdən ödəniş tələb etmir, buna səlahiyyəti də yoxdur”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə vətəndaşın iddiaları ilə bağlı sorğumuza belə cavab verildi:
““Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinin 1-ci hissəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.3-cü maddəsinə əsasən pərakəndə satış bazarında elektrik enerjisinin təchizatı istehlakçılarla bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 29.9-cu maddəsinə əsasən tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz nəqli qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Qeyd olunanlara əsasən su, elektrik enerjisi və təbii qazın alqı-satqısı təchizatçılarla (elektrik enerjisinə münasibətdə ötürücü və ya paylayıcı sistem operatoru ilə (bundan sonra – Sistem operatoru)) bilavasitə mənzil sahibləri (mülkiyyətçilər) arasında bağlanılan ikitərəfli müqavilələr əsasında təmin olunur, çoxmənzilli yaşayış binalarında mənzillərin su, elektrik enerjisi və qaz sayğacları ilə təchiz edilməsi və quraşdırılması təchizatçılar və ya Sistem operatoru tərəfindən onların vəsaiti hesabına həyata keçirilir və müvafiq xidmətlər üzrə münasibətlərdə üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin, məhdud məsuliyyətli cəmiyyətin, yaxud çoxmənzilli yaşayış binasının digər idarəçisinin iştirakı nəzərdə tutulmayıb. Eyni zamanda təchizatçılar, Sistem operatorı və 3-cü şəxslər tərəfindən su, elektrik enerjisi və qaz sayğaclarının dəyərinin tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Odur ki, vətəndaş “Park Xırdalan” MMC ilə bağladığı 03.02.2023-cü il tarixli müqavilə üzrə satıcının öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi qənaətindədirsə, habelə qeyd olunanlara və mənzil münasibətlərindən əmələ gələn mübahisələrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 25.1-ci maddələrinin tələblərinə əsasən, sözügedən məsələ ilə bağlı mülki icraat qaydasında aidiyyəti məhkəmədə iddia qaldıra bilər”.

Murad Məmmədov
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, hazırda ölkədəki sənədsiz evlərlə bağlı yeni qanun layihəsi hazırlanır. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən olunur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bakupost.az -a deyib ki, sənədsiz evlərin qeydiyyatı yalnız yeni hazırlanan qanun layihəsindən sonra mümkün olacaq və müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək:
“Torpaqların təyinatının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə çıxarışların verilməsi mümkün olacaq. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılsa da, real nəticələr olmayıb. Ümid edirik ki, bu dəfə olacaq”.

Ekspert qeyd edib ki, fərdi yaşayış evlərinin müəyyən hissəsi aktiv mədən ərazisində yerləşir:
"Yəni, o ərazilərdən bu gün neft çıxarılır. Lakin bəzi ərazilər var ki, orada artıq istismar dayandırılıb, neft çıxarılmır. Bununla bağlı dəqiqləşdirilmələr aparılmalıdır. Mühafizə zolaqlarına düşən qanunsuz tikililər istisna olmaqla, digər tikililərin sənədləşməsi qanun lahiyəsində öz əksini tapmalıdır".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikildiyindən onlara çıxarış verilməsi mümkün deyil. Bunun üçün həmin obyektlərin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir.

Ekspert bildirib ki, Bakı və Bakı ətrafında inşa edilmiş obyektlər illərdir ki fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata düşüb və qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər:
"Amma hələ də o obyektlərə çıxarış verilməyib. Bu problem aradan qaldırılmalıdır".
E.Fərəzliyevin dediyinə görə, kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir:
“Bələdiyyə qanunvericiliyinə görə, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır. Hazırda bələdiyyə torpaqları üzərində inşa olunmuş evlərə görə büdcə küllü məbləğdə vəsait itirir”.
Ekspert vurğulayıb ki, dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil:
“Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək. Kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir”.
Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, müxtəlif vaxtlarda ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. İlkin sənədləri olan əmlaklar var və onların tanınması istiqamətində işlər aprılacaq. İlkin sənədləri olan əmlaklara yaxın vaxtlarda çıxarış veriləcək, yəni leqallaşdırılacaq:
“Sənədləşdırilməmiş evlərin sayı minlərlədir. Bu evlər içərisində gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət xüsusi mühafizə olunan, kommunikasıya xəttlərinə yaxın ərazilərdə tikilən evlərdən gedir. Həmin evlər leqallaşdırılmayacaq”.
 
 


 
Ardını oxu...
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Emin Hüseynin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 5-nə təyin edilib.

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə baxılacaq.

Məlumata görə, Hüseyn Emin Ramiz oğlu 2022-ci ildə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilib. Sonradan vəzifəsindən azad olunub.

Onunla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tanınıb.
 
Ardını oxu...
Qobustanın Ərəbşalbaş kənd sakinləri məktəb problemi yaşayırlar.
Onlar deyiblər ki, 1000 təsərrüfatı olan kəndin təhsil ocağı köhnə və yararsız binada yerləşir.
Ötən əsrin 50-ci illərindən yadigar qalan məktəb binası nə xaricdən, nə daxildən təhsil ocağına oxşayır.
Sakinlərlə bərabər məktəbin 50 müəllimi və 500 şagirdi də eyni problemlə üz-üzədir.
"Məktəbimiz heyvan fermalarına oxşayır. 50-ci ildən qalma 2 korpus var. 80-ci illərdə isə əlavə bir korpus tikilib. 25-dən çox sinif otağının invertar avadanlıqları belə dəyişilməyib. Divarlar ovulub tökülür, döşəmə köhnədir deyə çürüyür, ayağını qoyursan, aşağı düşür. Çox bərbad vəziyyətdədir. Sanitar qovşağı yox, partalar sınıq, döşəmə çürük, tavan köhnə. 50-ci ildən qalma məktəb necə olar?”, – deyə kənd sakini Vüqar Əhmədov bildirir.
Kənd sakinlərinin sözlərinə görə, soyuq aylarda məktəbdə isinmə ciddi problem olur: "Nəmişlik, dar otaqlar və köhnə invertarlar tədrisin keyfiyyətinə mənfi təsir edir. Yeni məktəb binası arzusu artıq kəndliləri ümüdsiz edir. Aidiyyəti qurumlara edilən çoxsaylı müraciətlərə rəğmən üç korpuslu bir mərtəbəli məktəbin tikintisi isə illərdir ki, yubadılır. Məktəbdə əsaslı təmir adı ilə iş aparılsa da, həm məktəb, həm də sanitar qovşaq bərbaddır”.
Vüqar Əhmədov deyir ki, sanitar qovşaq da bərbad haldadır: "Məktəbin həyətinin mərkəzində bir ayaqyolu var. O ayaqyoluna baxanda mən xəcalət çəkirəm. Aşağı sinif şagirdləri üçün təhlükəlidir. O kişilər üçündür. Qadınlar, qızlar üçün olan o qədər bərbad idi ki, kəndin gəncləri bunu "ayıb” sayıb özləri yenilədilər. Bir neçə il öncə təmir üçün vəsait ayrıldığını dedilər, əvəzində köhnə uçuq-sökük tikintinin materiallarını söküb dam örtüyü edib getdilər. Bizi təmir adı ilə arxayın salıb, vəsaitindən özləri yararlandı. Məktəb isə "köhnə hamam, köhnə tas ” vəziyyətində qalıb. Təmir adı ilə sui istifadə olundu. Ayrılan vəsaitin aqibəti barəsində məlumat da verilmədi".

"Sakinlər olaraq düşünürük ki, bu artıq məqsədlidir”
Vüqar Əhmədov qeyd edir ki, sakinlər dəfələrlə ölkə başçısından tutmuş Elm və Təhsil Nazirliyinə qədər – hər kəsə müraciət ediblər, amma şikayətləri nəticəsiz qalıb: "Bir jurnalisti dəvət etdik, çəkdi, amma icra hakimiyyəti qoymadı yayımlamağa. Heç kimə də çəkib işıqlandırmağa icazə vermirlər. Yazılı müraciət edirik, şifahi deyirlər ki, düzələcək. Bizim müraciətin üstündə 30-40, 50-70 şagirdi olan məktəblərin yeni binası var. Kəndin hörmətli bir şəxsi hətta Elm və Təhsil Nazirliyinin qəbulunda oldu. Di, gəl ona verilən cavabda belə anlaşıldı ki, gedib oturaq evimizdə, problem düzələn deyil. Düşünürük ki, bu artıq məqsədlidir. Üç şagirdi olan kənddə yeni məktəb, 500 şagirdlik kənddə isə heyvan daxması var. Tək məktəb deyil, kəndin kitabxanası, mədəniyyət klubu, tibb məntəqəsi bərbad vəziyyətdədir”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonlarda fəaliyyət göstərən idarələrinin işçiləri dekar ayının əmək haqqını almayıblar...

Yeni il qabağı işçilərin əmək haqqlarının verilməməsi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonlarda fəaliyyət göstərən işçilərinin narazılığına səbəb olub.

Bu barədə Poliqon-a daxil olan məlumata görə, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanlar əmək haqqı alsalarda, əyalət idarələri hələ də dekabr ayının əmək haqqısının verilməsini gözləyirlər.

Bu barad Poliqon-a danışan mənbə biri qeyd edibki, yeni il qabağı işçilərin əmək haqqlarının verilməməsi onlar üçün ciddi problem olub. Yanvar ayının iki iş həftəsinin arxada qalmasına baxmayaraq, yerlərdəki idarə müdirləri hələ də işçilərə maaşlarını nə vaxt ala biləcəkləri barədə heç bir şey deyə bilmir. Çünki idarə rəisləri maaşların gecikməsinin nə səbəbini, nə də vaxtını bilmirlər.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Baş Maliyyə İdarəsinin rəisi isə Müseyib Həmzəyevdir.
 
Ardını oxu...
Rusiya dövlətinin vətəndaşı, azərbaycanlı sahibkar Elxan Əmirxan oğlu Əmirov Sitat.info-ya müraciət edərək, Cəlilabad Rayon İcra hakimiyyəti başçısının müavininin onun başına açdığı oyunlardan danışıb.

Rusiya Azərbaycanlıları Cəmiyyətinin üzvü və Rusiyada sahibkar olan Elxan Əmirov deyir ki, 2015-ci ildə dövlət başçısının xaricdə yaşayan sahibkarlara ölkəmizə gəlib, burada biznes qurmaları ilə bağlı müraciətini eşidib və oradakı işlərini dayandıraraq vətənə dönüb. O, Cəlilabad rayonuna gələrək burada sahibkarlıqla məşğul olmaq istəyib: “Torpaq götürüb fermer təsərrüfatını inkişaf etdirmək istədim. Məni Cəlilabad Rayon İcra hakimiyyətinə yönəltdilər. Cəlilabad rayon icra başçısının müavini- Hüseynov Sabir Ağahüseyn oğlu mənə müxtəlif vədlər verdi. Dedi ki, sahələr artıq taxılla əkilib. Taxıl biçiləndən sonra həmin torpaq sahəsini sənə verəcəm. Mən də onun vəzifəli şəxs olduğuna inanıb, Sabir Hüseynova əvvəlcə 30 min manat, sonra isə 250 min rubl( 5 min manat) pul verdim. O, mənə bildirdi ki, həmin sahəni sənə verəcəm. Təəssüflər olsun ki, 2015-ci ildən bu günə kimi nə torpaq sahəsini ala bilmişəm, nə də öz pulumu geri qaytara bilmişəm”.

E.Əmirov deyib ki, Sabir Hüseynov onu müxtəlif variantlarla özünə inandırıb: “Mənlə birlikdə olanda telefonla Azərbaycan Respublikasının müxtəlif yüksək vəzifəli məmurlarının adıyla danışırdı. Guya onlarla sıx əlaqədədir. Bununla məni özünə daha çox inandırmağa çalışırdı. Mən Azərbaycan Respublikasının aidiyyatı orqanlarına müraciət etsəm də mənim şikayətimə baxan yoxdur. Şikayətim araşdırılmır. Sabir Hüseynov məni şərləyib tutduracağı ilə hədə-qorxu gəlir. Deyir ki, əgər şikayətindən əl çəkməsən, səni maşınla vurdurub öldürtdürəcəm. Xahiş edirəm ki, mənim səsimi dövlət başçısına, aidiyyatı qurumlara çatdırasınız ki, mənə kömək etsin. Mən, Rusiya dövlətinin vətəndaşıyam, beş nəfərlik ailəm ilə burada qalmışam. Nə çıxıb Rusiyaya gedə bilirəm, nə də pulumu ala bilirəm”.

Şikayətçi Sabir Hüseynovun vəzifədə işlədiyi müddətdə yol verdiyi qanun pozuntularından danışıb: “O vəzifədə ikən Azərbaycan Respublikasına xeyli ziyan vurub. Bakı şəhərində villa, mənzillər alıb, Cəlilabad rayonunda sənədli, sənədsiz 100 hektarlıq torpaqları zəbt edib. Cəlilabad rayonunda həyət evi, mənzili, 2 ədəd mağazası, təndirxanası, öz doğulduğu kənddə şadlıq evi, meyvə bağı, benzindoldurma məntəqəsi var. Cəlilabad rayonunda yüz hektarla torpaqlarını zəbt edib. O, 24 il Cəlilabad Rayonu İcra Hakimiyyətində çalışıb, vəzifəli şəxs olub. Onu çox yaxşı tanıyırlar. Mənim şikayətimi düzgün araşdıran yoxdur. Mən sizdən xahiş edirəm ki, şikayətimin düzgün araşdırılmasında mənə kömək edin. Pulumu da almağa kömək edin ki, çıxıb Rusiyaya gedə bilim”.

E.Əmirov sonda bir daha aidiyyatı qurumlardan məsələ ədalətli yanaşma xahiş edib.
 
Ardını oxu...
Bir neçə gün öncə "DİA-AZ" olaraq "SOCAR-ın audit rəisi bağ qonşusunu ölümcül döydü – TƏFƏRRÜAT” başlıqlı yazı dərc etmişdik. Yazıda qeyd edilirdi ki, SOCAR-ın Daxili Audit İdarəsinin rəisi Təhmas Rüstəmov Bilgəhdəki villasında olarkən maraqlı hadisə yaşanıb. Belə ki, Təhmas Rüstəmov tutarlı səbəb olmadan öz bağ qonşusu ilə mübahisə edib, ağır bədən cəsarətləri yetirib, ölümcül döyüb.

Məlumatda qeyd edilir ki, məsələyə Sabunçu rayon hüquq-mühavizə orqanları qarışıb. Təhmas Rüstəmov bütün gücünü ortaya qoyub hüquq-mühavizə orqanlarına təsir göstərmək istəsə də, şikayətçi sona qədər ədalətin bərpa olunması üçün mübarizə aparacağında israrlıdır. Məlumatda o da qeyd edilir ki, bu Təhmas Rüstəmovun ilk kriminal addımı deyil. Belə ki, o bütün bağ qonşularına qənim kəsildiyi, özünü Bilgəhin hamisi elan etdiyi deyilir. Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərəcəyik. Eyni zamanda, qeyd olunur ki, döyülən şəxs də ölkədə sayılıb-seçilən, hörmətli şəxslərdəndir.
Məsələ ilə bağlı AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ nə deyir? Cinayət məcəlləsinin 126.1 , 126.2.2, 126.2.4 maddələrinə görə bu əməli törədən şəxs doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mövzunu diqqətdə saxlayacağıq.

/7NEWS.az
 

Dünyapress TV

Xəbər lenti