Ardını oxu...
Ağdam rayonu, Əhmədavar kənd sakini Mustafayev Alim Hümmət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“ Mən, Mustafayev Alim Hümmət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. 17.03.1959-cu ildə Ağdam rayonunun Əhmədavar kəndində anadan olmuşam. 1982-ci ildə Bakı şəhərində, Ema İsrailovna adlı qadınla tanış oldum. 15.01.1983-cü ildə Ema İsrailovna ilə Ağdam rayonunun Çəmənli kənd qeydiyyat şöbəsində nigahımız oldu. Müəyyən səbəblərə görə biz ayrılmalı olduq. Ema doğulduğu Qax rayonuna getdi. Qeydiyyat şəhadətnaməsini də özü ilə apardı. Mən Ağdam rayon məhkəməsinə boşanma ilə bağlı müraciət etdim. Ema məhkəmənin çağırışlarına məhəl qoymadı, məhkəməyə gəlmədi. Uzun fasilədən sonra 2013-cü il iyul ayında yenidən məhkəməyə müraciət etdim. Ema məhkəməyə gəlmədiyi üçün, onun iştirakı olmadan boşandıq. Elə həmin boşanmadan 4-5 ay aydan sonra Ema Qax rayonunda qeydiyyat şöbəsinin müdiri olmuş Şükürova Kəmalə Çingiz qızının iştirakı ilə, məni əvvəlki qeydiyyat surətini köçürməklə yenidən Qax rayonunun Qaxingiloy kəndində qeydə alaraq nigah keçmişdir. Məni guya Qax rayonunun Qaxıngiloy kəndində yaşamışam kimi qeyd ediblər. O kənd harada yeləşir mən bilmirəm. Nəhayət 26.10.2013-cü ildə Qax rayon məhkəməsində hakim Kiçikbəyov Atabəy oğlunun sədrliyi ilə, Şükürova Kəmalə, Ema İsrailovna və birdə şahidlərin iştirakı ilə məni itkin kimi qeydə almış və ölmüş kimi qərardar vermişlər. Çox maraqlıdır ki, hakimin burada marağı nə olubsa hər şeyə göz yumub. Heç bir araşdırma aparmadan, doğulduğum rayonla əlaqə saxlamadan belə qərar verib. Mənim bu işlərdən xəbərim olmayıb. Son 4 aydır təqaüdüm kəsiləndə məsələni bilmişəm. Döymədiyimiz qapı qalmadı. Adını çəkə bilmədiyim bir idarədən öyrəndim ki, 26.10.2013-cü ildə adını çəkdiyim işbazlar öldürüb basdırıblar. Bu işin üstü açılmasaydı mən öz əcəlimlə ölmüş olsaydım bilinməyəcəkdi. Nəticədə ailəm, azyaşlı övladım çox əziyyət çəkməli olacaqdılar. Əlbəttə ki, adını çəkdiyim adamlar qanun qarşısında cavab verməli olacaqlar.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. Araşdırıb məlumat verəcəyini bildirdi.

Aynurə İSMAYIL
 
Ardını oxu...
Socarda korrupsiya zənciri:

Müvafiq qürumlara əsaslı faktlar :

DogruXeber.az: - Xalqımızı maddi cəhətdən sınağa çəkən Azəriqaz İB haqqında bilməyənlər üçün bildirik ki, fərdi yaşayış evlərinə 2024 cü ilin may ayından sənədsiz evlər üçün qaz çəkilişləri dayandırılmışdır. Buna səbəb isə Cənab Prezidentin sərəncamını göstərirlər. Hansıki, sərəncamda 2023 cü ilin oktyabr ayına qədər tikilmiş evlər nəzərə alınmayıb. Məsələnin digər tərəfi çıxarışı olan evlərə texniki şərt verilir və pulsuz olduğu halda 160 manat rüsum tələb olunur, bunuda yarıtmaz Taarif Şurasının qərarı ilə əsaslandıdırlar. 160 manatı aldığı halda sayğacın materialı, xərci və quraşdırılmasını isə vətəndaş əlavə olaraq ödəyir. Bəs bu 160 manat nə üçündür? Elə küçələr varki, vətəndaş o küçələrə şəxsi vəsaiti hesabına boru alıb xətt çəkib, indi ora qoşulma icazəsinə görə nə az, nə çox 160 manat ödəniş? Hələ bu azmış kimi “Aska Azərbaycan ” MMC adı ilə əlavə 30 manat pul yığılır..( işçilər arasında türk pulu deyilir)

Layihərə razılaşma möhürü illərlə ödənişsiz idiki, bunada 10 manatdan pul yığılır . Əlavə olaraq sayğacın giriş hissəsi boru qaynaqla deyil, şlankla birləşdirilməlidir tələbi qoyulub və o şlank da 30 manatadır 1 ünvanda satılır, başqa heçbir yerdən satın ala bilməzsiniz.

2024 cü ilin may ayına qədər vətəndaş texniki şərti pulsuz alırdı ,bələdiyyə arayışı ilə sənədləşmə edirdi, layihələndirməyə 280 manat ödəniş edirdi, sayğacın materialı 20 manat, quraşdırılması 20 manat və nəticədə 320 manata başa gələn sayğac quraşdırma prosesi başa çatırdı. İndi yalnız çıxarışlı evlərə 160 manata texniki şərt verilir, 30 manat “Aska Azərbaycan ” MMC – ə ödənilir, 30 manat şlank və əlavə 20 manat material xərci, 20 manat quraşdırma xərci, 280 manat layihələndirmə xərci. Nəticədə 320 manata başa gələn sayğaclaşma prosesi indi 540 manata başa gəlir. Podratçılar təşkilatlarda işsiz qaldı, çoxu bağlandı, əhalinin ödənişi artdı. Olan millətə oldu hər zamankı kimi. Xalq olaraq nə qədərki nöqsanları dilə gətirməyəcəyiksə, bir o qədərdə zülmə məhkumuq.//Qafqazaz
Ardını oxu...
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İsmayıllı və Qəbələ rayonlarına səfər ediblər.

Oxu.Az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

Onlar arıçılıq təsərrüfatı ilə məşğul olan ailələrlə görüşüblər.

Həmin görüntüləri təqdim edirik:
 
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi daha bir tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhərində yerləşən 3 obyektində və Mülki Müdafiə Qoşunlarının Quba rayonunda hərbi hissəsinin istilik sistemində avadanlıqların dəyişdirilməsi və cari təmir işləri həyata keçiriləcək.
Qeyd edək ki, 199.686,64 manatlıq satınalma müqaviləsi Gülnarə Nadir qızı Heydəri ilə bağlanıb.
Açıq mənbələrən belə məlum olur ki, FHN-lə Gülnarə Heydəri arasında satınalma müqaviləsi ilk dəfə deyil bağlanır. Ötən il nazirlik sözügedən şəxslə FHN-in urumlarının qazanxanalarında avadanlıqların dəyişdirilməsi və istilik sisteminin təmiri işlərini də həyata keçirib. Bunun müqabilində isə 206 895 manatlıq müqavilə imzalanıb.
Gülnarə Heydərinin DSX ilə də bir neçə iri tender razılaşması olub. Bunların arasında ən bahalı satınalma müqaviləsinin dəyəri 450 min manat təşkil edib.
Bildirək ki, Gülnarə Heydərinin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Tribunainfo.az-ın apardığı araşdırma zamanı isə belə məlumat əldə olunub ki, sözügedən şəxs əslən Naxçıvandandır. Güman edilir ki, o, FHN rəhbəri Kəmaləddin Heydərovla uzaq qohumluq əlaqəsinə malikdir.
 
Ardını oxu...
Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8 min 39 vahid artaraq 11 min 98 təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Vergi Xidməti açıqlayıb.
Açıqlanan məlumatdan belə görünür ki, 1 yanvar 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 3 min 59 olub.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatda isə göstərilir ki, 1 yanvar 2023-cü il tarixində Naxçıvanda qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 72 min 637 nəfər olub.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 13-cü maddəsində muzdlu işçinin əmək müqaviləsi ilə işləyən şəxs olduğu yazılır.
Qeyd edək ki, daha əvvəl də Yeniavaz.com saytında bu barədə məlumat yayımlansa da, müvafiq dövlət qurumları açıqlanan ziddiyyətli məlumatlara aydınlıq gətirməyiblər.
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə ünvanladığımız müvafiq sorğuya qurumdan cavab verilib ki, DSK 1 yanvar 2023-cü il tarixinə Naxçıvan MR-da qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin sayı (72 min 637 nəfər) ilə bağlı qeyd edilən məlumatı təsdiq edir.
Lakin məsələyə aydınlıq gətirilməsi üçün bu ilin iyun ayında Dövlət Vergi Xidmətinə ünvanladığımız müvafiq sorğuya bu günə kimi cavab verilməyib.
 
Ardını oxu...
Yataq xəstəsi olan ikinci qrup əlil Şahbazov Akif Cümşüd oğlu Ədliyyə naziri Fərid Əhmədovdan öz alacağını istəyir; “İcraçı mənim işimi icra etmir, xahiş edirəm pulumu Siz qaytarın”

Naxçıvan şəhəri, Nizami küçəsi, ev 44, mənzil 27-də yaşayan ikinci qrup əlil Şahbazov Akif Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət edir:

“Cənab nazir!

Bildirim ki, Naxçıvanda Kərimli Murad adlı bir hərbçiyə əmi, dayı olmuşam. O isə mənim kimi xəstə adamı aldadıb, 802 manat pulumu mənimsəmişdir.

Mən, Şahbazov Akif Cümşüd oğlu, artıq gözləməkdən bezmişəm. “Ümid sonda ölər”, - deyib Sizə yenə müraciət edirəm. Xahiş edirəm ki, icraçının bəzi səbəblərə görə qarşı tərəfdən ala bilmədiyi 432 manat pulumun mənə ödənilməsinə göstəriş verəsiniz.

Əvvəla olaraq deyim ki, ərizə ilə məhkəməyə müraciət etdim. Qarşı tərəf Bərdə Məhkəməsində boynuna aldı ki, məndən borc alıb, amma borcunun 432 manat olduğunu bildirib. Əslində isə yalan deyib, məni aldadaraq 802 manat pulumu mənimsəmişdir.

Diqqətinizə çatdırım ki, hazırda Kərimli Murad mənə xəbər göndərir ki, “mən o pulu sənə verəsi deyiləm, vermirəm, nə edəcəksən, uzağı məhkəməyə verəcəksən də”.

İcraçı isə bildirir ki, polis axtarışa verib, adamı tapa bilmir. Çox gülməli söhbətdir. Adam hədə-qorxu gələcək qədər ortadadır, amma icraçı deyir ki, polis axtarır”.

Hörmətli redaksiya!

İlk dəfə sizin saytda şikayət gedəndən sonra icraçı Sadiqlə danışdım. O, mənə təklif etdi ki, barışın, bu məsələ həll olunsun. Sual verdim ki, bəs pulum nə vaxt ödəniləcək? Cavab verdi ki, tezliklə ödəyəcək. İcraçı o qədər səmimi danışdı ki, onun sözlərinə inanmışdım. Mənə dedi ki, biz kişiyik, barışıq ərizəsi yaz, göndər məsələni həll edək.

Öz başıma qərar vermədim. Zəng vurub “Hürriyyət”in Baş redaktoru Vüqar Tofiqoğlu ilə məsləhətləşdim. O da dedi ki, əgər icraçı “biz kişiyik” deyirsə, barışıq ərizəsini yaz göndər, qoy pulu alıb sənə versin. Onun dediyi kimi etdim. Elə həmin gündən də icraçı zəngləri qəbul etmədi. Yəni mənim kimi yataq xəstəsini bu dəfə də dövlət məmuru aldatdı.

Yenidən məhkəməyə müraciət etdim. Bu dəfə iş Məhəmmədəli adlı icraçıya tapşırıldı. Məhəmmədəli ilə də dəfələrlə danışmışam, mənə deyir ki, səbr et, gözlə. Nə qədər səbr edim, əslində, 432 manat böyük pul deyil, amma mənim o pula yaşamaq üçün ehtiyacım var. Təəssüf ki, bunu başa düşən yoxdur. Məhəmmədəli əvvəl 10 gün gözlə dedi, indi də deyir ki, 20 gün gözlə. İllərdir gözləyirəm, amma məhkəmənin qərarı icra olunmur.

Cənab nazir!

Bu səbəbdən də Sizdən xahiş edirəm ki, ya mənim pulumun tezliklə ödənilməsi haqda göstəriş verin, ya da siz özünüz ödəyin. Çünki illərdir gözləməyimə baxmayaraq, icra məmuru öz işini icra etmir. Özüm dəfələrlə icraçı ilə danışmışam, redaksiya əməkdaşları da danışır, lakin heç bir tədbir görülmür. Məndə olan məlumata görə, hətta bundan əvvəlki icraçı Sadiq qarşı tərəfdən 200 manat pul alıb deyə işi icra etmirmiş.

Xəstə adamın 10 qəpiyə belə ehtiyacı olur. Çünki iynə-dərman olmasa xəstəlik ağırlaşır və ölüm daha da yaxın olur. Bu səbəbdən də mənə aid olan pulu Sizdən istəməyəm məcburam. Ən azı ona görə ki, Sizin başında durduğunuz qurum bu məsələyə soyuqqanlılıqla yanaşır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 

Bu gün, 08:56           
Ardını oxu...
Bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Qarşıdan xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə –15 oktyabr 2003-cü ildə Cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 21-ci ildönümü gəlir. Xalqımız ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Bu, ilk növbədə, xalqın müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevə olan inamının göstəricisi idi.
Çünki dahi şəxsiyyət seçkilərdən öncə - 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün məyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla davam etdirərək reallığa çevirə bilər: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən vətəndaşların tam əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevə səs verməklə bir daha düzgün seçim etdiyini təsdiqlədi. Bəli, bu günümüzdən dönüb ötən 21 ilə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq.
Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə təsdiq edir. Ötən dövr bir daha sübuta yetirdi ki, Azərbaycan xalqı 2003-cü ildə tariximizin yeni mərhələsinin ən mühüm qərarını qəbul edərək, ölkəyə Heydər Əliyev miqyasında olan siyasətçidən sonra yeni lider və prezident seçərkən özünə xas müdrikliyinə əsaslanan yeganə düzgün seçimini edə bilmişdir. Bu, yeni əsrin Qalib Lideri, Prezident İlham Əliyevdir.
Bəli, 2003-cü ildən bu günə qədər Azərbaycan sürətli inkişaf dövrü yaşayır və Ümummilli lider Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ötən 21 il ərzində, Ulu Öndər Heydər Əliyevin hüquqi-demokratik və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü.
Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. 5 ildə gördüyü işlər Onun 2008-ci il 15 oktyabr prezident seçkilərində 88,73 faiz səs qazanmasına imkan yaratdı. 2013, 2018 və 2024-cü il prezident seçkilərində də qələbəsini təkrarlaması hər bir vədini konkret əməli işdə təsdiqləməsi ilə şərtləndirdi. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü ilə kimi sədrlik etməsi ilə bir ilkə imza atdı. Ölkəmizin son üç ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar, atdığı addımlar ona olan etimadın daha da yüksəlməsini şərtləndirdi.
Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər güclü müdafiə sənayesi qurulmasını şərtləndirdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.
Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edəcəyi vədini şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm.
Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Bəli, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 44 günlük Zəfər Qələbəsi “Qarabağ Azərbaycandır və nida işarəsi”- söyləyən Prezidentimiz son 21 ildə - hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur.
Beləliklə, 2003-2024-cü il tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi olmaqla Azərbaycan bundan sonra növbəti illərdə də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi ilə daim inkişaf edəcək.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 
Ardını oxu...
Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki “Halal” işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur.
Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib: “Bu günə kimi əsas sertifikatlaşdırma predmeti ət və süd məhsulları olub. Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki “halal” işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq o demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) standartlarına cavab verir”.
TEREF yazır ki, bunu deyən Azərbaycanın rəsmi dövlət orqanı tərəfindən yaradılmış publik orqanın başında duran şəxsdir. Yəni, bir növ dövlət özü etiraf edir ki, mağazada “halal” adı ilə satılan məhsullar heç də halal-filan deyil! Bəs, əgər belədirsə, bu məhsullar mağazalara necə yol tapır və onların üzərinə “halal” yazılmasına niyə icazə verilir? Bu qurum kimdən kimə şikayət edir?
Ardını oxu...
Rəsmən Azərbaycanda "halal qida” məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum - "AzeSERT Halal” MMC həyata keçrir. Yəni, “halal” adı ilə məhsul buraxanlar bu təşkilatdan “halallıq” almalıdır. Bu da həmin müssisədə monitorinq, yoxlama aparılması, məhsulların “halal” standartına uyğunlaşdırılmasının təmin edilməsi və s. kimi uzun prosedurdan sonra mümkündür. Bəs reallıqda necədir? Kim təminat verir ki, həmin “halal” setrtifikatı halal yolla alınır? Yaxud, hətta sertifikat verilən an hər şey standrata uyğundursa, sonrakı dövrdə bu standartlar qorunurmu? Kim bunu yoxlayır və gündəlik monitorinq aparır? Axı bunlar gündəlik istehsal olunan ərzaq məhsullarıdır və kimsə bu müəssisələrə kamera yerləşdirib, bütün istehsal prosesinə onlayn qaydada nəzarət etmir.
Bir sözlə, bir halda ki, hətta rəsmən “halal qida” sertifikatı almış müəssisələrin belə məhsulunun “halal” standartlarına tam uyğun olmasını təmin etmək praktiki olaraq mümkünsüzdür, o zaman bu “halal-haram” məsələsini məhsulların üzərindən birdəfəlik yığışdırmaq doğru olmazdımı? Zatən buna tam nəzarət mexanizmi demək olar yoxdur və təcrübə göstərir ki, min dəfələrlə “halal” adı altında nəinki dini, hətta adi gigiyenik qaydalara uyğun gəlməyən zir-zibil satılır. O zaman bu cür etiketləri, eləcə də satış nöqtələrinə belə malları qəbul etməyi və satmağı qadağan etmək olmazmı?
Azərbaycan da daxil olmaqla, əksər müsəlman ölkələrində tarix boyu dinin siyasi alətə, biznes, gəlir mənbəyinə çevrildiyini xüsusi qeyd etməyə ehtiyac yoxdur. Təəssüf ki, dini din xadimlərindən tutmuş siyasətçilərə qədər imkanı çatan hər kəs istismar etməklə məşğuldur və bu sırada adını “biznesmen” qoyan işbazlar da öz “layiqli” yerlərini tutur.
Azərbaycan kimi ölkələrdə isə həm də nisbətən orta və iri müəssisələrin böyük əksəriyyətinin kökü haram pullarla qoyulub. Onların çoxunun əsl sahibi hansısa məmur, nazir və digər vəzifə sahibləridir. Bunların nəinki istehsal etdikləri məhsul, buraya yatırdıqları pul, kapital da halal deyil. Hər halda, belələrindən halallıq gözləmək yüksək ağılın göstəricisi sayıla bilməz.
Nəhayət, üzərində “halal” yazılsa da, halal olmadığını bilə-bilə bu məhsulu alan və “günahı satanın boynuna” deyən azərbaycanlı müsəlmanın düşüncəsi, zehniyyəti də heyrət, təəssüf doğurmaya bilməz. Hər an, hər gün, hər ay, hər il aldadıldığı, saysız-hesabsız yalanlarla, saxtakarlıqlarla, haramçılıqla dolu, buna baxmayaraq, hətta yol polisi işçisinin belə rüşvət alarkən “halallıq” istədiyi “əyri-üyrü” bir cəmiyyətdə yaşayan həmvətənimizin bir də saxta “halal-haram” axtarışına çıxmaqla özünün özünü aldatması isə izahı müşkül olan daha bir bəlamızdır...
Elxan Qüdrətoğlu
“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Xüsusi ittihamlı şikayətə 22 yanvar 2025-ci ildə baxılacaq

Pensiya sistemində özbaşınalıq, hərbi əlillərin, qazilərin pensiyalarının mənimsəmə amacı ilə düzgün hesablanmaması , özəlliklə, ZƏFƏRlə bitən savaşdan sonra daha da qərəzlə sürdürülür. Qərəzli sosial təminat , müdafiə xidmətinə baxın, qanunun ləğv edilməsi ilə pensiyaların azaldılması geriyə tətbiq olunur, hətta məhkəmə qərarlarını sıradan məmur ləğv edərək pensiyalara əlavə olunan vəsait mənimsənilir. Belə sosial təminatın Konstitusiyaya zidd olmasına, birbaşa cinayət məsuliyyəti yaratmasına baxmayaraq, nə prokurorluq, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, nə Ombudsman, nə hökumətin, dövlətin özü özbaşınalığa son qoyur. Hərə öz payını alıb susur. Məhkəməyə gəldikdə, məhkəmə dövlətin adından çıxardığı qərarının icrasını belə təmin etdirə bilmir, daha düzü, etmək istəmir.
Bu sətirlərin yazarının pensiyasının düzgün hesablanmamasından şikayətinə cavab olaraq DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ( XŞTMF) direktoru Şahin Əliyev 26.01.2023-cü il tarixli, müavini Eldar Qurbanov 22.02.2023 tarixli məktubla pensiyanın məhkəmə qərarı ilə əlavə olunan 110 manatla birgə 1112,44 manat olduğunu, 30 gün ərzində məhkəməyə müraciət etməyi bildiriblər. Mart ayında Bakı İnzibati Məhkəməsi iddianı icraata götürüb, cavabdeh XŞTMF 01.04.2023-cü ildən pensiyaya məhkəmə qərarı ilə əlavə olunan 110 manatı özbaşınalıqla , qərəzlə kəsərək , artırmaq əvəzinə 139 manat azaldıb 973,65 manata salıb. Düz 18 aydır bu mənimsəmə cinayətinə qiymət verilmir. Əksinə, 1-ci dərəcəli Qarabağ qazisinə qulluq edən həyat yoldaşpnın pensiyası da azaldılıb.
Prokurorluğun “dişsizliyi” , 161-ə , 961-ə yüzlərlə, məktubla minə yaxın şikayətlərə qanuna uyğun baxmaması Qarabağ qazisini xüsusi ittiham qaydasında şikayət verməyə vadar edib. Hər iki aşağı instansiya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.5 , 302.2.2 maddələrinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət ictimai və ya ictimai-xüsusi ittiham qaydasında araşdırılmalı olduğundan İSTİNTAQ AİDİYYATI üzrə göndərilməsinə qərar verməli olduğu halda, bunu etməyib. Heç Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21.02.2014 tarixli Qərarının 13-cü bəndinə də əməl edilməyib. Həmin bənddə yazılıb ki, şikayətdə ictimai və ya ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan cinayətlər haqqında məlumat olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-in 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları DƏRHAL BAXILMASI üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən PROKURORA göndərir.
Pensiyasından, ailəsinin təminatından məhrum edilən , əlilliyinin alınacağı ilə şantaj edilən Qarabağ qazisinin şikayəti hazırda Ali Məhkəmənin icraatındadır. Cinayət işinə baxılması 22 yanvar 2025-ci ilə təyin edilib.
Məğrur Bədəlsoy
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır“.

Musavat.com bildirir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Bəs ölkədə kərə yağı niyə baha qiymətə satılır?” sualına ekspert bu cür cavab verib:

“Bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib. Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub.

Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir, yəni, ortalama, 20-21 manat civarındadır. Kərə yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısı 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmazdı
Niyə bahadır? Çünki rəqabət yoxdur, ölkəyə yağ gətirən şirkət sayı azdır, yerli istehsal isə yox dərəcəsindədir – yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca oynayırlar, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar, maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır.

Rəqabət olmayan yerdə qiyməti diktə etmək çox asandır, bizdə Antiinhisar qurumları topdan yox, pərakəndə satanlarla, güya, “mübarizə” aparırlar, hələ orda da vəziyyət başqadır – iri holdinglərə məxsus marketlər şəbəkələrinə dəymirlər-dəyə bilmirlər, arada gedib məhəllədə kiçik dükanı olanlara ilişirlər”.
 

Dünyapress TV

Xəbər lenti