Ardını oxu...
Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də, həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İstintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
 
Ardını oxu...
Suraxanı rayonunda ağacların kəsilərək yerində obyekt tikilməsinə dair məlumatlar yayılıb.

Məsələni araşdıran zaman məlum olub ki, həqiqətən də Yeni Günəşli qəsəbəsində bir neçə ağac kəsilərək yerində obyektlər tikilir.

COP29 kimi dünya miqyasında mötəbər iqlim tədbirlərinə ev sahibliyi edən Azərbaycanda kiminsə biznes maraqlarına görə ağacların kəsilməsi təəssüf doğurur. Bu illərdir ölkəmizdə aparılan yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və ekoloji təmiz şəhər siyasətinə zidd addımlardır.

Bu hadisə Bakıətrafı hansısa yeni tikilən məhəllədə baş versəydi, düşünmək olardı ki, gözdən yayınıb, amma ağacların kəsilərək yerində obyekt tikilməsi Ramiz Cəfərov küçəsində, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yaxınlığında, yerli icra strukturlarının gözü önündə baş verib. Belə ki, ikinci Qarabağ müharibəsi qazisi olduğunu deyən Elvin Zeynalov ərazidəki ağacları kəsdirərək yerinə dəmir konstruksiyalar ilə quraşdırılmış kiosk yerləşdirib.

Həmin ərazi SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olduğundan neft sənayesi obyektlərinin təhlükəsizliyini təmin edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları torpaq sahəsinin özbaşına zəbt edilərək üzərində qanunsuz obyekt tikilməsinə icazə verməyib.

Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o ətrafına topladığı bir neçə müharibə veteranı ilə birlikdə tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

Torpaq zəbti barədə Daxili İşlər Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lakin əraziyə gələn icra hakimiyyətinin əməkdaşları nədənsə qanunsuz torpaq zəbtinə laqeyd münasibət sərgiləyib, hətta obyekt tikintisinə göz yummadıqları üçün mühafizəçilərlə münaqişəyə belə giriblər.
Ardını oxu...
İcazəsiz daşı daş üstünə qoymağın mümkün olmadığını bildiyimiz üçün icra hakimiyyətinin işçilərinin qanunsuz tikintiyə olan “isti” münasibəti bizdə bu özbaşına tikilinin hansı dairələrdə “bişməsinə” dair müəyyən təsəvvürlər yaradır.

İnternetdə kiçik araşdırma etməklə Elvin Zeynalovun bundan öncə də bir neçə dəfə qanunsuz torpaq zəbti həyata keçirdiyini öyrəndik. (https://report.az/hadise/qazi-adindan-istifade-ede…)

Belə ki, o 2021-ci ildə Sabunçu rayonu ərazisində neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək üzərində qanunsuz tikinti işləri həyata keçirib. “Evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin Zeynalovun inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Bir neçə müddət sonra isə Elvinin həmin obyekti məşhur mağazalar şəbəkəsinə icarəyə verdiyinə dair videolar paylaşılıb:



Elvin Zeynalov bütün müharibə əlilləri kimi dövlətin tam sosial qayğısı ilə əhatə olunub, hətta əldə etdiyimiz məlumata görə, ona mənzil də verilib. Bununla belə “Qarabağ qazisi” adından istifadə edib qanunsuz işlərinə göz yumulmasını tələb edən Elvinin əməlləri təəssüf doğurur. Və bütün bunlardan sonra insanda sual yaranır, Elvin Zeynalov neçə obyekt sahibi olmalıdır ki, neft sənayesinə aid torpaqları zəbt etməkdən gözü doysun, qanunsuz əməllərindən əl çəksin?

Gununsesi.info
 
Ardını oxu...
" "Azercell"dən yeni nömrə aldım, amma GetContact-da başqasının adına etikətlər çıxır". "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Məlum olur ki, nömrə əvvəllər başqa birinə məxsus olub.

Problemi bildirdikdə isə ‘bizlik deyil’ cavabı aldım.

Bu, Azercell-in məsuliyyətsizliyidir. Müştərilərinə belə bir problemi necə təqdim edə bilərlər?"
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Memarlıq və İnşaat Universiteti məsul işçilərinin məsuliyyətsizliyini tələbələrin cibindən ödətdirir."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri "DogruXeber.az" informasiya agentliyinin direktoru Kamal Əsgərov deyib.

O, bildirir ki, "Oğlum Əsgərov Məhəmməd Kamal oğlu Memarlıq və İnşaat Universitetinin " Tikinti İqtisad fakultəsi"ndə birinci kursda oxuyur. Ötən gün (06.01.2025) onların imtahanı idi. İmtahandan bir gün əvvəl universitet tərəfindən telefonlarına bildiriş mesajı göndərilib. Mesajda tələbələrə özləri ilə sadə göy qələm və karandaş gətirmələri tapşırılıb və qeyd edilib ki, qaydalar təlimçi tərəfindən izah ediləcək. Lakin, oğlumun və digər tələblərin sözlərinə görə imtahan heç də qaydalara uyğun şəkildə keçirilmiyib. Qaydalara ilk başda riayət etməyən elə nəzarətçinin özü olub. O, tələbələri təlimatlandırmayıb, qaydaları izah etməyib.

Belə olan halda birinci kurs tələbələrinin yanlışlıqlara yol vermələri artıq təbiidir ki, bunun da məsuliyyəti birbaşa Universitetin üzərinədir.

Qeyd edim ki, nəzarətçinin nəzarətinin olmadığı səbəbilə səs-küylü keçən imtahan zalında Məhəmməd imtahan suallarını cavablandırıb, hamı kimi təhvil verib. Ondan cavabları təhvil götürəndə də heç nə deyilməyib.

Təhvil aldıqdan 15-20 dəqiqə sonra ona bildiriblər ki, "Sən cavabları karandaş ilə yazdığın üçün nəticələrin ləğv edilir. Yenidən imtahana girmək üçün isə filan qədər kredit ödəməlisən."

Oğlum bunu mənə deyən kimi dərhal tyutor Nərgiz Həsənova ilə telefon əlaqəsi saxladım. Özümü təqdim edən kimi Nərgiz xanım dəstəyi Ayyət adlı şəxsə uzatdı. Bu şəxs isə özünün də əvvəllər qonşu redaksiyalardan birində çalışdığını deyib, ardından məni dinləmək yerinə, yersiz suallar verməyə başladı.

Qeyd edim ki, tyutorun - yəni Nərgiz Həsənovanın vəzifəsi şagird və tələbə üçün fərdi təhsil proqramının təşkilinə və aparılmasına rəhbərlik etmək, məktəb, ali məktəb, əlavə təhsil və davamlı təhsildə təhsil alanı müşayiət etməkdir.
Tyutor tələbələrin akademik maraqlarını qoruyur. Yəni, bu rəsmiyyətdə belədir. Amma, görünür Azərbaycan təhsilinin dəyişməz adətidir işini bilməyən işçilərlə çalışmaq. Xanım mətbuat adı eşidən kimi dəstəyi nə vaxtsa mediada sıradan bir müxbir olan dekan müavini Ayyət Abdullayevə ötürür. Dekan müavini də özlərinin səhlənkarlığını ört-basdır etmək üçün araya söz qatıb, yersiz söhbətlər edir. Özünü güya media sahəsində təcrübəli kimi göstərməyə çalışan Ayyət bəyin gərəksiz suallarından belə başa düşdüm ki, o, mediada çalışdığı müddətdə belə işinin nədən ibarət olduğundan xəbərsiz olub.

Bəli, çalışdığın sahə barəsində müvafiq qanunları bilməmək, ümumiyyətlə işini bilməməkdir.

Uzun sözün qısası, mən belə təcrübəsiz gənclərlə danışmağın sadəcə vaxt itkisi olduğunu anladığım üçün oğlumla birlikdə Universitetə getdim. Dekan Turan xanım Aslanova ilə görüşüb, vəziyyəti onun özünə izah etdim, öz işçilərinin məsuliyyətsizliyini - yəni əvvəlcədən tələbələri təlimatlandırmadığını, həmçinin məsələdən çox keçmədən, cəmi bir neçə dəqiqə ərzində müdaxilə etdiyimizi nəzərə alıb, anlaşılmazlığı aradan qaldırmasını bildirdim.

Amma, Turan Aslanova ilə görüşümüz də faydasız oldu.

Universitet birinci kurs tələbəsini imtahanda əvvəlcədən təlimatlandırmır bu bir qüsur, cavabı təhvil alanda heçolmasa, "bunu karandaşla yazmaq düzgün deyil" deyib, dərhal - imtahan vaxtı bitmədən dəyişdirmək şansı vermir iki qüsur.

Görünür, bu tələbələrin cibinə girmək, özünü "büdcəyə xeyir verən" müəssisə kimi göstərmək üçün universitetin yürütdüyü "siyasət", daha doğrusu qurduğu tələdir.

Qeyd edim ki, Memarlıq və İnşaat Universitetinin rektoru 15 illik deputat təcrübəsi olan Gülçöhrə xanım Məmmədovadır. O, 2000-ci ildən bəri - artıq 25-ci ildir ki, bu vəzifədə çalışır.

Hörmətli Gülçöhrə xanım, mənim maddi imkanım sizinki kimi əla deyil. Aylıq maaşım yetmir ki, mən də övladımı təhsil alması üçün Almaniyaya göndərim. Xarici ölkədə təhsil almağın nə qədər çox xərc tələb etdiyini bu barədə təcrübəli valideyin olaraq siz məndən daha yaxşı bilirsiniz. Ona görə də ölkənin sizlərin əlində çökən təhsilindən nəsibimizi almaq məcburiyyətindəyik. Amma, illər əvvəl universitetdə aparılan audit yoxlamasının aşkar etdiyi o, yeyintini ödəmək məcburiyyətində deyilik.

Nə mənim, nə də övladı sizin rəhbərlik etdiyiniz, bütün maddi imkanlarından gen-bol yararlandığınız, hesabına bütün dostlarınızı, yaxınlarınızı şad etdiyiniz universitetdə min bir zəhmətilə təhsil alan digər tələblərin valideynlərinin belə bir öhtəliyi yoxdur.

Zəhmət olmasa işinizə və işçilərinizə diqqət ayırıb, məsuliyyətsizliklərinin üzrü olaraq, Məhəmməd Əsgərova yaradılmış problemi aradan qaldırmaları üçün göstəriş verin.

Mən bir hüquqşünas, eyni zamanda, hər zaman doğruları çılpaqlığı ilə cəmiyyətə təqdim edən bir jurnalist olaraq, oğlumun timsalında bütün tələblərinizin haqqları uğrunda mübarizə aparmağı dünəndən etibarən qarşıma məqsəd qoydum.

Mənim övladıma qəsdən yaradılan bu problem, bəlkə də rəhbərlik etdiyiniz müəssisədə təhsil alan minlərlə tələbələrin buvaxta qədər və bu gün də tez-tez haqsızlığa məruz qaldıqlarını aşkara çıxarmış oldu.

Mən bunu bir işarə olaraq qəbul etdim və universitetin, eləcə də universitetdə rəhbər vəzifələrdə çalışan səlahiyyətli şəxslərin barəsində jurnalist araşdırmasına başlamağı özümə borc bildim.

Odur ki, davamlı araşdırmalarımın nəticələri barəsində, davamlı məlumatlarımız olacaq."

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi 1 ədəd xidməti yolsuzluq avtomobili alır.

XALQ.AZ-ın xəbərinə görə, qurum bu məqsədlə “Ramma” QSC ilə müqavilə bağlayaraq 275 min AZN köçürməyi planlaşdırır.

Alınacaq avtomobilin göstəriciləri bunlar olmalıdır: Buraxılış ili – 2024, ban növü – SUV, yanacaq növü- benzin, at gücü minimal – 425, start-stop, twin -turbo ilə təchiz olunmuş, oturacaqların sayı minimal – 8, qapı sayı – 5, dönmə anı minimal – 700 Nm, mühərrik minimal – 3.5 L, silindirlərin sayı minimal – 6, ən full komplektasiya ilə təchiz olunmalıdır, adaptasiya olunmuş hava asqıları, elektron düymə dəyişdiricisi, minimal 6 növ sürüş rejimi, ProPilot sistemi və ya ekvivalenti, avtomatik qəza əyləci, ön proqnoz toqquşma xəbərdarlığı, monolit ekran, head up displey, simvolik gölməçə lampası, masaj oturacağı+ 4 tərəfə bel hissəsinin oturacağının tənzimlənməsi, yaddaş funksiyası, çoxrəngli salon işıqları, biometrik soyutma, hava filtr + ionizatör, oturacaqların qızdırılması və ventilyasiyası, premium dəri örtüyü, premium audio sistem – klipsch və ya ekvivalenti,ağıllı kruiz kontrol, elektriklə tənzimlənən sükan çarxı, 3-cü sıra elektrikli oturacaqlar, arxa oturacaqların əyləncə sistemi, panoramik lyuk.Pravda.az

Qeyd edək ki, Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevdir.

Ardını oxu...
 

Həkim: “Elə situasiya yaratmalıyıq ki, sadəcə, buna imkan olmasın”

Yeni ilin əvvəlində Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib. Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.

Əldə olunan məlumatlara əsasən, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb: “Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyətlə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər".

Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Belə çıxır, hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var?

Ardını oxu...

Zülfüqar Yusifov

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Plastik cərrahlarla bağlı bu məsələ prosesini biz də izləyirik. Bu barədə, məlum olduğu kimi, həm hüquq-mühafizə orqanları, həm Səhiyyə Nazirliyi bu məsələ ilə aktiv və ciddi şəkildə məşğul olur, araşdırmalar aparır. Hər halda, hesab edirəm ki, bu tələblərin, o cümlədən notarial təsdiqlər, sertifikatların göstərilməsi bu araşdırımanın bir tərkib hissəsi hesab edərək, nəticələri gözləmək lazımdır. Çünki son vaxtlara qədər bu məsələ ictimaiyyətin müzakirəsində idisə, indi artıq bu rəsmi olaraq hüquq-mühafizə orqanlarının bir araşdırmasıdır.

Ardını oxu...

Adil Qeybulla 

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, bu məsələlər sistemli şəkildə aparılmalıdır: “İnsanla bağlı, sağlamlığa yönəlik, ümumiyyətlə, hər hansı tibbi fəaliyyətlə məşğul olan şəxsin baza tibb təhsili olmalıdır. Birinci tələb budur. Bundan sonra onun həmin ixtisas üzrə onun rezidentura təhsili olmalıdır, yəni tibb təhsilin yüksək mərhələsini keçməlidir. Daha sonra lisenziya alır, akkreditasiya olunur və 3-5 illik lisenziya müddətində bu işlə məşğul olur. Lisenziya müddəti bitdikdən sonra onun fəaliyyəti yoxlanılır və yenidən lisenziyası uzadılır və yaxud dayandırılır. Dünyada prosedur budur. Biz niyə bu yolla getməməliyik. Yoxsa ki, yeri gəldi gəlmədi, hərə bir qondarma sənədlə ağlına gələn işlə məşğul olacaq. Əlbəttə , buna imkan var və insanlarda da məşğuldur. Biz elə situasiya yaratmalıyıq ki, sadəcə, buna imkan olmasın”. 

Ardını oxu...

Elnur Mehrəli

Tanınmış plastik cərrah Elnur Mehrəli isə qeyd edib: “Pasiyentlər sağlamlıqlarını təhlükəyə atmamalı, "padvalaltı" şəraitdə edilən estetik əməliyyatlardan və qeyri-peşəkar şəxslərdən uzaq durmalıdırlar. Təəssüf ki, əvvəllər ingilis dili müəllimi, manikür ustası, saç ustası və ya taksi sürücüsü olmuş şəxslərin bu gün liposaksiya əməliyyatı apardığına dair məlumatlar eşidirik. Bu şəxslərin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılması və onlara qarşı sərt tədbirlərin görülməsi vacibdir. Bu məsələ təkcə insan sağlamlığına deyil, həm də genefondumuza və həkimlik adına ciddi zərbə vurur.

İnsanlar düzgün həkim seçmək məsələsində diqqətli olmalıdırlar. Onlar araşdırma apararaq, uzun illər bu sahədə peşəkar fəaliyyət göstərən, peşəsinə vicdanla və savadla yanaşan həkimlərə müraciət etməlidirlər. Təkcə görüntüyə və ya fotoşopla düzəldilmiş fotolara, videolara aldanmaq olmaz. Lazım gəldikdə, müraciət etdikləri həkimin sertifikasiyasını, diplomunu və peşəkarlığını təsdiqləyən sənədləri tələb edə bilərlər. Bundan başqa, həkimin müayinə və yanaşma tərzi də onun peşəkarlığını müəyyənləşdirmək üçün önəmli göstəricidir.

Həkimlər müraciət edən pasiyentlərin keçirdikləri xəstəliklərə, ürək-damar sistemi problemlərinə, epileptik vəziyyətlərinə və hətta son illərdə dünyanın böyük bəlası olan koronavirusun təsirlərinə xüsusi diqqət yetirməlidirlər. Koronavirus keçirmiş və xəstəxana şəraitində müalicə almış, ağciyərlərində “buzlu şüşə” görüntüsü aşkar olunmuş pasiyentlərdə abdominoplastika əməliyyatı zamanı qarın əzələlərinin yığılması fonunda yaranan gərginlik ciddi fəsadlara yol aça bilər. Eyni zamanda çəki və yaşla bağlı problemlər də bu pasiyentlər üçün əlavə risk faktoru yarada bilər.

Bu kimi halları nəzərə almayan və özünü plastik cərrah kimi təqdim edərək əməliyyat icra edən şəxslərlə bağlı çoxsaylı şikayətlər eşidirik. Təəssüf ki, ümumi cərrah və ya ginekoloq olduqlarını iddia edərək bu cür əməliyyatlara girişən şəxslər var. Eyni zamanda kosmetoloji salonlarda, şəraitsiz mühitdə edilən liposaksiya və dolğu prosedurlarının çoxalması da ciddi problemə çevrilib. Bu halların nəticəsində müxtəlif patologiyalar və fəsadlarla bizə müraciət edən pasiyentlər az deyil. Müayinə zamanı texniki səhvlər, əməliyyatın düzgün planlaşdırılmaması və hər kəsə eyni yanaşmanın tətbiq edilməsi kimi problemlər ortaya çıxır. Halbuki hər bir pasiyent fərdi yanaşma tələb edir. Yaş qrupu, xüsusi vəziyyəti, keçirdiyi xəstəliklər, çəkisi və digər sağlamlıq problemləri nəzərə alınmalıdır".

E.Mehrəlinin sözlərinə görə nəticə olaraq, bu sahədə nəzarətin gücləndirilməsi və pasiyentlərin maarifləndirilməsi zəruridir.

“Hər kəs sağlamlığına dəyər verməli və əməliyyat üçün peşəkar həkimlərə müraciət etməlidir”, - deyə cərrah bildirib. 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
Xəbər verdiyimiz kimi, valyuta alqı-satqısı həyata keçirməklə yüksək gəlir əldə etmək istəyən üç nəfərin 4 milyon manatdan artıq pulu ələ keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, həmin iş üzrə bu gün məhkəmə prosesi başlayıb.

İttihama görə, 33 yaşlı Alışan Nizami Akif oğlu özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Onun əməlindən üç nəfər zərər çəkib. Babək Məmmədzadə 1 milyon 300 min, Zeynal Usubov 945 min, Yadigar İsrafilov isə 200 min dollarını itirib.
Ardını oxu...
Fotoda: Alışan Nizami Akif oğlu

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun hüquqlarını qorumaq üçün vəkil Samir İsayev yenicə işə qoşulub. Bu səbəbdən hələ ki, cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilməyib.

İş üzrə başqa bir dəqqətçəkən məqam da var. Bu cinayətdə ən çox pul itirən şəxs Babək Məmmədzadədir. Əldə etdiyimiz məlumata görə, Babək “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.

Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

Digər zərərçəkmiş Zeynal Usubov isə əvvəllər prokurorluq orqanlarında işləyib. O, Nərimanov rayon prokurorunun müavini olub.
Ardını oxu...
Fotoda: Zeynal Usubov
 
Ardını oxu...
Tez-tez məhkəməyə verilən “Atəşgah” Sığorta Şirkəti ilə bağlı daha iki MMC iş qaldırıb.

XALQ.AZ xəbər verir ki, sığorta şirkəti ilə bağlı iddianı bu dəfə “Go Live” MMC və “Pulsmed” MMC qaldırıb. heç bir işin mahiyyəti ilə bağlı məlumat verilmir.

Bakı Kommersiya Məhkəməsinə göndərilən işlərlə bağlı proses 3 fevral tarixində keçiriləcək. Hər iki iş hakim Kənan Hüseynovun icraatındadır.

Qeyd edək ki, müxtəlif şirkətlər tərəfindən məhkəməyə verilən “Atəşgah” sığorta şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyevdir. Şirkətin İdarə Heyətinin sədri isə Tahir Kazmovdur.Tribunainfo.az

Tərəfləri dinləməyə hazırıq.
 

Bir zamanlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postunu tutmuş Cavid Qurbanovdan xəbər var. "DİA-AZ"a mötəbər mənbələrdən daxil olmuş məlumatda deyilir ki, hələ də yeni təyinat ümiudləri tükənməyən keçmiş QSC sədri son günlər daha da fəallaşıb.

Mənbənin söylədikləri: "Ola bilsin ki, Cavid Qurbanov yenidən görəvə gətirilsin. Ona təkrar etimad mümkündür.

Məlumdur ki, hazırda işğaldan azad olunmuş Qarabağda quruculuq işləri həyata keçirilir. Cavid Qurbanovun Qarabağ ərazisinin idarəçiliyində yenidən vəzifəyə gətirilməısi də mümkündür".

Mənbə bu arada onu da qeyd edib ki, Cavid Qurbanov eyni zamanda özünün vəzifədə olan adamnlarını - xüsusən də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti strukturlarında çalışan və onun dövründə təyin olunmuş kadrları da qorumaq kimi bir qayğını yaşamaqdadır: "Cavid Qurbanov öz komandasını maksimum qorumağa çalışır. Ona görə də hazırki sədr Rövşən Rüstəmov istədiyi kim9 kadr islahatı həyata keçirə bilməyib. Amma bu müavimət də davamlı ola bilməz..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
 
Ardını oxu...
"Avrora" MMC-nin xeyli miqdarda vergi borcu var.

Pravda.az-ın xəbərinə görə, MMC-nin dövlətə 165 516 AZN borcu yaranıb.

Adətən, vergi borcu olan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.
Ardını oxu...
Qeyd: 2000-ci ildə yaradılan və nizamnamə kapitalı 4 100 000 AZN olan "Avrora" şirkətlər qrupunun qanuni təmsilçisi tanınmış iş adamı Ceyhun Həsən oğlu Abbasovdur. Şirkətin əsası 1993-cü ildə qoyulub. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var. "Tam Store" mağazalar şəbəkəsi də "Avrora"ya daxildir.
 
 
 

Dünyapress TV

Xəbər lenti